Məhkəmə qərarları › İş №2-1(102)-1032/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1032/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1032/2021 01.06.2021 ALİ MƏHKƏMƏ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı3, İddiaçı1, İddiaçı2, iddiaçıların vəkili X11, üçüncü şəxsin nümayəndəsi Qanuni nümayəndə və üçüncü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (üçüncü şəxs X6) qarşı “çıxarışların ləğvi, torpaq sahəsinin plan və ölçüsünün hazırlanması, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.03.2021-ci il tarixli, 2-1(107)-60/2021 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Oğuz rayon Baş Daşağıl kənd aqrar islahat komissiyasının 25.05.1998-ci il tarixli 17 nömrəli qərarına əsasən, torpaq fondunun 1091,5 ha torpaq alacaq hər bir subyektə adambaşına düşən norma daxilində özəlləşərək xüsusi mülkiyyətinə verilməsi və s. qərara alınmışdır.

2. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, Oğuz rayon Baş Daşağıl kən d aqrar islahat komissiyasının 25.05.1998-ci il tarixli 17 nömrəli yığıncaq qərarlarının təsdiq edilməsi və s. qərara alınmışdır.

3. Oğuz Rayon Aqrar İslahat Komissiyasının həmin 26.05.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı1 adına 1,12 ha torpaq sahəsi ilə bağlı JN-0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir.

4. Oğuz Rayon Aqrar İslahat Komissiyasının həmin 26.05.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı2 və ailə üzvlərinin adına 4,06 ha torpaq sahəsi ilə bağlı JN-0083 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir.

5. Oğuz Rayon Aqrar İslahat Komissiyasının həmin 26.05.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, İddiaçı3 və ailə üzvlərinin adına 4,40 ha torpaq sahəsi ilə bağlı JN-0085 k od 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir.

6. Oğuz Rayon Aqrar İslahat Komissiyasının həmin 26.05.1998-ci il tarixli 65 nömrəli qərarına əsasən, X7, X3, X1, X13, X5, X2, X21, X23, X22 adına 1,11 ha torpaq sahəsi ilə bağlı JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Həmin JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın mülkiyyətçilərə imza etdirilərək təqdim olunması barədə qeydiyyat jurnalında da torpağın sahəsi 1,11 ha göstərilmişdir.

7. Oğuz rayon Baş Daşağıl kənd X33 komissiyasının 12.06.2002-ci il tarixli 27 nömrəli qərarına əsasən, bölgü xəritəsində X7 ailəsinə (Akt № 48) "Məyəl yeri" adlı sahədən 10 pay əvəzinə bir pay göstərildiyi nəzərə alınaraq, bu ailəyə düşən torpaq payl arının norma daxilində həmin sahədən verilməsi, yuxarıda göstərilənlərlə əlaqədar "Məyəl yeri" adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunmasının rayon torpaq şöbəsindən xahiş edilməsi, qərarla əlaqədar rəy bildirilməsinin rayon torpaq şöbəsindən xahiş edilməsi və qərarın təsdiqinin Oğuz Rayon Aqrar İslahat Komissiyasından xahiş edilməsi qərara alınmışdır.

8. Oğuz Rayon Baş Daşağıl Bələdiyyəsinin 03.07.2002-ci il tarixli 27 saylı qərarı ilə Daşağı kəndi X31 komissiyasının 12.06.2002-ci il tarixli 27 saylı iclas qərarı, Oğuz rayon Torpaq və Xəritəçəkmə şöbəsinin rəyinin nəzərə alınması, bir qrup Daşağıl kənd sakinlərinə Daşağıl bələdiyyəsinin mülkiyyətində olan torpa q sahəsindən verilməsi nəzərdə tutulan torpaq sahəsi, baş planda kolluq və qeyri növ torpaq sahəsi kimi göstərilmiş, faktiki isə əkinə yararlı olan torpaq sahəsindən verilməsi qərara alınmışdır.

9. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 25.07.2002-ci il tarixli 02 saylı qərarı ilə Baş Daşağıl kənd X31 Komissiyasının 12.06.2002-ci il tarixli 27 saylı və Baş Daşağıl bələdiyyəsinin 03.07.2002-ci il tarixli 27 saylı qərarı təsdiq edilmiş, bu məsələ ilə əlaqədar rayon torpaq və xəritəçəkmə şöbəsinin rəyi nəzərə alınaraq rayon torpaq və xəritəçəkmə şöbəsinə tapşırılmışdır ki, bu qərardan irəli gələn sənədlərin hazırlanıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməsini təmin etsin, həmçinin torpaq sahəsinin yeri dəyişdiriləsi və torpaq payı veriləsi ailələrin mülkiyyət hüququna dair Dövlət Aktının hazırlanması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir.

10. Bundan sonra X7, X3, X1, X13, X5, X2, X21, X23, X22 adına eyni nömrəli (JN0048), eyni tarixli, eyni qeydiyyat nömrəli və eyni qeydiyyat tarixli başqa bir "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmiş, həmin sənəddə yenə Oğuz Rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli 65 nömrəli qərarına istinad edilmiş, lakin verilən torpağın sahəsi 11 ha göstərilmişdir.

11. JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 11 ha torpaq sahəsinə X3, X1, X13, X5, X2, X21, X23, X22 mülkiyyət hüququ 19.11.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak ın dövlət reyestrindən çıxarış" verilmişdir. Həmin 11 ha torpaq sahəsinə "xxxx" ASC-nin ipoteka hüququ 23.04.2008-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.

12. JN-0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 1,1162 ha torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququ 27.05.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.

13. JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 4,40 ha torpaq sahəsinin 4,3972 ha hissəsinə İddiaçı3 və ailə üzvlərinin mülkiyyət hüququ 15.04.2015-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və RX seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.

14. İddiaçı1 cavabdehə ərizə ilə müraciət edərək, 1,1162 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü" sənədinin verilməsini xahiş etmiş, lakin sonuncu 17.05.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, JN-0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən, iddiaçının mülkiyyətində olan 1,12 ha torpaq sahəsinin 0,71 ha hissəsi 19.11.2007-ci il tarixli **********61 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 11 ha torpaq sahəsinin üzərinə düşür.

15. İddiaçı2 cavabdehə ərizə ilə müraciət edərək, 4,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və torpaq sahəsinə plan və ölçü sənədinin verilməsini xahiş etmiş, lakin sonuncu 21.05.2019cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, JN0083 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən, iddiaçının mülkiyyətində olan 4,06 ha torpaq sahəsinin 3,16 ha hissəsi 19.11.2007-ci il tarixli **********61 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 11 ha torpaq sahəsinin üzərinə düşür.

16. İddiaçı3 cavabdehə ərizə ilə müraciət edə rək, 4,3972 ha torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçü" sənədinin verilməsini xahiş etmiş, lakin sonuncu 17.05.2019-cu il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, JN0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"na əsasən, iddiaçının mülkiyyətində olan 4,3972 ha torpaq sahəsinin 3,36 ha hissəsi 19.11.2007-ci il tarixli **********61 reyestr nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"la qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı 11 ha torpaq sahəsinin üzərinə düşür. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

17. Bundan sonra iddiaçılar ayrı-ayrı iddia ərizələri ilə hazırkı tələblə məhkəməyə müraciət etmişlər.

18. İddiaçılar iddia ərizələrini belə əsaslandırmışdır ki, Oğuz Rayon AİK-in onlara və ailə üzvlərinin mülkiyyətinə verdiyi torpaq sahəsi başqa vətəndaşın adına işləmişdir. Bu səbəbdən də hazırda həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını qeydə alaraq, həmin torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü" sənədini tərtib edə bilmirlər.

19. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17.10.2019-cu il tarixli qərardadı ilə X9, X6, X18, X12, X8, X26, X28, X27 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.

20. Şəki İnzibati Məhkəməsinin 01.06.2020-ci il tarixli qərardadına əsasən, həmin işlər üzrə icraat bir icraatda birləşdirilmişdir.

21. Şəki İnzibati Məhkəməsinin 16.06.2020-ci il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

22. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 21 oktyabr 2020-ci il tarixli 2- 1(116)-66/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, üçüncü şəxs X1 və qeyrilərinin adına olan JN0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 11 ha göstərilmiş nüsxəsinin və onun əsasında 19.11.2007-ci ildə **********61 reyestr nömrəsi ilə qeydiyyata alınmış "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"ın İddiaçı1 adına olan JN0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 1,12 ha torpaq sahəsi, İddiaçı2 və qeyrilərinin adına olan JN-0083 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 4,06 ha torpaq sahəsi, İddiaçı3 və qeyrilərinin adına olan JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş 4,40 ha torpaq sahəsi ilə üst-üstə düşən hissələrdə ləğv edilməsi, İddiaçı1 adına olan JN-0082 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması, İddiaçı2 və qeyrilərinin adına olan JN-0083 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması, həmin torpaq sahəsinə onların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi, İddiaçı3 və qeyrilərinin adına olan JN-0085 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilmiş torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü"nün hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

23. Məhkəmə qeyd etmişdir ki, X7, X3, X1, X13, X5, X2, X21, X23, X22 adına ilk dəfə verilmiş JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda onların mülkiyyətinə verilən torpağın sahəsi 1,11 ha göstərilmiş və həmin sənədin "Mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi)" səhifəsində məhz 1,11 ha torpaq sahəsinin sxemi çəkilmişdir. Bu sxem kompleks yerquruluşu layihələrinə uyğun olmuşdur. Lakin Oğuz rayon Baş Daşağıl kənd X33 komissiyası 12.06.2002- ci ildə qəbul etdiyi 27 nömr əli qərarında həmin ailəyə 10 pay əvəzinə səhvən 1 pay verildiyinə görə bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilməsini qərara aldıqdan sonra göstərilən JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" nömrəsi, tarixi, qeydiyyat nömrəsi, qeydiyyat tarixi dəyişdirilmədən yeni məzmunda tərtib edilmiş və artıq həmin sənəddə ailəyə verilən torpağın sahəsi 11 ha göstərilmişdir. Həmin yeni sənədin "Mülkiyyətə verilmiş torpaq sahəsinin planı (cizgisi)" səhifəsində 11 ha torpaq sahəsinin sxemi tərtib edilmişdir. Belə olduqda, sxemdə çatışmayan sahə qonşu torpaq mülkiyyətçilərinin, o cümlədən iddiaçıların torpaq sahələrinin hesabına artırılmışdır. Halbuki, bu düzəlişin aparılması üçün əvvəlcə kompleks yerquruluşu layihələrində müvafiq düzəlişlər aparılmalı, qonşu mülkiyyətçilərə öz paylarına uyğun yeni torpaq sahələri nəzərdə tutulmalı idi. Hazırkı işdə isə bunlar baş verməmişdir. JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda düzəliş edən dövlət orqanı nə kompleks yerquruluşu layihələrində müvafiq düzəlişlər aparmamış, nə də qonşu mülkiyyətçilərin torpaq paylarının hara köçürülməsini müəyyən etməmişdir.

24. Üçuncü şəxs X1 nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2-1(116)- 66/2020 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.03.2021-ci il tarixli, 2 1(107)-60/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vəzirxan Məlikov, hakimlər – Rövşən Rəfiyev və İmanverdi Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli 2- 1(116)-66/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

27. Məhkəmə qərarı üçüncü şəxs X4 20.03.2021-ci il tarixində təqdim edilmişdir.

28. Üçüncü şəxs 16.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.03.2021-ci il tarixli, 2-1(107)-60/2021 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİN İN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

29. Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmənin mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, eləcə də, məhkəmənin gəldiyi nəticə və mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırılmadan qəbul edildiyindən qanunsuzudur. Belə ki, apellyasiya instansiyası məhkəməsi üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri üzrə heç bir faktiki araşdırma aparmamış, həmin dəlillərə hüquqi qiymət verməmiş və birinci instansiya məhkəməsinin bir sıra sübutların qiymətləndirilməsində buraxdığı səhvləri təkrarlamışdır.

30. Bundan başqa, cavabdeh orqan iddiaçıların müraciətini təmin etməkdən i mtina etməmiş, plan ölçü sənədinin hazırda verilməsinin mümkün olmadığını, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavələr tədbirlər haqqında” Fərmanı ilə təsdiq edilmiş qaydalarda nəzərdə tutulmuş tədbirlərin başa çatmaması ilə izah etmiş, aparılacaq ölçü işləri başa çatdıqdan sonra bu barədə məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra müraciətlərinə təkrar baxılacağı barədə məlumat verilmişdir. Göründüyü kimi, məhkəmələr iddiaçıların müraciətini təmin etməkdən cavabdehin imtina etmədiyini nəzərə almamış və hazırkı iddianın mümkün sayılması qənaətinə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə iclasında iddiaçılar və onların vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.

33. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi və üçüncü şəxsin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

34. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62. 3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 35. “Torpaq islahatı haqqında” Qanun: Maddə

22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə X33 komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayo n aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tə rəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.

37. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses i ştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

38. Həmin Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

39. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavab dehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (1.4, 2.1 və 2.3-cü bəndlər). KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

42. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apellya siya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

44. Belə ki, kassasiya şikayətinin dəlillərinə görə cavabdeh orqan hazırkı iş üzrə iddiaçıların müraciətini təmin etməkdən imtina etməmişdir. Kassatorun bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən müəyyən edilmişdir ki, iddiaçılar torpaq sahələrinə dair torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsini xahiş etsə də, cavabdeh orqan bundan imtina etmiş, bundan sonra iddiaçılar hazırkı tələblə bağlı ayrı-ayrı iddia ərizələri ilə məhkəməyə müraciət etmişdir.

45. Kassasiya şikayətinin digər dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddi açıların tələbi JN-0048 kod 40500018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın, onun əsasında 19.11.2007-ci il tarixində **********61 reyestr nömrəli qeydə alınmış çıxarışın ləğv edilməsi və mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlıdır. JN-0048 kod 40500018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın verilməsinə əsas isə Oğuz rayon Baş Daşağıl kənd X33 komissiyasının 12.06.2002-ci il tarixli 27 nömrəli qərarı olmuşdur.

46. Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, Oğuz rayon Baş Daşağıl kənd X33 komissiyasının 25.05.1998-ci il tarixli qərarı ilə torpaq fondunun 1091,5 ha. torpaq alacaq hər bir subyektə adambaşına düşən norma daxilində özəlləşərək xüsusi mülkiyyətinə verilməsi qərara alınmış, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli qərarı ilə Oğuz rayon Baş Daşağıl kənd X33 Komissiyasının 25.05.1998-ci il tarixli qərarı təsdiq edilmiş, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli qərarına əsasən X6 və digərlərinin adına 1,11 ha. torpaq sahəsi ilə bağlı JN-0048 kod 40500018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” Oğuz Rayon Torpaq Şöbəsi və Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən təsdiqlənərək verilmişdir.

47. İş materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış Oğuz rayon Baş Daşağıl kənd X33 Komissiyasının 12.06.2002-ci il tarixli 27 nömrəli iclas protokolundan görünür ki, Baş Daşağıl kəndində torpaq payı alacaq ailələrin torpaq payları naturada göstərilən zaman məlum olmuşdur ki, bölgü x əritəsində X14 və ailə üzvlərinə 10 pay torpaq sahəsi əvəzinə bir pay torpaq sahəsi verilmişdir. Bu uyğunsuzluğun aradan qaldırılması üçün komissiya qərara almışdır ki, bölgü xəritəsində X7 ailəsinə “Məyəl yeri” adlı sahədən 10 pay əvəzinə bir pay göstərildiyi nəzərə alınaraq bu ailəyə düşən torpaq paylarının norma daxilində həmin sahədən verilsin, göstərilənlərlə əlaqədar “Məyəl yeri” adlı sahədən bölgü xəritəsində torpaq payı göstərilən digər ailələrin torpaq sahələrinin yerinin dəyişiləcəyi nəzərə alınaraq bu ailələrin torpaq sahələri ilə təmin olunması rayon torpaq şöbəsindən xahiş edilsin, qərarla əlaqədar rəy bildirilməsi rayon torpaq və xəritəçəkmə şöbəsindən, qərarın təsdiqi isə Oğuz Rayon Aqrar İslahatı Komissiyasından xahiş edilsin.

48. Bundan sonra, Oğuz Rayon Baş Daşağıl Bələdi yyəsinin 03.07.2002-ci il tarixli 27 nömrəli qərarına əsasən Baş Daşağıl kəndi X33 komissiyasının 12.06.2002-ci il tarixli 27 nömrəli iclas qərarı, Oğuz rayon Torpaq və Xəritəçəkmə şöbəsinin rəyi nəzərə alınaraq bir qrup Baş Daşağıl kənd sakinlərinə Daşağıl bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsindən verilməsi nəzərdə tutulan torpaq sahəsi, baş planda kolluq və qeyri növ torpaq sahəsi kimi göstərilmiş, faktiki isə əkinə yararlı olan torpaq sahəsindən verilməsi qərara alınmışdır.

49. Oğuz Rayon Aqrar İslahat Komissiyasının 25.07.2002-ci il tarixli 02 nömrəli qərarına əsasən Oğuz rayon Baş Daşağıl kənd X33 Komissiyasının 12.06.2002-ci il tarixli 27 nömrəli və Oğuz Rayon Baş Daşağıl Bələdiyyəsinin 03.07.2002-ci il tarixli 27 nömrəli qərarı təsdiq edilmiş, bu məsələ ilə əlaqədar rayon torpaq və xəritəçəkmə şöbəsinin rəyi nəzərə alınaraq, bu qərardan irəli gələn sənədlərin hazırlanıb Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə təqdim edilməsini təmin etmək rayon torpaq və xəritəçəkmə şöbəsinə tapşırılmış, torpaq sahəsinin yerinin dəyişdiriləsi və torpaq payı veriləsi ailələrin mülkiyyət hüququna dair Dövlət Aktının hazırlanması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir.

50. Bundan sonra X7, X3, X1, X13, X5, X2, X21, X23, X22 adına eyni nömrəli (JN0048), eyni tarixli, eyni qeydiyyat nömrəli və eyni qeydiyyat tarixli başqa bir "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmiş, həmin sənəddə yenə Oğuz Rayon Aqrar İslahat Komissiyasının 26.05.1998-ci il tarixli 65 nömrəli qərarına istinad edilmiş, lakin verilən torpağın sahəsi 11 ha göstərilmişdir.

51. Göst ərilənlərə uyğun olaraq X3, X1, X13, X5, X2, X21, X23, X22 JN-0048 kod 40500018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən 11 ha torpaq sahəsinə mülkiyyət hüquqları DƏDRX-nin Qəbələ Rayon Ərazi İdarəsi tərəfindən 19.11.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir.

52. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası qeyd edir ki, Baş Daşağıl təsərrüfatında aparılan torpaq islahatı ilə əlaqədar hazırlanmış bölgü xəritəsində texniki səhv olaraq X10 on pay əvəzinə bir pay torpaq payı ayrılmış, 2002-ci ildə uyğunsuzluğun aradan qaldırılması üçün Oğuz Rayon Aqrar İslahat Komissiyası yuxarıda göstərilən məzmunda qərar q əbul etmiş, həmin qərar digər şəxslər tərəfindən mübahisələndirilməmiş, cavabdeh də Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında üçüncü şəxsin sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydə almışdır.

53. Hazırkı qərarın 36-cı bəndində göstərilən normanın məzmunundan göründüyü kimi, Aqrar İslahat Komissiyasının qərarı üçüncü şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Odur ki, hazırkı iş üzrə də mübahisələndirilən torpaq sahəsinin iddiaçıya verilməsi ilə bağlı Aqrar İslahat Komissiyasının ləğv edilməmiş qərarı olduğundan üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğundur.

54. Qeyd edilməlidir ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının sözügedən qərarı qüvvədə olduğu müddətdə onun əsası nda verilmiş JN-0048 kod 40500018 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” mübahisələndirilə bilməz. İddiaçılar torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının onlara məxsus olduğunu iddia etdiyindən Oğuz Rayon Aqrar İslahat Komissiyasının 25.07.2002-ci il tarixli 02 nömrəli qərarını hazırkı qərarın 35-ci bəndində göstərilən normalarda əks olunmuş qaydada mübahisələndirməli idi.

55. İddiaçıların isə Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət verməsi iş materialları ilə müəyyən edilmir. Nə qədər ki, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 25.07.2002-ci il tarixli 02 nömrəli qərarı qüvvədədir, onun əsasında cavabdehin verdiyi çıxarış da mübahisələndirilə bilməz.

56. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi bu halı nəzərə almadan iddia tələbini mümkün hesab etmişdir. Halbuki, hazırkı qərarın 40-cı bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

57. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin kassasiya şikayəti təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.03.2021-ci il tarixli, 2-1(107)-60/2021 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.

58. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.03.2021-ci il tarixli, 21(107)-60/2021 nömrəli qərarı ləğv edilsin. İdd

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar