Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1038/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (təkrar İİ dərəcə əlilliyin təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən təkrar İİ dərəcə əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(103)-3342/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya ilk dəfə xx.xx.2014-cü il tarixli göndəriş əsasında 1 il müddətinə, sonradan xx.xx.2015-ci il tarixli göndəriş əsasında 1 il müddətinə, daha sonra xx.xx.2016-cı il tarixdə beş il müddətinə ikinci dərəcə əlillik təyin olunmuşdur.
2. Həmin müddət bitdikdən sonra Bakı şəhər 4 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli, 0100003AADFL saylı göndərişində iddiaçıya “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: TSEK-ə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz İ25.2 Əvvəllər keçirilən miokard infarktı, Miokrad-infarktdan sonrakı kardioskleroz (2013-cü il). Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla. Ağırlaşma İ50.0. Durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30) Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik, tez-tez baş verən hipertonik krizlərlə İİİ mər. Risk İV Yanaşı xəstəliklər K80.0 Kəskin xolesistitlə bir gə öd kisəsi daşları, Yanaşı xəstəliklər H52.4 Presbiopiya, Yanaşı xəstəliklər F48.0 Nevrasteniya diaqnozu qoyulmuşdur.
3. Cavabdeh tərəfindən 0100003AADFL saylı, xx.xx.2021-ci il tarixli göndəriş üzrə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmiş və imtinanın səbəbi kimi “əlavə müalicəyə ehtiyacın olması, sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicənin yetərli olmaması (2013-2021-ci illər ərzində 11 gün), müalicənin ixtisaslaşmış stasionarda davam etdirilməsi” qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
4. İddiaçı hazırki iddia ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və ona həmin tarixdən təkrar İİ dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin ca vabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.1964-cü ildə Naxçıvan MR Şərur rayonunda doğulmuşdur. Uzun illər bundan öncə səhhətində yaranmış narahatçılıqlarla əlaqədar uzunmüddətli müayinələrdən keçmiş və müalicələr almışdır. Səhhətindəki narahatçılıqlarla bağlı almış olduğu müalicələr tam şəkildə sağalmağına imkan vermədiyindən, ona xx.xx.2014-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 9 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin müddəti 1 il müəyyən edilmiş və diaqnoz olaraq “ÜİX.Gərginlik Stenokardiyası ll-lll F.S. İİ X2 QDÇ-İİ Dərəcə” qeyd olunmuşdur. Həmin əlillik müddəti bitdikdən sonra yenidən müayinədən keç dikdən sonra əlillik müddəti ilk dəfə 1 il, daha sonra isə xx.xx.2016-cı il tarixdə yenidən 5 il müddətinə artırılmışdır. Sonuncu təyinat zamanı ona təyin olunmuş diaqnoz “ÜİX. Gərginlik Stenokardiyası İİİ fs. ÜÇ-Ğ İİ fs. Hipertoniya Xəstəliyi İİİ mərhələ Nevrasteniya” qeyd olunmuşdur. 2021-ci ilin oktyabr ayında təyin olunmuş əlillik dərəcəsinin müddəti bitdiyi üçün yenidən Forma 88 göndərişinin tərtib edilməsi barədə qeydiyyatda olduğu 4 nömrəli şəhər Poliklinikasına müraciət etmişdir. Həmin müraciəti əsasında Poliklinika tərəfindən xx.xx.2021-ci il tarixdə 0100003AADFL saylı Forma 88 tərtib edilmiş və TSERAS sisteminə elektron qaydada yüklənmişdir. Həmin göndəriş cavabdeh inzibati orqan tərəfindən araşdırıldıqdan sonra əlillik təyinatından imtina edilmişdir. İmtinanın səbəbi kimi aşağıd akılar qeyd olunmuşdur: “Əlavə müalicəyə ehtiyacın olması. Sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicə yetərli deyil (2013-2021-ci illər ərzində 11 gün). Müalicəni ixtisaslaşmış stasionarda davam etdirmək qərarı verilir”. Hesab edir ki, cavabdeh inzibati orqanın onun barəsində qəbul etdiyi qərar qanuni olmadığından ləğv edilməli və ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin edilməsi vəzifəsi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. Belə ki, cavabdeh inzibati orqan öz imtinasını yalnız stasionar müalicənin yetərli olmaması ilə əsaslandırmışdır. Halbuki, cavabdeh ona ilkin əlillik yox, təkrar əlillik təyinatı olduğunu nəzərdən qaçırmışdır. Xidmət tərəfindən onun hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdı r.
6. Cavabdehin iddia tələbinə qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə 1 saylı şəhər poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: Ü.İ.X. gərginlik stenokardiyasi İİ f.s. hipertoniya xəs-yi İİ mər. tez-tez ağrı tutmalari ilə. Aterosklerotik kardioskleroz...q.d. çat-ği. İİ dər; meyar: 2.2. ikinci dərəcə əlillik => digər: Ü.İ.X. qərginlik stenokardiyasi İİ f.s. hipertoniya xəs-yi İİ mər. tez-tez ağrı tutmalari ilə. Aterosklerotik kardioskleroz...q.d. çat-ği. İİ dər” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC Sosial İnkişaf İdarəsi MDX Əhmədli tibbi sanitar hissənin xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] =>120.8 Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX. Gərginlik stenokardiyası İİİ fs. ÜÇ-ğı İİ fs. Hipertoniya xəstəliyi İİİ mər. Nevrasteniya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => Stenokardiyanın digər formaları; Diaqnozun mətni: ÜİX.Gərginlik stenokardiyası İll fs.ÜÇ-ğı İİ fs.Hipertoniya xəstəliyi İİİ mər. Nevrasteniya; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 4 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0100003AADFL saylı göndərişi əsasında baxılmış və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ20 - Stenokardiya [döş inağı] => İ20.8 - Stenokardiyanın digər formaları; Diaqnozun mətni: TSEK-ə göndəriş zamanı diaqnoz XBT 10 kodu Xəstəliyin adı Əsas diaqnoz İ25.2 Əvvəllər keçirilən miokard infarktı, Miokrad-infarktdan sonrakı kardioskleroz (2013-il) Ağırlaşma 120.8 Stenokardiyanın digər formaları, Ü.İ.X Stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla Ağırlaşma İ50.0 Durğunluq ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30) Yanaşı xəstəliklər 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], tez-tez baş verən hipertonik krizlərlə İİİ mər Risk İV Yanaşı xəstəliklər K80.0 Kəskin xolesistitlə birgə öd kisəsi daşları, Yanaşı xəstəliklər H52.4 Presbiopiya, Yanaşı xəstəliklər F48.0 Nevrasteniya; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Əlavə müalicəyə eh tiyacın olması - Səbəb: Sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədər stasionar müalicə yetərli deyil (2013-2021-ci illər ərzində 11 gün). Müalicəni ixtisaslaşmış stasionarda davam etdirmək qərari verilir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsi əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyn i xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə, ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilmə si faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEKə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağl ı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2-1(112)-6479/2022 nömrəli qərarı ilə (hakim N.Abıyev) iddia təmin edilmiş, İddiaçı İİ qrup əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən təqdim edilmiş müraciəti qanunun tələbləri baxımından araşdırma aparmalı olduğu halda bunu etməmişdir, iddiaçının müraciətini formal əsaslarla təmin etməkdən imtina etmişdir. Mənkəmə həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, 16 yanvar 2020-ci tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinn 99 saylı, 29.08.197-ci il tarixli “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və “İnzibati İcraat haqqında” Qanuna istinad edərək iddianın təmin edil məsi qənaətinə gəlmişdir.
9. Cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)3342/2022 nömrəli (hakimlər X.Cəmilova - sədrlik edən və məruzəçi, M.Tağızadə və A.Oruczadə) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİ YA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
13. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun, iddia tələbinə qarşı yazılı etirazın və apelyasiya şikayətinin məzmunu ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun 1.0.2 Əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Maddə
3. Əlilliyin müəyyən edilməsi. 3.1 Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq i cra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2 Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3 Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə
4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəf dar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə
6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəy yən olunması meyarlarına dair” Əsasnamə 1.4. əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə qərar klinik, psixoloji, sosial-məişət, peşə amillərinin və şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti, işinin mahiyyəti, peşə hazırlığı və yaşı nəzərə alınır. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 4.2 ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.
17. Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə ti bbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək;
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Ümumi müddəalar 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 2.1 şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2 göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə gö ndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3 göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEKə göndərilir. 2.4 TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıl a bilər. 2.5 TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6 qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEKin sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlum at verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qa ydasında ləğv oluna bilər.
20. İnzibati Prosessual Məcəllə Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
22. Apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsin in “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya təkrar İİ dərəcə əlilliyin təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericil iyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. Hazırki mübahisəyə münasibətdə işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının xəstəlik diaqnozu ilk əlillik təyinatı tarixindən dəyişməmiş, həmin dövr ərzində əlilliyin təyin olunmasını istisna edən hər hansı yüngülləşmə müəyyən olunmamışdır. Məhkəmənin bu qənaəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 tərəfindən verilmiş T 168/2022 saylı (ekspertizanın başlanma tarixi 20 aprel 2022-ci il, başa çatma tarixi 04 may 2022-ci il) rəylə də təsdiq olunur. Həmin rəydə qeyd olunmuşdur ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0100003AADFL nömrəli tibbi arayışda şəxsin səhhətini əks etdirən “əvvəllər keçirilən miokard infarktı, miokrad infarktından sonrakı kardioskleroz (2013). Ağırlaşma: 120.8stenokardiyanın digər formaları, ÜİX, stabil gərginlik stenokardiyası F.S İİİ tez-tez baş verən stenokarditik tutmalarla; 150.0- durğunlu q ürək çatmamazlığı, F.S İİİ MÇ-İİ dərəcə (EF-30)” diaqnoz kliniki, laborator-instrumental müayinələr əsasında müəyyən olunmuş, xəstəliyin dinamikası, müalicə tədbirləri, səmərəliliyi və proqnozu düzgün əsaslandırılmışdır.
30. Bundan əlavə, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticələrinə dair ekspert rəyində iddiaçının xəstəliyinin diaqnozu təsdiqlənməklə yanaşı, iddiaçının sağlamlıq vəziyyətində həmin diaqnoz üzrə ağırlaşmaların da meydana gəldiyi qeyd edilmişdir.
31. Məhkəmə kollegiyası bir daha xüsusilə vurğulayır ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Qeyd etmək lazımdır ki, əlavə müalicəyə ehtiyacın olması ilə bağlı tələbin heç də bütün hallarda imtinanı şərtləndirmədiy i nəzərə alınaraq cavabdeh tərəfindən belə ehtiyacı zəruri edən şərtlər açıqlanmalı və əsaslandırılmalıdır. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi və eləcə də ötən müddət ərzində xəstəliyin ağırlaşması, həmçinin iddiaçıya həmin diaqnoz əsasında əlilliyin artıq bir necə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qərar qəbul edərkən qeyd olunan xüsusatları nəzərə aldığı iş üzrə materiallarla təsdiq olunmur.
32. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab edilməli, cavabdehin kassasiya şikayəti təmin olunmadan, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
33. Yu xarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 21(103)-3342/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.