Məhkəmə qərarları › İş №2-1(102)-1036/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1036/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1036/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 İnqilab oğlu və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı iş üzrə QƏRARİ Açar sözlər: (müvafiq tədbirlərin görülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 İnqilab oğlu və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1rşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X2 Ekspertiza Baş İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi və "xxxx" MMC) “müvafiq tədbirlərin görülməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-31/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qərarından İddiaçı7 və digər iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Yasamal rayon İcra Hakimiyyəti başçısının 17 noyabr 2016-cı il tarixli, 374 saylı Sərəncamının surətinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını, "xxxx" MMC-nin müraciətini, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 v ə 75.6-cı maddələrini, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 iyun 2016-cı il tarixli, 02/05-909 nömrəli və 25 avqust 2016-cı il tarixli, xx/xx-1249 nömrəli razılaşma məktublarını, Yasamal rayon İcra Hakimiyyəti başçısının 22 iyun 2016-cı il tarixli, 206 nömrəli və 19 iyul 2016-cı il tarixli, 240 nömrəli Sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X2 Ekspertiza Baş İdarəsinin 15 noyabr 2016-cı il tarixli, 22879 nömrəli ekspertiza rəyini nəzərə alaraq, Yasamal rayonu, S.Dadaşov küçəsi, 568-ci məhəllə, 16/33, 15/42, 13/38 saylı və Z.Xəlilov küçəsi, 568-ci məhəllə, 14/40, 18/46 saylı ünvanlarda sökülmüş binaların yerində "xxxx" MMC-yə 4 girişli (Blok 1, 2, 3, 4) yaşayış binalarının, ofis və yeraltı avtodayanacağın tikinti sinə icazə verilmişdir.

2. İddiaçılar tərəfindən müxtəlif tarixlərdə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyinə ünvanlanmış məktublara verilmiş cavablara əsasən, hazırki mübahisə ilə bağlı iddiaçılar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə çoxsaylı şikayət ərizələri ilə müraciət etmişdir. Həmin müraciətlərə Komitə tərəfindən cavab olaraq bildirilmişdir ki, Yasamal rayonu, Ə.Haqverdiyev, Z.Xəlilov, Ə.Cəmil və M.H.Şəhriyar küçələrinin əhatə etdiyi ərazidə "xxxx" MMC-nin sifarişi əsasında Bakı Dövlət Layihə institutu tərəfindən yenidən işlənmiş tikinti-planlaşdırma eskizinə və layihənin memarlıq hissəsinə Komitənin 02/05-757 saylı, 01 may 2017-ci il tarixli məktubu ilə rəy verilmiş və ərazinin tikinti-planlaşdırma eskizinin təsnifatında “3” saylı obyekt kimi göstərilmiş 14 mərtəbəli yaşayış binasının yerində 3 mərtəbəli qeyri-yaşayış binasının tikintisinin planlaşdırılması tövsiyyə olunmuşdur. Əvvəlki tikinti planlaşdırma-eskizinin razılaşdırılması barədə Komitənin xx.xx.2016-cı il tarixli, 02/05-909 nömrəli məktubu isə ləğv edilmişdir. Bundan sonra, Yasamal rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2018-ci il tarixli, 80 nömrəli sərəncamına əsasən, Z.Xəlilov küçəsi, ev 30 A ünvanında qəzalı vəziyyətdə olan beşmərtəbəli yaşayış binasının yerində yeni çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən iddiaçıların mürac iətinə cavab olaraq bildirilmişdir ki, ərazidə tikinti-quraşdırma işləri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş XN-08/A nömrəli, 20 noyabr 2018-ci il tarixli xüsusi nişana, 08/A nömrəli, 20 noyabr 2018-ci il tarixli tikintiyə icazə sənədinə və aidyyəti qurumlarla razılaşmalara, ekspertiza tərəfindən müsbət rəy verilmiş tikinti layihəsinə əsasən yerinə yetirilmişdir. Tikinti- quraşdırma işlərinin layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsinə mütəxəssislər tərəfindən nəzarət edilir. 3. "xxxx" MMC-nin sifarişi əsasında “ARCH Group” tərəfindən tərtib edilmiş eskiz layihənin surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil, Ə.Haqverdiyev və Z.Xəlilov küçələrinin kəsişməsində tikiləcək çoxmərtəbəli yaşayış binasının (blok 1,2,3,4) es kiz layihəsi Bakı şəhər Yasamal rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə razılaşdırılmışdır.Həmin eskiz layihə 19 dekabr 2018-ci il tarixdə ekspertiza üçün Dövlət Ekspertiza Baş İdarəsinə təqdim olunmuş və təsdiq edilmişdir.

4. Bundan başqa, Yasamal rayon İcra Hakimiyyətinin sifarişi əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev, Z.Xəlilov, Ə.Cəmil və M.Şəhriyar küçələrinin əhatə etdiyi ərazinin şəhərsalma əsaslandırması tərtib edilmişdir. Həmin şəhərsalma əsaslandırması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 3 iyul 2018-ci il tarixdə razılaşdırılmışdır.

5. Yasamal rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Resp ublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X2 Ekspertiza Baş İdarəsinin rəisinə ünvanlanmış məktuba əsasən, "xxxx" MMC tərəfindən təqdim edilmiş tikinti layihəsinin müvafiq qaydada ekspertizadan keçirilməsi və nəticəsinə dair ekspert rəyinin göndərilməsinin təmin edilməsi xahiş olunmuşdur.

6. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X2 Ekspertiza Baş İdarəsi tərəfindən verilmiş 5 mart 2019-cu il tarixli, 26828/22879 nömrəli rəyin nəticə hissəsində bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 568-ci məhəllə, ev 16/33, 15/42, 13/38 saylı və Z.Xəlilov küçəsi 568-ci məhəllə, ev 14/40, 18/46 ünvanlarda yerləşən qəzalı binaların sökülərək yerində yeni yaşayış binasının tikintisi (dəyişikliklə əlaqədar) üzrə işçi layihəsini konstruktiv dayan ıqlıq baxımından qənaətbəxş hesab edərək razılaşdırmaq olar.

7. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən ünvan 1 ünvanında yaşayan R.İlyasovaya (mən.31), M.İsgəndərliyə (mən.44), A.İsgəndərliyə (mən.44) və digərlərinə verilmiş cavab məktublarından görünür ki, sözügedən şəxslərin AR Nazirlər Kabinetinə ünvanladıqları xx.xx.2019-cu il tarixli təkrar müraciətə Agentlikdə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli, 80 nömrəli sərəncamına əsasən Z.Xəlilov küçəsi, ev 30A ünvanında qəzalı vəziyyətdə olan beşmərtəbəli yaşayış binasının yerində yeni çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir. Hazırda qeyd edilən ər azidə tikinti-quraşdırma işləri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xüsusi nişana, tikintiyə icazə sənədinə və aidiyyatı qurumlarla razılaşdırılaraq, ekspertizadan müsbət rəy almış tikinti layihəsinə əsasən yerinə yetirilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və qeyriləri cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs qismində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 X2 Ekspertiza Baş İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi və "xxxx" MMC cəlb edilməklə, Bakı şəhəri, Yasamal rayonu, X7, Zahid Xəlilov, M.H.Şəhriyar və Əhməd Cəmil küçələrinin kəsişməsində "xxxx" MMC tərəfində n 17 noyabr 2016-cı il tarixli, 374 nömrəli xüsusi nişan, 22879 nömrəli, 15 noyabr 2016-cı il tarixli ekspertiza rəyi almış layihə əsasında qanunsuz tikilərək istifadə olunan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin (ofis binasının) sökülməsi üçün səlahiyyəti daxilində müvafiq tədbir görülməsi öhdəliyinin, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, Zahid Xəlilov küçəsi, M.H.Şəhriyar küçəsi və Əhməd Cəmil küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən 17 noyabr 2016cı il tarixli, 374 nömrəli xüsusi nişan, 22879 nömrəli, 15 noyabr 2016-cı il tarixli ekspertiza rəyi almış layihə əsasında yeni tikilmiş binanın altında tağ (altkeçid) vasitəsilə Əhməd Cəmil küçəsinə avtomobillərin giriş-çıxışı üçün giriş-çıxış yolunun layihəyə uyğunluğunun təmin edilməsi üçün səlahiyəti daxilində müvafiq tədbir görülməs i öhdəliyinin, Bakı şəhəri, Yasamal rayonu, X7 küçəsi, Zahid Xəlilov küçəsi, M.H.Şəhriyar küçəsi və Əhməd Cəmil küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən 17 noyabr 2016-cı il tarixli, 374 nömrəli xüsusi nişan, 22879 nömrəli, 15 noyabr 2016-cı il tarixli ekspertiza rəyi almış layihə əsasında 14 mərtəbəli tikilməli olan binada əlavə tikilmiş 3 (15-16-cı və mansard) mərtəbənin sökülməsi üçün səlahiyyəti daxilində müvafiq tədbir görülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.

9. İddiaçıların tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə həyətlərində, yəni Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov, Ə.Cəmil, Ə.Haqverdiyev və M.H.Şəhriyar küçələrinin kəsişməsində Dövlət Ekspertizasının 15 noyabr 2016-cı il tarixli, 22879 nömrəli rəyi və 17 noyabr 2016-ci il tarixli, 374 nömrəli “Xüsusi nişan” əsasında "xxxx" MMC tərəfindən mərtəbə sayı 14, hündürlüyü 52.4 m, ölçüləri (a×b) = 66.6×62.3 metr təşkil edən yüksək mərtəbəli yaşayış kompleksinin tikintisinə başlanılmışdır. Ötən il, yəni 2017-ci ilin sentyabr ayında tikinti işləri 14-cü mərtəbəyə çatdıqda, onlar tikintinin başa çatdığını düşünmüşlər, lakin tikinti dayandırılmamışdır. Bununla bağlı və tikinti zamanı baş vermiş digər qanunsuzluqlarla bağlı, yəni tikilən bina ilə Zahid Xəlilov 36 V ünvanında yerləşən 9 mərtəbəli bina arasında layihə üzrə 9.4 metr məsafə olduğu halda, faktiki 7 metr təşkil etməsi barədə onlar oktyabr ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə kollektiv müraciət göndərmişlər. Müraciət əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə kollekiv müraciət göndərmişlər. Müraciət əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yasamal rayon İcra Hakimiyyətinə həmin ayda müvafiq tədbirlərin görülməsi üçün məktub göndərmişdir. Bundan başqa, 2016-cı ildə təsdiqlənmiş layihə üzrə məhəllədən Əhməd Cəmil küçəsinə yeni tikilən binanın altından avtomobillərin giriş-çıxışı üçün 6 metr enində, yəni eyni vaxtda 2 avtomobilin yan-yana rahat hərəkət edə biləcəyi altkeçid (tağ) nəzərdə tutulmuşdur. Lakin, bu gün faktiki olaraq həmin altkeçid (tağ) 3 metr enindədir və eyni vaxtda yalnız 1 avtomobil hərəkət edə bilir, ona görə də qarşıdan gələn avtomobillər onu gözləyir, tez-tez, bir neçə avtomobildən ibarət növbələr yaranır, onlara böyük əziyyət olur, hətta bəzən lüzumsuz mübahisələr, davalar da yaranır. Nəzərə alınmalıdır ki, məhəllədə mövcud o lan 950-dən çox mənzilin təxminən yarısı, yəni 400 mənzil ötən il tikilmiş 16 mərtəbəli (mansard qatının yaşayışa yararlı vəziyyətdə inşa olunması səbəbindən faktiki 17 mərtəbəli) binanın payına düşür və həmin bina hələ istismara verilmədiyindən, oradakı 400 ailə mənzillərinə yerləşmədiyinə görə, bu gün həyətdə avtomobil saylı təxminən 2 dəfə azdır. Hazırda yaşayış olan 550 civarında mənzilin sakinlərinin 250-300 arası avtomobili var. Yəni, yeni binalara 400 ailə köçdükdə, həyətdə avtomobil sayı 500-600 ədədə çıxacaq ki, məhəllənin az sayda olan və sözügedən altkeçidin (tağ) ensiz olmasına görə həyətin yolları və giriş-çıxışları bu qədər yükgötürmə qabiliyyətinə malik deyil. Əhməd Cəmil küçəsində yeni tikilən binanın altında avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş altkeçiddən istifad əni çətinləşdirən başqa bir səbəb "xxxx" MMC tərəfindən həmin altkeçidin həyət tərəfdən tam qarşısında, 4-5 metr üzbəüz məsafədə 2 mərtəbəli qeyri-yaşayış binasının tikilməsi olmuşdur. Həmin qeyriyaşayış binası faktiki olaraq onların istifadə etdikləri avtomobil yolunun zəbt olunması nəticəsində tikilmişdir. Buna görə də, Zahid Xəlilov 36A, 36B, 36V ünvanlarında yerləşən binaların həyətindən altkeçidə qədər 3 döngə yaranıb və 4 metr enində yolun uzunluğu 50 metrə qədərdir. Yolun bir tərəfində həmişə avtomobil parklanması olduğuna görə, altkeçiddən çıxan avtomobilin manevretmə imkanı olmur, həmin 50 metr məsafədə 3 dənə döngə olan yolu üz-üzə gələn avtomobillərdən biri geriyə getməyə məcbur olur. Bu yol o qədər dardır ki, hərəkət zamanı park halında olan avtomobilləri zədələməmək böyük diqq ət tələb edir. Lakin, bunula belə, artıq bir neçə qonşunun qısa vaxt ərzində maşını zədələnmişdir. Tikilmiş 2 mərtəbəli qeyri-yaşayış (ofis) binası ilkin layihədə nəzərdə tutulmamışdır və ümumiyyətlə, nəzərdə tutulmuş olsaydı belə, bu aşkar qanun pozuntusudur. Çünki, pilot layihələrlə qeyri-yaşayış ofis sahələri tikilən yaşayış binasının aşağı mərtəbələrində nəzərdə tutulur, ayrıca qeyri-yaşayış ofis binası tikilmir. Pilot layihələri qəzalı yaşayış binalarının yeni yaşayış binaları ilə əvəz edilməsi məqsədi daşıyır. Sökülən yaşayış binalarının yerində, həm də məhəllə daxilində, hər tərəfi yaşayış binaları ilə əhatə olunmuş vəziyyətdə ayrıca ofis binasının tikintisi nəzərdə tutulmur. Yeni tikilmiş 4 girişli binalar Zahid Xəlilov 36 V ünvanındakı 9 mərtəbəli binadan layihə üzrə 9.4 metr mə safədə olduğu halda, faktiki 7 metr təşkil edir. Yəni bina tikilərkən layihədən kənara çıxılmış, 2.4 metr məsafədə yeni bina Zahid Xəlilov 36 A, 36 B, 36 V ünvanında yerləşən 9 mərtəbəli binalara doğru sürüşdürülmüşdür, bilavasitə həmin binaların həyətini zəbt etmişdir. Həyətləri təxminən 60-65 metr uzunluqda və 2.4 metr enində (144-156 kv.m sahədə) yeni bina tərəfindən zəbt olunmuşdur. Hesab edirlər ki, cavabdeh təşkilatın yuxarıda göstərilən faktlara göz yumması və buna şərait yaratması, bu məqsədlə hərəkətsizliyi qaunsuz və əsassızdır. Zərurət olmadığı halda (məsələn, dövlət ehtiyacları üçün, şəhid ailələrinə bağışlanmaq üçün) əlavə 3 mərtəbənin tikilməsi həyət və sakinlər üçün əlavə yüklənmə deməkdir, insan sayı, avtomobil sayı, kommunal xidmətlərlə təminat səviyyəsi, hərəkət imkanları və s. məsələlərdə problemlər yaradır. 2 mərtəbəli ofis günün bütün saatlarında gediş-gəlişi çətinləşdirir, piyada və avtomobilin hərəkətində və parkinqdə problemlər yaradır. Yeni tikilən binanın altından Əhməd Cəmil küçəsinə avtomobillərin giriş-çıxışı üçün 6 metr enində, yəni eyni vaxtda 2 avtomobilin yan-yana rahat hərəkət edə biləcəyi altkeçidin təmin edilməməsi avtomobillərin hərəkəti, nəqliyyat çətinliyi, növbələrin yaranması, yanğın təhlükəsizliyi kimi məsələlərdə problemlər yaradır. Yeni tikilmiş binanın altından məhəllədən Əhməd Cəmil küçəsinə 1 avtomobilin hərəkətinə imkan verən tağ (giriş-çıxış) sakinlərə çox əziyyət edir. Hələ ki, yeni tikilmiş 4 girişli 17 mərtəbəli binanın sakinləri mənzillərinə köçməyib, əlavə 2 girişli təzə bina da tikilərsə (hazırda davam etdirilir) sakinl ərin, avtomobillərin sayı həddindən artıq çox olacaq, mövcud avtomobil, piyada yolları, giriş-çıxışlar 5-6 min nəfər sakinin rahat hərəkətini təmin etməyəcəkdir.

10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək, iddianın təmin olunmaması xahiş edilmişdir. Etiraza əsasən, Yasamal rayon İcra Hakimiyyətinin 17 noyabr 2016-cı il tarixli, 374 nömrəli sərəncamına əsasən, Yasamal rayonu, S.Dadaşov küçəsi, 586-cı məhəllə, 16/33, 15/42, 13/38 saylı və Z.Xəlilov küçəsi, 586-cı məhəllə, 14/40/ 18/46 ünvanlarında yerləşən ərazi 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının, ofis və yeraltı avtodayanacağın tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Sonradan, Bakı Dövlət Layihə İnstitutu tərəfindən əlavə mərtəbə lər daxil olmaqla şəhərsalma əsaslandırılması hazırlanmış və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 03 iyul 2018-ci il tarixli, xx/xx-1242 nömrəli məktubu ilə razılaşdırılmışdır. Təsdiq olunmuş şəhərsalma əsaslandırılması sənədində yenidən tərtib olunmuş layihə sənədləri Yasamal rayon İcra Hakimiyyətinin 11 dekabr 2018-ci il tarixli, 390/g-7 nömrəli məktubu ilə təkrar ekspertizaya təqdim olunmuş və həmin sənədlərə dair 26828/22879 saylı rəy verilmişdir. Bir daha məhkəmənin nəzərinə çatdırılır ki, X3 Baş İdarəsinin 05 mart 2019-cu il tarixli, 26828/22879 nömrəli rəyi yuxrıda qeyd olunan şəhərsalma əsaslandırılması əsasında verilmişdir. Obyektdə sonrakı tikinti-quraşdırma işləri Komitə tərəfindən təsdiq olunmuş şəhərsalma əsaslandırmasına, ekspertizadan təkrar keçirilmiş layihə sənədlə rinə, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş icazəyə uyğun olaraq aparılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli, 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən, yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyyə edir və M əcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verirlər. Bu cür məlumat Bakı şəhəri və ya Yasamal rayon İcra Hakimiyyətlərindən Nazirliyə və ya Agentliyə daxil olmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsində Fövqəladə Hallar Nazirliyi (Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi) tərəfindən tikinti işlərinin dayandırılması barədə qərarın qəbul edilməsini zərur edən hallar müəyyən olunmuşdur. Eyni zamanda, həmin Məcəllənin 95-ci maddəsində də qanunsuz tikinti obyektlərinin sökülməsi üçün əsaslar müəyyən edilir. İddiada göstərilənlər isə qeyd olunan ünvanda aparılan tikinti işlərinin dayandırılması və ya tikinti obyektinin sökülməsi barədə qərarların çıxarılmasına əsas vermir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2819/2019 nömrəli, 08 oktyabr 2019-cu il tarixli və 2-1(81)-2819/2019 nömrəli, 31 oktyabr 2019-cu il tarixli qərardadı ilə X8, X10, Məhərrəm Əfəndiyev və X6 prosessual həmiştirakçı kimi işə cəlb edilmişdir. 12. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2819/2019 nömrəli, 4 noyabr 2019-cu il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli ərazidə tikintiquraşdırma işləri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş XN-08/A nömrəli, 20 noyabr 2018-ci il tarixli xüsusi nişana, 08/A nömrəli, 20 noyabr 2018-ci il tarixli tikintiyə icazə sənədinə və aidiyyəti qurumlarl a (Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi) razılaşdırılaraq, ekspertizadan müsbət rəy alınmaqla inşa edilmişdir. Tikinti işləri layihəyə uygun aparıldığından, tikinti-quraşdırma işlərinin layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin mütəxəssisləri tərəfindən nəzarət edildiyindən, tikintidə baş vermiş hər-hansı pozuntu halları barədə Bakı şəhəri və Yasamal rayon İcra Hakimiyyətlərindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmadığından, cavabdeh tərəfindən iddiaçıların müraciətinin təmin olunmasından əsaslı olaraq imtina edilmişdir.

14. İddiaçılar apellyasiya şikayəti verərək həmin qərarın ləğ v edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-31/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov-sədrlik edən və məruzəçi, E.E.Nağıyeva və C.A.Yusifov) iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2819/2019 nömrəli, 4 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. İddiaçılar kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN D ƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydaları

4. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti... 4.2. Yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən, habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. 4.3. Yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimi yyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir.

21. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi M a d d ə

75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintin in növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. M a d d ə

92. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti işləri ilə bağlı yazılı göstərişlər və tikinti işlərinin dayandırılması 92.1. Bu Məcəllənin 92.4-cü maddəsində nəzərdə tutulmuş pozuntular istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanı tikinti işlərində (reklam qurğularının tikintisi istisna olmaqla) aşağıdakı pozuntu hallarını aşkar etdikdə hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və tikinti işlərini dayandırmadan onların aradan qaldırılması barədə sifarişçiyə (podratçıya) icrası məcburi olan yazılı göstəriş təqdim edir: 92.1.1. tikinti işlərinin tikintiyə icazəyə, məlumatlandırma icraatının tətbiq olunduğu hallarda isə layihənin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun aparılmadığı müəyyən edildikdə; 92.1.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olduqda; 92.1.3. bu Məcəllə ilə nişanlanması tələb edildiyi halda tikintidə nişanlanmamış və ya qanunsuz nişanlanmış tikinti materiallarından və məmulatından istifadə edildikdə; 92.1.4. tikinti işlərinə bu Məcəllənin 51-ci maddəsində nəzərdə tutulmuş peşə sahələri üzrə müvafiq ixtisası və sertifikatı olmayan şəxslər cəlb edildikdə. 92.2. Bu Məcəllənin 92.1-ci maddəsində nəzərdə tutulmuş yazılı göstərişdə hər bir pozuntu ayrıca təsvir olunur və həmin pozuntunun sifarişçi (podratçı) tə rəfindən aradan qaldırılması üçün ağlabatan müddət müəyyən edilir. 92.3. Sifarişçi (podratçı) bu Məcəllənin 92.2-ci maddəsinə əsasən ona təqdim edilmiş yazılı göstərişə uyğun olaraq pozuntuların aradan qaldırıldığı barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verdiyi, belə məlumatın verilmədiyi hallarda isə, həmin yazılı göstərişdə pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddətin başa çatdığı gündən ən geci 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində pozuntuların aradan qaldırılmadığı və ya tam aradan qaldırılmadığı müəyyən edildikdə, müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) icrası yoxlanılmış yazılı göstərişin icra olunmayan hissəsində yenidən yazılı göstəriş təqdim edir. 92.4. Tikintiyə dövlət nəzarəti çərçivəsində aşağıdakı pozuntuların müəyyən edildiyi hallarda müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib edir və onun əsasında tikinti işlərinin (reklam qurğularının tikintisi istisna olmaqla) dayandırılması barədə qərar qəbul edir: 92.4.1. tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan tikildikdə; 92.4.2. tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurlar müəyyən edildikdə və həmin qüsurları digər tikinti işlərini dayandırmadan aradan qaldırmaq mümkün olmadıqda; 92.4.3. bu Məcəllənin 92.1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 4 ay müddətində aradan qaldırılmadı qda; 92.4.4. bu Məcəllənin 92.1.2-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 il müddətində aradan qaldırılmadıqda; 92.4.5. bu Məcəllənin 92.1.3-cü və 92.1.4-cü maddələrində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda. 92.5. Tikinti işlərinin dayandırılması barədə qərarda onun qəbulunu şərtləndirən pozuntular (faktiki və hüquqi hallar) təsvir edilməli və həmin pozuntuların aradan qaldırılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının izahlı göstərişi nəzərdə tutulmalıdır. Tikinti işlərinin dayandırılması barədə qərar 3 gün müddətində sifarişçiyə (podratçıya) təqdim olunur. 92.6. Tikinti işləri dayandırıldığı mü ddətdə tikintinin podratçısı (podratçı olmadığı hallarda sifarişçisi) üçüncü şəxslərin həyatının və əmlakının, habelə ətraf mühitin təhlükəsizliyini təmin etmək məqsədilə tikinti meydançasında mühafizə tədbirləri görməlidir. 92.7. Tikinti işləri bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən dayandırıldığı hallarda sifarişçiyə (podratçıya) yalnız dayandırılma barədə qərarda müəyyən edilən pozuntuların aradan qaldırılması ilə bağlı işlərin yerinə yetirilməsinə yol verilir. 92.8. Sifarişçi (podratçı) bu Məcəllənin 92.5-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının göstərişlərinin yerinə yetirdiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuları aradan qaldırdığı barədə müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat təqdim etməlidir. Belə məlum atın təqdim edildiyi gündən 3 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır. Yoxlama nəticəsində göstərişlərin yerinə yetirilmədiyi və tikinti işlərinin dayandırılmasına əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur. Belə olduqda tikinti işlərinin dayandırılması haqqında qərar qüvvədə qalır və bu barədə müvafiq icra hakimiyyəti orqanı sifarişçiyə (podratçıya) yazılı məlumat verir. Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduğu təqdirdə müvafiq icra hakimiyyəti orqanı tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verir və belə razılıq tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədən düşməsini ehtiva ed ir. Bu maddənin birinci cümləsində nəzərdə tutulmuş məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən sifarişçiyə (podratçıya) tikinti işlərinin dayandırılması haqqında qərarın qüvvədə qalması haqda yazılı məlumat və ya tikinti işlərinin davam etdirilməsinə yazılı razılıq verilmədikdə tikinti işlərinin dayandırılması barədə qərar qüvvədən düşmüş hesab edilir. 92.9. Yazılı göstəriş və tikinti işlərinin dayandırılması barədə qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 92.10. Tikinti işlərinin dayandırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə

95. Tikinti obyektlərinin sökülməsi 95.1. Tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikint isinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində a radan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə.

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında veril mişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəb dən şikayət təmin olunmamalı, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apelyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apelyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

28. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıların şikayətində qeyd olunan tikinti obyektlərinin inşası ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

29. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona gör ə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

30. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

31. Bu qərarın 21-ci bəndində istinad olunan normalara görə, barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılmas ı, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Yenə həmin normalara görə tikintiyə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı, yəni Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi tərəfindən həyata keçirilir. Tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirləri, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlər görülə bilər.

32. Bununla bağlı nəzərə almaq lazımdır ki, tikintiyə nəzarətin məqsədi tikinti obyektinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş layihəyə uyğun olaraq tikilməsini təmin etməkdən ibarətdir. Başqa sözlə, tikintiyə nəzarəti həyata keçirən Tikintidə X4 Agentliyi yalnı z tikinti obyektinin icazə verilmiş layihəyə uyğun inşa edilməsini yoxlayır və yalnız layihədən kənara çıxma hallarının müəyyən edildiyi təqdirdə tikintiyə müdaxilə etməyə və müvafiq tədbirlər görməyə səlahiyyətlidir.

33. Hazırkı mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, tikintiyə dövlət nəzarəti çərçivəsində tikinti obyektinə münasibətdə müxtəlif nəzarət tədbirlərinin, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirlərin tətbiqi üçün əsaslar mövcud deyildir. Belə ki, nəzarət orqanı tərəfindən tikinti işlərinin bu qərarın 21-ci bəndində istinad olunmuş normada təsbit edilmiş tikintiyə icazə sənədinə və icazə verilmiş tikinti layihəsinə uyğun aparıldığı müəyyən olunmuşdur.

34. Bundan başqa, həmçinin nəzərə almaq lazımdır ki, bu qərarın 21-ci bəndində istinad olunmuş normanın müddəalarına görə, tikintiyə icazənin məqsədi tikintinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunu təmin etməkdən ibarətdir. Bu məqsədlə tikintiyə icazə verən qurum tərəfindən tikintiyə icazə verilməsi üçün təqdim olunmuş tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğu yoxlanılır və yalnız uyğunluq təmin edildikdən sonra müvafiq icazə verilir. Hazırkı mübahisəyə münasibətdə qeyd olunan tikinti obyektinin tikintisinə verilmiş icazə həmin tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğunluğunu təsdiq edir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalar baxımından tikintiyə nəzarət orqanı tikinti yə icazəyə və həmin icazə ilə uyğunluğu təsdiq edilmiş layihəyə bağlıdır. Tikintiyə nəzarətin məqsədləri baxımından, tikintinin həmin sənədlərə uyğun aparıldığı hallarda nəzarət orqanı tikintiyə dövlət nəzarəti çərçivəsində həmin tikinti obyektinə müdaxilə etməyə, həmin obyektə münasibətdə müxtəlif nəzarət tədbirlərini, o cümlədən tikintinin dayandırılması və ya sökülməsi ilə bağlı tədbirləri tətbiq etməkdə haqlı sayıla bilməz.

36. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçılar İddiaçı7 və və qeyrilərinin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məh kəməsinin İnzibati Kollegiyasının 2-1(103)-31/2022 nömrəli, 17 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar