Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1032/2025 24.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1962) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabe liyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(105)-269/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Sumqayıt şəhər 7 nömrəli texniki peşə məktəbində “quraşdırıcı çilingər” peşəsi üzrə təhsil almış, 1980-1982ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.
2. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1980-ci il tarixdən xx.x x.1980-ci il tarixədək və xx.xx.1983-cü ildən xx.xx.2000-ci il tarixədək “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində işləmişdir. 3. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2 nömrəli arayışa əsasən xx.xx.1980ci ildən xx.xx.1980-ci ilədək çilingər, xx.xx.1983-cü ildən üçüncü dərəcə quraşdırıcı çilingər, xx.xx.1986-cı ildən dördüncü dərəcə çilingər quraşdırıcı, xx.xx.1987-ci ildən üçüncü dərəcə quraşdırıcı çilingər quraşdırıcı, xx.xx.1988-ci ildən dördüncü dərəcə dəmir/konstruksiyaları quraşdırıcısı, xx.xx.1990-cı ildən quraşdırıcı, xx.xx.1991-ci ildən təmirçi çilingər ixtisasında çalışmış, xx.xx.2000-ci il tarixdə 13k saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 30 say lı qərarı ilə təsdiq edilmiş 1 saylı əlavəyə əsasən 1 saylı siyahının İİİ bölməsinin 1030100a-1753a şifri ilə güzəştli şərtlərlə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun əmək pensiyası almaq hüququ verir.
4. İddiaçı cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-H-94132/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və 23 yanvar 2007-ci il tarixədək qüvvədə olmuş “Güzəştli şərt ərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı" nın Metallurgiya istehsalatı bölməsinin (İİİ) domna i stehsalatı bəndinin (1) fəhlələr yarımbəndində (1030100а) 1753а kodu üzrə təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları vəzifələri nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin 31 mart 2023-cü il tarixli 2 nömrəli arayışında xx.xx.1980-xx.xx.1980-ci il tarixləri arasındakı dövr ərzində çilingər, xx.xx.1983-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində çilingər quraşdırıcısı, xx.xx.1988-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində dəmir konustruksiyaları quraşdırıcısı, xx.xx.1990-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində quraşdırıcı, xx.xx.1991-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində təmirçi çilingər vəzifələrində işlədiyi qeyd olunmuşdur. Həmçinin, sözügedən arayışda "xxx x" MMC-nin ancaq təmir işləri ilə məşğul olduğu qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi müəssisənin fəaliyyət sahəsi arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı sahəsinə, işlədiyi vəzifələr isə yuxarıda qeyd olunan vəzifələrə uyğun deyil. Bu səbəbdən, də İddiaçı güzəştli iş stajı yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 52 yaşının tamam olduğu 15 may 2014cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə anadan olub və xx.xx.2006-cı ilədək tələb olunan 20 ildən artıq ümumi və 10 ildən artıq güzəştli iş stajına malikdir. Belə ki, ərizəyə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli siyahı üzrə 3-cü bölməsinin 1030100a1753 a şrifti ilə ”Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun pensiya hüququ vardır.
8. Cavabdeh iddiaya dair imtina məktubuna uyğun yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
9. Sumqayıt İnzibati Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli, 2-1(118)-3408/2023 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia tələbi təmin edilərək, iddiaçının 52 yaşının tamam olduğu xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və xx.xx.2016-cı il tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının 52 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı (xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.2000-ci ilədək) və 20 il ümumi iş stajı (xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.2000-ci ilədək) olduğuna görə, qanunvericiliyin tələbinə əsasən onun pensiya hüququ yaranmışdır....pensiya kapitalına malik olmaması ilə bağlı dəlilə münasibətdə qeyd edilmişdir ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün onun pensiya hüququ yarandığı dövrdə, yəni 52 yaşı tamam olduğu dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı” haqqında Qanunda güzəştli şərtlərlə pensiya kapitalı tələb olunmurdu. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(105)-269/2024 nömrəli qərarı ilə (hakimlər: H.Babayeva - sədrlik edən və məruzəçi, T.Axundov və V.Hacıyev) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 7 noyabr 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçının işlədiyi müəssisənin yenidən təşkil edilmiş varisi olan orqan mübahisələndirilən dövrlər ərzində “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində işlədiyi vəzifələrin əvvəlcə 2 nömrəli siyahıya əsasən güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr olduğunu qeyd etsə də, daha sonrakı tarixlərdə verdiyi güzəştli arayışlarda eyni vəzifələrin 2 nömrəli siyahı deyil, 1 nömrəli siyahıya uyğun olduğunu bildirmişdir. Halbuki, 1 nömrəli Siyahının 1030100a-1753a kodu altında İİİ. Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin
1. Domna istehsalatı bəndinin a) fəhləl ər yarımbəndinin - təmirçi çilingərlər, elektrik qaz qaynaqçıları, əl ilə elektrik qaynaqçıları, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları göstərilmişdir. Yəni, iddiaçı 1 nömrəli siyahı üzrə (1030100a-1753a kodu) əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə işlədiyini iddia edirsə, onun işlədiyi sahə siyahıda göstərildiyi kimi domna istehsalatına aid olmalıdır. Lakin, məhkəmə araşdırması zamanı bu hal müəyyən edilməmişdir.... İddiaçının mübahisəli 1980-2000-ci illərdə “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində quraşdırıcı çilingər, dəmir konstruksiyaları quraşdırıcısı, quraşdırıcı və təmirçi çilingər vəzifələrində işlədiyi dövrdə gördüyü işlər təmir işləri olmuşdur ki, bu işlərin də siyahıda qeyd edilən 1 nömrəli siyahının 1030100 a—1753a koduna uyğun olaraq domna istehsalatı sahəsinə və bu sahədə həyata keçirilən texnoloji prosesə aid olmadığı aşkar görünür.... Cavabdeh xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1983-cü ildən xx.xx.2000-ci il tarixədək olan 17 il 04 ay 11 günlük dövrü 1 nömrəli siyahı üzrə iddiaçının güzəştli iş stajına daxil etməməkdə haqlı olmuşdur. Cavabdehin imtinası mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Göründüyü kimi iddiaçının 1 nömrəli siyahı üzrə ümumiyyətlə güzəştli iş stajı yoxdur... İddiaçının 1980-2000-ci illərdə “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tik inti İdarəsində işlədiyi vəzifələr 2 nömrəli siyahıya uyğundur. Belə ki, yuxarıda qeyd edildiyi kimi iddiaçı məhkəmə iclasında izahatında həmin müəssisədə işlədiyi dövrdə domna peçinin təmiri işləri ilə məşğul olduğunu qeyd etmişdir. İddiaçının gördüyü belə işlər isə 2 nömrəli siyahının analoji 3-cü “Metallurgiya sobalarının təmiri” bölməsinin “Metallurgiya sobalarının təmiri” adlı sahəsinə uyğun gəlir. Belə ki, 2 nömrəli Siyahının İİİ. Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin “2-ci Polad və ferroərintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” bəndinin a) fəhlələr yarımbəndində 2040200a—18559 kodla (təmirçi çilingərlər) qeyd edilmişdir. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsa sən 2 nömrəli siyahı üzrə kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onlar 57 yaşına çatmalı, 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajı və azı 12,5 il güzəştli iş stajı mövcud olmalıdır. Hazırkı iş üzrə iddiaçının 57 yaşı tamam olmuş və 2 nömrəli siyahı üzrə 12,5 ildən artıq güzəştli iş stajı olmuş olsa da, onun 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajı olmamışdır.
14. Apellyasiya məhkəməsi “İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələrinə, “Əmək pensiyaları haqqında” Qanunun 7 və 9.1-ci maddələrinə, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 13 maddəsinə istinad etmişdir.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya məhkəməs inə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Kassator şikayətində apellyasiya məhkəməsi tərəfindən “Əmək Pensiyası haqqında" Qanunun 9.1-ci maddəsi, İPM-in 13-cü maddəsi və “İnzibati icraat haqqında” Qanunun 19-cu maddələrinin düzgün tətbiq edilməməsini bildirir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(105)-269/2024 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensi yası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 19. “Vətəndaşların pensiy a təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Resp ublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa...; Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
20. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araş dırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şik ayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
21. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
23. Apellyasiya instansiy ası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İşdən göründüyü kimi, id diaçının hüquqi marağı ona 52 yaşının tamam olduğu 15 may 2014-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin dövrdən ödənilməsinə yönəlmişdir.
29. Hazırkı qərarın 18-19-cu bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçıya 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün aşağıdakı dispozisiya şərtlərinin ödənilməsi tələb olunur: iddiaçının ən azı 20 il ümumi sığorta stajına malik olması; həmin stajın ən azı 10 ilini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən müvafiq siyahıda nəzərdə tutulmuş zərərli və ağır olan işlərdə toplaması; güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını, yəni ümumi iş stajını və güzəştli pensiya hüququ verən stajı həmin Qanunun qüv vəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanması.
30. İşin apellyasiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçıya münasibətdə güzəştli iş stajı ilə bağlı şərt ödənilməmişdir.
31. Belə ki, iddiaçının güzəştli iş stajını təsdiq edən 13 fevral 2014-cü il tarixli və 31 mart 2023-cü il tarixli arayışlarda iddiaçının çalışdığı peşələrin 2 nömrəli və ya 1 nömrəli siyahılara aid olması ilə bağlı ziddiyyətin araşdırılması nəticəsində apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının mübahisəli 1980-2000-ci illərdə “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində quraşdırıcı çilingər, dəmir konstruksiyaları quraşdırıcısı, quraşdırıcı və təmirçi çilingər vəzifələrində işlədiyi dövrdə gördüyü işlər təmir işləri olmuşdur ki, bu işlərin də siya hıda qeyd edilən 1 nömrəli siyahının 1030100a—1753a koduna uyğun olaraq domna istehsalatı sahəsinə və bu sahədə həyata keçirilən texnoloji prosesə aid deyil.
32. Bu səbəbdən cavabdeh xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək və xx.xx.1983-cü ildən xx.xx.2000-ci il tarixədək olan 17 il 04 ay 11 günlük dövrü 1 nömrəli siyahı üzrə iddiaçının güzəştli iş stajına daxil etməməkdə haqlı olmuşdur.
33. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının 1980-2000-ci illərdə “Mərkəzimetallurq” Təmir Trestinin Təmir Tikinti İdarəsində işlədiyi vəzifələr ə 2 nömrəli siyahının analoji 3-cü “Metallurgiya sobalarının təmiri” bölməsinin “Metallurgiya sobalarının təmiri” adlı sahəsinə uyğundur. Belə ki, 2 nömrəli Siyahının İİİ. Metallurgiya istehsalatı (Qara metallar) bölməsinin “2-ci Polad və ferroə rintilər istehsalı. Qarışıqların hazırlanması və kopyor işləri. Metallurgiya sobalarının təmiri. Dolomitin və əhəngin yandırılması” bəndinin a) fəhlələr yarımbəndində 2040200a—18559 kodla (təmirçi çilingərlər) qeyd edilmişdir. 34. 2 nömrəli siyahı üzrə işçilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onlar 57 yaşına çatmalı, 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajı və azı 12,5 il güzəştli iş stajı mövcud olmalıdır. Lakin hazırkı iş üzrə iddiaçının 57 yaşı və 2 nömrəli siyahı üzrə 12,5 ildən artıq güzəştli iş stajı olmuş olsa da, onun 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajı olmamışdır.
35. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə hazırkı qərarın 18-20(a) bəndlərində göstərilən maddi və prosessual hüquq normal arına uyğun hesab olunmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(105)-269/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.