Məhkəmə qərarları › İş №2-1(102)-1032/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1032/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1032/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Ş ərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)2536/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1979-cu ildə “elektrik qaynaqçısı” ixtisası üzrə 23 №-li texniki peşə məktəbində daxil olmuş və xx.xx.1980-cı ildə həmin peşə məktəbini bitirmişdir.

2. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdən keçmişdir.

3. İddiaçıya məxsus əmək kitabçasına əsasən, 26 avqust 1982-ci ildən 8 yanvar 2019-cu il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

4. İddiaçı güzəştl i şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir.

5. Cavabdeh inzibati orqan həmin müraciətdən imtina etmiş və imtina onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr bölməsinin (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdə xx.xx.1998-cü il tarixindən bugünədək qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi qaynaqçı vəzifəsi əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də güzəştl i iş stajı 12 il 6 aydan az (11 il 4 ay 2 gün (xx.xx.1882-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1990-cı il, xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsilə iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 57 yaşından, yəni, xx.xx.2018-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə edi lməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1982-ci il tarixdən etibarən müxtəlif vəzifələrdə işlədiyi illər və hərbi xidmət müddəti nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. Onun gördüyü işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş 2 №-li siyahıda nəzərdə tutulmuşdur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün 3 avqust 2021-ci il tarixdə cavabdeh orqana müraciət etmiş, lakin sonuncu ona ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda güzəştli şərtlərlə pensiyanın təyin olunmasından imtina edərək bildirmişdir ki, onun təqdim etdiyi sənədlərdə xx.xx.1998-ci il tarixdən bu günədək işlədiyi qaynaqçı peşəsi əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli stajı (xx.xx.1882-xx.xx.1984; xx.xx.1984-xx.xx.1990; xx.xx.1994-xx.xx.1998) 12 il 6 aydan az (11 il 4 ay 2 gün) təşkil edir.

8. Cavabdeh tərəfindən iddia ərizəsinə verilmiş etirazın əsasları imtina məktubunun əsasları ilə eynilik təşkil edir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4081/2022 nömrəli, 25 aprel 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hаkim O.X.Həsənov) iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni 22 iyul 2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin xx.xx.2018-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi q ərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraa t

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2536/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi N azirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********6 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Bu səbəbdən qanunvericiliyin tələbləri baxımından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir.

16. İşə materiallarına əlavə olunmuş iddiaçının xx.xx.1982-ci il tarixdə açılmış İT-İ ******* nömrəli əmək kitabçasına, hərbi biletinə və diplomuna əsasən o xx.xx.1979xx.xx.1980-ci illərdə Texniki peşə məktəbində orta ixtisas təhsil almış, xx.xx.1980xx.xx.1982-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş və xx.xx.1982-xx.xx.1982-ci illərdə Xəzər neft və qaz donaması İdarəsində el ektrik şagirdi, xx.xx.1982-xx.xx.1984-cü illərdə həmin İdarədə elektrik-çilingər, xx.xx.1984-xx.xx.1998-ci illərdə “Bakı tikinti” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində elektrik qaynaqçısı, xx.xx.1998xx.xx.2004-cü illərdə Bakı ƏTİ-nin BSİ-də elektrik qaynaqçısı, xx.xx.2004-xx.xx.2005-ci illərdə LCN Kompani MMC-də elektrik qaynaqçısı işləməsi müəyyən olunur. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 18. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümu mi peşələr bölməsinin (35) əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsi nəzərdə tutulmuşdur.

20. Mərkəzi Filiala təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1998-cü il tarixdən bugünədək qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur.

21. Göründüyü kimi, iddiaçının işlədiyi qaynaqçı vəzifəsi əl ilə qaynaq aparan elektrik qaynaqçıları vəzifəsinə uyğun deyil. Bu səbəbdən onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay2 gün) təşkil edir. Göründüyü kimi, iddiaçının xx.xx.1998-cü il tarixdən xx.xx.2004-cü il tarixədək Bakı ƏTİ-nin BSİ-də işlədiyi elektrik qaynaqçısı və xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək LCN Kompani MMC-də elektrik qaynaqçısı vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş vəzifələrə uyğun deyildir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası mə hkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələr ə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki dəlilləri əsassızdır.

27. Belə ki, ilk öncə apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Cavabdehin işə əlavə olunmuş imtina məktubunun, iddia ərizəsinə etirazının və apellyasiya şikayətinin üst-üstə düşən dəlillərindən göründüyü kimi, iddiaçının filiala təqdim etdiyi sənədlərdə xx.xx.1998-ci il tarixdən bu günədək işlədiyi qaynaqçı peşəsinin “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” vəzifəsinə uyğun olmadığından onun güzəştli stajının (xx.xx.1882-xx.xx.1984; xx.xx.1984-xx.xx.1990; xx.xx.1994-xx.xx.1998 ) 12 il 6 aydan az (11 il 4 ay 2 gün) təşkil etdiyini əsas tutaraq ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini mümkünsüz hesab edir.

28. Eyni dəlillər də cavabdehin kassasiya şikayətində öz əksini tapmışdır.

29. Cavabdehin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçının pensiya yaş həddinə çatması, onun 2006-cı ilədək azı 25 il ümumi iş stajının olması və xx.xx.1882xx.xx.1984; xx.xx.1984-xx.xx.1990; xx.xx.1994-xx.xx.1998 dövrlərində onun 11 il 4 ay 2 gün - 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsində 23200000-19906 şriftində nəzərdə tutulan güzəştli pensiya hüququ verən “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində çalışdığını mübahisələndirmir.

30. Bununla əlaqədar qeyd edilməlidir ki, apellyasiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi baxımından, hazırkı mübahisəli hüquq münasibətlərinin qanuni əsasını “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-ci maddəsinin “b” bəndi təşkil edir Həmin normanın yuxarıda qeyd olunan şərtləri isə iddiaçı tərəfindən yerinə yetirilir.

31. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, şəxsiyyət vəsiqəsinə (No AA******* ********) əsasən iddiaçının xx.xx.1961-ci il tarix də anadan olması nəzərə alınmaqla, onun 57 yaşı xx.xx.2018-ci il tarixində tamamlanır.

32. Bu baxımdan apellyasiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-ci maddəsinin “b” bəndinə müvafiq olaraq ona 57 yaşdan pensiya təyin olunması üçün isə 2006-cı ilin yanvar ayının 1-nə qədər azı 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajı mövcud olmalıdır.

33. Bununla əlaqədar olaraq apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının 26 avqust 1982-ci il tarixdən doldurulmasına başlanılmış əmək kitabçasının (No İT-İ 0687988) və Ucar Rayon Hərbi Komissarlığı tərəfindən 12 may 1980-cı il tarixdə verilmiş hərbi biletinin və Texniki Peşə Məktəbinin 3430 nömrəli attestatının - surətlərinə əsasən 2006-cı ilə qədər aşağıdakı kimi iş stajı mü əyyən olunur: xx.xx.1979-xx.xx.1980- Texniki peşə məktəbində orta ixtisas təhsil müddəti (8 ay) 12.05.1980 – xx.xx.1982: müddətli həqiqi hərbi xidmət (2 il 10 gün) xx.xx.1982 - xx.xx.1982: Xəzər neft və qaz donaması İdarəsi - elektrik şagirdi (2 ay 6 gün); 02.11.1982- xx.xx.1984: həmin İdarədə - elektrik-çilingər (1 il 7 ay 6 gün); xx.xx.1984 - xx.xx.1998: “Bakı tikinti” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsi elektrik qaynaqçısı (13 il 6 ay 20 gün ); xx.xx.1998 - xx.xx.2004: Bakı ƏTİ-nin BSİ (xx.xx.2001-ci il tarixdə ləğv olunmuş və “Tikinti-X1” adlandırılmışdır).- elektrik qaynaqçısı (06 il 06 ay 08 gün); xx.xx.2004-xx.xx.2005: LCN Kompani MMC – elektrik qaynaqçı (1 il 2 ay 29 gün);

34. Belə olan halda apellyasiya məhkəməsi doğru olaraq göstərmişdir ki, iddiaçının qeyd oluna n iş stajı ümumiləşdirildikdə, onun xx.xx.2006-cı il tarixinə qədər 25 il 9 ay 29 gün ümumi iş stajı müəyyən olunur ki, həmin müddətin də 21 il 3 ay 27 gününü o, qeyd olunan 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsində 23200000-19906 kodunda nəzərdə tutulan “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində çalışmışdır.

35. Lakin cavabdehin dəlillərindən göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.1998-ci il tarixinədək iş stajı iddiaçının: Xəzər neft və qaz donaması İdarəsində elektrik şagirdi və elektrik-çilingər kimi işlədiyi tam dövr - xx.xx.1882-xx.xx.1984 - 1 il 9 ay 12 gün, “Bakı tikinti” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində elektrik qaynaqçısı kimi işlədiyi dövr qismən: xx.xx.1984-xx.xx.1990 (5 il 8 ay 2 gün) və xx.xx.1994- xx.xx.1998 (3 il 9 ay 22 gün; cəmi, 9 il 5 ay 24 gün) ümumilikdə, 11 il 4 ay 6 günü – güzəştli stajı kimi nəzərə alınır.

36. Başqa sözlə cavabdeh, iddiaçının xx.xx.1984 - xx.xx.1998-ci illərdə “Bakı tikinti” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində elektrik qaynaqçısı kimi işlədiyi dövrü üç hissəyə bölərək, iki hissəsini nəzərə aldığı halda, həmin dövrün orta hissəsini, yəni, xx.xx.1990-xx.xx.1994-cü illərini onun xüsusi stajı kimi nəzərə almır və bunun səbəbini nə imtina məktubunda, nə iddia ərizəsinə etirazında, nə də ki apellyasiya şikayətində nə də ki, kassasiya şikayətində tutarlı bir dəlillə əsaslandırmış, yalnız iddiaçının əl ilə qaynaq aparan elektrik qaynaqçısı olmadığını vurğulayır.

37. Cavabdeh, həmçinin, iddiaçının xx.xx.1998 - xx.xx.2004-ci illərdə (06 il 06 ay 08 gün) Bakı ƏTİ-nin BSİ-də (“Tikinti-X1”), xx.xx.2004- xx.xx.2005-ci illərdə (1 il 2 ay 29 gün) isə "xxxx" MMC-də də elektrik qaynaqçısı kimi işlədiyi dövrləri onun xüsusi stajı kimi nəzərə almamış və səbəbini göstərməmişdir.

38. Halbuki, apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1998-xx.xx.2004-cü illərdə həmin müəssisədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsində 23200000-19906 kodunda nəzərdə tutulan “əl ilə qaynaq aparan elektrik qaynaqçısı” peşəsində işlədiyi təsdiq olunur (i.v.45).

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, formalaşmış məhkəmə praktikası da nəzərə alı nmaqla iddiaçının xx.xx.1984 - xx.xx.1998-ci illərdə “Bakı tikinti” Trestinin 1 saylı İxtisaslaşdırılmış Tikinti İdarəsində, xx.xx.1998 - xx.xx.2004-ci illərdə Bakı ƏTİ-nin BSİ-də, xx.xx.2004-xx.xx.2005ci illərdə isə "xxxx" MMC-də - elektrik qaynaqçısı kimi işlədiyi peşələr 2 nömrəli Siyahısının Kod 23200000; XXXİİİ (“Ümumi peşələr”) bölməsində 23200000-19906 kodunda nəzərdə tutulan “əl ilə elektrik qaynaqçısı” peşəsi kimi qiymətləndirilməli və güzəştli iş stajı kimi nəzərə alınmalıdır.

40. Həmçinin apellyasiya məhkəməsi doğru olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasının qeydləri müvafiq qrafalara uyğun olaraq tam doldurulmuş, qaralamalar və hər hansı şübhə verici pozuntular müşahidə olunmur, işdən azad olunmalar və müəssisə adlarında olan dəyişikliklər öz əksini tapmış, məsul şəx sin imzası və müəssisələrin möhürləri ilə təsdiq olunmuşdur. Cavabdeh tərəfindən də həmin qeydlərin həqiqiliyinin mübahisələndirildiyi müəyyən olunmur. 41. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi baxımından, 2006-cı ilə qədər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə müvafiq olaraq, iddiaçının 57 yaşından güzəştli şərtlərlə pensiya təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmiş olur.

43. Bütün yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2022-ci il tarixli, 21(103)-2536/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar