Məhkəmə qərarları › İş №2-1(102)-1031/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1031/2025

11.09.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1031/2025 11.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Avtomobil X7 publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Vəliyev Sərvər Yaqub oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan Avtomobil X7 publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinin layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş hissəsinə görə hesablanmış məbləğin cavabde hdən tutulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2024-cü il 14 noyabr tarixli, 2-1(105)-996/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Abşeron rayonu Aqrar İslahat Komissiyasının 28 iyul 2004-cü il tarixli, 51 nömrəli qərarı ilə İddiaçı4, İddiaçı5, İskəndərova (Nəsibova) Natəvan Elxan qızı, İddiaçı2 və İskəndərova (Alıyeva) Turan Elxan qızına ayrılmış 0,69 ha torpaq sahəsinə dair DTXK-nin Abşeron rayon şöbəsi tərəfindən həmin şəxslərin adına 27 dekabr 2004-cü il tarixli, JN0230 KOD 30800086 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir.

2. Adıçəkilən şəxslərə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsinin 730,27 kv.m. hissəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000m – 42+000m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüşdür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı5, İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus 0,69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000m – 42+000m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m hissəsinə görə 55.000 (əlli beş min) manat pulun kompensasiya şəklində cavabdehdən tutularaq onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçının əsaslandırması:

4. Tələb onunla əsaslandı rmışdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2004-cü il tarixli 51 saylı qərarı ilə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmişdir.Mülkiyyət hüququ JN-0230 KOD 30800086 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. 2013cü ilin yay aylarında onlara məlum olmuşdur ki, JN-0230 KOD 30800086 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onlara məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsinin 730.27 kv.m. hissəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000 m - 42=000 m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş və faktiki olaraq həmin hissədə tikinti işləri aparılmışdır.Bundan sonra müvafiq kompensasiya verilməsi ilə bağlı cavabdehlə arasın da uzun surən məhkəmə çəkişmələri olmuşdur. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 21(085)-77/2019 saylı qərarı ilə onlara - iddiaçılar X2, X3, İddiaçı1, İddiaçı3 və İddiaçı2, onların mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000m - 42+ÖG0m) tikintisi” layihəsi çərçivəsində yolun Tikintisi, altına düşmüş 730.27 kv.m hissəsinə görə 66.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil X7nin üzərmə qoyulması qərara alınmışdır.Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(105)-13/20 saylı qərarı ilə cavabdeh Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi və üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tə rəfindən verilmiş apelyasiya şikayətlərinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 04 mart 2019-cu il tarixli 2-1(85)-77/2019 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması- qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-1498/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2-1(105)-13/2020 nömrəli qərarı qismən, yəni, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 21(085)-77/2019 saylı qərarının 11000 manat (20% əlavənin) ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 mart 2020-ci il tarixli, 2-1(105)-13/2020 n ömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.İddiaçılar 11000 manat (20% əlavənin) ödənilməsi üçün cavabdehə müraciət etmiş, lakin onların müraciətləri müsbət həll edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Ceyhun Məmmədov) 2024-cü il 18 iyul tarixli, 2-1(118)-742/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçılara məxsus olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,69 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun (km 14+000 m - 42=000 m) tikintisi” layihəsi çərçivəsində yolun tikintisi altına düşmüş 730.27 kv.m. hissəsinə görə hesablanmış 55.000 (əlli beş min) manat bazar qiymətinin 20 faiz əlavəsi olan 11.000 manat kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1498/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, iddiaçılara məxsus daşınmaz əmlaka görə dəymiş ziyanın, yəni 55000 manatın 20% əlavəsi olan 11000 manat kompensasiya verilməsi hissəsində təmin edilməmişdir. İddiaçılar da həmin 20% əlavənin verilməsi üçün torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində onlara dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh 27 aprel 2023-cü il tarixli, 11-1/2-31xxxx/2023 nömrəli məktubla iddiaçıların müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisi həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20% əlavəsi də nəzərə alınmalıdır. Bu halda məhkəmə qərarları əsasında iddiaçılara məxsus torpaq sahəsinin bazar qiymətinin 55.000 manat olduğunu nəzərə alsaq, onun 20% əlavəsi də 11.000 manat təşkil edəcəkdir. Beləliklə, 11.000 (on bir min) manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçılara ödənilməlidir.

7. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya in stansiyası məhkəməsində icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər H.Babayeva /sədrlik edən və məruzəçi/, T.Axundov və V.Hacıyev) 2024-cü il 14 noyabr tarixli, 2-1(105)-996/2024 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin (hakim Ceyhun Məmmədov) 2024-cü il 18 iyul tarixli, 2-1(118)-742/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, işin yuxarıda sadalanmış hallarından müəyyən olunur ki, tərəflər arasında olmuş əvvəlki mübahisəyə dair artıq qanuni qüvvədə olan məhkəmə aktı mövcuddur və əvvəlki məhkəmə qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əs asən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin maddənin tələbindən müəyyən edildiyi kimi mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçılarının yenidən həmin halı başqa qaydada mübahisələndirmək imkanını ortadan qaldırır. Bu hal, mübahisə predmeti barəsində artıq qanuni qüvvəyə minmiş məhkəmə qərarının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələr qazanmasından irəli gəlir.

10. Qeyd olunan mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarından göründüyü kimi torpaq sahəsi məhz dövlət ehtiyacları üçün cavabdeh tərəfindən həyata keçirilən layihə çərçivəsində yolun tikintisi altına düşmüş (bu hazırkı işin preyudisial əhəmiyyət kəs b edən halıdır), bununla əlaqədar onlara 55000 manat kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İşin həmin halları hazırda tərəflər arasında mübahisələndirilmir. Həmçinin, hazırkı məhkəmə icraatının gedişində qeyd olunan məhkəmə qərarı cavabdeh tərəfindən icra edilərək, yolun tikintisi altına düşmüş torpaq sahəsinə görə iddiaçılara 55.000 manat məbləğində kompensasiya ödənilmişdir.

11. Hazırda iddiaçılar əvvəlki məhkəmə mübahisəsində irəli sürmədikləri tələb üzrə – onların dövlət ehtiyacları üçün geri alınan torpaq sahəsinə görə sahənin bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsinə dair iddia qaldırmışlar. Bununla bağlı kollegiya qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə d əyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 07 dekabr 2007-ci il tarixli, 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanının 2.3-cü bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

12. Beləliklə, nəzərə almaq lazımdır ki, dövlət ehtiyacları üçün geri alınan daşınmaz əmlaka görə bu əmlakın mülkiyyətçisinə əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqqın ödənilməsi inzibati orqanın normativ-hüquqi aktdan irəli gələn öhdəliyidir. Həmçinin, tərəflər arasında olmuş yuxarıda qeyd olunan mübahisə üzrə birinci və apellyasiy a instansiya məhkəmələri həmin əlavə haqqın da iddiaçıya ödənilməsi qənaətinə gəlmiş, kassasiya məhkəməsi isə iddiaçılar məhz sözügedən iddia tələbini irəli sürmədiklərindən həmin hissədə apellyasiya məhkəməsinin qərarını ləğv etmişdir. Hazırda iddiaçılar həmin tələblə məhkəməyə müraciət etmişdirlər.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmamasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respub likasının Mülki Məcəlləsi Maddə

21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə

157. Mülkiyyətin müdafiəsi... 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərba ycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 17. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə

3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır.... Maddə

4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər han sı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər.... Maddə

54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız ap ellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qə rar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məh kəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanun vericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yolun tikintisi altına düşmüş 730.27 kv.m. hissəsinə görə hesablanmış 55.000 (əlli beş min) manat bazar qiymətinin 20 faiz əlavəsi olan 11.000 manat kompensasiyanın ödənilibödənilməməsi üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRA RA ALDİ: Cavabdeh Azərbaycan Avtomobil X7 publik hüquqi şəxsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2024-cü il 14 noyabr tarixli, 2-1(105)-996/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar