Məhkəmə qərarları › İş №2-1(102)-1035/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1035/2022

04.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1035/2022 04.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə pensiya; 1 №-li Siyahı; peşələrin uyğunluğu; AHİŞ-in qərarı ilə 10 ay müddətin qaçqın düşməyə görə ümumi staja daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: xx xxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-310/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx xxxxx 1966-cı il tarixində doğulmuş, 15 iyun 1984-cü il tarixindən 22 iyun 1986-cı il tarixinədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 2. 15 iyun 1987-ci il tarixli PT-İ seriyalı ******* nömrəli əmək kitabçasından və onun Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı 10 iyun 1987-ci il tarixində “Armzdravremstroy” tresti Yerevan İTTİ-də müvəqqəti, 10 avqust 1987-ci il tarixədək 2-ci dərəcəli fəhlə qismində işə qəbul edilmiş, 10 avqust 1987ci il 1-ci dərəcəli fəhlə qismində daimi işə keçirilmiş, 26 oktyabr 1987-ci il tarixdə şəxsi ərizəsinə əsasən Ermənistan SSR ƏQM-nin 34-cü maddəsinə əsasən işdən azad edilmiş, 3 noyabr 1987-ci il tarixdə Zod respublika psixiatriya xəstəxanasına sanitar qəbul edilmiş, 1 dekabr 1988-ci il tarixdə öz istəyinə əsasən işdən azad edilmiş, 5 oktyabr 1989-cu il tarixdə Azərbaycan SSR Dövlət Tikintisi “Promstroy” Birliyi 4 saylı tresti X1 İdarəsində 2-ci dərəcəli armaturçu qəbul edilmiş, AHİŞ-in Rəyasət Heyətinin 11 yanvar 1990-cı il tarixli 39 №-li qərarı ilə fasiləsiz əmək stajı bərpa edilmiş, 3 may 1990-cı il tarixdə 3-cü dərəcəli elektrik qaz qaynaqçısı keçirilmiş, 13 iyun 1990-cı il tarixdə öz istəyinə əsasən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmiş, 22 avqust 1990-cı il tarixdə “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Primorsk” X6 İdarəsində neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 3-cü dərəcəli qazmaçı köməkçisi qəbul edilmiş, 1 aprel 1991-ci il tarixdə Neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi keçirilmiş, 1 iyun 1992-ci il tarixdə Neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 5-ci dərəcəli qazmaçı köməkçisi keçirilmiş, 17 avqust 1995-ci il tarixdə idarənin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respubl ikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Bulla” X6 İdarəsinə köçürülmə qaydasında işdən azad edilmiş, 17 avqust 1995-ci il tarixdə Sahil DKQİ-dən köçürülmə qaydasında neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə qazmaçı köməkçisi qəbul edilmiş, 8 iyul 1997-ci il tarixdə ƏQM-nin 27-ci maddəsinə uyğun olaraq öz istəyinə əsasən işdən azad edilmiş, 8 iyul 1997-ci il tarixdə köçürülmə yolu ilə “X3” Şirkətinə üç aylıq sınaq müddəti ilə qazma məhlulu operatoru köməkçisi vəzifəsinə qəbul edilmiş, əmək müqavilələri ilə 8 iyul 1997-ci il tarixdə “X3” Şirkətində qazma məhlulu operatoru köməkçisi vəzifəsinə qəbul edilmiş, 9 sentyabr 1998-ci il tarixində "xxxx" Şirkətinə qazma məhlulu operatoru köməkçisi vəzifəsinə keçirilmiş, 1 yanvar 2004-cu il tarixdə "xxxx" Şirkətinə qazmaç ı köməkçisi vəzifəsinə keçirilmiş, 1 yanvar 2005-ci il tarixində "xxxx" Şirkətində qazmaçı köməkçisi vəzifəsinə keçirilmiş, 18 may 2005-ci il tarixində qazmaçı vəzifəsinə keçirilmiş, 1 dekabr 2010-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən öz təşəbbüsü ilə onun əmək müqaviləsinə xitam verilmiş, 1 dekabr 2010-cu il tarixində "xxxx" Şirkətinin Azərbaycandakı Nümayəndəliyində qazmaçı köməkçisi vəzifəsinə qəbul olunmuş, 1 iyun 2011-ci il tarixdə qazmaçı vəzifəsinə keçirilmiş, 3 may 2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir, 4 may 2019-cu il tarixindən “Turan Drilling and Engineering” Xəzər Dənizində yerləşən buruqlarda n eft-qaz əməliyyatları üzrə qazmaçı vəzifəsində işləyir.

3. İddiaçı 21 may 2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, cavabdeh 23 iyun 2020-ci il tarixli, **********3 nömrəli imtina məktubu ilə iddiaçıya bildirmişdir ki, onun 8 iyul 1997 – 1 yanvar 2004-cü il tarixləri arasındakı dövr ərzində “X4” şirkətində işlədiyi qazma məhlulu operatoru köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadıgından, onun 1 yanvar 2006-cı ilədək güzəştli iş stajı 10 il dən, eyni zamanda ümumi iş stajı 20 ildən az təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 22 aprel 2018-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş.

5. İddiaçı tələbini belə əsаslаndırmışdır ki, o, 22 avqust 1990-cı ildən etibarən neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılm asında, yəni qazma sahəsində çalışır, 1 yanvar 2006-cı ilə kimi zərərli sahədə ən azı 10 il, ümumi sahədə isə ən azı 20 il staj tələbini ödədiyi üçün 52 yaşdan pensiya hüququ yaranır. Lakin cavabdeh əsassız olaraq ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmişdir. İmtina məktubunda zərərli və ağır sahədə kifayət qədər stajının olmadığı yazılır. Halbuki, 22 avqust 1990-cı il tarixdən etibarən iddiaçı “Xəzər qazma neft-qaz sənaye” İstehsalat Birliyinin “Primorsk” X6 İdarəsində qazmaçı köməkçisi vəzifəsinə başlamış və indiyə kimi qazma sahəsində işləyir. İddiaçının 2006-cı ilə kimi qazma sahəsində 15 ilə yaxın stajı var. Cavabdeh isə əsassız olaraq 1997-ci ildən 2004-cü ilə kimi qazma sahəsində işlədiyi dövrləri zərərli vəzifə hesab etməmişdir. Bununla bağlı iddiaçının i şlədiyi müəssisə tərəfindən Qazma məhlulu operatoru köməkçisi kimi işlədiyi dövrlər də daxil olmaqla güzəştli arayışı təqdim edilmişdir. Həmin arayışda qeyd olunduğu kimi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş siyahısına əsasən 1100000a—11297 şifrəsinə uyğun olaraq iddiaçının güzəştli şərtlərlə pensiya hüququ vardır.

6. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qa zılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı (X-********) bölməsinin qazma bəndində neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları (11297) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının 8 iyul 1997 – 1 yanvar 2004-cü illərdə “X5” şirkətində işlədiyi qazma məhlulu operatoru köməkçisi vəzifəsi isə Siyahıda qeyd olunan vəzifəyə aid deyil.

7. Bakı İnzibati Məhkəməsinin 4 avqust 2021-ci il tarixli, 2-1(112)-1541/2021 nömrəli qərarı ilə (hakim M.C.Qarayeva) iddia təmin edilmiş, iddiaçıya 22 aprel 2018-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya məxsus 15 iyun 1987-ci ildə açılmış AZE seriyalı ******* nömrəli əmək kitabçası və "xxxx" şirkətinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən verilmiş güzəştli iş stajı haqqında arayışla müəyyən edilmişdir ki, iddiaçının neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsi üzrə xüsusi stajı 10 ildən artıq təşkil edir. Həmçinin, Azərbaycan Respublikası Həmkarlar X2 Heyətinin 11 yanvar 1990-cı il tarixli 39 nömrəli qərarına əsaslanaraq iddiaçının işəgötürəni onun fasiləsiz iş stajının bərpa edilməsi barədə əmək kitabçasında qeyd aparmışdır. Buna görə də, cavabdeh tərəfindən həmin dövr də iddiaçının ümumi iş stajına daxil edilməlidir.

9. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icra at

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-310/2022 nömrəli qərarı ilə (sədrlik edən – E.E.Nağıyeva, hakimlər – H.Ü.Həmidov və C.A.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 4 avqust 2021-ci il tarixli, 2-1(112)-1541/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-310/2022 nömrəli qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Kassasi ya şikayətinin əsasını imtina məktubunda qeyd olunanlar təşkil edir. Şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçının 8 iyul 1997-ci il tarixindən 1 yanvar 2004cü il tarixinədək “X4” şirkətində işlədiyi qazma məhlulu operatoru köməkçisi vəzifəsi Siyahıda qeyd olunan vəzifəyə aid deyil. Apellyasiya instansiyası məhkəməsi isə əsassız olaraq Siyahıda adı qeyd edilməyən qazma məhlulu operatoru köməkçisi vəzifəsini güzəştli peşə saymışdır. Lakin güzəştli şərtlərlə pensiya təyini zamanı sui-istifadə hallarına yol verməmək üçün ərizəçinin çalışdığı peşələrin Siyahıda göstərilən peşələrin adları (hərfi yazılışları) və sahələr üzrə dəqiq uyğunluq təşkil etməsi tələb olunur. Bu barədə Ali Məhkəmənin bir çox qərarlarında da qeyd edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İ ddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin rədd edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, cavabdeh eyni dəlillə həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində çıxış etmiş, hər iki məhkəmə tərəfindən onun dəlili ətraflı araşdırılmış, aidiyyəti orqanlara sorğular verilmiş və alınmış cavablarla iddiaçının güzəştli 1 saylı siyahı üzrə dəniz şəraitində işləməsi öz təsdiqini tapdığına görə, cavabdeh inzibati orqanın dəlilləri əsassız sayılmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tər əfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətd ə təyin edilir. 16. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (1 yanvar 2006-cı ilədək qüvvədə olub) Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (-) Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində 1100000a—11297 kodla “neft və qaz üçün istismar və kəşf iyyat qazma quyularının qazmaçıları” peşəsi qeyd olunmuşdur.

18. Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının 11 yanvar 1990-cı il tarixli 39 nömrəli qərarı (-)

1. Azərbaycan SSR-nin DQMV-də baş vermiş hadisələrlə əlaqədar olaraq daimi yaşayış və iş yerlərini tərk etməyə məcbur olmuş və Azərbaycan SSR-də məskunlaşıb işləyən fəhlə və qulluqçuların, kolxozçuların fasiləsiz əmək stajı onların stajında fasilə yaranan gündən bərpa edilsin. (-)

19. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdi m olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən h əddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq norm aları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. İşin məhkəmələr tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, iddiaçının neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsi üzrə xüsusi stajı 10 ildən artıq təşkil edir. İddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarının 1 saylı siyahısında 11000000 şifrəsi ilə göstərilən – “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1.Qazma” siyahısına daxildir.

26. Məhkəmə kollegiyası iddiaçının ümumi stajına münasibətdə qeyd edir ki, vətəndaşların daimi yaşayış yerlərinə qayıtmaları ilə bağlı SSRİ Nazirlər Soveti qəbul etdiyi 15 aprel 1989-cu il tarixli 321 nömrəli qərarının 12-ci bəndində göstərmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinə icazə verilsin ki, daimi yaşayış yerini məcburi tərk etmiş vətəndaşların fasiləsiz əmək stajı bərpa edilsin. Bu qərarın yerinə yetirilməsi üzrə vəzifələr barədə Azərbaycan SSR Nazirlər Soveti 6 may 1989-cu il tarixli 205 nömrəli qərar qəbul etmişdir. Qərarların icrası ilə bağlı Azərbaycan Respublikası Həmkarlar İttifaqları Şurasının 11 yanvar 1990-cı il tarixli 39 nömrəli qərarına əsasən Azərbaycan SSR-nin DQMV-də baş vermiş hadisələrlə əlaqədar olaraq daimi yaşayış və iş yerlərini tərk etməyə məcbur olmuş və Azərbaycan SSR-də məskunlaşıb işləyən fəhlə və qulluqçuların, kolxozçuların fasiləsiz əmək stajının onların stajında fasilə yaranan gündən bərpa edilməsi qərara alınmışdır. İddiaçı da həmin qərarın təsir dairəsinə düşmüş və ona məxsus əmək kitabçasının 9-cu vərəqində AHİŞ-in Rəyasət Heyətinin 11/İ-90-cı il tarixli 29 nömrəli qərarı ilə fasiləsiz əmək stajı bərpa edilmişdir. İddiaçı Ermənistan SSR-dən qaçqın düşdüyünə görə apelyasiya məhkəməsi haqlı olaraq 1 dekabr 1988-ci ildən 5 oktyabr 1990-ci ilədək olan dövrü onun ümumi stajına hesablamışdır. Həmin müddət nəzərə alındıqda isə iddiaçının 1 yanvar 2006-cı ilədək ümumi iş stajı 20 ildən çox təşkil edir.

27. Göstərilənlərə əsas ən məhkəmə kollegiyası cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)310/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 21(103)-310/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar