Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1038/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd: xx.xx.1979, FİN: xxxxxxx) Cavabdehnə (üçüncü şəxslər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sa həsinə keçirilməsi barədə sərəncam verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-391/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli, **********93 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində 134 nömrəli binanın 1-ci mərtəbəsində 66,6 kv.m ümumi sahəsi olan, 3 otaqlı 57 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4099 nömrəli vərəqində qeydiyyata alınmışdır. 2. 20 03-cü il 22 oktyabr tarixdə Bakı şəhəri Cavabdeh Başçısının (bundan sonra Yasamal RİH) 662 nömrəli sərəncamı ilə Şərifzadə küçəsi 134 saylı evin 57-ci mənzilində mövcud pəncərənin giriş qapısı və həyət tərəfdə olan mövcud balkonun 18,8 kv.m ölçüdə genişləndirilməsi faktı təsdiq edilmişdir. 3. 2019-cu ildə lisenziyalı təşkilat (№ 089867, tarix xx.xx.2016) "xxxx" MMC tərəfindən mənzilin eskiz layihəsi tərtib edilmişdir.
4. Mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdehə edilmiş müraciətin təmin edilməsindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlərin tam şəkildə təqdim edilmədiyi əsası ilə xx.xx.2019-cu il tarixli M-85-162 saylı məktubla imtina edilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazin İdarəsi tərəfindən iddiaçının ərizəsinə cavab olaraq 08 yanvar 2019-cu il tarixdə bildirilmişdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə olunan mənzil dövlət reyestrindən ümumi sahəsi 66.6 kv.m kimi qeydiyyatdan keçsə də, faktiki ümumi sahəsi 82.0 kv.m istifadə olunmaqdadır, faktiki istifadə olunan sahələrin dəqiqləşdirilməsi haqqında hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Bundan başqa, mənzilin daxilində rekonstruksiya işləri aparılıb, küçə istiqamətində 2 ədəd qapı açılmışdır. Bu səbəblərdən texniki pasportu tərtib etmək mümkün olmamışdır.
6. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 16 may 2021-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubunda bildirilmişdir ki, Mənzil Məcəlləsinin 20-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə həmin Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla) yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmçinin sözügedən mənzilə yerində baxış keçirilərkən mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Bundan başqa həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsi yaşayış binasının fasad elementlərinin birgə ahənginə, ümumi görünüşünə, kompozisiyasına və dizaynına xələl gətirdiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 25 iyun 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 66,6 kv.m ümumi sahəsi olan, 3 otaq 57 nömrəli iddiaçıya məxsus olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiа onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 134 saylı evin birinci mərtəbəsində yerləşən 57 saylı 3 (üç) otaqlı ümumi sahəsi 66,6 kv.m sahəsi olan mənzil DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin MH-0170701 saylı xx.xx.2008-ci il tarixli Çıxarışına əsasən onun mülkiyyətindədir. Cavabdehə xx.xx.2018-ci il tarixdə müraciət etmiş və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə istəmiş, bu zaman qanunla müəyyən edilmiş sənədləri ərizəsinə əlavə etmişdir. Məqsədinin gələcəkdə məişət obyekti kimi mülkiyyəti olan daşınmaz əmlakdan istifadə etmək olduğun u, daşınmaz əmlakda heç bir yenidən qurma və ya planlaşdırma işinin aparılmayacağı barəsində məlumat vermiş, qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakdan istifadə edilərsə, hər hansı bir formada digər mülkiyyətçilərin marağına zidd olmamasına və sair faktları məlum etmişdir. Buna baxmayaraq, 2 aya yaxın bir müddət kəçsə də, cavabdeh müraciətini cavabsız qoymuşdur. Bu isə artıq inzibati orqanın hərəkətsizliyidir və belə olan halda onun hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh Başçısının 662 saylı xx.xx.2003-cü il tarixli Sərəncamının İ bəndində qeyd olunan həyət tərəfdə olan mövcud balkonun 10,8 kv.m ölçüdə tikilmiş hissəsi iddiaçı tərəfindən qanunsuz olaraq zəbt edildiyində n həmin ərazi dövlət mülkiyyətindədir.
10. Ekspertiza təyin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 2902/2019-cu il nömrəli qərardadı əsasında, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 fevral 2020-ci il tarixli, 25401 nömrəli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 57 nömrəli iddiaçıya məxsus yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi Mənzil Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312.ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəl i binanın 1-ci mərtəbəsində olan 57 nömrəli iddiaçıya məxsus tikililərə giriş-çıxış yolu küçədən olduğunu (blokdan olan giriş çıxış yolunun bağlandığı) nəzərə alaraq həmin sahənin üzərində yerləşən digər mərtəbələrə gediş-gəliş yoluna maneə yaratmadığı müəyyən olunur.
11. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2-1(112)139/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddia tələbi rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini on unla əsaslandırmışdır ki, iddiaçının yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini tələb etdiyi mənzil ümumi sahəsi 66,6 kv.m olmaqla onun mülkiyyətində olsa da, iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, faktiki olaraq istifadədə olan sahə 82 kv.m təşkil edir, istifadə olunan digər sahələrə münasibətdə hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin mənzilin daxilində yenidənqurma və (və ya) yenidən planlaşdırma işləri qanunvericiliyin tələblərinə uyğun icra edilməmişdir. Bundan əlavə, keçirilən sahənin texniki təsviri göstərilməklə planının (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportun), keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı təqdim edilməmişdir. Həmçinin şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə s ahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmənin sorğusuna əsasən mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsinin yaşayış binasının fasad elementlərinin birgə ahənginə, ümumi görünüşünə, kompozisiyasına və dizaynına xələl gətirdiyinə dair müvafiq rəy təqdim etmişdir.
14. İş üzrə verilmiş ekspert rəyinə münasibətdə isə bildirilmişdir ki, ekspert rəyində iş üzrə mübahisələndirilməyən məsələlərə toxunulmuşdur. Belə ki, sözügedən mənzilin birinci mərtəbədə olması, altında yaşayış sahəsinin olmaması, giriş-çıxış yolunun küçədən olması mübahisələndirilməyən haldır. Cavabdeh inzibati orqanın etirazı ondan ibarətdir ki, iddiaçı mülkiyyətdə olan sahədən əlavə sahə zəbt edərək, qanunvericiliklə müəyyən edilməmiş qaydada mənzil daxilində yenidənqurma işləri görərək mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edir. Belə olan halda, ekspert rəyi hazırki halda iddianın təmininə əsas olan sübut kimi nəzərə alına bilməz.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-391/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.X1 /sədrlik edən və məruzəçi/, İ.Ə.Kərimli və S.İ.Bəktaşi) apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-201/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilmiş, iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 66,6 kv.m ümumi sahəsi olan, 3 otaq 57 nömrəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzi b edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
18. Apellyasiya instansiyası məhkəməsi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 20.3-cü maddəsinə görə çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. İddiaçının mülkiyyətində olan mənzilin binanı birinci mərtəbəsində yerləşməsi mübahisə doğurmur və həmin sahə qeyri-yaşayış sahəsi kimi uzun müddətdir ki, iddiaçının faktiki istifadəsindədir.
19. Ekspert rəyində müəyyən edilənlərin (bax 10-cu bəndə) təkzib olunmadığını qeyd edərək, rəyi mötəbər sübut kimi qəbul etmişdir.
20. İddiaçının mənzili ilə qonşu olan 16 saylı mənzilin eyni qaydada genişləndirilməsi barədə Yasamal RİH-nin xx.xx.2018-ci il tarixli, 208 saylı sərəncamına, foto şəkillərə istinad edən apellyasiya instansiyası məhkəməsi, cavabdehin imtinasını həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə zidd hesab etmişdir.
21. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı cavabdehə etdiyi müraciətində Mənzil Məcəlləsinin 21-ci maddəsində qeyd olunan sənədləri təqdim etməmişdir.
23. Məhkəmə sübutların qiymətləndirilməsində prosessual pozuntulara yol vermişdir. İnz ibati iş üzrə araşdırmalar və sübutların qiymətləndirilməsi qeyri-obyektiv, natamam, qərəzli və səthi aparılmışdır.
24. Cavabdeh Başçısının 22 oktyabr 2003-cü il tarixli 662 saylı Sərəncamının İ bəndində qeyd olunan həyət tərəfdə olan mövcud balkonun 10,8 kv.m ölçüdə tikilmiş hissəsi iddiaçı tərəfindən qanunsuz olaraq zəbt edildiyindən həmin ərazi dövlət mülkiyyətindədir.
25. Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, 597 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Qanuna əsasən tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasın da yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək səlahiyyəti Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilmişdir.
26. Belə olan halda iddiaçı cavabdehə 16 aprel 2019-cu il tarixdə müraciət etdiyi üçün iddiaçının ya şayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sənədləri qaydasında olduğu təqdirdə, cavabdeh tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət olunaraq qeyd olunan yaşayış sahəsi üzrə müsbət rəy verildiyi təqdirdə cavabdeh orqan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam qəbul etmiş olardı. Sadalanan hallar üzrə iddiaçı tərəfindən hər hansı bir addım atılmamışdır. Belə olan halda apellyasiya instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlməmiş və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin və eyni zamanda şəhərsalma və tikinti qanunvericiliyinin tələblərini pozmuşdur.
27. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxite ktura Komitəsinin nümayəndələri tərəfindən keçirilmiş baxışın nəticəsində mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsinin binanın fasad elementlərinin birgə ahənginə, ümumi görünüşünə, kompozisiyasına və dizaynına xələl gətirdiyi qeyd edilərək, məhkəməyə məktubla rəsmi məlumat verilsə də, İPM-in 12-ci maddəsinin tələbi pozulmuşdur.
28. Mülki Məcəllənin 152.5-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə qərarı digər şəxslərin hüquqlarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
30. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunver iciliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir.
31. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir.
32. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaş ayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir.
33. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə - ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sa hə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.
34. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir.
35. Həmin Məcəllənin 21.6-cı maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenid ən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir.
36. Həmin Məcəllənin 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.
37. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müə yyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda.
38. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır.
39. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (İPM) 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu s übut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
40. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qə rarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
36. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
42. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Al i Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
43. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
44. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin hallarını və işdə olan sübutları dərindən, tam, obyektiv və hərtərəfli araşdırmamış və bunun nəticəsində iş üzrə düzgün olmayan qə rar qəbul etmişdir.
46. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
47. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
48. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. Lakin apellyasiya instansiyası məhkəməsi hazır kı inzibati mübahisəni həll edərkən göstərilən prosessual hüquq normalarına riayət etməmişdir.
50. Belə ki, apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsinə əsas kimi, Yasamal RİH-nin 2003-cü il 22 oktyabr tarixli 662 saylı sərəncamına, ekspert rəyinə və qonşu mənzilə dair eyni sərəncamın verildiyinə istinad etsə də, qanunvericiliklə müəyyən edilmiş sənədlərin cavabdeh inzibati orqana, işin məhkəmə icraatı zamanı isə məhkəməyə təqdim edilməməsinə münasibət bildirməmişdir.
51. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi şərtləri və qaydası, bu zaman tələb olunan sənədlərin siyahısı hazırkı qərarın 30-38-ci bəndlərində göstərilən normalarda əks olunmuşd ur. Həmin normaların məzmunundan görünür ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir: 1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.
52. İşə məhkəmələr tərəfindən baxılarkən iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh inzibati orqana müva fiq ərizə ilə müraciət etmiş, ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədi göstərilmiş, keçirilən sahə üzərində hüquqlarını müəyyənləşdirən sənəd (MH seriyalı, ******* nömrəli çıxarış) və sərəncam təqdim edilmişdir (i.v. 3-5). Göründüyü kimi, yalnız ilk 2 tələbə əməl edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır.
53. Apellyasiya instansiyası məhkəməsinin qərarında Mənzil Məcəlləsinin bir neçə, o cümlədən 21.2-ci maddəsinə istinad edilməklə, iddianın əsaslı olduğu hesab edilsə də, iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.2.3, 21.2.4-cü maddələrinə riayət edilmədiyi, yəni, iddiaçının müvafiq ərizəsinə keçirilən sahənin texniki pasportu və yerləşdiyi binanın mərtəbəli planı cavabdehə təqdim edilməmiş, işdə də bu sənəd yoxdur.
54. Digər tərəfdən, apellyasiya i nstansiyası məhkəməsi iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.6-cı və 21.7-ci maddələrinin tələblərinin pozulduğuna da qiymət verməmişdir. Belə ki, Mənzil Məcəlləsinin 21.6-cı maddəsinə görə keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir.
55. Həmin Məcəllənin 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təs diq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.
56. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.6, 21.7-ci maddələrində müəyyən edilmiş hər hansı hərəkətlər edilməmiş, lakin apelyasiya instansiyası məhkəməsi işin bu mühüm hallarını araşdırmamış, nəticə etibarı ilə də onlara hüquqi qiymət verməmişdir.
57. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin iddiaçıya ünvanladığı 23 may 2019-ci il tarixli M-85-162 saylı cavab məktubunda iddiaçının xahişinin yerinə yetirilməsi üçün konkret şərt göstərilmiş, lakin iddiaçı həmin məktubda yazılanlarla bağlı cavabdehə öz münasibətini bildirməmiş, birbaşa məhkəməyə iddia vermişdir, halbuki iddiaçının bu şərtlərə riayət edilməsini təsdiq edən sənədlər iş materiallarında d a mövcud deyildir və apelyasiya instansiyası məhkəməsi sözügedən məsələni araşdırmamışdır.
58. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin 2022-ci il 3 fevral tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, kassasiya şikayətinin qalan hissəsi, iş üzrə çoxlu sayda sübutların araşdırılması zəruri olduğundan təmin edilməməlidir.
59. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-391/2022 nömrəli, 2022-ci il 3 fevral tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsi n. Kassasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.