Məhkəmə qərarları › İş №2-1(102)-1032/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1032/2022

21.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1032/2022 21.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-278/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus əmək kitabçasına əsasən o, 01 sentyabr 1975-ci ildən 01 sentyabr 1976-cı ilədək Qax rayonu, S.Vurğun adına sovxozda fəhlə işləmiş, xx.xx.1978-ci il tarixindən xx.xx.2004-cü il tarixədək isə keçmiş Volodarski adına tikiş fabrikində (indiki "xxxx" ASC) əmək fəaliyyəti ilə məşğul olmuşdur.

2. Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilmiş 01 iyul 2020-ci il tarixli, 10/53 saylı arayışa əsasən iddiaçı xx.xx.1978-ci il tarixindən xx.xx.2004-cü il tarixədək keçmiş Volodarski adına tikiş fabrikində (indiki "xxxx" ASC) işləyib və 1996cı ildən 2000-ci ilədək analıq məzuniyyətində olub.

3. İddiaçı yaşa görə pensiya təmin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 16 iyul 2020-ci il tarixli, **********0 nömrəli məktubla ona yaşa görə pensiya təyin etməkdən imtina edərək bildirmişdir ki, iddiaçının ümumi iş stajı 23 il 5 ay təşkil edir. Belə ki, araşdırma zamanı müəssisə tərəfindən 1998-1999-cu illər üzrə əmək haqqı təqdim edilmədiyindən, 2000-2005-ci illərdə isə qismən öz hesabına məzuniyyətlərdə olduğundan, o cümlədən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından pensiyanın təyini mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi il ə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, imtina cavabı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa ziddir və onun konstitusion sosial təminat hüququnun pozulması kimi qiymətləndirilməlidir. Belə ki, onun əmək kitabçasında uşağa qulluğa görə sosial məzuniyyətdə olduğu dövr də nəzərə alınmaqla 25 il, 11 ay, 10 günlük stajı vardır. Lakin, 1996-cı il tarixdən 2000-ci il tarixədək analıq məzuniyyətində olduğu dövrü ona staj kimi saymayıblar. İdarənin imtina məktubunda səbəb kimi həmin dövrlərin 1998-1999-cu illər üzrə, yəni onun sosial məzuniyyətdə olduğu dövrdə əmək haqqı təqdim edilməd iyi göstərilmişdir. Həmin dövrlərdə o uşağa qulluğa görə sosial məzuniyyətdə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1993-cü il tarixli Qanunun 67-ci maddəsi ilə ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üstüstə 6 ildən çox olmayaraq staja daxil edilirdi. Belə olan halda ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq olan dövrün staja daxil edilməməsi qanunsuz və əsassızdır.

6. Bundan əlavə, onun işlədiyi təşkilat ciddi təşkilat olmaqla məcburi dövlət sosial sığorta haqlarını vaxtında ödəmişdir. Bununla bağlı məlumatların idarə tərəfindən əldə edilə bilməməsi və ya arxivdə müvafiq sənədlərin olmamasında onun vətəndaş olaraq təqsiri yoxdur və nəticə etibarı ilə b u hal onun pensiya təminatı hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Halbuki, əmək fəaliyyətini təsdiq edən və sosial sığorta stajını sübut edən sənəddə, yəni əmək kitabçasında bu barədə qeydlər aparılmış və möhürlə də təsdiq edilmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli, **********9 nömrəli sorğu göndərilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 00/08 nömrəli məktubu ilə iddiaçının şəxsi uçot vərəqələrinin surəti və 2000-ci il tarixdən 2004-cü il tarixədək olan dövrlər üzrə əməkhaqqı cədvəlləri təqdim edilmişdir. Həmin sənədlərdən göründüyü kimi iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək ardıcıllıqla analıq məzuniyyətində olmuşdur. Lakin, əməkhaqqı cədvəlindən müəyyən o lunur ki, iddiaçı 2000-ci ilin yanvar ayında 181363 manat əməkhaqqı almışdır.

8. Bundan başqa, əməkhaqqı cədvəllərinə əsasən iddiaçı 2000-ci il tarixdən 2004-cü il tarixədək bəzi aylar üzrə əməkhaqqı almış, bəzi aylar üzrə ümumiyyətlə əməkhaqqı almamışdır. Belə ki, iddiaçı 2000-ci il yanvar, aprel, may, iyun, iyul, sentyabr, noyabr, dekabr ayları, 2001-ci il mart, aprel, may, iyul, sentyabr, oktyabr, noyabr ayları, 2002-ci il aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları, 2003-cü il fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları, 2004-cü il mart, iyun, iyul, sentyabr ayları üzrə əməkhaqqı almışdır. Hansı ki, qeyd edilən illər üzrə iddiaçının əməkhaqqı aldığı ayların ümumi sayı 38 ay yəni 3 il 2 ay təşkil edir. Əmək pensiyasının təy in edilməsi üçün iddiaçının işlədiyini iddia etdiyi dövrlərdə əməkhaqqı alması əsas şərtlərdən biridir. Lakin iddiaçı 2000-ci il tarixdən 2005-ci il tarixədək ümumilikdə 03 il 02 ay əməkhaqqı almışdır. Bu da yalnız əməkhaqqı alınan dövrlərin staja daxil edilməsinə imkan verir.

9. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Qanunun 67-ci maddəsində iş stajına daxil edilən əmək fəaliyyətinin növləri göstərilmişdir. Həmin maddənin e) bəndində qeyd olunur ki, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq iş stajına daxil edilir. xx.xx.2021-ci il tarixli 00/08 nömrəli "xxxx" ASCnin cavab məktubundan da görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək analıq m əzuniyyətində olmuşdur. Hansı ki, bu müddət ümumilikdə 06 il 09 ay 01 gündür. Bu da onu göstərir ki, iddiaçının analıq məzuniyyətində olduğu 6 ili staja daxil edilə bilər. Beləliklə, istinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən və iş üzrə icraat materiallarından göründüyü kimi iddiaçı ona yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığı üçün onun yaşa görə pensiya hüququ yaranmır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2-1(112)-3142/2021 nömrəli qərarı ilə (hakim A.P.Oruczadə) iddiaçıya 15 sentyabr 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

11. Məhkəmə qeyd e tmişdir ki, cavabdehin qeyd etdiyi dövrləri, yəni analıq məzuniyyətində olduğu 6 illik dövr və 2002-2004-cü illər ərzində yalnız 28 ay (2 il 4 ay) nəzərə alınsa belə, iddiaçının ümumilikdə 25 ildən çox sosial sığorta stajının olduğu aydın görünür. Belə ki, iddiaçının xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək Qax rayonu S. Vurğun adına fındıq sovxozunda işlədiyi 01 il iş stajı, xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilədək fasiləsiz olaraq indiki Bakı Tikiş Evi ASC-də işlədiyi 14 il 09 ay 12 gün iş stajı, xx.xx.1993-cü ildən sonra analıq məzuniyyətində olduğu dövr ümumilikdə 6 il, xx.xx.2000-xx.xx.2002-cü illərdə Bakı Tikiş Evi ASC-də işlədiyi 01 il 08 ay 28 gün və 2002-2004-cü illərdə işlədiyi və yalnız əmək haqqı aldığı 02 il 04 aylıq dövr nəzərə alındıqda belə iddiaçının pensiya təyininə imkan verən sosial sığorta stajı 25 il 10 ay 10 gün təşkil edir. Beləliklə də, iddiaçının tələbinin təmin edilməsini cavabdeh tərəfindən istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, əksinə iddiaçı tələbinin əsaslı olmasını sübuta yetirə bilmiş, bununla bağlı cavabdehin imtinası formal xarakter daşımaqla qanunvericiliyə zidd olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-278/2022 nömrəli qərarı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruz əçi/, C.A.Yusifov və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddiaya etirazda göstərilənlər təşkil edir. Əlavə olaraq, cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının poz ulması ilə qəbul edilmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə

67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənə d əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün mü ddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzg ün tətbiq olunmuşdur.

24. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallar ının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Bununla belə, məhkəmə kollegiyası cavabdehin “iddiaçının 25 il sosial sığorta stajının olmaması” ilə bağlı təkrarlanan dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.

27. İddiaçının xx.xx.1975-ci ildən xx.xx.1976-cı ilədək (01 il) sovxozda işləməsi tərəflər arasında mübahisələndirilmir və iş materialları (əmək kitabçası, arxiv arayışı) ilə təsdiqlənir.

28. Bundan əlavə, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox ol mayaraq ümumi iş stajına daxil edilir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçının ilk övladı X2 xx.xx.1993-cü il təvəllüdlü, ikinci övladı X1 isə 02 iyun 1996-cı il təvəllüdlüdür. Belə olan halda, iddiaçının uşaqlarının 3 yaşına çatanadək onlara qulluq etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməli olması qanunun tələbindən irəli gəlir. Lakin həmin müddət apellyasiya instansiya məhkəməsinin qeyd etdiyi kimi 6 il deyil, 5 il 09 ay 12 gündür (qalan 2 ay 18 gün üstüstə düşür).

29. İddiaçının xx.xx.1978-ci ildən xx.xx.1993-cü ilədək və xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək olan əmək fəaliyyəti isə əmək kitabçası ilə təsdiqləndiyindən, həmin dövrlər ümumi iş stajına daxil edilir.

30. Belə olan halda, iddiaçının xx.xx.2000- ci ilədək 22 il 03 ay 15 gün (xx.xx.1975-xx.xx.1976; xx.xx.1978-xx.xx.1993; xx.xx.1999-xx.xx.2000) ümumi iş stajı vardır.

31. Cavabdeh iddiaçının 2000-2004-cü illərdə cəmi 38 ay əmək haqqı almasına istinad edərək, həmin dövrdə onun stajının 03 il 02 ay olmasını qeyd etmiş, nəticədə isə onun 25 il sosial sığorta stajının olmadığı nəticəsinə gəlmişdir. Halbuki, 20002004-cü illər üzrə 03 il 02 ay sığorta stajı nəzərə alındıqda da iddiaçının 25 ildən artıq sosial sığorta stajının olması müəyyən olunduğundan, cavabdehin kassasiya dəlilləri əsassızdır.

32. Həmçinin cavabdeh iddiaçının “2000-ci ilin yanvar ayında analıq məzuniyyətdə olduğu halda, əmək haqqı aldığını” qeyd etsə də (iş yerindən verilən arayışa istinad edərək), iddiaçının həmin dövrdə analıq məzuniyyətində olması mümkün deyildir. Be lə ki, iddiaçının ikinci övladı xx.xx.1996-cı il təvəllüdlü olduğundan, onun üç yaşı xx.xx.1999-cu ildə tamam olmuşdur.

33. Beləliklə, iddiaçının yaşa görə pensiya hüququnun olması ilə bağlı apellyasiya məhkəməsinin mövqeyi əsaslı və qanunidir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti rədd edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-278/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar