Məhkəmə qərarları › İş №2-1(102)-1035/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1035/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1035/2021 01.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi; qanuni əsaslarla tərxis olunma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2-1(107)-28/202 1 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı xx.xx.1962-ci ildə anadan olmuş, 1980-1982-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində həqiqi hərbi qulluq keçmişdir. Sonra Azərbaycan Silahlı Qüvvələri tərkibində 11.12.N-cü ildən 08.11.N-cü ilə kimi N saylı hərbi hissənin tərkibində sıravi döyüşçü kimi Qarabağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir.

2. İddiaçı 27.04.N-cü ildən 09.06.N-cü ilə kimi, yəni 27.04.N-cü il tarixdə N nömrəli hərbi hissənin göndəriş vərəqi əsasında Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsinə daxil olmuş, burada ona sol budun aşağı 1/3 hissəsinə kor qəlpə yarası diaqnozu qoyulmuş və həmin diaqnoza uyğun cərrahiyyə əməliyyatı olunmuş və bu rada müalicə kursu keçmişdir.

3. İddiaçı veteran adı və müharibə veteranı vəsiqəsini almaq məqsədilə cavabdehə müraciət etmiş, cavabdeh isə 12.07.2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina belə əsaslandırılmışdır ki, N nömrəli hərbi hissə komandirinin dekabr N-cü il, yanvar N-cü il və N nömrəli hərbi hissə komandirinin noyabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

5. İddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehin imtinas ı qanunsuz və əsassızdır. Belə ki, “Veteranlar haqqında” Qanunun 3 və 7-ci maddələrinin məzmununa görə ona müharibə veteranı adı və vəsiqəsi verilməli olsa da, cavabdeh orqan əsassız olaraq bundan imtina etmişdir.

6. Şəki İnzibati Məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(116)-111/2020 nömrəli qərarına əsasən (hakim – İlqar Cabbarov) iddianın təmin edilməsi qərara alınmışdır.

7. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunması, həmçinin iddiaçının hərbi xidmət əleyhinə cinayət törətmədiyi, cinayət məsuliyyətinə cəlb olunmadığı sübut olunur.

8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kol legiyasının 01.03.2021-ci il tarixli, 21(107)-28/2021 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Rövşən Rəfiyev, hakimlər – Vəzirxan Məlikov və İmanverdi Şükürov) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 15.09.2020-ci il tarixli, 2-1(116)-111/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. Məhkəmə qərarı cavabdehə 29.03.2021-ci il tarixində təqdim olunmuşdur.

12. Cavabdeh 23.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 2-1(107)-28/2021 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmi şdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZIN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə məhkəmə iddiaçının hansı tarixlərdə N nömrəli hərbi hissədə xidmət etməsini müəyyən etməmişdir. İddiaçının N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi, təminatlara qoyulması, ehtiyata və ya istefaya buraxılması ilə əlaqədar hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmrləri verilməmişdir. Göründüyü kimi, məhkəmələr iddianı təmin edərkən “Müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin bu növ mübahisələrin həll edilməsində əsas nəzərə alınmalı olan hərbi q ulluqçuların hərbi xidmət keçmələrini sübut edən hərbi biletlərindəki qeydlərin, habelə hərbi hissələrin nizami hissə üzrə əmrlərinin, arxiv arayışlarının, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasını təsdiq edən hərbi hissə komandirinin əmrinin olmamasına diqqət yetirməmişdir.

14. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi sənədlərlə təsdiq olunmadığından “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə ziddir. Məhkəmələr isə İPM-in 12.1, 14.2, 58.7, 88-ci maddələrinin tələblərini pozaraq göstərilən halları nəzərə almamış, iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamış əsassız qərar qəbul etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 və cavabdehin vəkili Məməmdov Namiq Niyaz oğlu kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir

19. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərar ı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməli yyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərh əd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

21. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndi ndə göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respu blikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

22. Ali Məhkəmənin İnzibati Kollegiyasının 13.04.2021-ci il tarixli, 2-1(102)719/2021 nömrəli qərarı: “...33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli 28 sentyabr 422 nömrəli qərarına əsasən “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda” sözləri əlavə edilmişdir.

34. Sözügedən dəyişikliyin edilməsi bunu deməyə əsas verir ki, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi halda hərbi biletlər əsasında döyüş əməliyyatları ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adı verilə bilməz...”

23. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

24. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflə rdən əlavə məlumat və sübutlar tələb edə bilər.

25. Həmin Məcəllənin 87.8-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

26. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsaəsn şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə il ə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin öz presedentlərində formalaşdırdığı hüquqi mövqeyə görə: a) Qərarda ərizəçinin işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə, heç biri rədd edilmədən və rədd edildiyi halda dəqiq səbəblər təqdim edilməkl ə araşdırılmalıdır. Faktlara gəldikdə isə, məhkəmə ərizəçinin məhkəmə işində əhəmiyyətli olan faktları yenidən araşdırmaq səlahiyyətinə malik olmalıdır. Başqa sözlə, əgər ərizəçi yalnız prosessual aspektlərlə bağlı arqumentlər irəli sürürsə, o, sonradan məhkəməni faktlar haqqında qərar çıxarmadığı üçün tənqid edə bilməz (Potocka və digərləri Polşaya qarşı, § 57). b) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir (H. Belçikaya qarşı, § 53). c) Əsaslandırılmış qərar tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müə yyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). ç) Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27) və yalnız işin konkret halları işığında şərh edilməlidir: xüsusilə də, tərəflərin məhkəməyə təqdim etdikləri arqumentlərin fərqliliyi və Razılığa gələn Dövlətlərdə qanunvericilik müddəaları, ümumi hüquq normaları, hüquqi rəylər və qərarların təqdimatı və tərtib edilməsi ilə bağlı mövcud olan fərqliliklər nəzərə alınmalıdır (X3rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27). d) Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X3rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). e) Ədalətli məhkəmə araşdırması anlayışı tələb edir ki, istər aşağı məhkəmənin əsaslarına qoşulmaqla, istərsə də fərqli şəkildə öz qərarlarında az sayda əsaslar göstərən milli məhkəmə yurisdiksiyasına əsasən ona təqdim edilmiş təməl məsələləri faktiki olaraq həll etməlidir və yalnız aşağı məhkəmənin nəticələrini dəstəkləməklə kifayətlənmiş olmamalıdır (Helle Finlandiyaya qarşı, § 60). KASSASİYANIN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXIŞININ HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bü tövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASI MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

32. Kassasiya şikayətindən göründüyü kimi, cavabdehin əsas dəlili iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasını təsdiq edən sübutların olmaması və məhkəmənin bu halı qiymətləndirməməsidir.

33. Bu dəlili əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, hazırkı qərarın 18-21 -ci bəndlərində göstərilən normaların tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir.

34. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il tarixli 28 sentyabr 422 nömrəli qərarına əsasən “Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində “hərbi biletlər” sözlərindən sonra “hərbi xidmət keçmələrini s übut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda” sözləri əlavə edilmişdir. Sözügedən dəyişikliyin edilməsi bunu deməyə əsas verir ki, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilmədiyi halda hərbi biletlər əsasında döyüş əməliyyatları ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara müharibə veteranı adı verilə bilməz.

35. İşə baxan apellyasiya instansiyası məhkəməsi isə sözügedən arxiv arayışı təqdim edilmədiyi halda iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamış, bununla da maddi hüquq normasının tətbiqində səhvə yol vermiş, eyni zamanda, iş üzrə tam, hərtərfli araşdırma aparmayaraq hazırkı qərarın 2324-cü bəndlərində göstərilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

36. Oxşar tələb üzrə işlərlə bağlı formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən də görünür ki, qanunvericiliyə edilmiş sözügedən dəyişiklikdən sonra hərbi bilet şəxslərə “müharibə veteranı” adı verilməsi üçün yalnız nizami hissə üzrə əmrlər və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda əsas hesab olunur.

37. Cavabdeh kassasiya şikayətində qeyd edilən dəlilini işə apellyasiya instansiyası məhkəməsində baxılarkən də bildirsə də, məhkəmə cavabdehin bu dəlilinə heç bir münasibət bildirməmişdir. Halbuki, hazırkı qərarın 25 və 28-ci bəndlərində göstərilən normaların məzmununa görə apellyasiya instansiyası məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmalı, hər bir hald a apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməli idi.

38. Apellyasiya instansiyası məhkəməsi isə iş üçün mühüm əhəmiyyət kəsb edən göstərilən halları tam və hərtərəfli araşdırmamış, cavabdehin dəlillərini qiymətləndirməmiş, nəticədə əsassız qərar qəbul etmişdir.

39. Göstərilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini bu hissədə əsaslı hesab edir. Cavabdeh qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan cavabdehin kassasiya şikayəti “iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi” hissəsində təmin oluna bilməz.

40. Odur ki, cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin mə hkəməyə göndərilməlidir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi iddiaçının hərbi xidmətdən qanuni əsaslarla tərxis olunub-olunmadığını müəyyən etməli, bunun üçün iddiaçının hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə bağlı hərtərəfli araşdırma aparmalıdır.

41. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.03.2021-ci il tarixli, 21(107)-28/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar