Məhkəmə qərarları › İş №2-1(102)-1035/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1035/2023

12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1035/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (1.2.1968-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazir liyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1793/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1986-cı ildən xx.xx.1988-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1985-ci ildə "X6 X7" X1 Xidmət Mərkəzi Bazasında elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə 1-ci dərəcəli yardımçı fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.1986-cı il də hərbi xidmətə çağırılması ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş, xx.xx.1988-ci ildə Baş Dəniz Neftin "X6 X7" X1 Xidmət Mərkəzi Bazasında Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 2ci (ikinci) dərəcəli elektrik montyoru qəbul edilmiş, xx.xx.1989-cu ildə Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə 3- cü (üçüncü) dərəcəli elektrik montyoru keçirilmiş, xx.xx.1992-ci ildə 4-cü (dördüncü) dərəcəli elektrik montyoru dərəcəsi verilmiş, xx.xx.1996-cı ildə 5-ci (beşinci) dərəcəli elektrik montyor dərəcəsi verilmiş, xx.xx.2004-cü ildə öz xahişi ilə işdən azad olmuş, xx.xx.2003-cü ildə Xəzər Qazma Şirkətində İstiqlal qurğusunda takelajçı vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü ildə İstiqlal qurğusunda portalda fəhlə vəzifəsinə keçirilmiş, xx.xx.2003-cü ildə İst iqlal qurğusunda takelaşçı vəzifəsinə keçirilmişdir və hal-hazıradək işləyir.

2. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.

3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının xx.xx.1985-xx.xx.2004-cü illərdə "X8 X5 Birliyi"nin İstehsalata Xidmət Mərkəzi bazasında işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-cü il tarixindən "Xəzər Qazma Şirkəti" İstiqlal Qurğusunda işlədiyini takelajçı vəzifələrinin Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahısının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi"ndə nəzərdə tutulmadığını mübahisələndirərək ona 52 yaşından əmək güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini mümkünsüz sayır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia belə əsaslandırılmışdır ki, iddiaçıya pensiya hesablanarkən onun təhsil illəri sığorta stajına daxil edilmədiy indən, 21 avqust 1985-ci ildə əmək fəaliyyətinə başlamış həmin tarixdən başlayaraq xx.xx.1985-xx.xx.1986-ci illərdə “X6 X9” X3 İstehsalat Xidməti Bazasında, xx.xx.1988-xx.xx.2004-cü illərdə Baş Dəniz Neftin “X6 X7” X3 İstehsalat Xidməti Bazasında (xx.xx.2001-ci il tarixindən həmin müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır), xx.xx.2003-cü il tarixindən bu günədək “Xəzər Qazma Şirkəti” İstiqlal Qurğusunda çalışır. Beləliklə də, uzun müddət ağır və zərərli iş şəraitində çalışmışdır. İş yerlərində onunla birgə 4 nəfər elektrik montyoru çalışırdı. Həmin şəxslərin hamısına güzəştli şərtlərlə pensiya yaşına çatdıqdan sonra pensiya təyin edilmişdir. Belə ki, qazma boruları sexində elektrik montyoru işləmişlər. İşlədiyi idarə dənizdə qazma prosesinin tərkib hissəsi olub. D əniz platformalarını qazma boruları ilə fasiləsiz təmin etmiş, buruqlara elektrik montyoru kimi xidmət göstərmişdir. Mütəmadi olaraq qazma boruları çatdırılırdı dənizin müxtəlif buruqlarına və iddiaçı həmin buruqlara işlərin görülməsi məqsədilə ezamiyyətə göndərilirdi. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 30 iyun 2020-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin sonuncu 13 iyul 2020-ci il tarixli **********3 nömrəli imtina məktubu ilə imtina edərək bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasına əsasən xx.xx.1985-xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “X8 X5 Birliyi”nin İstehsalata Xidmət Mərkəzi Bazasında iddiaçının işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003 -cü il tarixindən bu günədək “Xəzər Qazma Şirkəti” İstiqlal Qurğusunda işlədiyi takelajçı vəzifələri Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının X11000000 - “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsi”ndə nəzərdə tutulmadığından (1); quruda fəaliyyətə aid olan 1985-2004-cü illər arasında müxtəlif dövrlərdə işlədiyi sahə (İstehsalata Xidmət Mərkəzi Bazası) yuxarıda adıçəkilən 1 nömrəli siyahıda müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazılması və hasilatı sahələrinə, həmçinin emal sahələrinə aid olmadığından (2); işlədiyi vəzifə və sahələrin qanunvericilikdə müəyyən edilmiş zərərli və ağır sahələrə aid olması təsdiqlənmiş olsaydı belə, xx.xx.2001-ci il tarixindən işlədiyi müəssisənin bazasında "xx xx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığından həmin dövrdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2004-cü il tarixinədək məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi faktının dəqiqləşdirilməsi üçün əlavə araşdırmaya zərurət yaranacağından, digər qanuni əsaslarla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi mümkün deyildir. Cavabdehin imtinası qanunsuz və əsassızdır.

6. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etmişdir. Etirazın dəlilləri ilə iddiaçının müraciətinə verilən imtinanın əsasları eynilik təşkil etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həm in tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hərbi xidmət müddəti də daxil olmaqla xx.xx.2006-cı il tarixədək iddiaçı 20 il 2 ay ümumi sığorta stajına malikdir. İddiaçı "X6 X7" X1 Xidmət Mərkəzi Bazasında xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilədək Qazma boruları sexinə elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru vəzifələrində işləmişdir. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nın X bölmə Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1-ci bənd Qazma, «a» yarımbəndi fəhlələr, kod 1100000a—19838 buruqlara xidmət üzrə elektrik montyorları, kod 1100000a—19861 bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları peşələrinə uyğundur və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş sahələri və peşələridir. Həmin peşələrdə iddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə əmək s tajı 14 il, 09 ay, 17 gün təşkil edir.

9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(103)-1793/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2135/2021 saylı, xx.xx.2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 2 oktyabr 1985-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.1985-xx.xx.2004-cu il tarixləri arasindaki dövr ərzində "X8 X5 Birliyi"nin istehsalata Xidmət Mərkəzi bazasinda işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə elektrik çilingəri, yardımçı fəhlə, elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru və xx.xx.2003-ci il tarixindən bügünədək "Xəzər Qazma Şirkəti" istiqlal Qurğusunda işlədiyini takelaçı vəzifələri Nazirlər Kabinetinin yuxanda qeyd olunan Qərarı ilə təsdiq edilmiş 1 №-İi Siyahısının X-11000000 - "Neftin qazilmasi və hasilati (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensati, kömür və şistin emalı böİməsi"nda nəzərdə tutulmamışdır.

14. Bundan başqa, quruda f əaliyyətə aid olan 1985-2004-cii illər arasında müxtəlif dövrlərdə işlədiyi sahə (istehsalata Xidmət Mərkəzi bazasi) yuxanda adıçəkilən 1 nömrəli siyahida müəyyən olunmuş dəniz neftçiləri üçün neftin qazilmasi və hasilati sahələrinə, həmçinin emal sahələrinə aid deyildir.

15. Eyni zamanda iddiaçının işlədiyi vəzifə və sahələrin qanunverciliklə müəyyən edilmiş, zərərli və ağır sahələrə aid olması təsdiqlənmiş olsaydı belə, xx.xx.2001-ci il tarixindən işlədiyi müəssisənin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradıldığından həmin dövrdən əmək müqaviləsinə xitam verildiyi xx.xx.2004-cu il tarixinədək məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsi faktinin dəqiqləşdirilməsi üçün əlavə araşdırmaya zərurət yaranmışdır.

16. Bu səbəbdəndə də həmin iddiaçıya güzəştli şərtlərlə ya şa görə əmək pensiyası təyin edillməsi mümkün olmamışdır.

17. Göründüyü kimi iddianın təmin edilməsi üçün faktiki əsaslar mövcud olmamışdır. Eyni zamanda hüquqi əsaslar da mövcud deyildir.

18. Bütün yuxarıda göstərilənlərə əsasən cavabdeh kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(103)1793/2022 nömrəli qərarının ləğv edilməsini iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək ş əraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

21. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş ye rindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”:

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərt ərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü v ə 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən – apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

27. Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə si Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Ə halinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.

29. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 21(103)-1793/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2135/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

31. İş üzrə həmin nəticəyə gələn apellyasiya məhkəməsi öz qərarında 1.1.2006-cı il tarixli qüvvədə olan “ Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə, 1.1.2006-cı il tarixə qəd ər qüvvədə olmuş “ Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 1.8.1997-ci il tarixinə qədər qüvvədə olan 13-cü maddəsinin 1-ci hissəsinin “b” bəndinə istinad etməklə göstərmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin» 1 nömrəli Siyahısının “11000000 X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində: - “1100000a—19838” kodu üzrə “buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a—19861” kodu üzrə “bilavasitə buruqlarda elektrik avadanlığının t əmiri və xidməti ilə məşğul olan elektrik montyorları” güzəştli pensiya hüququ verən peşələr kimi nəzərdə tutulmuşdur”, əsaslanaraq belə qənaətə gəlmişdir ki, “hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş sənədlərə əsasən müəyyən olunur ki, iddiaçının 2006-cı ilə qədər “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin «a» bəndi üzrə tələb olunan 20 ildən çox ümumi və 10 ildən də çox xüsusilə ağır və zərərli iş şəraitində güzəştli pensiya hüququ verən stajı mövcuddur.”

32. Daha sonra apellyasiya məhkəməsi öz qərarında göstərmişdir ki, "X6 X7" X2 Xidmət Mərkəzi Bazasında “elektrik avadanlıqlarının təmiri üzrə elektrik montyoru” kimi çalışdığı peşəni 1 nömrəli Siyahının X-11000000 - "Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şis tin emalı bölməsi"ndə “110000a19838”(buruqlara xidmət üzrə elektrik montyorları) və “110000a19838” (bilavasitə buruqlara xidmət üzrə elektrik montyorları və xidməti ilə məşğul olan elektrik montyorları” kodlarına uyğun olan, güzəştli pensiya hüququ verən peşə üzrə 10 ildən çox güzəştli iş stajının (16 il 2 ay 6 gün) mövcud olduğu öz təsdiqini tapır”.

33. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə sözügedən nəticəyə gələrkən İPM-nin 12 və 58.7-ci maddələrinin tələblərinə riayət edilməmişdir.

34. Belə ki, işdə olan bəzi sənədlər, hazırki inzibati mübahisə baxımından konkret olmayan və ikimənalı xarakter daşıyan məlumatlardan ibarətdir ki, işin 143-cü səhifəsində olan “X4 LTD" şirkətinin apellyasiya məhkəməsinə ünvanlandığı 2 9.9.2022-ci il tarixli, CDS-ist-020 saylı sorğuya cavab məktubunda deyilir ki, “şirkətin işçisi İddiaçı bizim şirkətdən əvvəl digər oxşar müəssisələrdə işləməsinə baxmayaraq vəzifə təlimatlarının və iş şəraitinin fərqli olduğundan göstərilən vəzifələrin dəniz neftçiləri üçün nəzərdə tutulan imtiyazlara uyğun olub-olmadığı bizim tərəfimizdən təsdiqləmək mümkün deyildir”.

35. Həmçinin qeyd edilməlidir ki, həmin şirkətin apellyasiya məhkəməsinə ünvanlandığı 7.12.2022-ci il tarixli CDS-ist-026 saylı sorğuya verdiyi cavablarda (iş vərəq 146) göstərilmişdir ki, “şirkətimizin işçisi İddiaçı bizim şirkətdən əvvəl digər oxşar müəssisələrdə işləməsinə və əmək kitabçasına baxdıqda onu qeyd etmək olar ki, göstərilən vəzifələrin dəniz neftçiləri üçün nəzərdə tutulan imtiyazlara uyğunluğu ola bilər. - B elə ki, bir müəssisələrdə o cümlədən bizim şirkətdə çalışan “Elektriklər”-də “Elektrik montyorları” vəzifəsində çalışanlarda demək olar ki, eyni işləri görürlər yəni, elektrik avadanlıqlarının işlək vəziyyətdə qalmasını təmin edir və lazım gəldikdə təmir işlərini həyata keçirirlər. Bu baxımdan İddiaçı işlədiyi peşələrin sizin sorğunuzda “110000a19838” “buruqlara xidmət üzrə elektrik montyorları və 110000a-19861” bilavasitə buruqlarda elektrik avadanlıqlarının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları kodlarının hər ikisinə uyğun gəlməsi haqqında müsbət fikir söyləmək olar”.

36. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, “X4 LTD” şirkətinin apellyasiya məhkəməsinin sorğularına verdiyi yuxarıda göstərilmiş cavablar mahiyyəti üzrə qeyri-müəyyəndir, ehtimal xarakter lidir və onları hətta müəmmalı adlandırmaq olar.

37. Belə ki, iddiaçının peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993cü il 21 iyun 320 saylı qərarı ilə təsdiq edilmiş, “yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatlar, peşələr, vəzifələr və göstəricilər” adlı sənədlər sadalanan peşələrin arasında olması şübhə doğurmur.

38. Lakin, məlum olduğu kimi, sözügedən sənədin yaşa görə 52 yaşdan (1 saylı siyahı) və 57 yaşdan (2 saylı siyahı) güzəştli pensiya hüququ verən yuxarıda göstərilmiş 2 (iki) siyahısı mövcuddur ki, məlum həmin məsələ apellyasiya məhkəməsində tam və hərtərəfli araşdırılmamışdır, halbuki hazırki inzibati mübahisənin düzgün həll edilməsinin həlledici və qanunları işin qeyd edilən hallardan ibarətdir.

39. Həmçinin qeyd edilməlidir ki, işin 134-cü və 136-cı səhifələrində olan müvafiq olaraq SOCAR-ın “Azneft” İB-nin 28.9.2022-ci il tarixli və SOCAR-ın “kompleks qatma işləri” trestinin xx.xx.2022-ci il tarixli apellyasiya məhkəməsinin sorğularına verdiyi cavabları baxılan inzibati mübahisəyə aydınlıq gətirmir.

40. Belə ki, SOCAR-ın “Azneft” İB-in 28.9.2022-ci il tarixli cavabında göstərilmişdir ki, “İddiaçı “Xəzərdəniz neftqazsənaye” İB-nin mərkəzi istehsalat xidməti bazasında 21.8.1985-ci il tarixdən 10.6.1986-ci il tarixədək işlədiyi elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik və 9.8.1988-ci il tarixdən xx.xx.2014-cü il tarixədək işlədiyi elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru peşələri Azərbaycan Respublikası Na zirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq etdiyi “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 və 2 saylı siyahısının “qazma neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 1-ci “qazma” və 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölmələrində nəzərdə tutulmuş peşələrlə eynilik təşkil etmir”.

41. Bununla yanaşı, qeyd edilməlidir ki, SOCAR-ın “kompleks qazma işləri” trestinin xx.xx.2022-ci il tarixli cavabında yazılmışdır ki, “Elektrik avadanlıqlarının təmiri üzrə çilingər-elektrik” və “qazma boruları sexində elektrik avadanlıqlarına xidmət üzrə elektrik montyoru” peşələri Azərbaycan Respublikası Nazirl ər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavənin 1 nömrəli siyahısında “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı adlanan 10-cu bölməsinin 1-vi bəndində qazma “a” yarımbəndində fəhlələr “110000a-19838 buruqlara xidmət üzrə elektrik montyorları” və “1100000a-19861 bilavasitə buruqlarda elektrik avadanlığının təmiri və xidməti ilə məşğul olan elektrik montyorları” kodları ilə uyğun gəlib-gəlməməsi haqqında fikir yürüdə bilmərik. Mərkəzi İstehsalat Xidməti Bazasının “Kompleks qazma işləri” trestinin strukturuna aid olmaması qeyd olunan peşələr üzrə vəzifə təlimatlarının bizdə olmaması səbəbindən onların Sizə təqdim edə bilmirik”.

42. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının “take lajçı” peşəsində işləməsi ilə bağlı apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırma aparılmamışdır.

43. Beləliklə yuxarıda göstərilənlərdən göründüyü kimi, apellyasiya məhkəməsində hazırki inzibati mübahisə üzrə əhəmiyyətli sayda və geniş həcmdə sübutların araşdırlması tələb olunur, buna görə müvafiq səlahiyyətli strukturlara sorğular göndərilməli və cavablardan asılı olaraq qanuni və əsaslı qərar qəbul edilməidir.

44. Belə olan halda kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1793/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməli iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməldir.

45. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRAR A ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1793/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar