Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1034/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyini, barabanlarda darayanlar, təmizləyicilər peşəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxxxx 1959-cu il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikas ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(103)-299/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək həqiqi hərbi xidmət keçmişdir. O, xx.xx.1976-cı ildə fəhlə qismində işə qəbul olunmuş, xx.xx.1977-ci ildə azad olunmuşdur. xx.xx.1980-ci ildə “Lenin adına Yeni toxuculuq fabriki”nə (hazırda H.Z.Tağıyev adına "xxxx" ASC) lent sexinə 2-ci dərəcəli nəqle dici vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü ildə 5 saylı f/k 3-cü dərəcəli fəhlə keçirilmiş, xx.xx.1984-cü ildə 3-cü dərəcəli barabanların darayıcısı vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı ildə müvəqqəti olaraq lent sexinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 3-cü dərəcəli barabanların darayıcısı vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə müvəqqəti olaraq lent sexinin ustası vəzifəsinə keçirilmiş, xx.xx.1988-ci ildə daimi işə keçirilmiş, xx.xx.1992-ci ildə növbə mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.1996-cı ildə MKİS-in 5 saylı yataqxanasına komendant vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə işdən azad olunmuşdur. xx.xx.2003-cü ildə Bakı şəhəri MKTB Departamentinin xüsusi təyinatlı MKTB 133 saylı MKİS-ə 5-ci dərəcəli liftçi peşəsinə qəbul olunmuş, xx.xx.2004-cü il tarixdə iş dən azad olunmuşdur. xx.xx.2007-ci il tarixdə “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) quraşdırıcı vəzifəsinə qəbul olunmuş, xx.xx.2011-ci il tarixdə dənizdə texnik təmizləyici vəzifəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə işəgötürənin adı dəyişdirilərək, "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olmuşdur, xx.xx.2013-cü il tarixdə “Stork Technical Services (RBG) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyindən işdən azad olunmuşdur. xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-yə “Sənaye təmizləyicisi” vəzifəsinə qəbul olunmuşdur.
2. Azərbaycan Respublikası H.Z.Tağıyev adına "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, iddiaçı H.Z.Tağıyev adına TTSK ASC-nin (keçmiş V.İ.Lenin adına Toxuculuq kombinatı) əyiricilik istehsalatında xx.xx.1984xx.xx.1986, xx.xx.1987-xx.xx.1988-ci illərdə darayıcı sexində barabanda darayan, xx.xx.1988-xx.xx.1990-cı illərdə hazırlıq şöbəsində növbə ustası peşəsində işləmişdir. 3. “Stork Technical Services” ("xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixə kimi “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) quraşdırıcı vəzifəsində işləmiş, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) dənizdə texnik təmizləyici vəzifəsində çalışmışdır. Nümayəndəli yin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə, istilik, havalandırma və soyutma sistemləri üzrə texniki və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. İddiaçının işlədiyi Dənizdə texnik təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10-cu hissədə (Neftin qazılması və hasilatı, neft qaz kondensantı, kömür və şistin emalı) öz əksini tapmış “təmizləyicilər” bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 2 il 4 ay 29 gün təşkil edir. 4. "xxxx" LLC tərəfindən verilmiş x x.xx.2019-cu il tarixli arayışda iddiaçının xx.xx.2013-cü il tarixdən hazırkı vaxtadək “sənaye təmizləyicisi” vəzifəsində işlədiyi və onun şirkətdə 5 il 11 ay 24 gün stajı olduğu qeyd edilmişdir.
5. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
6. Cavabdeh xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə xx.xx.2011 - xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində dənizdə texnik təmizləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi həmin müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə y aşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan neftin, qazın, qaz kondensatının kömür və şistin emalı sahəsində fəaliyyət göstərmir. Bundan başqa, güzəştli arayışda istinad olunan xx.xx.2013-cü il tarixdən bu günədək "xxxx" MMC şirkətində işlədiyi sənaye təmizləyicisi vəzifəsi yuxarıda qeyd olunan siyahının ümumi peşələr bölməsində rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr peşəsi ilə uyğunsuzluq təşkil edir. Eyni zamanda, xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində H.Z.Tağıyev adına "xxxx"nda işlədiyi növbə ustası vəzifəsi həmin siyahının toxuculuq istehsalatı bölməsində nəzərdə tutulan əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsi ilə uyğunsuzluq təşkil edir. Əlavə olaraq, sözügedən siyahının 26-cı hissəsinin pambıq parça və pambıq istehsalı bəndində barabanda darayanlar (əl ilə) peşəsi nəzərdə tutulmuşdur. Müraciət edənin xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində H.Z.Tağıyev adına "xxxx"nda işlədiyi barabanda darayanlar peşəsinin təqdim etdiyi sənədlər əsasında yuxarıda qeyd olunan sahəyə və peşəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmadığından, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) bir inci instansiya məhkəməsindəki icraat
7. İddiaçı 13 mart 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən sonuncu iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə, zərərli və ağır olan işlərdə çalışan sığortaolunanların - kişilərin 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bunu n azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. Cavabdehin imtinası qanuni və əsaslı olmamışdır. İddiaçının işləməsi əmək kitabçası və təqdim etdiyi arayışla öz təsdiqini tapır.
9. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir.
10. Bakı İnzibati Məhkəməsinin (hakim N.İ.Abıyev) 24 sentyabr 2020-ci il tarixli, 21(112)-4029/2020 nömrəli qərarı ilə iddia təmin edilərək iddiaçıya 60 yaşı tamam olduğu, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı vaxtdan ödənilməmiş pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla, xx.xx.2019-cı il tarixədək 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bundan başqa, işçinin əmək kitabçasının doldurulması, o cümlədən işin adı, peşəsi yaxud vəzifəsinin qeyd edilməsi işəgötürən tərəfindən həyata keçirildiyindən, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını tələb edən iddiaçının əmək kitabçasında qeyd edilmiş peşə adının Siyahı ilə müəyyən edilmiş peşə adlarına uyğun gəlib-gəlməməsinin müəyyən edilməsi üçün işəgötürən tərəfindən verilmiş müvafiq arayışlarda (“Güzəştli arayış”) qeyd olunmuş məlumatlar əsas götürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Toxuculuq istehsalatı dəzgah v ə maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların və peşələrin Siyahısı”nda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri.
12. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr - “Yüngül sənaye” adlanan 26-ci bölməsində-barabanlarda darayanlar (əl ilə) (26.2); “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, köm ür və şistin emalı” adlanan 10-cu bölməsində-təmizləyicilər və “Ümumi peşələr” adlanan 35-ci bölməsində-rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr nəzərdə tutulmuşdur. İddiaçının güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün zəruri olan 60 yaşının tamamlandığı günə, yəni xx.xx.2019-cu il tarixə güzəştli iş stajı 12 il 6 aydan artıqdır.
13. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər V.M.Məmmədov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və A.V.Tanrıverdiyev) 5 aprel 2021-ci il tarixli, 2-1(103)-242/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı güzəştli şərtlərlə pensiya hüququ verən işdə qanunla tələb olunan müddətdə çalışmasına dair iş yerinin arayışını cavabdehə təqdim etməməklə, İPM-in 14.3-cü maddəsinin birinci cümləsi ilə onun üzərinə qoyulan ilkin sübutetmə vəzifəsini yerinə yetirməmiş olur ki, bu da eyni zamanda həmin normanın ikinci cümləsi ilə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzif əsi üzərinə düşən cavabdehin sözügedən sübutetmə yükünü qanunla tələb olunan qaydada yerinə yetirməsi anlamına gəlir. İddiaçının güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxması üçün qanunla tələb olunan xüsusi staj şərtinə əməl olunmaması ilə digər şərtlərin (ümumi staj və pensiya kapitalı) mövcudluğunun yoxlanılması zərurəti aradan qalxmışdır.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər R.S.Nəbizadə /məruzəçi/, Z.M.Quliyev və S.Ə.Kərimov) xx.xx.2021-ci il tarixli, 2-1(102)1410/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
18. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının iş yeri üzrə ətraflı araşdırma aparmamış, Siyahıda olan peşədə əmək funksiyalarını yerinə yetirib-yetirmədiyini müəyyən etməmiş, darayıcı sexində barabanda darayan və hazırlıq şöbəsində növbə ustası peşəsinin Siyahıda istinad edilən peşə üzrə əmək funksiyalarını yerinə yetirməsini araşdırmamışdır.
19. Bundan başqa, məhkəmə kollegiyası qeyd etmişdir ki, iş yerlərindən əldə edilən sənədlər məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçı nın işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti peşə və vəzifələrə uyğunluğu göstərilməlidir.
20. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. İşə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və pe şədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.
21. Bununla yanaşı qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı barədə ümumiyyətlə araşdırma aparmamışdır. ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
22. Məhkəmə sorğusuna cavab olaraq H.Z.Tağıyev adına "xxxx" ASC-nin 3 dekabr 2021-ci il tarixli, 174 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 26-cı hissəsində (Yüngül sənaye) barabanlarda darayanlar (əl ilə) və 32-ci hiss əsində (Toxuculuq istehsalatı) əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsinə uyğundur.
23. Məhkəmə sorğusuna cavab olaraq “Stork Technical Services ("xxxx") Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixi HRLT-2022-003 nömrəli arayışda göstərilmişdir ki, iddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2011ci il tarixə kimi “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyində (sonradan adı dəyişdirilmişdir) quraşdırıcı vəzifəsində işləyib (iş stajı 8 il 4 ay 12 gün). xx.xx.2011-ci il tarixindən xx.xx.2013-cü il tarixinə kimi "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyind ə (sonradan adı dəyişdirilmişdir) dənizdə texnik təmizləyici vəzifəsində çalışmışdır (iş stajı 2 il 4 ay 29 gün). “Rigblast Energy Services Ltd” Kompaniyasının Bakı şəhəri nümayəndəliyinin adı xx.xx.2018-ci il tarixində dəyişdirilərək "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi olmuşdur və xx.xx.2022-ci il tarixində “Stork Technical Services (RBG) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi adına dəyişdirilmişdir. Nümayəndəliyin fəaliyyət dairəsinə neft və qaz sahəsində xidmətlər, o cümlədən quraşdırma, izolyasiya, rəngləmə, istilik, havalandırma və soyutma sistemləri üzrə texniki və təmir, habelə digər qanuni kommersiya fəaliyyətləri daxildir. İddiaçının işlədiyi Dənizdə texnik təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 19 93-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli əlavəsində 11000000-12823 “kokstəmizləyicilər” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr) öz əksini tapmışdır və “təmizləy icilər” bəndinə uyğundur və güzəştli şərtlərlə xidmət illərinə görə təqaüd hüququ verən iş stajı 2 il 4 ay 29 gün təşkil edir.
24. Məhkəmə sorğusuna cavab olaraq cavabdehin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda göstərilmişdir ki, iddiaçının xx.xx.2019-cu il tarixində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 101207,38 manat təşkil edirdi. Həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38400,00 manat məbləğində hesablanmışdır.
25. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, V.Ə.Baxışova və A.S.Hüseynov) xx.xx.2022-ci il tarixli, 21(103)-299/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4029/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının güzəştli iş stajı “Stork Technical Services ("xxxx") Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən verilmiş HR-LT-2022-003 nömrəli arayışa əsasən, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi çalışdığı dənizdə texnik təmizləyici vəzifəsi (iş stajı 2 il 4 ay 29 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli əlavəsində 11000000-12823 “kokstəmizləyicilər” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr alt bölməsində öz əksini tapmış və “təmizləyicilər” bəndinə uyğundur.
27. Bundan başqa, iddiaçının xx.xx.2013-cü il tarixdən "xxxx" LLC-də işlədiyi “sənaye təmizləyicisi” vəzifəsi (5 il 11 ay 24 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə (rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr) öz əksini tapmış “təmizləyicilər” bəndinə uyğundur.
28. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının H.Z.Tağıyev adına "xxxx" ASC-də iddiaçının işlədiyi vəzifələr (4 il 7 ay) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, p eşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 26-cı hissəsində (Yüngül sənaye) barabanlarda darayanlar (əl ilə) və 32-ci hissəsində (Toxuculuq istehsalatı) əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsinə uyğundur.
29. Bununla yanaşı, məhkəmə kollegiyası tərəfindən verilmiş sorğuya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 sentyabr 2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixində fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 101207,38 manat təşkil edirdi. Həmin tarixə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 38400,00 manat məbləğində hesablanmışdır.
30. Cavabdeh həmin qərarından kassasiya şikayəti, verərək onun ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçının təqdim etdiyi sənədlərdə xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində "xxxx " Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində dənizdə texnik təmizləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi həmin müəssisə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunan neftin, qazın, qaz kondensatının kömür və şistin emalı sahəsində fəaliyyət göstərmir. Bundan başqa, güzəştli arayışda istinad olunan xx.xx.2013cü il tarixdən bu günədək "xxxx" MMC şirkətində işlədiyi sənaye təmizləyicisi vəzifəsi yuxarıda qeyd olunan siyahının ümumi peşələr bölməsində rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən d axili təmizlənməsi ilə məşğul olan fəhlələr peşəsi ilə uyğunsuzluq təşkil edir. Eləcə də, xx.xx.1988-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində H.Z.Tağıyev adına "xxxx"nda işlədiyi növbə ustası vəzifəsi həmin siyahının toxuculuq istehsalatı bölməsində nəzərdə tutulan əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsi ilə uyğunsuzluq təşkil edir. Əlavə olaraq, sözügedən siyahının 26-cı hissəsinin pambıq parça və pambıq istehsalı bəndində barabanda darayanlar (əl ilə) peşəsi nəzərdə tutulmuşdur. Müraciətçinin xx.xx.1987-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində H.Z.Tağıyev adına "xxxx"nda işlədiyi barabanda darayanlar peşəsinin təqdim etdiy i sənədlər əsasında yuxarıda qeyd olunan sahəyə və peşəyə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışıdr.
32. Bundan başqa şikayətdə qeyd edilmişdir ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 34. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ( istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pen siyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏ HKƏMƏSİNİN MÖVQEYİ
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
40. Məhkəm ə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə cavabdehin imtina məktubunun, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də imtina məktubunun, etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni laz ımi qaydada araşdırmışdır.
42. Belə ki, iddiaçıya xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlərin ödənilməsi tələb olunur: 1) iddiaçının 60 yaşının tamam olması; 2) azı 25 il sığorta stajına malik olması; 3) 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; 4) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
43. İş materialları ilə müəyyən edilir ki, iddiaçının 60 yaşı xx.xx.2019-cu ildə tamam olmuş, o, əmək pensiyasının təyin edilməsi üçün iddia etdiyi xx.xx.2019-cu il tarixə ümumilikdə 25 ildən çox sosial sığorta stajına, 12 il 6 aydan çox xüsusi iş stajına malikdir və tələb oluna n minimum məbləğ 38.400,00 manat olduğu halda, iddiaçının fərdi hesabının sığorta hissəsində 101.207,38 manat vəsait toplanmışdır.
44. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlərdən sadəcə, onun xüsusi iş stajını və pensiya kapitalını mübahisələndirmiş, digər tələblərlə bağlı hər hansı etirazı olmamışdır.
45. Pensiya kapitalı ilə bağlı cavabdehin kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qeyd edilən dəlilini əsaslandırmamışdır. Eləcə də, cavabdehin həmin dəlili özünün xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubu ilə təkzib edilir. Həmin məktubda iddiaçı barəsində tələb olunan minimum məbləğin 38.400,00 manat olmasına baxmayaraq, iddiaçının fərdi hesabının sığorta hissəsində 101.207,38 manat vəsaitin toplandığı qeyd edilmişdir. Ona görə də, cavabdehin pensiya kapitalı ilə bağlı dəlili formal xarakter daşımaqla əsassızdır.
46. Cavabdehin iddiaçının xüsusi iş stajı ilə bağlı dəlillərinə gəldikdə qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-1410/2021 nömrəli qərarında qoyulmuş göstərişlərə əməl edərək iddiaçının H.Z.Tağıyev adına "xxxx" ASC-də 1984-1990-cı illərdə işlədiyi 4 il 7 ay, “Stork Technical Services ("xxxx") Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi dənizdə texnik təmizləyici vəzifəsində çalışdığı 2 il 4 ay 29 gün və "xxxx" LLCdə xx.xx.2013-cü il tarixdən etibarən “sənaye təmizləyicisi” vəzifəsində çalışdığı 5 il 11 ay 24 gün ilə bağlı ətraflı araşdırma aparmış və haqlı olaraq həmin illərin iddiaçının xüsusi iş stajına daxil edilməli olması ilə bağlı yekun nəticəyə gəlmişdir.
47. Belə ki, iddiaçının H.Z.Tağıyev adına "xxxx" ASC-də 1984-1990-cı illərdə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 26-cı hissəsində (Yüngül sənaye) barabanlarda darayanlar (əl ilə) və 32-ci hissəsində (Toxuculuq istehsalatı) əyirici istehsalatının hazırlıq sexlərindəki maşınlara, burma, əyirmə, sarıma, cütləmə, təkrarsarıma maşınlarına və toxuculuq dəzgahlarına xidmət edən ustalar və usta köməkçiləri vəzifəsinə uyğundur.
48. Bundan başqa, iddiaçının “Stork Technical Services ("xxxx") Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixə kimi çalışdığı dənizdə texnik təmizləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli əlavəsində 11000000-12823 “kokstəmizləyicilər” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərl ə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsullarından və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr alt bölməsinin “təmizləyicilər” bəndinə uyğundur.
49. İddiaçının xx.xx.2013-cü il tarixdən 5 il 11 ay 24 gün ərzində "xxxx" LLC-də çalışdığı “sənaye təmizləyicisi” vəzifəsi də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda 35-ci hissədə rezervuarların, bakların, sisternlərin, gəmi bölmələrinin tanklarının neft məhsulların dan və kimyəvi maddələrdən daxili təmizlənməsi ilə məşğul olan fəhlələr alt bölməsinin “təmizləyicilər” bəndinə uyğundur.
50. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə 12 il 6 aydan az işləməsi barədə cavabdehin şikayətinin dəlili əsaslı olmamışdır.
51. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirmə si ilə də razılaşır.
52. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 21(103)-299/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.