Məhkəmə qərarları › İş №2-1(102)-1034/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1034/2024

01.05.2024
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1034/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: övladlığa götürülmüş uşağa görə sosial müavinətin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublik ası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “müavinətin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2988/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1982-ci il təvəllüdlü İddiaçı1 xx.xx.1981-ci il təvəllüdlü İddiaçı2 arasında xx.xx.2009-cu ildə nikah bağlamışlar.

2. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2019-cu il təvəllüdlü X3 "övladlığa götürmə" tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e -2(006)-3106/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizə təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X3 ərizəçilər İddiaçı2 və İddiaçı1 övladlığa verilməsi və Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən azyaşlının ilkin akt qeydində dəyişiklik edilərək, uşağın doğum haqqında akt qeydləri kitabında adı “Selin”, soyadı “İbrahimova”, ata adı “İbrahim”, doğum tarixi “xx.xx.2019-cu il”, doğum yeri “Bakı şəhəri”, ata qrafasında “İddiaçı2”, milliyyəti “azərbaycanlı”, ana qrafasında “İddiaçı1”, milliyyəti “azərbaycanlı” yazılması, bu barədə qeydiyyatın aparılması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin Nəsimi rayon qeydiyyat şöbəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixində qanuni qüvvəsini almışdır və icra olunması üçün Nəsimi ray on qeydiyyat şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə X2 doğum haqqında şəhadətnamə verilmişdir.

3. İddiaçı2 ərizə ilə cavabdehə müraciət edərək, uşağın övladlığa götürülməsi ilə əlaqədar olaraq müavinətin təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh 21 dekabr 2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina edərək bildirmişdir ki, xx.xx.2019-cu il təvəllüdlü X1 övladlığa verilməsinə dair məhkəmə qətnaməsi qəbul olunarkən (xx.xx.2022-ci il tarixli, e-2(006)-3106/2022 saylı qətnamə) onun 3 yaşı tamam olmadığı üçün ona övladlığa götürülən uşağa görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Res publikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladlığa götürülən - 20 sentyabr 2019-cu il təvəllüdlü X2 görə, onu övladlığa götürənlər - birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 sosial müavinətın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişlər.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 xx.xx.2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və həmin tarixdə onlara AZ-İ seriyalı, 488272 nömrəli nikah haqqında şəhadətnamə təqdim edilmişdir. Birgə nikahlarından övladları olmamışdır. Buna görə də 20 sentyabr 2019-cu il təvəllüdlü - X4 övladlığa götürmək qərarına gəlmişlər. Nəticədə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(006)3106/2022 saylı qətnaməsi ilə X3 onlara - İddiaçı2 və İddiaçı1 övladlığa verilməsi qət edilmişdir. Sözügedən qətnamə 26 sentyabr 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmin qətnaməyə müvafiq olaraq, onlara X3 övladlığa götürülməsi haqqında 05 oktyabr 2022-ci il tarixli, AZ-İ№ 013825 nömrəli Şəhadətnamə təqdim edilmişdir. Bununla yanaşı, qətnaməyə uyğun olaraq övladlarının ilkin akt qeydində müvafiq dəyişikliklər edilmiş və o, artıq X5 olaraq qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, X5 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-3106/2022 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi andan, yəni daha dəqiqliklə 26 sentyabr 2022-ci il tarixdən onlar a övladlığa verilmişdir. Bu tarix qızları Selinin 3 (üç) yaşı tamam olduqdan 6 (altı) gün sonraya təsadüf edir. Odur ki, mövcud qanunvericiliyin onlara verdiyi imkanlardan istifadə edərək xx.xx.2022-ci il tarixdə "DOST Agentliyi" nə müraciət edərək, övladlığa götürülən uşağa görə onlara müavinət təyin edilməsini tələb etmişlər. Lakin cavabdeh - DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 21 dekabr 2022-ci il tarixli məktubu ilə həmin müavinətin təyin edilməsindən imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunsuz və əsassızdır.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmişdir ki, etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(112)-6033/2023 saylı qərarı ilə (hakim X6) iddia təmin edilmiş, xx.xx.2019-cu il təvəllüdlü X2 görə, onu övladlığa götürən – birgə iddiaçılar İddiaçı2 və İddiaçı1 (onlardan birinə) sosial müavinətin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, cavabdehin imtinası qanunauyğun deyildir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində göstərilmişdir ki, müavinət müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Sözügedən qanun icra edilmə tələbinə görə imperativ normadır və bu qanunla konkret davranış qaydası müəyyən edilir və bu qanun olduğu kimi icra ed ilməlidir. Lakin cavabdeh göstərilən qanunu doğru icra etməmişdir. Göstərilən qanun ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

10. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2988/2023 nömrəli iş üzrə 01 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X9 (məruzəçi), X10 və X7) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 25 ma y 2023-cü il tarixli, 2-1(112)-6033/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində “Sosial müavinətlər” haqqında Qanunun 4.0.1.14, 7.0.10.4, 9.1.11-ci maddələrinə, Ailə Məcəlləsinin 66.6, 118.4, 119.1 və 122.1cimaddələrinə, eləcə də “Valideynlərin itirilmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunun müddəaların istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsini n qərarı qanunsuz və əsassızdır.

15. Qeyd edilir ki, qanunda hansı uşaqların valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar kateqoriyasına aid olduğu qeyd olunmuşdur. Və bu kateqoriyaya övladlığa götürülən X8 aid deyildir. Həmçinin valideynləri olan uşaq Ailə Məcəlləsinin 123-cü maddəsində göstərilənlər istisna olmaqla, yalnız valideynlərinin razılığı ilə övladlığa götürülə bilər. Bu zaman iş materiallarına əlavə olunmuş sənədlərdən uşağın valideynlərarası razılıq əsasında övladlığa götürüldüyü görünür.

16. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını nəzərə almadan, iddiaçıların övladlıqla götürdüyü uşağın valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq statusuna malik olmaması barədə cavabdeh orqanın dəlilinə ümumi ifadələrlə münasib ət bildirmiş, həmin dəlilin əsassız olmasını əsaslandıra bilməmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarında Selin İbrahimovanın bioloji atası tərəfindən tərk edildiyini, doğulduqdan sonra isə anasının onu başqa şəxslərin yanına qovub getdiyini qeyd etmişdir. Halbuki iş materiallarına əsasən Selin İbrahimova bioloji anasının himayəsində olmuş və məhz ona görə də onun bioloji anası ilə övladlığa götürənlər arasında uşağın valideynlərarası razılıq müqaviləsi bağlanmış və həmin müqavilə bağlandıqdan sonra uşaq müvəqqəti olaraq övladlığa götürənlərə verilmişdir. Göründüyü kimi faktiki olaraq Selin İbrahimova valideyn himayəsindən məhrum olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər:... 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət; Maddə

7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir:... 7.0.10-4. övladlığa götürülən uşağa görə müavinət – valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşağı, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə 2021-ci il yanvarın 1-dən sonra övladlığa götürülən uşaq üçün (uşağın övladlığa gö türülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edildikdə); 19. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu Bu Qanun valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından 23 yaşınadək olan şəxslərin sosial müdafiəsi üzrə dövlət təminatının məzmununu, tədbirlərini müəyyən edir, həmin təminatın verilməsi və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Maddə

1. Əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: valideynlərini itirmiş uşaqlar - hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslərdir; valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd oluna n kateqoriyaların hər hansı birinə aid olan:... uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən...

20. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə

118. Övladlığa götürmə qaydası 118.1. Övladlığa götürmə üç mərhələdə həyata keçirilir: 118.1.1. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; 118.1.2. övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; 118.1.3. övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. 118.2. Övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması bu Məcəllənin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir. 118.3. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edil ir: 118.3.1. övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması; 118.3.2. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; 118.3.3. övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; 118.3.4. övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili; 118.3.5. övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi. 118.4. Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfin dən müəyyən edilir. Maddə

119. Valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxslərin uçotu 119.1. Müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumataxtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır. 119.2. Bu Məcəllənin 119.1-ci maddəsində göstərilən vahid informasiya bazasında a şağıdakı məlumatlar əks olunmalıdır: 119.2.1. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaq və övladlığa götürmək istəyən şəxs barədə fərdi məlumatlar; 119.2.2. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın və övladlığa götürmək istəyən şəxsin sağlamlıq vəziyyəti barədə məlumatlar; 119.2.3. valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşağın aşkar olunma şəraitinə dair məlumatlar, valideynləri (olduqda), valideyn himayəsindən məhrum edilmə səbəbləri barədə məlumatlar; 119.2.4. əvvəllər övladlığa götürülüb-götürülməməsi barədə məlumatlar; 119.2.5. övladlığa götürmək istəyən şəxsin təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar; 119.2.6. övladlığa götürmək istəyən şəxsin məhkumluğu barədə məlumatlar; 119.2.7. övladlığa götürmək istəyən şəxsin yaşayış şəraiti, gəlirləri və öhdəlikləri barədə məlumatlar; 119.2.8. övladlığa götürmək istəyən şəxsin əvvəllər qəyyum (himayəçi), himayədar valideyn və ya övladlığa götürən şəxs olub-olmamasına dair məlumatlar.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində n əzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzi bati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının t am və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Cavabdehin dəlili ondan ibarətdir ki, iddiaçılar tərəfindən övladlığa götürülmüş uşaq valideyn himayəsindən məhrum olan uşaqlar kateqoriyasına aid olmadığından iddiaçılara sosial müavinət təyin edilə bilməz.

29. Məhkəmə kollegiyası cavabdehin mövqeyi ilə razılaşmayaraq bildirir ki, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda valideyn himayəsindən məhrum olmuş uşaqların kateqoriyası müəyyən edilmişdir. Həmin kateqoriyadan birinə də valideynləri tərəfindən tərbiyə edilməsindən və ya hüquq və mənafelərinin müdafiəsindən imtina edilmiş uşaqlar daxildir.

30. İş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, e-2(006)-3106/2022 saylı qətnaməsi ilə qeyd edilən uşağın həmin kateqoriyaya aid olan uşaqlar qrupuna daxil olduğunu müəyyən etmək olur.

31. Bundan əlavə iş materiallarında olan “Valideyn namizədinin qiymətləndirilməsi” hesabatından da məlum olur ki, bioloji ata və ana övladlığa götürüləcək uşağın tərbiyəsi və müdafiəsinə laqeyd münasibət göstərmişlər. Belə ki, bioloji ata ümumiyyətlə uşağını görməmiş, bioloji ana isə uşağa kifayət qədər diqqət və qayğı göstərməmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən xüsusatlarla övladlığa götürülm üş uşağın valideyn himayəsindən məhrum olan uşaqlar kateqoriyasına aid olması təsdiq edildiyindən övladlığa götürən şəxslərin “Sosial müavinətlər haqqında” Qanunun tələbinə əsasən övladlığa götürülən uşağa görə müavinət hüququ mövcuddur.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2988/2023 nömrəli, 01 noyabr 2023-cü il tarixli qərarı d

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar