Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1038/2025 15.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında aparılmış qeydin bərpa edilməsi və müvafiq çıxarışın verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı ünv an 1 ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində atası X6 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2024-cü il tarixli, 2-1(105)-31/2024 nömrəli qərarından üçüncü şəxs Roghayeh Hassanzadeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün” 25 iyun 2004-cü il tarixli 4309 nömrəli müqavilə ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən və sahəsi 0,16 ha olan torpaq sahəsi 25 iyun 2000-ci il tarixdən 25 dekabr 2010-cu il tarixədə k X6 icarəsinə verilmişdir. 2. 01.11.2006-cı il qeydiyyat tarixli seriya MH ******* saylı, **********61-11301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,159 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 20 m2 yaşayış, 25,52 m2 köməkçi sahədən ibarət 137V nömrəli bağ evi tam mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 3. xx.xx.2007-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X10 tərəfindən Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 137V nömrəli bağ evi X2, 0,159 ha torpaq sahəsi isə alıcının istifadəsinə verilmişdir. 4. xx.xx.2007-ci il qeydiyyat tarixli, seriya MH ******* saylı, * *********61-11301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 137V nömrəli bağ evi tam mülkiyyət hüququ ilə Əzimi Eynullanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. AZ-İ № 291305 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 04 fevral 2008-ci il tarixdə ölmüşdür.
6. Seriya RX ******* saylı xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-də yerləşən bağ evi Azimi Einullah oğlunun, həmin bağ evinin yerləşdiyi 0,159 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. 7. 16.04.2018-ci il tarixli daş ınmaz əmlakın bağışlanması müqaviləsi ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V Azimi Einollah tərəfindən X24 hədiyyə edilmişdir.
8. Seriya RX ******* saylı xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V X19, həmin bağ evinin yerləşdiyi 0,159 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir.
9. Seriya RX ******* saylı xx.xx.2018-ci il qeydiyyat tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V X19, həmin bağ evinin yerləşdiyi 0,159 ha torpaq sahəsi isə X4 mülkiyyətindədir.
10. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(028)-346/2020 nömr əli qətnaməsi ilə iddiaçılar X32, X7, X27, X30, X17 Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X20 verilmiş xx.xx.2017-ci il tarixli, 560267 saylı etibarnamənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmiş, Azimi Eionollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-nin X24 bağışlanması haqqında Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilmiş və həmin müqaviləyə əsasən X19 adına Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-yə dair verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir.
11. Həmin məhkəmə qətnaməsi əsasında “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” seriya RX ******* saylı xx.xx.2018-ci il qey diyyat tarixli çıxarış ləğv edilmişdir.
12. X18 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. 13. 26.01.2022-ci il tarixli 2V-125 reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, 10 may 2018-ci il tarixdə vəfat etmiş X11 vərəsələri Azimi Ali, Hassanzadeh Roghayeh, X40, X37, X33. Miras əmlakda 1/6 hissəsində X21 payı açıq saxlanılmışdır. 14. xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V 11/12 hissədə Hassanzadeh Roghayehin xüsusi mülkiyyətindədir, 1/12 hissədə isə açıq pay kimi qalmışdır.
15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanında yerləşən bağ evi “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün” 4309 saylı müqavilə ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Bağ təsərrüfatı sahəsi tərəfindən X6 icarəsinə verilmiş torpaq sahəsində yerləşir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
16. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə ünvan 3 ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində atası X6 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmi şdir.
17. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahəsi 0,16 ha olan bağ sahəsi 25 iyun 2004-cü tarixli 409 nömrəli icarə müqaviləsinə əsasən onun atası X6 uzunmüddətli icarəsinə verilmişdir. Atası həmin torpaq sahəsi üzərində inşa edilmiş bir otaqdan ibarət, sahəsi 45,52 m2 olan bağ evindən birini xx.xx.2007-ci ildə Sumqayıt şəhər 3 saylı dövlət Notariat Ofisində qeydə alınmış AN-İ № ******* saylı alğı-satqı müqaviləsinə əsasən X3 və bu müqavilə əsasında cavabdeh təşkilat tərəfindən verilmiş yeni çıxarış və texniki pasportda həmin ev üzərində hüquqların E.Əzimiyə, torpaq sahəsi üzərində isə tam hüquqların atası X8 məxsus olması göstərilmişdir. Atası 04 fevral 2008ci il tarixdə ölmüşdür. Atasının vəfatından sonra o, atasının istifadəsi ndə qalan torpaq sahəsi üzərində vərəsəlik hüquqlarının rəsmiləşdirilməsi ilə bağlı notariat orqanına müraciət etmiş və ona izah olunmuşdur ki, ilk öncə atasının istifadəsində olan həmin torpaq sahəsi üzərində atasının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etməlidir. Həmin çıxarış verildikdən sonra vərəsə kimi torpaq sahəsinin adına rəsmiləşdirilməsini həyata keçirə bilər. Bundan sonra o, cavabdehə müraciət etmişdir. Atasının mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaqdan imtina edən cavabdeh bunu həmin torpaq sahəsi ilə bağlı mübahisənin olması ilə əsaslandırmışdır. Cavabdehin bu imtinasının heç bir hüquqi əsası yoxdur. Belə ki, cavabdeh tərəfindən verilmiş və hazırda da qüvvədə olan seriya RX ******* saylı çıx arışda və texniki pasportda bağ evi üzərində hüquqların R.Əzimiyə, torpaq sahəsi üzərində isə tam hüquqların atasına məxsus olması göstərilmiş, atasının adına mülkün olması barədə cavabdeh təşkilat tərəfindən arayış verilmişdir. Bu da ona əsas verir ki, bu torpaq sahəsi üzərində hüquqlar onun mərhum atasına məxsusdur. Bağ evini almış şəxsin vərəsələri arasında baş vermiş məhkəmə mübahisəsinin hazırkı məsələyə aidiyyəti yoxdur. Belə ki, hazırkı mübahisə özəlləşdirilməsi istənilən, mərhum atası tərəfindən E.Əzimiyə satılmış yaşayış evi ilə bağlı deyil, həmin ərazidə olan və satılan evin altına düşməyən torpaq sahəsi ilə bağlıdır. Cavabdehin bu imtinası tamamilə əsassızdır, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına əsas verən yetərincə sənədlərin olmasına ba xmayaraq, cavabdeh təşkilat əsassız səbəblər gətirməklə bundan imtina etmişdir.
18. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 19 sentyabr 2022-ci il tarixli 2-1(118)-1362/2022 nömrəli qərardadı ilə Roghayeh Hassanzadeh üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
19. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: L.E.Mirzəyeva) 24 oktyabr 2022-ci il tarixli 2-1(118)-1362/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində İddiaçı atası X6 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, bu barədə müvafiq arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qo yulmuşdur.
20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı mərhum atası X4 icarəsinə verilmiş 0,159 ha torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə onun müraciəti təmin olunmamışdır. Buna əsas kimi Novxanı bağ massivi, 137V ünvanında yerləşən torpaq sahəsi üzərində mübahisənin olması göstərilmişdir. Cavabdeh orqan tərəfindən mübahisəli hal kimi yuxarıda qeyd olunan hallar, yəni Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanında yerləşən bağ sahəsi ilə bağlı mübahisələr göstərilmişdir. Cavabdehin bununla bağlı imtinası əsassızdır. Belə ki, cavabdehin istinad etdiyi mübahisə iddiaçının mərhum atasına məxsus torpaq sahəsi ilə bağlı deyil, onun üzərində yerləşən fər di yaşayış evi ilə bağlıdır. Həmin torpaq sahəsi yuxarıda adı qeyd olunan notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinin predmeti deyildir. Bundan başqa, müavilədən göründüyü kimi, fərdi yaşayış evi xarici dövlətin vətəndaşına satılmışdır, belə olan halda qanunvericiliklə torpaq sahəsinin xarici dövlətin vətəndaşına satılması qadağan edilir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə müvafiq icra hakimiyyəti or qanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Həmin Məcəllənin 86.4-cü maddəsinə əsasən, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə torpaqlar yalnız icarə hüququnda verilə bilər. Göründüyü kimi, qanunvericilik torpaq sahəsinin xarici fiziki və ya hüquqi şəxslərə satılmasını qadağan edir. Bundan başqa, iddiaçının mərhum atasının həmin torpaq sahəsinə icarə hüququ “Bağ sahəsinin və tikintilərin uzunmüddətli icarəyə verilməsi üçün” 25 iyun 2004-cü il tarixli 4309 nömrəli müqavilə əsasında yaranmışdır.
21. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verməmişdir.
22. Üçüncü şəxs Roghayeh Hassanzadeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və i ddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, V.M.Hacıyev və V.E.Əzizova) 25 noyabr 2024-cü il tarixli, 2-1(105)-31/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmiş, “Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində iddiaçının mərhum atası X6 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında 01 noyabr 2006-cı il tarixdə aparılmış qeydin bərpa edilməsi və müvafiq çıxarışın verilməsi” öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxsin apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, Ağakişi Ağayev mübahisəli torpaq sahəsini başqa şəxsin istifadəsinə verməklə artıq öz hüquqlarından imtina etmişdir, torpaq sahəsi dövlətin mülkiyyətinə keçmişdir. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün” 25 iyun 2004-cü il tarixli 4309 nömrəli müqaviləsi əsasında Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən və sahəsi 0,16 ha olan torpaq sahəsi X6 icarəsinə verilmiş, 0,159 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilən bağ evi seriya MH ******* saylı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakn dövlət reyestrindən çıxarışa əsasən, 01 noyabr 2006-cı il tarixdə tam mülkiyyət hüququ üzrə X5 adına dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, mübahisəsi gedən 0,159 ha torpaq sahəsi üzərində iddiaçının mərhum atası X4 adına 01 noyabr 2006-cı il tarixdə ilkin qeydiyyat aparılmışdır. Daha sonra X9 2007-ci ildə alğı-satqı qaydasında Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 137V nömrəli bağ evini X3, 0,159 ha torpaq sahəsini isə alıcının istifadəsinə vermiş, buna müvafiq olaraq seriya MH ******* saylı, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, Noxanı bağ massivində yerləşən 137V nömrəli bağ evi tam mülkiyyət hüququ ilə Əzimi Eynullanın adına daşınmaz əmlakın dövlət reyestrində 1 7 may 2007-ci il tarixdə qeydiyyata alınmışdır. Sözügedən alğı-satqı müqaviləsindən görünür ki, 0,159 ha torpaq sahəsi alğı-satqı predmeti olmamış, X12 istifadəsinə verilmişdir. İş materiallarından görünür ki, Əzimi Eynullahın adına olan 17 may 2007-ci il tarixli çıxarış 09 fevral 2018-ci il tarixli çıxarışla əvəz edilərkən bağ evi Azimi Einollahın xüsusi mülkiyyəti kimi qeyd edilmiş, 0,159 ha torpaq sahəsinə münasibətdə isə inzibati orqan yanlışlığa yol verərək torpaq sahəsini dövlət mülkiyyəti kimi göstərmişdir. Halbuki, işin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, mübahisəli torpaq sahəsi 01 noyabr 2006-cı il tarixdə X4 adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmış və daha sonra 2007-ci ildə o, torpaq sahəsini deyil, yalnız bağ evini alğı-satqı qaydasında satmışdır. Daha so nra bağ evi 16 aprel 2018-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X25 bağışlanıb, 20 aprel 2018-ci il tarixdə X25 müvafiq çıxarış verilən zaman həmin çıxarışda Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V X19 xüsusi mülkiyyəti kimi, həmin bağ evinin yerləşdiyi 0,159 ha torpaq sahəsi isə inzibati orqanın yanlışlığı ilə təkrarən dövlət mülkiyyəti kimi göstərilmişdir. İşdən görünür ki, inzibati orqan 17 gün sonra, yəni 07 may 2018-ci il tarixdə öz səhvini düzəldərək, Sumqayıt şəhəri, Novxanı Bağ massivində yerləşən 137V nömrəli bağ evini X22 xüsusi mülkiyyəti, 0,159 ha torpaq sahəsini isə X4 xüsusi mülkiyyəti kimi göstərmişdir. 10 may 2018-ci il tarixdə vəfat etmiş X11 ölümündən sonra vərəsələri arasında çoxsaylı məhkəmə mübahisələri olmuş, X28 ilə üçüncü şəxs Hassanzade h Roghayeh arasında yaranmış məhkəmə mübahisələri çərçivəsində Qubadlı Rayon Məhkəməsinin qətnaməsi ilə 16 aprel 2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında verilmiş 07 may 2018-ci il tarixli çıxarış ləğv edilmişdir. Qubadlı Rayon Məhkəməsinin müvafiq qətnaməsindən görünür ki, iddiaçılar X32, X7, X27, X30, X17 iddia tələbi Sumqayıt şəhəri, 4 saylı Notariat Kontorunda Azimi Einollah tərəfindən X20 verilmiş 17 dekabr 2017-ci il tarixli, 560267 saylı etibarnamənin, Azimi Eionollaha məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V-nin X24 bağışlaması haqqında Sumqayıt şəhəri 4 saylı Notariat kontorunda bağlanmış 16 aprel 2018-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız hesab edilməsi və həmin müqaviləyə əsasən X19 adına Sumqayıt şəhəri, Nov xanı bağ massivi, ev 137V-yə dair verilmiş çıxarışın ləğv edilməsi olmuş, 0,159 ha torpaq sahəsi mübahisə predmeti olmamışdır. 07 may 2018-ci il tarixli çıxarış məhkəmə qətnaməsi əsasında ləğv edildikdən sonra inzibati orqan torpaq sahəsinə münasibətdə yenidən eyni yanlışlığı təkrarlayaraq 25 noyabr 2021-ci il tarixli və 10 fevral 2022-ci il tarixli çıxarışlarda 0,159 ha torpaq sahəsini dövlət mülkiyyəti kimi göstərmişdir. Hazırkı halda, yuxarıda qeyd olunan hallardan göründüyü kimi, mübahisə predmeti olan 0,159 ha torpaq sahəsinin dövlət mülkiyyəti olaraq qeydə alınması inzibati orqanın təqsirli hərəkəti nəticəsində baş vermişdir. Belə ki, qeyd olunan çıxarışlardan göründüyü kimi, torpaq sahəsi 2006-cı ildə X4 adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmış, müvafiq alğı-satqı, bağış lama müqavilələrinin, X12 vərəsələri arasında olmuş məhkəmə mübahisələrinin isə predmeti olmamışdır. Müvafiq çıxarışların, bağışlama müqaviləsinin ləğvi də məhz bağ evinə münasibətdə həyata keçirilmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının hazırkı tələblə müraciət etməkdə məqsədi “Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində atası X6 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında 01 noyabr 2006-cı il tarixdə aparılmış qeydin bərpa edilməsi və bu barədə, müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması olsa da, ərizəsində bunu qeyd etmədiyindən, “Sumqayıt şəhəri, Novxanı bağ massivi, ev 137V ünvanındakı 0,159 ha torpaq sahəsi üzərində idd iaçının mərhum atası X6 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında 01 noyabr 2006-cı il tarixdə aparılmış qeydin bərpa edilməsi, bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
25. Üçüncü şəxs Roghayeh Hassanzadeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
26. Üçüncü şəxs Roghayeh Hassanzadeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X9 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən bağ evini X11 mükiyyətinə, bağ ev inin yerləşdiyi 0,159 ha torpaq sahəsini isə istifadəsinə vermiş və bununla əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qeydiyyat aparılmışdır. Torpaq Məcəlləsinin 88-ci maddəsinə müvafiq olaraq Sumqayıt şəhəri, Novxanı bağ massivi, 137V ünvanda yerləşən bağ evi X1 görə onun yerləşdiyi torpaq sahəsi də yeni mülkiyyətçinin icarəsinə verilmiş hesab edilir. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 245-ci maddəsinin və Torpaq Məcəlləsinin 3-cü, 48-ci, 73-cü, 83-cü və 88-ci maddələrin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin, Torpaq Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq X4 mülkiyyətində olan bağ evinə mülkiyyət hüququ X11 mükiyyətinə keçdiyindən, onun torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Apellyasiya instansiyası məhkəməsi Mülki-Prosessual Məcəllənin 9-cu, 14-cü, 88-ci maddələrinin tələblərini pozaraq üçüncü şəxsin işdə iştirakını təmin etməmiş, məhkəmə iclası barədə rəsmi bildirişlər göndərməmiş, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iddiaçının irəli sürdüyü tələblərin əsası kimi istinad olunmuş halların heç bir şəkildə sübuta yetirilmədiyi nəzərə alınmamış və nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Beləliklə, iş materiallarına təqdim olunmuş sənədlər, o cümlədən xx.xx.2007-ci il tarixli alqı-satqı müqaviləsi, daha sonra Azimi Einollahın adına xx.xx.2007-ci il tarixli ********* saylı və xx.xx.2018-ci il tarixli ********** saylı çıxarışlar, vərəsəlik qaydasında Roghayeh Hassanzadehin adına veril miş xx.xx.2022-ci il tarixli çıxarış, 05 iyul 2022-ci il tarixli mütəxəssis rəyi və digər sənədlər iddiaçının tələblərinin əsassız olduğunu, Azərbaycan Respublikası Mülki Məcəllənin 245-ci maddəsinin və Torpaq Məcəlləsinin 3-cü, 48-ci, 73-cü, 83cü və 88-ci maddələrin tələblərinin pozulması və bununla da, apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz olduğunu sübut edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. Mülki Məcəllə:... 139.1. mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar b u Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... 146.1. daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun:... Maddə
2. Daşınmaz əmlaka h üquqların dövlət qeydiyyatı 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;... Maddə
11. Hüquqların dö vlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 30. “İnzibati icraat haqqında” Qanun: Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şami l olunur. İnzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan faktiki xarakterli digər fəaliyyətinin (hərəkətlərinin) mübahisələndirilməsinə dair işlərə isə öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia qaldırmaqla baxılmalıdır. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdı r. Maddə
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
31. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olund uğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmi n edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli Qərarı. KASSASİYA NİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
34. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmu şdur.
36. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin əsasını mahiyyətcə apellyasiya şikayətində qeyd edilən dəlillər təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması t əmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında aparılmış və sonradan heç bir qanuni əsas olmadan ləğv edilmiş qeydin bərpa edilməsi və müvafiq çıxarışın verilməsi ilə bağlı lazımi qaydada araşdırma aparmışdır.
39. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktik i hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır
40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 noyabr 2024-cü il tarixli, 21(105)-31/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.