Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1037/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaçqın statusunun verilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2633/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassa siya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1995-ci ildə Pakistan İslam Respublikasının Sind vilayəti, Kəraçi şəhəri, doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır
2. İddiaçı xx.xx.2022-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir.
3. İddiaçının vəsatətinə cavabdeh tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2022-ci il tarixli, İQ-42/4 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, İddiaçı və həyat yoldaşı müsahibə zamanı ölkəsində təqib edildiklərini bildirsələr də, dediklərindən və təqdim etdiyi sənədlərdən onun ailə üzvləri ilə birlikdə Azərbaycana gəldikdən sonra Pakistana bir daha gedi b qayıtdığı məlum olmuşdur. Bundan əlavə təhdidlərlə üzləşdikdən sonra ərizəçi ölkə daxilində alternativ yaşayış yerinə köçərək yaşamaq imkanından yararlanmamışdır.
4. İddiaçı və ailə üzvünün müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İQ42/4 saylı xx.xx.2022-ci il tarixli qaçqın statusu verilməsində n imtina edilməsi haqqında qərarın ləğv edilməsi; cavabdeh Dövlət Miqrasiya Xidmətinin üzərinə onun yəni Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı xx.xx.2022-ci il tarixli vəsatətini təmin edərək, ona qaçqın statusu verilməsi öhdəliyinin qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Pakistan İslam Respublikasının Sind vilayətinin Karaçi şəhərində doğulmuşdur, milliyətcə özünü urdudilli mohacer hesab edir, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Karaçi şəhərində orta təhsil daha sonra Karaçi Universitetində biznes ixtisası üzrə bakalavr və magistr təhsili almışdır, biznesmen olduğu Karaçi (Pakistan), Nyu Braunfuels (Texas ştatı. ABŞ), Dubay (BƏƏ) və Bakı şəhərində 1992-2020-ci illər ərzində müxtəl if biznes sahələrində sahibkar kimi fəaliyyət göstərmişdir, Azərbaycana xx.xx.2019-cu il tarixdə ailəsi ilə birlikdə gəlmişdir, burada müvəqqəti yaşamaq üçün icazə ilə yaşamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Pandemiya səbəbindən Bakıda biznesi zəifləmiş və ölkəsində üzləşdiyi çətinliklər səbəbindən Pakistana qayıda bilməmişdir. Ata-anası vəfat etmişdir, iki qardaşı Pakistanda yaşayır, Sabin Rizwan adlı Pakistan vətəndaşı ilə evlidir, bu nikahdan bir qız və bir oğlan övladı doğulmuşdur, hazırda ailə üzvləri onunla birlikdə Bakıda yaşayır. Ölkəsinə qayıda bilməməsinin və qaçqın statusu üçün müraciət etməsi səbəbi haqqında danışarkən onun qaynının evliliyindən sonra Pakistanda qaynı arvadının qohumları tərəfindən təhdidlə üzləşmişdir, xx.xx.2019-cu il tarixdə bu şəxslər tərəfin dən silahlı hücuma məruz qalaraq döyülmüşdür. Onu təhdid edən şəxslər ailə üzvlərini qaçırmaq istəmişdir. Bu hadisədən sonra iki gün xəstəxanada müalicə almışdır, sağaldıqdan sonra xx.xx.2019-cu ildə ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Təhdidlərə məruz qalmasının səbəbi gəlinlərinin evdən külli miqdarda oğurluq etdiyi və qaynından boşanmaq üçün müraciət etməsidir. Lakin onun arvadı bu evliliyin pozulmaması üçün gəlinlərini bağışlamışdır. Gənc ailənin nikahının pozulmasının tərəfdarı olmamışdır. Lakin gəlin tərəfinin boşanmada təkid etdiyi o və ailə üzvləri boşanmağa razı olmadıqları üçün təhdidə məruz qalmışdırlar. Bu səbəbdən o, polisə şikayət etmişdir. Bu şikayətdən qarşı tərəf xəbər tutmuşdur, buna görə onu və ailəsini yenidən təhdid etmişdirlər.
7. Cavabdeh iddiaya dair etiraz t əqdim edərək bildirmişdir ki, iddiaçının müraciəti əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2022-ci il tarixli, İQ-42/7 nömrəli qərar qəbul edilmişdir. DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. "Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1-ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Vəsatətində ailələrarası mübahisələrinin olması səbəbindən Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ölkənin daha stabil bölgəl ərinə getmə imkanı mövcuddur. Eyni zamanda, şəxsin DMX-yə təqdim etdiyi xx.xx.2022-ci il tarixli vəsatətindən görünür ki, baş verən hallar ailə-məişət zəminində olan münaqişələrdir, İddiaçı Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir. Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5242/2023 nömrəli, 26 aprel 2023-cü il tarixli qərarı ilə (hakim N.Abıyev) iddia rədd edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın l əğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2633/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, xx.xx.1972-ci il tarixdə Pakistan İslam Respublikasının Sind vilayətinin Karaçi şəhərində doğulmuşdur, milliyətcə özünü urdudilli mohacer hesab edir, dini etiqadına görə müsəlman (sünni) olduğunu, Karaçi şəhərində orta təhsil daha sonra Karaçi Universitetində biznes ixtisası üzrə bakalavr və magistr təhsili almışdır, biznesmen olduğu Karaçi (Pakistan), Nyu Braunfuels (Texas ştatı. ABŞ), Dubay (BƏƏ) və Bakı şəhərində 1992-2020-ci illər ərzində müxtəlif biznes sahələrində sahibkar kimi fəaliyyət göstərmişdir, Azərbaycana xx.xx.2019-cu il tarixdə ailəsi ilə birlikdə gəlmişdir, burada müvəqqəti yaşamaq üçün icazə ilə yaşamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Pandemiya səbəbindən Bakıda biznesi zəifləmiş və ölkəsində üz ləşdiyi çətinliklər səbəbindən Pakistana qayıda bilməmişdir. Ata-anası vəfat etmişdir, iki qardaşı Pakistanda yaşayır, Sabin Rizwan adlı Pakistan vətəndaşı ilə evlidir, bu nikahdan bir qız və bir oğlan övladı doğulmuşdur, hazırda ailə üzvləri onunla birlikdə Bakıda yaşayır. 15. ölkəsinə qayıda bilməməsinin və qaçqın statusu üçün müraciət etməsi səbəbi haqqında danışarkən onun qaynının evliliyindən sonra Pakistanda qaynı arvadının qohumları tərəfindən təhdidlə üzləşmişdir. xx.xx.2019-cu il tarixdə bu şəxslər tərəfindən silahlı hücuma məruz qalaraq döyülmüşdür. Onu təhdid edən şəxslər ailə üzvlərini qaçırmaq istəmişdir. Bu hadisədən sonra iki gün xəstəxanada müalicə almışdır, sağaldıqdan sonra xx.xx.2019-cu ildə ailəsi ilə birlikdə Azərbaycana gəlmişdir. Təhdidlərə məruz qalmasının səbəbi gə linlərinin evdən külli miqdarda oğurluq etdiyi və qaynından boşanmaq üçün müraciət etməsidir. Lakin onun arvadı bu evliliyin pozulmaması üçün gəlinlərini bağışlamışdır. Gənc | ailənin nikahının pozulmasının tərəfdarı olmamışdır. Lakin gəlin tərəfinin boşanmada təkid etdiyi o və ailə üzvləri boşanmağa razı olmadıqları üçün təhdidə! məruz qalmışdırlar. Bu səbəbdən o, polisə şikayət etmişdir. Bu şikayətdən qarşı tərəf xəbər tutmuşdur, buna görə onu və ailəsini yenidən təhdid etmişdirlər.
16. Pakistan İslam Respublikasının isə təhlükəsizlik problemləri var, ölüm halları artır, dini təriqətlər arasında ədavət güclənir, oğurluq halları artır, uşaq oğurluqları çoxalır, ölkədəki mövcud vəziyyətin qarışıq olmasına baxmayaraq, ölkə başçısının və polisin rəhbərliyi bu halların qarşısını almaqda gücsü zdür. Yuxanda göstərilən halların olduğu halda bu ölkədə yaşamaq mümkün deyildir. Nəzərə almaq lazımdır ki, valideynlərin və uşaqların insanın həyat və əmlak təhlükəsizliyinin təmin edilmədiyi ölkədə yaşaması mümkün deyildir. Bu ölkədə insanların heç bir hüququ qorunmur, insanlar daim ölüm qorxusu altında yaşayırlar. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. «Qaçqın» - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzün dən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Maddə 10. 2-ci hissə. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə
12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respubli kasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Maddə
13. Şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. 19. “Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası: Bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokol una, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Bənd 1.... “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir.... Bənd 7. “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Bənd
8. Müsahibə zamanı şəxs "Qaçqın" statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisindən dayanma səbəbləri, həmin dövlətlərdə ona "Qaçqın" statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. Bənd 9. "Qaçqın" statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya "Qaçqın" statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvə də olan qanunvericiliyə uyğun olaraq "Qaçqın" statusu verməkdən imtina edilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikay ətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslan dırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edi lməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür.
25. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
26. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş dispozisiya şərtləri şəxsə münasibətdə ödənilmiş olmalıdır. Yəni şəxsin irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsu bluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq təhlükəsi mövcud, eyni zamanda həm də real olmalıdır. Qeyd olunan hallarla bağlı təqibə məruz qalacağı ilə bağlı iddiaçının ehtimalları və həmin ehtimallara söykənən qorxu hissi həm ümumu xarakterli, həm də fərdi xarakterli potensial təhlükələrdən irəli gəlməli və onların ağlabatan olduğu qənaətinin formalaşması üçün yetərli olmalıdır.
27. Bu zaman həm də nəzərə alınmalıdır ki, mənşə ölkəsinə qayıdacağı təqdirdə iddiaçının təqibə məruz qalacağı, təqib təhlükəsinin reallığı və nəticədə ona ziyan vurulacağı kimi hallar inzibati orqan, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən onun qiymətləndirmə azadlığına əsasən qiymətləndirilir. Bu baxımdan təqiblərin qurbanı olmaq təhlükəsindən doğan qorxu hissi əsaslı olmalı və şəxsin mənşə ölkəsinə qayıdacağı təqdirdə irqi, milli, dini və ya sosial qrup mənsubiyyətinə yaxud da siyasi əqidəsinə görə real təqibə məruz qalacağına və bundan ziyan çəkəcəyinə qarşı tərəfi inandırma keyfiyyətinə malik olmalıdır.
28. Mübahisəyə dair işin müəyyən edilmiş hallarına görə, iddiaçının müraciəti ilə bağlı cavabdeh tərəfindən inzibati icraat başlanılmış, iddiaçının dinlənilmə hüququ təmin olunaraq onunla müsahibələr keçirilmiş, inzibati icraatın yekununda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edilmişdir.
29. İddiaçının müraciətinə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli, 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun ol araq baxılmışdır. Həmin Qaydalar Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, Birləşmiş Millətlər Təşkilatının “Qaçqınların statusu haqqında” 1951-ci il Konvensiyasına, həmin konvensiyaya dair 1967-ci il tarixli Protokola, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli, 148 nömrəli Fərmanına, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması prosedurlarını müəyyən edir.
30. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, İddiaçı və həyat yoldaşı müsahibə zamanı ölkəsində təqib edildiklərini bildirsələr də dediklərindən və təqdim etdiyi sənədlərdən onun ailə üzvləri ilə birlikdə Azərbaycana gəldikdən sonra Pakistana bir daha gedib qayıtdığı məlum olmuşdur. Bundan əlavə təhdidlərlə üzləşdikdən sonra ərizəçi ölkə daxilində alternativ yaşayış yerinə köçərək yaşamaq imkanından yararlanmamışdır. Eyni zamanda onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar.
31. Məhkəmənin qənaətinə görə, iddiaçının mənşə ölkəsində təqibə məruz qalacağı ilə bağlı real riskin mövcudluğu iş üzrə müəyyən olunmu ş hallarla təsdiq olunmur. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı vətəndaşı olduğu ölkədə siyasi fəaliyyətlə məşğul olmamış və heç bir sosial qrupa qoşulmamışdır. Həmçinin iddiaçının öz ölkəsində yaşadıqları dövrdə dövlət orqanları tərəfindən siyasi əqidəsinə, irqi və milli mənsubiyyətinə görə təqibə məruz qaldığı da iş üzrə materiallarla təsdiq olunmur. İddiaçı da bu barədə məhkəməyə hər hansı ciddi və mötəbər sübut təqdim etməmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu da sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, istənilən səbəbə söykənən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud ola n təqib qorxusu qaçqın statusunun verilməsi üçün əsas qismində çıxış edə bilər.
33. Nəzərə almaq lazımdır ki, məhkəmə qaçqın statusunun verilməsi ilə bağlı əsaslı təqib qorxusunun real mövcud olub-olmadığını müəyyən edərkən həm də iddiaçının özünün verdiyi məlumatlara əsaslanır. İddiaçı tərəfindən özünün və həyat yoldaşının təqib qurbanı olmaq təhlükəsi ilə bağlı ciddi və real əsasları özündə ehtiva edən hər hansı məlumat məhkəməyə təqdim edilməmişdir
34. Qeyd edilməlidir ki, irqi və ya milli mənsubiyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib qurbanı olmaq təhlükəsi və bununla bağlı əsaslı təqib qorxusu sübut olunmadığı hallarda, şəxs başqa əsaslara istinadən qaçqın statusu tələb etməkdə haqlı sayıla bilməz. Hazırkı işin halları baxımından i ddiaçının belə təqib qurbanı olması, əsaslı təqib qorxusunun mövcud olması sübut olunmur.
35. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən səbəblərdən iddiaçıya qaçqın statusunun verilməsindən inzibati orqanın imtinası qanuni və əsaslı sayılmalıdır.
36. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə, yuxarıda istinad olunan normalara əsasən və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab olunmalıdır. Odur ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayə ti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2633/2023 nömrəli, 7 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.