Məhkəmə qərarları › İş №2-1(102)-1034/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1034/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1034/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Vəliyev Sərvər Yaqub oğlundan ibarət tərkibdə, İddiaçı Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatı nın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarışın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli, 21(105)-232/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Quba rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 1992-ci il tarixli 63 saylı Sərəncamı ilə Rayonun Buduq Sovetliyinin Yalavanc kəndi ərazisində “Dalğa” kəndli (fermer) təsərrüfatı qeydə alınmışdır.

2. Quba rayonu “Dalğa” fermer təsərrüfat ının başçısı X1 adına “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Б 004864 nömrəli Dövlət aktının surətinə əsasən müəyyən olunur ki, Quba rayon X4 Rəyasət Heyətinin 24 fevral 1992-ci il, 23 noyabr 1993-cü il tarixli 63; 277 nömrəli qərarlarına əsasən Quba Rayon “Dalğa” kəndli (fermer) təsərrüfatına 200 hektar torpaq sahəsi ayrılmış və Dövlət aktları kitabında 108 nömrə ilə qeydə alınmışdır.

3. Quba rayon X7 Rəyasət heyətinin 23 noyabr 1993-cü il tarixli 15 saylı iclas protokolundan çıxarışdan görünür ki, “Dalğa” kəndli (fermer) təsərrüfatına ayrılmış 200 hektar torpaq sahəsinin 60 hektarının yeri dəyişdirilmişdir.

4. Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatının başçısı X1 Quba rayonu Yalavanc kəndi ərazisində yerləşən 200.0 ha torpaq sahəsi üzərində hüquqlarının daş ınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair müraciətinə cavabdeh orqan tərəfindən 27 iyul 2022-ci il tarixli **********45 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, müraciətlə əlaqədar aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizəyə əlavə olunmuş, torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair X8 rayon X4 Rəyasət Heyətinin 24 fevral 1992-cı il, 23 noyabr 1993-cü il tarixli 63; 277 nömrəli qərarları əsasında hazırlanmışdır. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə əlaqədar təqdim edilmiş “№ A000 000 Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamı ş, o cümlədən ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Əlavə olaraq, Azərbaycan Respublikasında aparılan Aqrar İslahat zamanı qeyd olunan X3 aid Dövlət Aktının verilməsinə əsas olmuş Quba rayon X4 Rəyasət Heyətinin 24 fevral 1992-ci il, 23 noyabr 1993-cü il tarixli 63; 277 nömrəli qərarlarının qüvvədə olub-olmaması barədə Xaçmaz rayon İcra Hakimiyyətinin məktubu ərizəyə əlavə edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatının başçısı mərhum X1 torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair 004865 nömrəli dövlət aktı əsasın da ayrılmış 200 hektar ərazinin müəyyənləşdirilərək “Dalğa” kəndli (fermer) təsərrüfatının adına daşınmaz əmlaka dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X1 başçılığı ilə Quba rayonunda 1992-ci ilin yanvar ayının 21-də “Dalğa” kəndli (fermer) təsərrüfatı Əsasnaməsi təsdiq edilərək təsis edilmiş və 24 fevral 1992-ci il tarixində Quba rayon İcra Hakimiyyətində 63 saylı Qərarla qeydə alınmışdır. Quba rayon İcra Hakimiyyətinin 24 fevral 1992-ci il tarixli 63 saylı və Quba rayon X4 23 noyabr 1993-cü il tarixli 277 saylı qərarları ilə Quba Rayon “Dalğa” kəndli (fermer) təsərrüfatının kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və satışı üçün Quba rayonunun Yalavanc kə ndi ərazisindən 200 hektar torpaq sahəsi xəritədə göstərilən cizgilər daxilində daimi istifadəyə ayrılmış və Quba rayonu “Dalğa” fermer təsərrüfatının başçısı X1 adına Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Б 004865 nömrəli Dövlət aktı Dövlət aktları kitabında 108 nömrə ilə qeydə alınmışdır. 1992-1993-cü illərdə 2000 baş xırdadırnaq heyvanat, əsasən, qoyunlar Rusiya Federasiyasının Dağıstan Respublikasından alınaraq saxlanması məqsədilə gətirilmişdir. “Dalğa” fermer təsərrüfatı Quba rayonunda ilk kəndli (fermer) təsərrüfatlarından olmuş, bir müddət çox rentabelli, gəlirli fəaliyyət göstərərək aqrar sahədə öz sözünü demiş və kənd təsərrüfatına öz töhfələrini vermiş bir təsərrüfat olmuşdur. 10 aprel 1994-cü il tarixində Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatı ver gi uçotunda olması barədə AB seriyalı 031735 nömrəli Şəhadətnamə ilə vergi ödəyicisi kimi Quba rayonu Vergi şöbəsində qeydiyyata götürülmüşdür. 19 iyul 1996-cı il tarixində “Dalğa” kəndli (fermer) təsərrüfatı Azərbaycan Respublikası Statistika Komitəsi tərəfindən müstəqil təsərrüfat kimi qoyun və keçilərin yetişdirilməsi, yun istehsalı, qoyun və keçi südünün istehsalı, meyvə istehsalı və Əsasnaməsində göstərilən sair fəaliyyət növləri ilə məşğul olmaq məqsədilə Statistika Komitəsində 63 nömrə ilə qeydiyyata götürülərək ona uçot vahidlərinin Dövlət Reyestrinə daxil edilməsi haqqında ******* saylı Şəhadətnamə verilmişdir. 17 sentyabr 1999-cu il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Xaçmaz bölgə şöbəsi tərəfindən “Dalğa” kəndli (fermer) tə sərrüfatına xüsusi mülkiyyət növündə kənd təsərrüfatı məhsullarının istehsalı, qoyunçuluq, maldarlıq və sair məqsədlərlə şərikli müəssisə təşkilati hüquqi formasında ******* identifikasiya kodlu 4/358 saylı uçota alınma haqqında arayış təqdim edilmişdir. 23 iyul 1994-cü il tarixində “Dalğa” kəndli (fermer) təsərrüfatının başçısı X2 vəfat etmişdir. Lakin fermer təsərrüfatı öz fəaliyyətini şərikli müəssisə formasında davam etdirmiş, ona mülkiyyət növündə ayrılmış torpaqlar sahibliyində və istifadəsində olmuşdur. “Dalğa” kəndli (fermer) təsərrüfatına verilmiş Dövlət aktı da müxtəlif orqan və qurumlarda keçərli olmuşdur, mülkiyyətə dair çıxarışı əvəz etmişdir. Lakin son zamanlarda kənd təsərrüfatı üçün yaradılmış güzəşt və imkanlardan istifadə etmək, fermerə ayrılmış torpaqlarda dövlətdən subs idiya alıb zeytun, nar və badam bağlarının salınması işini təşkil etmək məqsədilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Quba regional idarəsinə müraciət etdikdə “Dalğa” fermer təsərrüfatı qeydiyyata götürülsə də, subsidiyanın ayrılmasının yalnız Torpağa mülkiyyət hüququna dair Dövlət Reyestr Xidmətinin çıxarışı alındıqdan sonra “Dalğa” kəndli (fermer) təsərrüfatına subsidiya ayrılacağı bildirilmişdir. Ona görə də “Dalğa” kəndli (fermer) təsərrüfatının üzvləri kimi və həmin fermerin başçısı olmuş mərhum X1 ölümündən sonra hüquqi varisləri qismində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri hüquqi publik şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə göstərilən 200 hektar torpağa “Dalğa” fermer təsərrüfatının adına mülkiyyət hüququna dair çıxarış verilməsi məqsədilə müraciət etmişlə r. Lakin cavabdeh həmin çıxarışı verməkdən xx.xx.2022-ci il tarixli **********45 saylı məktubla imtina etmişdir.

7. Cavabdeh tərəfindən təqdim olunmuş iddia ərizəsinə dair etiraz imtina məktubu ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeyd iyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda göründüyü kimi, “№ A -000 000 Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməsi mümkün olmamışdır. Bununla əlaqədar torpaq sahəsinin yeri dəqiq məlum deyildir və həmin torpaq sahəsinin yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərin müha fizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(118)648/2023 nömrəli qərarı ilə (hakim İ.R.Quliyev) iddia rədd edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, əvvəlki məhkəmə iclaslarında iddiaçı məhkəmənin suallarına cavab olaraq torpaq sahəsinin başqa şəxslər tərəfindən istifadə edildiyini bildirmiş, habelə müvafiq mütəxəssis rəyinin alınmasına razılıq verməmiş, təqdim edilmiş sənədlər əsasında qərar qəbul edilə biləcəyini bildirmişdir. Cavabdeh orqanın 07 iyul 2023-cü il tarixli, 3-21-3-34/2-8939/2023c saylı məktubunda bildirilmişdir ki, idarənin mütəxəss isinə daşınmaz əmlaka baxış keçirilməsi üçün şərait yaradılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının torpaq sahəsi barəsində bazada məlumat olmaması və yerində müayinə üçün şərait yaradılmaması iddianın rədd edilməsi üçün əsas təşkil edir.

10. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh tərəfindən təqdim olunmuş 11 iyul 2024-cü il tarixli məktubda göstərilmişdir ki, 5 saylı Xaçmaz Ərazi idarəsinin arxiv məlumatlarında Quba rayon Dalğa kəndli (fermer) təsərrüfatının istifadəsində olan torpaq sahəsinə münasibətdə Aqrar İslahat Komissiyası tərəfindən hər hansı qərar qəbul edilməsi və üzvlərinə torpaq sahəsi ayrılması barədə məlumat a şkar edilməmişdir.

12. Cavabdeh tərəfindən 02 oktyabr 2024-cü il tarixli məktuba əlavə olunmuş arayışda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi naturada iddiaçı tərəfindən üç ayrı-ayrı hissələrdə şərti olaraq göstərilmişdir. Torpaq sahəsinin müayinəsi zamanı iddiaçının təqdim etdiyi dövlət aktında koordinatlar olmadığından torpaq sahəsinin sərhədlərini dəqiqləşdirmək mümkün olmamışdır. İddiaçının şərti olaraq göstərdiyi torpaq sahələrinin kateqoriyaları kənd təsərrüfatı təyinatlı torpaqlardır. Həmin torpaq sahələri X5 İnformasiya Sistemində bir hissəsi Şabran rayonunun ərazisi kimi, bir hissəsi Quba rayonunun ərazisi kimi göstərilmişdir və vətəndaşlara məxsus pay torpaq sahələridir. Torpaq sahələrinin bir hissəsi hal-hazırda başqa vətəndaşlar tərəfindən istifadə olunur və başqa şəxslərin adına mülkiyyət hüquqları tanınmışdır.

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 oktyabr 2024cü il tarixli, 2-1(105)-232/2024 nömrəli qərarı ilə (hakimlər Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, G.İ.Cabbarova və V.E.Əzizova) apellyasiya şikayəti təmin olunmamış, Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(118)-648/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, aqrar islahat torpaq sahələrinin məhz həmin sahənin yerləşdiyi ərazidə yaşayan vətəndaşların mülkiyyətinə əvəzsiz qaydada verilməsidir. Hazırkı halda iddiaçı mübahisəsi gedən 200 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının tanınmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, idd iaçının istinad etdiyi sənədlər torpaqayırma barədə ilkin sənədlərdir, mübahisəli torpaq sahəsi iddiaçı tərəfindən istifadə edilmir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən Quba rayon Dalğa kəndli (fermer) təsərrüfatına 200 ha torpaq sahəsi ayrılsa belə, torpaq sahəsi qanunvericiliyə müvafiq olaraq özəlləşdirilmədiyi üçün daha sonra həmin torpaq sahələri “Torpaq İslahatı haqqında” AR Qanununun təsiri altına düşərək pay torpağı şəklində ayrı-ayrı vətəndaşlara ayrılmış, torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırkı halda, mübahisəli torpaq sahəsi ayrı-ayrı vətəndaşların mülkiyyətində olduğu təqdirdə iddiaçının tələbinin təmin edilməsi mümkün deyildir.

15. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbi nin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

16. İddiaçı kassasiya şikayətində işin faktiki hallarına, əvvəllər bildirilən dəlillərə və Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə istinad etmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bil dirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəm ə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandır ılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikay ətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

24. Kollegiya apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Quba rayon İcra Hakimiyyəti Başçısının 24 fevral 1992-ci il tarixli 63 saylı Sərəncamı Rayonun Buduq Sovetliyinin Yalavanc kəndi ərazisində “Dalğa” kəndli (fermer) təsərrüfatının qeydə alınması barədə olmuş, Quba rayon X4 23 noyabr 1993-cü il tarixli 277 nömrəli Qərarı ilə isə Quba rayon İcra Hakimiyyəti Başçısının 24 fevra l 1992-ci il tarixli 63 saylı Sərəncamına əsasən “Dalğa” kəndli (fermer) təsərrüfatına ayrılmış 200 hektar torpaq sahəsinin 60 hektarının yeri dəyişdirilmişdir. Göründüyü kimi, istinad olunan sərəncam və qərar əsasında iddiaçıya torpaq sahəsi istifadə üçün ayrılmışdır, həmin sənədlərdən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verildiyini müəyyən etmək mümkün olmur.

25. Həmçinin Quba rayonu “Dalğa” fermer təsərrüfatının başçısı X1 adına verilmiş “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair” Б 004864 nömrəli Dövlət aktında dəqiq koordinatlar mövcud olmadığından torpaq sahəsinin naturada dəqiq yerini müəyyənləşdirmək də mümkün olmamışdır. Bundan başqa, apellyasiya məhkəməsinə cavabdeh tərəfindən təqdim olunmuş arayışda da göstərilmişdir ki, iddiaçının şərti olaraq göstərdiy i torpaq sahələrinin kateqoriyaları kənd təsərrüfatı təyinatlı torpaqlardır. Həmin torpaq sahələri X5 İnformasiya Sistemində bir hissəsi Şabran rayonunun ərazisi kimi, bir hissəsi Quba rayonunun ərazisi kimi göstərilmişdir və vətəndaşlara məxsus pay torpaq sahələridir. Torpaq sahələrinin bir hissəsi hal-hazırda başqa vətəndaşlar tərəfindən istifadə olunur və başqa şəxslərin adına mülkiyyət hüquqları tanınmışdır.

26. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Quba rayonu “Dalğa” kəndli (fermer) təsərrüfatı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il 24 oktyabr tarixli, 2-1(105)-232/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar