Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1033/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1968-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2696/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 5 sentyabr 1968-ci il tarixdə Masallı rayonunda anadan olmuşdur. Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 66-da yaşayır. 2. 5 sentyabr 2020-ci il tarixdə iddiaçının 52 yaşı tamam olmuşdur.
3. İddiaçıya məxsus 18 avqust 1986-cı il tarixdə doldurulmuş İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən, o, 1 s entyabr 1985-ci il tarixdən 25 iyul 1986-cı il tarixədək Sumqayıt şəhər 35 nömrəli texniki peşə məktəbində təhsil almış, 11 avqust 1986-cı ildən 17 noyabr 1986-cı ilədək “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun Polimer-120 istehsalatının sintez sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru işləmiş, NZ seriyalı, ******* nömrəli, 05 dekabr 1986-cı il tarixində verilmiş hərbi biletə əsasən 05 dekabr 1986- 28 noyabr 1988-ci illərdə hərbi xidmətdə olmuşdur. 26 dekabr 1988-ci il tarixdə “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavoduna (hazırkı “Etilen-Polietilen” zavodu) işə qəbul edilmiş, həmin tarixdən 2 iyul 2000-ci il tarixədək poliefir qətranları sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru, 3 iyul 2000-ci ildən 31 iyul 2001-ci ilədək dixloretan, epixlorhidrin, qliserin və xlorsulfitləşdirilmiş polietilen sexində energetik, 01 avqust 2001-15 may 2005-ci il tarixlərində qliserin, ferroxromsulfanat, epixlorhidrin və izobutilen sexində energetik, 16 may 2005-ci ildən 24 avqust 2005-ci ilədək epoksid qətranları sexində energetik, 25 avqust 2005-03 noyabr 2008-ci il tarixlərində qliserin, epixlorhidrin və izobutilen sexində energetika sahəsi üzrə baş usta, 04 noyabr 2008-25 iyun 2013-cü il tarixlərində mexaniki-təmir sexində energetik işləmiş, 27 iyun 2013-cü il tarixdə “Azərkimya” İstehsalat Birliyinin “Təmir-Tikinti” İdarəsinin avadanlıqların təmiri və xidməti sexinə energetik vəzifəsinə qəbul edilmiş, 30 avqust 2013-cü il tarixdə işdən azad olunmuşdur. 03 aprel 2014-cü il tarixdə "xxxx" ASC-nin “Sumqay ıt Sukanal” İdarəsinin təmizləyici qurğular sexinin elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru peşəsinə təyin edilmiş, 07 aprel 2015-ci ildən bugünədək orada çilingər-elektrik peşəsində işləyir.
4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə X1 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2021-ci il tarixli, 414 №-li arayışına əsasən iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Sumqayıt 35 nömrəli Texniki Peşə Məktəbində (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi) “Elektrik montyoru” ixtisası üzrə əyani təhsil almışdır. 5. “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” X2 tərəfindən verilən, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına da ir həmin arayışlara (xx.xx.2013-cü il tarixli 01/09-972-01/09-977 nömrəli və xx.xx.2021-ci il tarixli, 219-225 nömrəli arayışlar) əsasən, o, 11 avqust 1986-cı il tarixdən 17 noyabr 1986-cı il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun Polimir-120 istehsalatının sintez sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (kod1080A010; iş stajı 3 ay, 7 gün) vəzifəsində; 26 dekabr 1988-ci il tarixdən 02 iyul 2000-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun poliefir qətranları sexində elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru (kod- 1080A010; iş stajı 11 il, 6 ay, 7 gün) vəzifəsində; 03 iyul 2000-ci il tarixdən 31 iyul 2001-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Bi rliyinin keçmiş “Üzvi Sintez” zavodunun dixloretan, epixlorhidrin, qliserin və xlorsulfitləşdirilmiş polietilen sexində energetik (kod1080A010; iş stajı 1 il, 29 gün) vəzifəsində; 01 avqust 2001-ci il tarixdən 15 may 2005-ci il tarixədək tam iş günü “Azərkimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun qliserin, ferroxromsulfanat, epixlorhidrin və izobutilen sexində energetik (kod-1080A010; iş stajı 3 il, 11 ay, 15 gün) vəzifəsində işləmişdir.
6. İddiaçı 7 oktyabr 2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.
7. Cavabdeh iddiaçının ümumi iş stajının 20 ildən az (19 il 2 ay 29 gün) olduğunu və fərdi hesabının sığorta hissəsində yetərli pensiya kapitalının olmadığını (59800 manat tələb edildiyi halda, cəmi 34 814,28 manat pensiya kapitalının olması) əsas gətirərək **********6 nömrəli, 13 noyabr 2020-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1985xx.xx.1986-cı il tarixlərində Azərbaycan Dövlət Texniki Peşə Təhsili Komitəsi Sumqayıt şəhəri 35 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı müddətin ümumi iş stajına daxil edilməklə xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun müxtəlif vəzifələrdə çalışmaqla xx.xx.2006-cı il tarixədək olan müddət üçün ümumilikdə 20 ildən artıq sosial sığorta stajı var və bu müddətin 10 ildən artıq hissəsini güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraitində işləmişdir. Onun əmək fəaliyyətinin çox hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın (bundan sonra - 1 nömrəli Siyahı) təsiri altına düşdüyündən onun pensiya təyinatı həmin Siyahıya istinad edilməklə aparılmalıdır.
10. Cavabdeh məhkəməyə imtina məktubunun dəlilləri ilə eynilik təşkil edən yazıl ı etiraz təqdim etmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4763/2021 nömrəli, 9 iyul 2021-ci il tarixli qərarı ilə (hakim S.İ.Salahova) iddia təmin edilmişdir.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu və təhsil aldığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Buna görə də iddiaçının Sumqayıt 35 nömrəli texniki peşə məktəbində təhsil aldığı 1 senty abr 1985-ci ildən 01 iyul 1986-cı ilədək olan dövr, habelə 5 dekabr 1986-cı ildən 23 noyabr 1988-ci ilədək hərbi xidmət olduğu dövr də ümumi iş stajı hesablanarkən nəzərə alınmalıdır. Çünki bu hüquq iddiaçı tərəfindən artıq qazanılmışdır.
13. Beləliklə, tədqiq olunan iş materiallarına əsasən, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod-1080A010) işləməsi tam sübuta yetirildiyindən onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini v ə iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2696/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmişdir.
16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlilləri iddiaya q arşı imtina, iddia tələbinə qarşı etiraz və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Dəlillərə görə, birincisi, iddiaçının ümumi iş stajı 20 ildən azdır, ikincisi, fərdi hesabın sığorta hissəsində yetərli pensiya kapitalı mövcud yığılmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 22. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli, 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tu tulmuşdur.
23. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «ğ» bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 24. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1. xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2. xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmi ş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”: Vİİİ. Kimya istehsalatı 1080A010 — kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənə dlərə əsasən müəyyən edilir.
27. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir.
28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı.
29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada tə qdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayə t əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
31. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli h üquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mü bahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
36. Belə ki, iş materialları müəyyən edilən hallardan aydın olur ki, iddiaçının 2006-cı il yanvarın 1-dək olan dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq olunan 1 nömrəli siyahısında göstərilən vəzifələrdə çalışması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş 10 ildən artıq güzəştli iş stajının mövcud olması işin mübahisəsiz halı olmuşdur. Cavabdeh əmək ki tabçası üzrə iddiaçının 19 il 3 ay 4 gün iş stajını qəbul etmiş, lakin xx.xx.1985-xx.xx.1986-cı il tarixlərində Sumqayıt şəhəri 35 nömrəli Texniki Peşə Məktəbində təhsil aldığı müddəti nəzərə almayaraq, 20 ildən az ümumi stajı olmasını əsas gətirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmələr tərəfindən işə baxılarkən iddiaçının təhsil dövrü sosial sığorta stajı kimi nəzərə alınmaqla iddianın təmin edilməli olması qənaətinə gəlinmişdir. İddianın təmin edilməsinin əsası olan təhsil dövrünün sosial sığorta stajı kimi nəzərə alınmasına etiraz edən cavabdeh inzibati orqan əlavə olaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində yetərli pensiya kapitalının olmadığına istinad etmişdir.
37. Məhkəmə kollegiyası təhsil müddəti nəzərə alınmadan iddiaçının ümumi stajının 20 ildən a z olması barədə cavabdehin dəlili ilə əlaqədar qeyd edir ki, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən (bax 23-cü və 26-cı bəndlərə) onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir.
38. Fərdi hesabın sığorta hissəsində yetərli pensiya kapitalının olmaması dəlilinə münasibətdə qeyd edilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.8-ci maddəsindən də müəyyən olunduğu kimi (bax 20-ci bəndə) həmin Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edildiyindən və pensiya kapitalı ilə bağlı tələ b qanunvericiliyə sonradan (xx.xx.2017), Qanunun 9.1-ci maddəsinə daxil edildiyindən, 9.8-ci maddədə bununla bağlı hər hansı bir göstəriş olmadığından həmin şərt hazırkı halda iddiaçıya tətbiq edilə bilməz.
39. Məhkəmə kollegiyası qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməsi zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə zəruri edən faktiki şərtlərin mövcudluğunu cavabdeh sübut edə bilməmişdir.
40. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegi yasının 2-1(103)-2696/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.