Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1034/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1965-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-1(103)470/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cəbrayıl Rayon Məhkəməsinin qüvvədə olan 2(072)-344/2018 saylı, 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının 1981-ci ilin sentyabr ayından 23 avqust 1993cü ilə kimi Cəbrayıl rayon “Q.Namazəliyev” adına kolxozda kolxozçu işləməsi faktı müəyyən edilməklə sosial sığorta stajı bərpa edilmişdir. 2. “SOCAR”-ın “Azərkimya” İstehsalat Birl iyinin “Etilen-Polietilen” zavodunun 23 iyun 2021-ci il tarixli, 3104/ON-15-946 saylı məktubu ilə məhkəməyə göndərilmiş əmrlərdən müəyyən edilir ki, iddiaçı 13 dekabr 1993-cü il tarixli, 815/K saylı əmrlə “Üzvi Sintez” İstehsalat Birliyinin zavodunun laboratoriyasına 17 dekabr 1993-cü il tarixdən 3 aylıq müddətə yüksək təzyiqli polietilen üzrə 3 dərəcəli nəzarətçi peşəsinə qəbul edilmiş və 14 iyun 1994-cü il tarixli, 382/K saylı əmrlə 15 nömrəli sexdə 3-cü dərəcəli nəzarətçi peşəsində işləmə müddəti 17 iyun 1994-cü il tarixdən 17 sentyabr 1994-cü il tarixə qədər uzadılmışdır. 3. “SOCAR”-ın “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş arayışlarla müəyyən edilmişdir ki, iddiaçı 16 dekabr 1993-cü il tarixdən 17 sentyabr 1994-cü ilə kimi tam iş günü “Azərik imya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun yüksək təzyiqli polietilen zavodunun laboratoriyasında nəzarətçi vəzifəsində, 2 yanvar 1995-ci il tarixdən 31 dekabr 2005-ci il tarixə qədər həmin zavodda texniki nəzarət şöbəsində nəzarətçi vəzifəsində, 1 yanvar 2006-cı il tarixdən 31 yanvar 2011-ci il tarixə qədər həmin zavodda texniki nəzarət şöbəsində nəzarətçi vəzifəsində, 1 fevral 2011-cı il tarixdən 31 oktyabr 2011-ci il tarixə qədər həmin zavodda keyfiyyətə nəzarət laboratoriyasında nəzarətçi vəzifəsində, 1 noyabr 2011-cı il tarixdən 10 dekabr 2012-ci il tarixə qədər həmin zavodda mərkəzi laboratoriyada nəzarətçi vəzifəsində işləmişdir və 11 dekabr 2012-cı il tarixdən hal-hazıra kimi həmin zavodda istehsalat və keyfiyyətə nəzarət laboratoriyasında nəzarətçi vəzifəsində işlə yir. Göstərilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahısına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıya əsasən, güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. 4. “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodu tərəfindən verilmiş 44 saylı, 1 aprel 2021-ci il tarixli arayışla müəyyən edilir ki, iddiaçı 2 yanvar 1995-ci il tarixdən hal-hazıra kimi işlədiyi müddətdə aşağıda qeyd olunan tarixlərdə uşağa qulluqla əlaqədar olaraq sosial məzuniyyətdə olmuşdur: xx.xx.2003 – xx.xx.2004, xx.xx.2004 – xx.xx.2006, xx.xx.2008 – xx.xx.2021ci illər.
5. İddiaçıya məxsus 9 noyabr 2010-cu il tarixdə doldurulmuş əmə k kitabçası ilə müəyyən edilir ki, o, 2 yanvar 1995-ci il tarixdən 1 fevral 2011-ci il tarixə qədər “SOCAR” “Etilen-Polietilen” zavodunda keyfiyyətə nəzarət laboratoriyasında 2-ci dərəcəli nəzarətçi, 1 noyabr 2011-ci il tarixdən 11 dekabr 2012-ci il tarixə qədər həmin zavodun 60 nömrəli Mərkəz laboratoriyaya texnoloji proseslərə nəzarət üzrə 2-ci dərəcəli nəzarətçi (növbəli), 11 dekabr 2012-ci il tarixdən istehsalat və keyfiyyətə nəzarət laboratoriyasında polietilen istehsalatı üzrə 2-ci dərəcəli nəzarətçi (növbəli), 15 yanvar 2015-ci il tarixdən həmin laboratoriyada 3-cü dərəcəli nəzarətçi (növbəli polietilen istehsalatı üzrə), 15 mart 2021-ci il tarixdən etilen istehsalatının qazayırma sahəsinə 3-cü dərəcəli kondensasiya aparatçısı keçirilmişdir.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
7. Cavabdeh 27 avqust 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ərizəçinin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ərizəçiyə münasibətdə 45600,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28475,15 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ərizəçiyə güzəştli şərtlərlə ya şa görə əmək pensiyasının təyinati qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildirilməlidir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə, sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli, 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 11 yanvar 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona 52 yaşdan, yəni hüququnun yarandığı 20 sentyabr 2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və alınmamış pensiya məbləğinin hesablanmaqla ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1981-ci ilin sentyabr ayından əmək fəaliyyətinə başlamış və 16 dekabr 1993-ci ildən hal-hazırkı tarixədək “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunda texniki nəzarət və keyfiyyətə nəzarət şöbəsində nəzarətçi peşəsində çalışır, 40 ildən çox ümumi iş stajı var, onun 35 ildən çox hissəsini zərərli əmək şəraitində çalışır. Həmin işlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixl i, 320 saylı qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısında nəzərdə tutulmuşdur. Onun işlədiyi müəssisə tərəfindən verilən arayışlarla və əmək kitabçasındakı qeydlərlə zərərli peşələrdə işləməsi öz təsdiqini tapmışdır. Buna baxmayaraq, cavabdeh ona pensiya təyin etməkdən imtina edərək bildirmişdir ki, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən, yəni ona münasibətdə 45.600,00 manat pensiya kapitalı tələb olunduğu halda, pensiya kapitalı cəmi 28475,15 manat təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümk ün hesab edilmir. İddiaçı hesab edir ki, bu imtina qanunsuz və ədalətsizdir.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-3468/2021 nömrəli qərarı (hakim: X1) ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı 20 sentyabr 2017-ci il tarixdən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və alınmamış pensiya məbləğinin hesablanıb ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtina məktubundan da göründüyü kimi o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edə rək, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyini əsas gətirmişdir. Halbuki, hazırkı mübahisəyə cavabdeh tərəfindən hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən, əvvəllər qüvvədə olan, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu tətbiq edilməli idi. İddiaçıya münasibətdə tətbiq edilməli olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndində cavabdehin istinad etdiyi şərt (pensiya kapitalı) göstərilməmişdir. Həmin maddə nəzərdə tutulan şərtlər iddiaçıya münasibətdə tam ödənildiyi üçün ona cavabdeh tərəfindən güzəştli şə rtlərlə əmək pensiyasının təyin olunmasından imtina edilməsi əsassızdır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanmış müddəaları işin müəyyən edilmiş hallarına tətbiqi baxımından qiymətləndirildikdə, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası ala bilmək üçün “Əmək pensiyaları haqqında» Qanununda tələb olunan zəruri sığorta stajına malik olduğu müəyyən olunur. Odur ki, əmək pensiyası qanunvericiliyinə əsasən, iddiaçı 1 yanvar 2006-cı il tarixə qədər 22 il 10 ay 25 gün ümumi iş stajı, 11 il 9 ay 2 gün isə xüsusi iş stajı toplamışdır ki, bu da güzəştli şərtlərlə pensiya təyin olunması üçün kifayətdir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-1(103)-470/2022 nömrəli qərarı (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X2 və X3 ) ilə Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarına əsasən, iddiaçının Cəbrayıl Rayon Məhkəməsinin 2(072)-344/2018-ci saylı 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş 1981-ci ilin sentyabr ayından 23 avqust 1993-cü ilə kimi Cəbrayıl rayon “Q.Namazəliyev” adına kolxozda kolxozçu işlədiyi 11 il 11 ay 23 gün müddət onun ümumi iş stajına hesablanmalıdır. Beləliklə də, iddiaçının kolxozda kolxozçu işlədiyi 11 il 11 a y 23 gün müddət nəzərə alınmaqla, habelə 16 dekabr 1993-cü il tarixdən 17 sentyabr 1994-cü ilə kimi “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun yüksək təzyiqli polietilen zavodunun laboratoriyasında nəzarətçi (9 ay 2 gün), 2 yanvar 1995-ci il tarixdən 1 yanvar 2006-ci ilə kimi “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun texniki nəzarət şöbəsində nəzarətçi vəzifəsində işlədiyi müddət (11 il) olmaqla 1 yanvar 2006-cı il tarixə qədər ümumilikdə 23 il 8 ay 2 gün ümumi iş stajı toplanmışdır. Həmçinin, iddiaçı 16 dekabr 1993-cü il tarixdən 17 sentyabr 1994-cü ilə kimi tam iş günü “Azərikimya” İstehsalat Birliyinin keçmiş “Üzvi Sintez” zavodunun yüksək təzyiqli polietilen zavodunun laboratoriyasında nəzarətçi (9 ay 2 gün), 2 yanvar 1995-ci il tarixdən 31 dekabr 2005-ci ilə kimi “Azərikimya” İstehsalat Birliyinin “EtilenPolietilen” zavodunun texniki nəzarət şöbəsində nəzarətçi vəzifəsində (11 il) zərərli peşələrində işləməklə, ümumilikdə tələb olunandan da artıq 11 il 9 ay 2 gün güzəştli iş stajını tamamlamışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanu n qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 20. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfin dən təsdiq olunan 2 nömrəli siyahısı üzrə:... qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1dək hər il 6 ay artırılmışdır.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün mü ddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və y a ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətin in dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmış, onun 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi və 10 il xüsusi iş stajını tamamladığı sübuta yetirilmişdir. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual q anunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Həmçinin, məhkəmə kollegiyası iddiaçıya münasibətdə fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə qiymət verərkən qeyd edir ki, iddiaçıya münasibətdə 1 yanvar 2006-cı il tarixə qədər qüvvədə olmuş “Vətəndaş ların pensiya təminatı haqqında” qanun tətbiq edilir. Həmin qanuna əsasən isə pensiya təyin edilməsi üçün ümumiyyətlə pensiya kapitalı və ya pensiya kapitalının minimum məbləğinə dair şərt nəzərdə tutulmamışdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-1(103)-470/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.