Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1033/2021 26.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: (kasasiya şikayətinin mümkün sayılmaması; vəkilin orderi) Giriş hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə və İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, cavabdehin nümayəndəsi Arzu Həsənovun və vəkili Dilarə Əfrasiyabovanın iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cava bdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2-1(107)-176/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinin mümkünlüyünə 26 may 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı onun 25.06.1992-ci il tarixdən 31.08.1992-ci il tarixədək N saylı hərbi hissədə xidmət etməsi və Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi faktının tanınması və Müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
2. Şəki İnzibati Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 29.01.2021-ci il tarixli, 2-1(116)-213/2021 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
3. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 29.01.2021-ci il tarixli, 2-1(116)-213/2021 nömrəli qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. apelyasiya instansiya məhkəməsindəki icraat
4. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 09.04.2021-ci il tarixli, 2-1(107)-176/2021 nömrəli (hakimlər Vəzirxan Məlikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və İmanverdi Şükürov) qərarı ilə apelyasiya şikayətinin təmin edilm əməsi, birinci instansiya məhkəməsinin 29.01.2021-ci il tarixli, 2-1(116)-213/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Tərəflərin izahatları
5. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili D.Əfrasiyabova və nümayəndəsi A.Həsənov çıxışlarında kasasiya şikayətinin mümkün sayılmamasını və icraata qəbul etməkdən imtina edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdirlər.
6. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə:
7. Apelyasiya instansiyası məhkəməsinin 09.04.2021-ci il tarixli, 21(107)-176/2021 nömrəli qərarından iddiaçı tərəfindən Azərbaycan Respublikası Ali Məhkəmə sinin İnzibati Kollegiyasına kasasiya şikayəti verilmişdir.
8. İddiaçının kasasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir.
9. Bununla bağlı Ali Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə müvafiq olaraq yardım edilmiş və göstərilən nöqsanları yəni, kasasiya şikayətini vəkil tərəfindən tərtib etmək və vəkilin orderini məhkəməyə təqdim etmək 26 may 2021-ci il tarixə qədər təklif edilmişdir. Əks halda, şikayət üzrə kasasiya mümkün sayılmayacaq. Lakin iddiaçı tərəfindən bu nöqsanı aradan qaldırmamışdır.
10. Buna görə də iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti mümkün sayılmamalı, onun qəbulundan imtina edilməlidir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcə lləsinin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə görə kasasiya və əlavə kasasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.
13. Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən Ali Məhkəmə kasasiyanın mümkünlüyü əsaslarını yoxlayır.
14. Həmin Məcəllənin 96.3-cü maddəsinə görə kasasiya mümkün sayılmadıq da Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.3-cü maddəsini rəhbər tutaraq Qərara aldı İddiaçının Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 aprel 2021-ci il tarixli, 2-1(107)-176/2021 nömrəli qərarından verdiyi kasasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Şəki Apelyasiya Məhkəməsinə geri qaytarılsın.