Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1036/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair in zibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekabr 2022-ci il tarixli, 2-1(103)-3003/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.2007-ci il tarixli, 11066 saylı icarə müqavilə ilə Bakı şəhəri, Xətai rayonu, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 5 saylı 0,25 ha bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Bakı şəhəri Mərdəkan qəsəbəsi ərazisində olan 5 saylı (bağ sahəsinin yeni nömrəsi 2205) 0,25 ha bağ sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir.
3. Cav abdeh 19 fevral 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. İmtinanın əsası kimi torpaq sahəsi üzərindən 35 kv-luq elektrik xəttinin keçdiyini və torpağın müəyyən hissəsinin elektrik xəttinin mühafizə zonasına düşdüyünü bildirmişdir. Həmçinin qeyd edilmişdir ki, torpaq sahəsindən müəyyən hissəni azaltdığı təqdirdə ərizəsinə yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yüksək gərginlikli 35 kv-luq elektrik xəttinin mühafizə zolağına düşən hissədə azaldılmaqla Mərdəkan bağ massivində yerləşən 5 saylı bağ sahəsinin (bağ sahəsinin yeni nömrəsi 2205) yerdə qalan hissəsinə dair iddiaçının mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət re yestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpaq sahəsindən elektrik xəttinin keçməsi mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün maneə ola bilməz. Torpaq sahəsi boşdur və onun üzərində hər hansı bir tikili yoxdur. Cavabdehin istinad etdiyi Nəzirlər Kabinetinin 103 nömrəli 10 iyun 2005-ci il tarixli qərarında elektrik xətlərinin mühafizəsi altında düşən torpaq sahələrinin mülkiyyətə verilməsi və ya torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının məhdudlaşdırılması ilə bağlı heç bir norma yoxdur. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın məzmunu imtina məktubu ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0,25 hektar faktiki sahəsi isə 0,2368 ha təşkil edir. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin (hakim G.A.Sevdimalıyeva) 2-1(112)-993/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, yüksək gərginlikli 35 kv-luq elektrik xəttinin mühafizə zolağına düşən hissədə azaldılmaqla Mərdəkan bağ massivində yerləşən 5 saylı bağ sahəsinin (bağ sahəsinin yeni nömrəsi 2205) yerdə qalan hissəsinə dair İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çı xarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydı alınmasından imtina edilməsinə qanuni əsaslar (həmin qanunun 15-ci maddəsində göstərilmiş əsaslar) mövcud deyildir. Bakı şəhər İcra Hakimiyyəti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən xx.xx.2007-ci il tarixli, 11066 saylı icarə müqaviləsində göstərilmiş iddiaçının ailə üzvləri tərəfindən müvafiq r azılıq ərizələri də verilmişdir. İcarə müqaviləsində göstərilmiş iddiaçının ailə üzvləri - X2, X1, X3 tərəfindən notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri iş materiallarına əlavə olunmuşdur. Müqavilədə ailə üzvü kimi qeyd edilən X5 vəfat etmiş, ölüm haqqında şəhadətnamə iş materiallarına əlavə edilmişdir. Belə ki, bağ sahəsi iddiaçının və onun müqavilədə göstərilən ailə üzvlərinin istifadəsinə verilmişdir.
9. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakim: M.N.Tağızadə - məruzəçi, X.A.Cəmilova və A.P.Oruczadə) 16 dekabr 2022-ci il tarixli, 2-1(103)3003/2022 nömrəli qərarı ilə Bakı İnzib ati Məhkəməsinin 2-1(112)-993/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddiaçının müraciətinə verilən imtinanın və iddia ərizəsinə qarşı verilmiş etirazda göstərilənlər təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında ” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;...
16. İnzibati Prose ssual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kolleg iyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməs i tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının müqavilə əsasında ona istifadəyə verilmiş bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması (və bu barədə müvafiq çıxarışın verilməsi) ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı ş ərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Apellyasiya məhkəməsi iddianın əsaslılığı ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı bağ sahəsinin yüksək gərginlikli elektrik xətti düşən hissəsindən imtina edildiyindən cavabdehin bununla bağlı istinad etdiyi dəlil əsassızdır.
29. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Şikayətin təmin edilməsi üçün əsaslar yoxdur.
30. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti rədd edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 dekab r 2022-ci il tarixli, 21(103)-3003/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.