Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1036/2024 10.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğvi; operativ vergi nəzarəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı «maliyyə sanksiyasının tətbiq edilməsi barəd ə qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 21(103)-3586/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdehin 1 sentyabr 2021-ci il tarixli qərarı ilə vergi ödəyicisi olan hazırkı İddiaçı MMC-nin fəaliyyəti üzrə operativ vergi nəzarəti keçirilmiş və həmin nəzarət tədbiri zamanı vergi ödəyicisi kimi iddiaçının 196.314,46 manat dəyərində mal qalığının olduğu, lakin elektron qaimə-faktura təqdim edilməli olduğu halda 862.802,19 manat dəyərində malların elektron qaimə-faktura təqdim edilmədən ayrı-ayrı vergi ödəyicilərinə təqdim edilməsi əsası ilə müvafiq olaraq Vergi Məcəlləsi nin 58.13-cü maddəsi üzrə 172.560,44 manat məbləğində (təqvim ili ərzində ikinci dəfə olduğundan 20%) maliyyə sanksiyasının tətbiqi barədə 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar qəbul etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və vergi məsuliyyətinə cəlbetmənin xitam edilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçı barəsində operativ vergi nəzarətinin keçirilməsi nəticəsində 4 sentyabr 2021-ci il tarixli 005427 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozu lmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********9269 saylı 17 sentyabr 2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın qəbuluna əsas kimi elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsi göstərilmiş və iddiaçı 172.560,44 manat məbləğində maliyyə sanksiyası vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin 17 sentyabr 2021-ci il tarixli qərarı iş üzrə materiallar araşdırılmadan, heç bir əsas olmadığı halda qanuna zidd şəkildə qəbul edilmişdir. İddiaçı anbarına daxil edilmi ş malların topdansatışı fəaliyyəti ilə deyil, pərakəndə satışı fəaliyyəti ilə məşğuldur. Məhz elə bu səbəbdən onun malların satışı zamanı alıcılara qaimə-faktura əvəzinə kassa çeki təqdim etmə öhdəliyi mövcuddur. Belə ki, vergi orqanı sözügedən qərarın qəbul edilməsinə əsas kimi hüquqi şəxsin topdansatış fəaliyyəti ilə məşğul olmasını və qaimə-fakturaların vergi ödəyicilərinə təqdim edilməməsini göstərmişdir. Halbuki, faktiki olaraq vergi orqanına iddiaçının nümayəndəsi açıq və aydın şəkildə topdansatış fəaliyyəti ilə deyil, pərakəndə satış fəaliyyəti ilə məşğul olduqlarını bildirmişdir. Pərakəndə satış fəaliyyəti ilə məşğul olduğunu sübut etmək məqsədi ilə vergi orqanının əməkdaşlarına aparılmış satışlara dair hesabatın əks olunduğu kassa çeki belə təqdim edilmişdir. Lakin vergi orqanının əməkdaşları tərəfindən bu hal nəzərə alınmadan, sanki topdansatış fəaliyyəti ilə məşğul olunmasına qaynaqlı vergi qanunvericiliyinin pozuntusuna yol verilmiş və nəticə etibarilə heç bir hüquqi əsası mövcud olmayan 4 sentyabr 2021-ci il tarixli 005427 nömrəli akt tərtib edilmişdir. Dolayısı ilə həyata keçirilən malların satışı zamanı yol verilmiş hər hansı qanun pozuntusu olmamışdır. Belə ki, «Elektron qaiməfakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları»nın 1.5-ci maddəsinin tələbinə əsasən vergi ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcıya pərakəndə qaydada mal (iş, xidmət) təqdim edildikdə, ona qəbz və ya çek verilir. Sözügedən maddənın məzmunundan da məlum olur ki, malların pərakəndə satışı zamanı alıcılara **********9269 saylı 17 sentyabr 2021-ci il tarixli qərarda nəzərdə tutulan elektron qaimə-faktura deyil, məhz qəbz və ya çek təqdim olunur. Bu faktın özü belə sözügedən qərarın əsassız olduğuna dəlalət etməkdədir. Bundan başqa, qərarda qeyd edilənlərə əsasən 696.369,81 manat dəyərində malın qanunsuz topdansatışı fəaliyyəti nəticəsində 862.802,19 manat məbləğ əldə edilmişdir. Halbuki, həmin məbləğ pərakəndə satış ilə bir yox, təxmini 4.000 – 5.000 aralığında alıcıya satılması nəticəsində əldə edilmişdir. Belə ki, 1 may 2021-ci il tarixdən 28 avqust 2021-ci il tarixədək olan dövrdə həyata keçirilən satışların ümumi satış məbləği 815.158 manat, ümumi satış sayı isə 4.866 nəfərdir. Növbəti çekdə isə, yəni 1 may 2021-ci il tarixdən 29 avqust 2021-ci il tarixədək olan dövr üzrə çeklərdə ümumi satış məbləği 876.281 manat, satış sayı isə 5.203 nəfərdir. Bu da onu göstər ir ki vergi orqanının əməkdaşları xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında şirkətə yaxınlaşmış və 862.802,19 manat dəyərində kassa çeki təqdim edildiyindən, onlar yalnız ümumi satış məbləğinə nəzər salmış, malların nə qədər alıcıya satıldığını, yəni ümumi satış sayını nəzərə almadan, bütün malların yalnız bir alıcıya topdansatışının həyata keçirildiyini iddia edərək haqsız şəkildə şirkəti vergi məsuliyyətinə cəlb etmişlər. Halbuki, həmin kassa çeklərindən görünür ki, mallar əslində bir alıcıya deyil, 4.866 – 5.203 say arasında alıcıya satılmışdır. Zəruri olarsa, vergi orqanı əməkdaşları tərəfindən akt tərtib edilməsinə səbəb olmuş 862.802,19 manat dəyərində hesabat-kassa çeki kassa aparatından çıxarılaraq məhkəməyə təqdim edilə bilər.
4. Cavabdeh iddiaya dair vəsatət təqdim edərək “İ nzibati icraat haqqında” Qanunun 62.2, 64.1-ci maddələrinə, Vergi Məcəlləsinin 70.2-1.2, 70.2- 1.3-cü maddələrinə əsaslanaraqiddianın mümkün sayılmamasını xahiş etmişdir. Belə ki, Baş İdarənin **********9269 nömrəli 17 sentyabr 2021-ci il tarixli qərarı barədə iddia tələbi üzrə qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olund uğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Lakin “Vergi ödəyiciləri ilə yazışma barədə hesabat”lardan da göründüyü kimi, iddiaçının təqdim etdiyi 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərar 17 sentyabr 2021-ci il tarixdə vergi ödəyicisinə elektron üsulla göndərilmiş və vergi ödəyicisi tərəfindən 21 sentyabr 2021-ci il tarixdə oxunmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2-1(112)-512/2023 nömrəli qərardadı ilə iddianın “vergi məsuliyyətinə cəlbetmənin xitam edilməsi” hissəsi mümkün sayılmamışdır.
6. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2-1(112)-512/2023 nömrəli qərarı ilə (hakim R. Kərimli) iddia tələbi t əmin edilərək cavabdehin 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarı ləğv olunmuşdur.
7. Məhkəmə hesab etmişdir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli qərarı qanuna zidd, yəni Vergi Məcəlləsinin 16.1.3, 58.13, 71-1-ci və «İnzibati icraat haqqında» Qanunun 11, 17, 24.2-ci maddələrinin tələbləri pozulmaqla qəbul edilmişdir.
8. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2 023-cü il tarixli, 2-1(103)-3586/2023 nömrəli qərarı ilə (hakimlər K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd edilmişdir ki, operativ yoxlamanın müddəti 1 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək olan dövrü əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, 1 sentyabr 2021-ci il tarixdən əvvəlki dövrdə (bir neçə ayda) olan əməliyyatlar əsasında İddiaçı MMC-yə maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki o laraq həyata keçirilmədiyi dövr üzrə aparılmış əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi nəzarətinin mahiyyətinə və xarakterinə uyğun deyildir.
11. Apellyasiya məhkəməsi mövqeyini əsaslandırmaq üçün, Vergi Məcəlləsinin 23.1, 37.1, 38.1, 50.1, 50.2, 50.3, 50.6, 58.13-cü maddələrinə istinad etmişdir.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətində qeyd etmişdir ki, vergi ödəyicisi üzrə keçirilən əvvəlki operativ vergi nəzarəti tədbiri zamanı Cəmiyyətin sahibliyində 186.487 manat mal qalığının olduğu müəyyən edilmiş, eləcə də əvvəlki OVN tədbirindən yoxlam a keçirilən dövrə kimi (xx.xx.2021-xx.xx.2021) vergi ödəyicisi tərəfindən 892.684,27 manat (ƏDV-siz) dəyərində mal idxalı, elektron qaimə faktura tətbiq olunmaqla 1.796 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alışı olmuş və elektron qaimə faktura tətbiq olunmaqla heç bir satış əməliyyatları həyata keçirilməmişdir. Baza məlumatlarına əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında 1.041.055,42 manat (ƏDV-siz) gömrük dəyəri ilə mal idxal edildiyi, əmək müqaviləsi hüquqi qüvvəyə minməklə işlərin yerinə yetirilməsinə cəlb edilmiş işçisinin olmadığı və operativ vergi nəzarəti zamanı mal qalığının 196.314,46 manat olduğu (xx.xx.2021-ci il tarixli DVX seriyalı 005443 və 005445 nömrəli aktlar) aşkar olunmuşdur. Əlavə olaraq bildirirlmişdir ki, vergi ödəyicisi nəzarətkassa aparatından istifadəyə başladığı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (23 gün) 6204 sayda kassa çeki üzrə 1.088.084,0 manat məbləğində mal satıldığını görmək olar. Eyni zamanda çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması halları aşkar olunmuşdur. Məhkəməyə təqdim edilmiş bütün sənədlərdə dəlil olaraq iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olduğu bir neçə istiqamətdə sübut olunmuşdur.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən, topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. X1 fəaliyyət g östərdiyi obyekt də anbar tipli olmuşdur.
15. Məhkəmə inzibati məhkəmə icraatının vacib prinsipi olan və İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə əsasən məhkəmə vəzifəsinə görə iş üzrə obyektiv həqiqəti müəyyən etmək öhdəliyini daşıyır. Lakin məhkəmə cavabdehin dəlillərini təkzib edərkən satılmış malların alıcılarının kim olduğu barədə, yəni həmin alıcıların son istehlakçı, yoxsa sahibkarlıq fəaliyyətinin subyekti olması barədə heç bir araşdırma aparmamışdır. Məhkəmə heç bir sübut təqdim etmədən cavabdehin dəlillərini əsassız saymış və heç bir əsaslandırma aparmadan formal mülahizəsinə əsasən hesab etmişdir ki, mallar son istehlak məqsədləri üçün təqdim edilmişdir. Yəni, iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş m alların son istehlak məqsədləri üçün təqdim edildiyi heç bir sübutla təsdiq edilməmişdir b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddiaçı kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3586/2023 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Qanun: Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu ba rədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
18. Vergi Məcəlləsi: Maddə
70. Vergi ödəyiciləri ilə yazışma... 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır:... 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi ş əxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.
19. İnzibati Prosessual Məcəlləsi: a) Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdiril məsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayı lır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apel lyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
20. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarı.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli qərarı.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnu n olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
27. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolverilənd ir.
28. Mübahisələndirmə haqqında iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, cavabdehin imtinasının olub-olmaması ilə yanaşı iddia müddətinə də riayət edilibedilməməsi yoxlanılmalıdır.
29. İddia müddəti ilə bağlı “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Novakovic Xorvatiyaya qarşı” iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsini və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqs ədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hazırkı qərarın 20-ci bəndində göstərilən qərarının hüquqi mövqeyindən aydın olur ki, iddia müddətinin ötürülüb-ötürülmədiyini müəyyən etmək üçün, ilk növbədə, müddətin axımının başlanğıc anı müəyyən edilməli, bundan sonra müvafiq inzibati aktdan şikayət verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin ötürülməsi məsələsi həll edilməlidir.
32. Lakin məhkəmələr müddətin axımının başlanğıc anını, yəni mübahisələndirilən qərarın təqdim (elan) olunduğu vaxtı müəyyən etmədən, iddianın mümkünlük şərtlərini araşdırmadan iddiaya mahiyyəti üzrə baxmışdır.
33. Belə ki, işdən göründüyü kimi, vergi orqanının 17 sentyabr 2021-ci il tarixli qərarı h əmin tarixdə vergi ödəyicisinə elektron üsulla göndərilmiş və 21 sentyabr 2021-ci il tarixində saat 15:13-da iddiaçı tərəfindən oxunub. Lakin məhkəməyə həmin qərarın ləğvinə dair iddia, 2 noyabr 2021-ci il tarixində verilmişdir. 34. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.
35. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır.
36. Həmçinin Vergi Məcəlləsinin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur.
37. Həmin məcəllənin 70.2-1.3-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır.
38. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, inzibati aktın məhkəmə qaydasında mübahis ələndirilməsi zamanı İPM-nin 38.1-ci maddəsi tətbiq olunur ki, apellyasiya instansiyası məhkəməsi həmin maddənin tələbi baxımından işin faktiki hallarına əsasən iddianın mümkünlük şərtlərinə qiymət verməli idi. Həmin maddənin tələbindən göründüyü kimi inzibati aktdan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı inzibati aktın müvafiq qaydada təqdim (elan) olunduğu vaxtdan başlanır.
39. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlük şərtlərinə hazırkı qərarın 17-23-cü bəndlərində göstərilən maddi və prosessual normaların tələbləri baxımından qiymət verilməmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.
40. İşə təkrar baxarkən apel lyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin hazırkı qərarında qeyd olunan hüquqi mövqeyinə uyğun iddianın mümkünlüyü məsələsinə qiymət verməli və nəticədən asılı olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.
41. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunaraq iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etsə də, əlavə sübutların araşdırılması tələb olunduğundan cavabdehin kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunaraq iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli 21(103)-3586/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 may 2024-cü il tarixli, 2-1(102)-1036/2024 nömrəli iş üzrə hakim Zakir Quliyevin Xüsusi rəyi Məlum olduğu kimi, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «maliyyə sanksiyasının tətbiq edilməsi barədə qərarın ləğv edilməsi və vergi məsuliyyətinə cəlbetmənin xitam edilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2-1(112)-512/2023 nömrəli qərardadı ilə iddianın “vergi məsuliyyətinə cəlbetmənin xitam edilməsi” hissəsi mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2-1(112)-512/2023 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia tələbi təmin edilərək cavabdehin 17 sentyabr 2021-ci il tarixli **********9269 nömrəli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında qərarı ləğv olunmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 21(103)-3586/2023 nömrəli qərarı ilə (hakimlər K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibat i Məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən 30 noyabr 2023-cü il tarixli qərarında qeyd etmişdir ki, operativ yoxlamanın müddəti 1 sentyabr 2021-ci il tarixdən 30 sentyabr 2021-ci il tarixədək olan dövrü əhatə etsə də, nəzarət tədbiri zamanı yalnız tədbir anında və yoxlama müddətində baş tutan deyil, 1 sentyabr 2021-ci il tarixdən əvvəlki dövrdə (bir neçə ayda) olan əməliyyatlar əsasında İddiaçı MMC-yə maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki olaraq həyata keçirilmədiyi dövr üzrə aparılmış əməliyyatlara görə maliyyə sanksiyası tətbiq etmişdir ki, bu da ümumilikdə operativ vergi nəzarətinin mahiyyətinə və xarakterinə uyğun deyildir. Ali Məhkə mənin İnzibati Kollegiyasının 2-1(102)-1036/2024 nömrəli, 10 may 2024-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli 2-1(103)-3586/2023 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmış, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Qeyd edilən həmin qərarla razı deyiləm və aşağıda göstərilən səbəblərdən xüsusi rəydə qalıram. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsində tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarım müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir. Həm in Qanunun 1.1.15-ci maddəsinə əsasən elektron sənəd – elektron formada, o cümlədən mətn, səs, görüntü və ya audio-görüntü formasında saxlanılan kontentdir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27-ci maddəsi elektron sənədin göndərilməsi və alınması formasını tənzimləyir. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən elektron sənədi Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 27.3.1.elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa; 27.3.2.elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə; 27.3.3.elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. Qanunun 27.4-cü maddəsinə əsasən tərəflər arasındakı müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, Alandan Göndərənə təsdiqləmə çatanadək elektron sənəd alınmamış hesab olunur. Vergi Məcəlləsinin 13.2.72-ci maddəsində elektron kabinetin – vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə olduğu qeyd olunub. Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. 70.2-2. Sənədlər (onların surətləri) bu Məcəllənin 70.2-1.1-ci maddəsinə əsasən şəxsən verildikdə, vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. 70.2-3. Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda ve rgi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. İş materiallarına əsasən cavabdeh mübahisələndirilən qərarın elektron sənəd olduğu və elektron imza ilə imzalandığını bildirir. “Elektron imza və elektron sənəd haqqında” Qanunun 21-ci maddəsi elektron sənədə dair tələbləri müəyyən edir və bu tələblər aşağıdakılardır: 21.1. Elektron sənəd aşağıdakı tələblərə cavab verməlidir: 21.1.1.texniki və proqram vasitələrinin köməyi ilə yaradılmalı, saxlanılmalı, emal edilməli, ötürülməli və qəbul edilməlidir; 21.1.2.bu Qanunun 22-ci maddəsində müəyyən edilmiş quruluşa malik olmalıdır; 21.1.3.identikləşdirməyə imkan verən rekvizitlərə malik olmalıdır; Hesab edirəm ki, mübahisələndirilən qərar elektron sənəd barədə qanunvericiliyin tələbl ərinə cavab vermədiyi üçün elektron sənəd hesab edilə bilməz. Həmçinin mübahisələndirilən qərarda elektron sənədin həqiqiliyinin yoxlanması üçün rəqəmsal məlumat (QR Code) yoxdur. Başqa sözlə ifadə etsək mübahisələndirilən elektron sənədin həqiqiliyini təsdiqləmək mümkün olmadığından “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 27.3-cü maddəsinə əsasən qeyd edildiyi kimi, yəni elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə elektron sənəd göndərilməmiş hesab edilir. Bundan başqa “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəx sə təqdim olunmuş sayılır. Həmin qanunun 62.3-cü maddəsinə əsasən bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Lakin iş materiallarında bununla bağlı hər hansı sübut yoxdur. Hazırkı qərarın 33-cü bəndində qeyd edilmişdir ki, “Belə ki, işdən göründüyü kimi, vergi orqanının 17 sentyabr 2021-ci il tarixli qərarı həmin tarixdə vergi ödəyicisinə elektron üsulla göndərilmiş və 21 sentyabr 2021-ci il tarixində saat 15:13-da iddiaçı tərəfindən oxunub. Lakin məhkəməyə həmin qərarın ləğvinə dair iddia, 2 noyabr 2021-ci il tarixində verilmi şdir.” Bununla bağlı qeyd edirəm ki, yuxarıda göstərilən normaların tələbinə görə, mübahisələndirilən qərar qeyd edilən şərtlərə uyğun tərtib edilməmiş və göndərilməmişdir. Odur ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1036/2024 nömrəli, 10 may 2024-cü il tarixli qərarının 33-cü bəndində qeyd edilən hallar sübut kimi qiymətləndirilə bilməz. Bütün yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2-1(103)3586/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır