Məhkəmə qərarları › İş №2-1(102)-1033/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1033/2023

13.06.2023
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1033/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, məhkəmə aidiyyəti, qanunçuluq prinsipi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlundan (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlundan və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə qarşı “nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin aradan qaldırılması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-666/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinə əsasən, "X4 LC 150" minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı, "X4 LC 150" minik markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X4 LC200" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri "xxxx" MMC-nin mülkiyyətindədir. 2. “AK X2” MMC-nin xx.xx.2019-cu il tarixli yeni redaksiyada nizamnaməsindən görünür ki, həmin nizamnamə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəs i ilə dövlət qeydiyyatına alınmış "xxxx" MMC-nin adının və hüquqi ünvanının dəyişdirilərək “AK X2” MMC-nin yeni redaksiyada nizamnaməsidir.

3. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyində xx.xx.2017-ci il tarixdə VÖEN **********1 nömrəsi ilə dövlət qeydiyyatına alınmış “AK X2” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir.

4. İddiaçı cavabdehə müraciət edərək mülkiyyətində olan "X5 LC200" markalı **AA-*** dövlət qeydiyyat nişanlı, "X5 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X4 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin arada n qaldırılmasını xahiş etmişdir.

5. Cavabdeh 11 sentyabr 2022-ci il tarixli, 016-28326-2222 nömrəli məktubla müraciətə verdiyi cavabında göstərmişdir ki, DİN Baş X6i İdarəsinin informasiya sistemində həmin avtomobillərin üzərində Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubu əsasında qeydiyyatla bağlı məhdudiyyət mövcuddur. Nəqliyyat vasitələrinin üzərindən məhdudiyyətin götürülməsi barədə hər hansı məktub daxil olmadığından həmin məhdudiyyətin götürülməsi üçün Vergilər Nazirliyinin müvafiq məktubu təqdim edilməlidir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan "X5 LC200" markalı **-AA-*** dövlət qeydiyyat nişanlı, "X5 LC150" markalı **-PR-*** dövlət qeydiyyat nişanlı və "X4 LC150" markalı **-PS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə qoyulmuş məhdudiyyətin qadağan edilməsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdi.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh nəqliyyat vasitələri üzərində alqı-satqı müqavilələrinin rəsmiləşdirilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən hüquqi şəxsin xüsusi mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə qanunsuz olaraq məhdudiyyət qoyulduğu üçün, mülkiyyətçi mülkiyyətində olan əmlak üzərində sərəncam verə bilmir. Məhkəmənin qərarı olmadan mülkiyyətçinin öz əmlakları üzərində sərəncam vermək hüququ DİN Baş X6i İdarəsi tərəfindən qanunsuz olaraq məhdudlaşdırılıb.

8. Bakı İnzibati Mə hkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(112)-7860/2022 nömrəli qərardadı ilə (hakim S.Salahova) iddia mümkün sayılmamışdır.

9. Məhkəmə qeyd etmişdir ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq (publik hüquq) sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. Hazırkı halda, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələri üzərinə qoyulan məhdudiyyət onunla inzibati orqan ar asında yaranmış hər hansı inzibati hüquq sahəsinə aid münasibətlə bağlı deyil, başlanmış cinayət işi ilə bağlı olmuşdur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X1 və yaxın qohumlarının adına rəsmiləşdirilmiş, həmçinin faktiki olaraq rəhbərlik etdiyi müəssisələrin balansında olan daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulması haqqında müvafiq istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir. Göründüyü kimi, iddiaçının əmlaklarına müvafiq məhdudiyyət başlanmış ********* nömrəli cinayət işi çərçivəsində tətbiq edilmişdir. Deməli, hazırkı mübahisənin faktiki əsası həmin cinayət işinə əsaslanır. Məhkəmə həmçinin izah etmişdir ki, iddiaçının hazırkı tələbi cinayət prosesini həyata keçirən orqanın bilavasitə həyata keçirdiyi cinayət-prosessual fəaliyyəti ilə bağlı olduğundan cinayət prosesini həyata keçirən orqanın onun hüquqlarına və qanuni maraqlarına toxunduğunu iddia etdiyi qərar və hərəkətlərindən CPM-in 67.3, 122.2 və 449-cu maddələrinin tələblərinə əsasən müvafiq qaydada cinayət prosesini həyata keçirən orqanlara şikayət etmək və ya ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır.

10. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. B akı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-666/2023 nömrəli qərardadı ilə (hakimlər: A.Oruczadə – sədrlik edən və məruzəçi, X.Cəmilova və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(112)-7860/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadını ləğv edilməsini və iddianın mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsi İPM-in 13 və 48-ci ma ddələrinin tələblərini pozaraq yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymışdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Lakin məhkəmə iddiaçı ilə bu barədə heç bir yazışma və ya danışma aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmçinin prosessual normaların tələblərini pozmaqla təqdim olunmuş sübutları da araşdırmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.x x.2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

17. İnzibati-Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələ rin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasi ya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman iş üçün əhəmiyyət kəsb edən hallar sonadək aydınlaşdırılmamış, eləcə də məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məsələsinə münasibətdə prosessual hüquq normalarının tələbləri düzgün şərh olunmamışdır. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmaqla iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.

21. İşin hallarından görünür ki, iddiaçı onun mülkiyyətində olan nəqliyyat vasitələrinin üzərinə cavabd eh tərəfindən qoyulmuş məhdudiyyətin qanunsuz olduğunu hesab edərək həmin məhdudiyyətin götürülməsini tələb edir.

22. Apellyasiya instansiyası məhkəməsi iddianı inzibati mübahisə hesab etməyərək belə qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələri üzərinə qoyulan məhdudiyyət onunla inzibati orqan arasında yaranmış hər hansı inzibati hüquq sahəsinə aid münasibətlə deyil, başlanmış cinayət işi ilə bağlı olmuşdur. Belə ki, iddiaçının əmlaklarına müvafiq məhdudiyyət başlanmış cinayət işi çərçivəsində tətbiq edilmişdir. Deməli, hazırkı mübahisənin faktiki əsası həmin cinayət işinə əsaslanır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi cinayət prosesini həyata keçirən orqanın bilavasitə həyata keçirdiyi cinayət-prosessual fəaliyyəti ilə bağlı olduğundan cinayət prosesini həyata keçirən orqanın onun hüquqlarına və qanuni maraqlarına toxunduğunu iddia etdiyi qərar və hərəkətlərindən CPM-in 67.3, 122.2 və 449cu maddələrinin tələblərinə əsasən müvafiq qaydada cinayət prosesini həyata keçirən orqanlara şikayət etmək və ya ümumi məhkəməyə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ saxlanılır.

23. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən apellyasiya məhkəməsinin qiymətləndirməsi və gəldiyi nəticə ilə razılaşmır. 24. “İnzibati icraat haqqında” Qanunun 3.2.1-ci maddəsinə əsasən inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti inzibati hüquqla bağlı münasibətlər hesab edilmirlər. Müvafiq olaraq həmin fəaliyyətdən irəli gələn qərar və hərəkətlərin (hərəkətsizliyin) mübahisələndirilməsi CPM-lə müəyyən edilmiş məhkə mə nəzarəti qaydasında həyata keçirilməlidir.

25. Hazırkı mübahisə üzrə məhkəmə aidiyyətini müəyyənləşdirmək üçün cavabdehin hərəkətlərinin faktiki və hüquqi əsaslarına, eləcə də iddiaçının hüquqi marağının hansı hüquqi müdafiə vasitələrindən istifadəni tələb etdiyinə qiymət verilməlidir.

26. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan nəqliyyat vasitələri üzərində məhdudiyyət tətbiq edilmişdir. Cavabdeh həmin məhdudiyyəti Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubu əsasında apardığını göstərmiş və məhdudiyyətin götürülməsi barədə hər hansı məktub daxil olmadığından həmin məhdudiyyətin götürülməsi üçün Vergilər Nazirliyinin müvafiq məktubunun təqdim edilməli olduğunu bildirmişdir.

27. Cavabdeh mübahisəyə baxılması gedişində məhkəməyə təqdim etdiyi 18 may 2022-ci il tarixli məktubda da yenidən təsdiq etmişdir ki, məhdudiyyət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində xüsusilə külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar rəsmi müraciət əsasında qoyulmuşdur.

28. Məhkəmənin sorğusuna Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli məktubda isə göstərilmişdir ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X1 və yaxın qohumlarının adına rəsmiləşdirilmiş, həmçinin faktiki olaraq rəhbərlik etdiyi müəssisələrin balansında olan daşınar və daşınmaz əmlakların üzərinə həbs qoyulması haqqında müvafiq istintaq hərəkətlərinin həyata keçirilməsi davam etdirilir. Məktubda əmlak üzərinə həbs qoyulması ilə bağlı konkret prosessual qərarın mövcudluğuna istinad olunmamış, ümumi formada istintaq hərəkətlərinin davam etdirildiyi bildirilmişdir.

29. İşin hallarından həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsi 12 avqust 2022-ci il tarixli məktublarla həm Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə, həm də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə müraciət edərək nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə məhkəmənin və ya müstəntiqin qərarının, eləcə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinə ünvanlanmış Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubunun məhkəməyə təqdim olunmasını tələb etmişdir.

30. Lakin məhkəmənin sözügedən sorğuları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən cavablandırılmamış, tələb olunan sənədlər məhkəməyə təqdim olunmamışdır. Məhkəmə isə sorğuların cavablandırılmadığını, beləliklə də, iş üzrə əhəmiyyət kəsb edən halların aydınlaşdırılmamış qaldığını nəzərə almadan işi yekunlaşdırmışdır. Birinci instansiya məhkəməsinin 31 avqust 2022-ci il tarixli iclas protokolundan isə müəyyən olunur ki, hakimin sualına cavab olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair nə məhkəmənin, nə də müstəntiqin həbs qərarı yoxdur, buna görə d ə məsələnin məhkəmə nəzarəti qaydasında baxılması üçün qərar yoxdur, bu, inzibati orqanın hərəkətidir.

31. Beləliklə, məhkəmələr mübahisəyə baxılması ilə bağlı mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadan işə baxmışlar. Belə ki, sözügedən nəqliyyat vasitələrinin üzərinə cinayət təqibini həyata keçirən orqanların (məhkəmənin, müstəntiqin) qərarı əsasında həbs qoyulub-qoyulmadığı məsələsini məhkəmə araşdırmasının nəticəsində dəqiq müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmələr, həmçinin məhdudiyyətin hüquqi əsası kimi göstərilən Vergilər Nazirliyinin xx.xx.2020-ci il tarixli **********202500 nömrəli məktubunu da əldə etməklə tədqiq etmədən qərar vermişlər. Qeyd edilənlər iş üzrə tam və hərtərəfli araşdırmanın aparılmadığını təsdiq edir.

32. Ona görə də təkrar apellyasiya baxışında qeyd edilən işin həlli üçün mühüm əhəmiyyət kəsb edən qeyd edilən halların araşdırılması və dəqiq müəyyənləşdirilməsi təmin edilməlidir. Bu halların aydın və dürüst müəyyənləşdirilməsi məhkəmə aidiyyətinin həllinə təsir edir.

33. Nəzərə almaq lazımdır ki, inzibati orqanların fəaliyyətinə ümumi olaraq “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsində təsbit edilmiş qanunçuluq prinsipi şamil olunur. Buna görə, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

34. Bu mənada, cavabdehin nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi üzərində tətbiq etdiyi məhdudiyyət də qanunçuluq prinsipinə uyğun olmalıdır. Yəni cavabdeh yalnız qanunda nəzərdə tutulmuş müvafiq əsaslar olduqda belə məhdudiyyəti tətbiq etmək səlahiyyətinə mal ikdir.

35. Qanunçuluq prinsipinə uyğun davranış cavabdehdən onu tələb edir ki, mülkiyyət üzərində məhdudiyyəti yalnız qanunda nəzərdə tutulmuş hallarda və müvafiq hüquqi əsaslar olduqda tətbiq edə bilər. Bu mənada, nəzərə alınmalıdır ki, “məktub” və ya “müraciət” mülkiyyət hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılmasının hüquqi əsasını yaratmır. Odur ki, əgər cavabdeh “məktub” və ya “müraciət”i əsas götürməklə məhdudiyyət tətbiq etmişsə, bu halda, onun hərəkəti inzibati hüquq sahəsində baş vermiş mübahisə kimi qəbul edilməli və işə inzibati məhkəmə icraatı qaydasında baxılmaqla cavabdehin hərəkətlərinin qanuniliyinə qiymət verilməlidir. Çünki bu zaman, cavabdehin qiymət verilməli olan hərəkəti publik hüquq sahəsində ona həvalə edilmiş səlahiyyətlərin qanuni şəkildə həyata keçirilib -keçirilmədiyi olacaqdır.

36. Cinayət təqibinin gedişində əmlak üzərinə həbsin qoyulması qaydası CPMdə ətraflı nizamlanmışdır. Müvafiq əsasların mövcudluğunda bu barədə qərar çıxarılmaqla həbs qoyulması məsələsi məhkəmə və ya müstəntiq tərəfindən həll edilə bilər. Yalnız bu qaydaya riayət etməklə cinayət təqibini həyata keçirən orqanlar tərəfindən əmlak üzərinə qoyulmuş həbslərin mübahisələndirilməsinə məhkəmə nəzarəti qaydasında ümumi məhkəmələrdə baxılmalıdır.

37. Beləliklə, əgər nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsinə tətbiq edilən məhdudiyyət əmlak üzərinə həbs qoyulmasına dair cinayət təqibini həyata keçirən orqanlar tərəfindən çıxarılmış prosessual qərarlar əsasında baş verməmişsə, cavabdehin hərəkətlərinin mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında baxılmal ıdır. Əksinə, məhdudiyyət cinayət təqibini həyata keçirən orqanlar tərəfindən çıxarılmış prosessual qərarlar əsasında tətbiq edilmişsə, iddiaçının hüquqi marağı məhz həmin qərarların mübahisələndirilməsini tələb edir və belə işlərə məhkəmə nəzarəti qaydasında ümumi məhkəmələrdə baxılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı CPS Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-666/2023 nömrəli, 26 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar