Məhkəmə qərarları › İş №2-1(102)-1039/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1039/2022

15.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1039/2022 15.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (məhkəmə qərarına izah verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1952-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fond unun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəlik ödənilməsi” barədə tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2*22-ci il tarixli, 21(1*3)-435/2*22 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2*18-ci il tarixli, 2-1(82)3433/2*18 nömrəli qərarı ilə iddiaçının iddia tələbi təmin edilərək, iddiaçının 1994-2***-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş İİ ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Sabunçu rayon şöbəsinin üzərinə q oyulması qərara alınmışdır.

2. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2*19cu il tarixli, 2-1(1*3)-1939/2*19 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2*18-ci il tarixli, 2-1(82)-3433/2*18 nömrəli qərarı “25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq” ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilərək, 25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2*2*-ci il tarixl i, 2-1(1*2)264/2*2* nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2*19-cu il tarixli, 2-1(1*3)-1939/2*19 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2*19cu il tarixli, 2-1(1*3)-1939/2*19 nömrəli qərarı 28 yanvar 2*2*-ci il tarixdə qanuni qüvvəsini almış və 11 mart 2*2*-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən icra olunması üçün Bakı şəhər Binəqədi rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

5. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddiası təmin edildiyindən və pensiya məbləğinin yenidən hesablanması zamanı məzuniyyətə çıxarkən verilən 2 əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün verilən 2 əmək haqqı məbləğində pul təminatının, həmçinin xidmət illərinə görə vəzifə maaşının və rütbəyə görə maaşın 15 faizi miqdarında əlavə haqqın ona pensiya məbləği hesablanarkən nəzərə alınmasının cavabdehə izah edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin izahı tələb olunan qərarı Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 oktyabr 2*19-cu il tarixli qərarı ilə ləğv edilməmiş, yalnız dəyişdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2*2*-ci il tarixli qərarı ilə dəyişdirilmədə n saxlanılmışdır. Bu səbəbdən qanuni qüvvəyə minmiş məhkəmə qərarına məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23*.1-ci maddəsinə istinad etməklə izah verməyə haqlıdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsində ona Azərbaycan Respublikası Ali Məhkəməsi Hərbi Kollegiyasının hakimi kimi Ali Məhkəmənin hakimlərinin əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla pensiya təyin edilməsini, Ali Məhkəmə İşlər İdarəsinin 16 iyun 2*17-ci il tarixli 712/37 saylı arayışına əsasən Ali Məhkəmənin hakimlərinə verilən vəzifə maaşınının, hər 5 illik hakimlik stajına görə əlavə haqqın, səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faiz həcmində aylıq təminatın, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi həcmi ndə haqqın, məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində verilən müavinətin və hər il müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatının, həmçinin hərbiçi olduğundan hərbi xidmət illərinə görə əlavənin də pensiya təyin olunarkən nəzərə alınmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi tərəfindən iddiası tam təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 16 oktyabr 2*19-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı qismən dəyişdirilmiş, ona hakimlik stajına görə vəzifə maaşının 75 faizi miqdarında əlavə haqqın verilməsi 45 faiz əlavə haqqın verilməsi qeyd edilməklə dəyişdirilmiş, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyası tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə qərarı icra edilərkən cavabdeh Ali Məhkəmənin hakimlərinə verilən əlavələrdən məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğində müavinəti və hər il müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatını pensiya məbləğinə hesablamaqdan imtina etmiş, 6 ildən artıq zabit kimi hərbi xidmətdə olduğundan, ona vəzifə maaşının və rütbəyə görə maaşın 15 faizi miqdarında əlavə də pensiya məbləğinə hesablanmalı olsa da, pensiyasına həmin əlavə vəzifə maaşı və rütbəyə görə maaşın 1* faizi miqdarında nəzərə alınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən iddiasının təmin edilməsi iddia ərizəsində göstərdiyi əlavələrin də pensiya məbləği hesablanarkən nəzərə alınmasını ehtiva edir. Lakin cavabdeh Ali Məhkəmənin hakimlərinə verilən digər əlavələri pensiya məbləği hesablanarkən nəzərə alsa da, məzuniyyətə çıxarkən və müalicə olunmaq üçün verilən 2 əmək haqqı məbləğində əlavələri nəzərə almamışdır. Cavabdehə müraciətində Ali Məhkəmənin sabiq hakimi V.Şükürova qeyd edilən əlavələrin pensiya məbləği hesablanarkən nəzərə alınması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının qərarını əlavə etsə də, cavabdeh göstərilən əlavənin pensiya məbləğinə əlavə edilməməsini belə əsaslandırmışdır ki, “digər şəxsə aid məhkəmə qərarı əsas götürülməklə, əmək pensiyasının hesablaması qaydası və prosedurunun, ümumilikdə mümkünlüyünə dair hər hansı bir müddəa Azərbaycan qanunvericiliyində nəzərdə tutulmamışdır”. Lakin həmin qərarda bütün hakimlə rlə əlaqədar qeyd edilmişdir ki, “Qanunvericiliyin tələbinə görə əmək pensiyası yaşına çatmış sabiq hakimlərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınır, onların tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır”. Barəsində çıxarılmış, məhkəmənin qanuni qüvvəyə minmiş qərarında da Ali Məhkəmənin hakimlərinə əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla pensiya təyin edilməsi göstərilmişdir və mübahisə edilən əlavə əmək haqqına daxil olduğundan, həmin əlavə də pensiya hesablanarkən nəzərə alınmalıdır. Bundan əlavə, Müdafiə Nazirliyindən verilmiş arayışa əsasən 5 ildən 1* ilə qədər hərbi xidmətdə olmuş zabitlərə vəzifə maaşı və rütbəyə görə maaşın 15 faiz miqdarında xidmət illərinə görə faiz əlavəsi ödənilir və ona pensiya hesablanarkən vəzifə maaşına (198* manat) və rütbəyə (polkovnik rütbəsinə görə) maaşın (159 manat) 15 faizi - 32* manat pensiya məbləğinə əlavə edilməli idi (6 ildən artıq zabit kimi hərbi xidmətdə olmuşdur), lakin ona pensiya məbləği hesablanarkən xidmət illərinə görə faiz əlavəsi 5 ilə qədər xidmət etmiş zabit kimi vəzifə maaşının və rütbəyə görə maaşın 1* faiz % (213 manat) miqdarında əlavə nəzərə alınmışdır. 2*21-ci ilin iyun və iyul aylarında təyin edilmiş pensiyanın məbləği 84 manat artmışdır. Bu artımın xidmət illərinə görə faiz əlavəsi ilə əlaqədar olması barədə ona yazılı məlumat verilməmişdir.

7. Ərizəyə əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya verilmiş 13 avqust 2*2*-ci il tarixli, 2*632122*13 saylı əmək pensiyasının yenidən hesablanması haqqında məktuba əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2*2*-ci il tarixli, 2-1(1*2)-264/2* saylı qərarına əsasən əmək pensiyası yenidən hesablanaraq 19 aprel 2*17-ci il tarixdən 3326,78 manat, *1 may 2*18-ci il tarixindən 3434,*8 manat, *1 sentyabr 2*19-cu il tarixindən isə 4*79,92 manat müəyyən edilmiş, həmçinin 19.*4.2*17-31.*3.2*2*-ci il tarixləri arasındakı dövr üzrə yenidən hesablanmışdır. Qeyd olunanlara əsasən, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 35518,22 manat fərq məbləğinin 1*16,*5 manat hissəsi cari ilin aprel ayında, qalan 345*2,17 manat hissəsi isə may ayında əmək pensiyasının üzərinə əlavə edilməklə müvafiq kart hesabına köçürülmüşdür. Eyni zamanda bildirilmişdir ki, *1 sentyabr 2*19-cu il tarixdən etibarən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 198* manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə - 891 manat, rütbə maaşına görə əlavə 159 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 495 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 297 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 1* faizi miqdarında əlavə - 213,9* manat, ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavə 1*** manat və ərzaq payı əvəzinə verilən 64 manat məbləğində pul kompensasiya olmaqla orta aylıq əmək haqqı 5*99,99 manat təşkil edir.

8. Ərizəyə əlavə edilmiş cavabdeh tərəfindən iddiaçıya verilmiş 11 avqust 2*21-ci il t arixli, **********7 saylı məktuba əsasən iddiaçının əlavələrin hesablanması barədə müraciətinə baxılmış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.*.1, 1.*.2, 1.*5 və 2*.14-cü maddələrinin şərh edilməsinə dair” 15 may 2*2*-ci il tarixli qərarına istinad olunaraq, müraciətdə qeyd olunan əlavələr əmək pensiyasının hesablanması zamanı əsas götürülən dövr ərzində ona ödənilmədiyindən, həmin pul təminatlarının əmək pensiyasına tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, *1 sentyabr 2*19-cu il tarixdən etibarən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 198* manat, hakimlik stajına görə vəzifə maaşının 45 faizi miqdarında əlavə 891 manat, rütbə maaşı na görə əlavə 159 manat, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında əlavə 495 manat, yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi miqdarında əlavə - 297 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 15 faizi miqdarında əlavə - 32*,85 manat, ikinci ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavə 1*** manat və ərzaq payı əvəzinə verilən 64 manat məbləğində pul kompensasiya olmaqla orta aylıq əmək haqqı 52*6,85 manat təşkil etmişdir.

9. Ərizəyə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İşlər İdarəsinin 28 yanvar 2*2*-ci il tarixli, 13/2*2* saylı arayışına əsasən *1.*9.2*19-cu il tarixdən Ali Məhkəmənin hakiminin vəzifə maaşı 198* manat müəyyən edilmişdir. Bundan əlavə, onların hə r birinə hər beş illik əmək stajına görə vəzifə maaşlarının 15 faizi miqdarında (vəzifə maaşının 45 faizindən artıq olmamaqla) ayda əlavə haqq ödənilir. *1.1*.2*1*-cu il tarixdən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində aylıq pul təminatı, *1.11.2*21-cu il tarixdən isə yüksək hüquqi ixtisasa görə vəzifə maaşının 15 faizi həcmində haqq ödənilir. *1.*9.2*19-cu il tarixdə onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Həmçinin hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaları üçün pul təminatı ödənilir. *1.*9.2*19-cu il tarixdə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfin dən təsdiq edilmiş hesablama qaydasına əsasən məzuniyyət verilir.

10. Bakı İnzibati Məhkəməsinin 27 avqust 2*21-ci il tarixli, 2-1(82)-3433/2*18 nömrəli qərardadı (hakim F.İ.Mədətli) ilə ərizə təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(1*3)-1939/2*19 saylı, 16 oktyabr 2*19-cu il tarixli qərarının icrası ilə bağlı - İddiaçı 1994-2***-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması zamanı “məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğində pul təmin atı”nın da nəzərə alınmaqla hesablanmalı olması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına izah edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ərizəyə baxılması zamanı cavabdeh xidmət illərinə görə vəzifə maaşının və rütbəyə görə maaşın 15 faizi miqdarında əlavənin artıq pensiya məbləği hesablanarkən nəzərə alındığını, buna görə də həmin hissədə izah verilməsinə zərurət qalmadığını bildirmişdir. Həmin hissədə izah verilməsinə zərurət qalmadığını nəzərə alaraq məhkəmə ərizəyə digər hissədə - məzuniyyətə çıxarkən verilən 2 əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün verilən 2 əmək haqqı məbləğində pul təminatının pensiya məbləği hesablanarkən nəzərə alınm asının cavabdehə izah edilməsi hissəsində baxmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2*2*-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.*.1, 1.*.2, 1.*.5 və 2*.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarı hazırki mübahisə üzrə yekun olaraq qəbul edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*2)-264/2*2* nömrəli, 28 yanvar 2*2*-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra qəbul edilmişdir və iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə tətbiq edilə bilməz.

12. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiya məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2*22-ci il tarixli, 2-1(1*3)-435/2*22 nömrəli qərardadı (hakimlər A.S.Hüseynov-sədrlik edən və məruzəçi, H.Ü.Həmidov və A.Ə.Hüseyn) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 27 avqust 2*21-ci il tarixli, 2-1(82)-3433/2*18 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haq qında” Azərbaycan Respublikası Qanununun 1.*.1, 1.*.2, 1.*.5 və 2*.14-cü maddələrinin şərh edilməsinə dair” 15.*5.2*2*-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 2*-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil edilmiş və verilmiş ödənclərin artımlarını nəzərdə tutulur. Eyni zamanda həmin qərara əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.*.1, 1.*.2, 1.*.5, 9.5 və 2*.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımla r nəzərə alına bilməz. Bundan əlavə, Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2*19-cu il tarixli qərarında iddiaçı üçün nəzərdə tutulan sonrakı artımların məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğində müavinətin, 2 aylıq əmək haqqı məbləğində pul təminatının olması ilə bağlı hər hansı qeyd yoxdur. Həmin məbləğlər iddiaçıya onun Ali Məhkəmənin hakimi işlədiyi dövrdə ödənilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə etirazında bildirmişdir ki, kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.*5.2*2*-ci il tarixli qərarına istinad edilmişdir. Lakin qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2*19-cu il tarixli qərarında iddiaçıya Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq iddiaçıya ödənilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında da qeyd edilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu, həmçinin qeyd etməyi zəruri hesab edir ki, bu qərar qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur”. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 16 oktyabr 2*19-cu il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 28 yanvar 2*2*-ci il tarixli qərarı ilə qüvvədə saxlanılmış, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı sonradan, 15 may 2*2*-ci il ta rixdə qəbul edilmişdir. Həmin qərar iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə tətbiq edilə bilməz. Kassasiya şikayətində qərardadın ləğv edilməsinin ikinci əsası kimi Bakı Apellyasiya Məhkəməsinin 16 oktyabr 2*19-cu il tarixli qərarında iddiaçı üçün nəzərdə tutulan sonrakı artımların məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğində müavinətin, müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatının olması ilə bağlı hər hansı bir qeydin olmaması göstərilmişdir ki, bu da əsassızdır. “Pensiya məbləğinin yenidən hesablanması barədə” iddia ərizəsində Ali Məhkəmənin hakimlərinə ödənilən əlavələrin, o cümlədən məzuniyyətə çıxarkən verilən 2 əmək haqqı məbləğində müavinətin və müalicə olunmaq üçün verilən 2 əmək haqqı məbləğində pul təminatının da pensi ya yenidən hesablanarkən nəzərə alınmasını qeyd etmiş, iddia tələbi yalnız 25 illik hakimlik stajına görə vəzifə maaşının 75 faizi məbləğində əlavə ödənilməsi hissəsində təmin edilməmiş, vəzifə maaşının 45 faizi məbləğində əlavə ödənilməsi qeyd edilmiş, iddia tələbinin qalan hissədə təmin edilməsi barədə qərar qəbul edilmişdir. Bundan əlavə, qanuni qüvvəyə minmiş məhkəmə qərarında iddiaçıya Ali Məhkəmə hakimlərinin əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla pensiya təyin edilməsinin qeyd edilməsi ən azı 15 may 2*2*-ci il tarixə kimi Ali Məhkəmə hakimlərinin əmək haqlarındakı artımların iddiaçıya da şamil edilməsini ehtiva edir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətb iqi dairəsi... 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 1* gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. [43] 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 23*. Qətnamənin və ya qərardadın izah edilməsi 23*.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 23*.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 23*.3. Qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qayda da əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının təfsirində və tətbiqində səhvə yol verilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsinin qərardadı işin müəyyən olunmuş hallarına münasibətdə maddi hüquq normalarının tə tbiqi baxımından qanunsuz və əsassız sayılmalı, şikayət təmin edilməli, apellyasiya məhkəməsinin qərardadı ləğv olunmalı, ərizə rədd edilməlidir.

23. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərardadının ləğvini və ərizənin rədd olunmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

24. Hazırkı mübahisə mahiyyət etibarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2*18-ci il tarixli, 2-1(82)-3433/2*18 nömrəli qərarı ilə iddiaçıya pensiyanın yenidən hesablanması zamanı məzuniyyətə çıxarkən hakimlərə verilən 2 aylıq əmək haqqı məbləğində müavinətin və onlara müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatının nəzərə alınmasının ehtiva olunmasının izahı ilə bağlıdır.

25. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qeyd edilən qərarı ilə iddiaçının tələbi təmin edilmiş, onun 1994-2***-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla, həmçinin 25 ildən artıq hakim vəzifəsində işlədiyi üçün vəzifə maaşının 75 faizi məbləğində əlavə haqq, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ona verilmiş İİ ixtisas dərəcəsinə görə minimum əmək haqqının 4 misli məbləğində əlavə haqq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi kimi hərbçi olduğu üçün ona rütbəyə, hərbi xidmət illərinə görə və ərzaq təminatı ilə əlaqədar verilən əlavə haqlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və yaranacaq pensiya məbləği fərqinin birdəfəlik olaraq İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinin üzərinə qoyulması qərara alınmışdır.

26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2*19cu il tarixli, 2-1(1*3)-1939/2*19 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24 oktyabr 2*18-ci il tarixli, 2-1(82)-3433/2*18 nömrəli qərarı “25 ildən artıq hakim işlədiyi üçün vəzifə maaşına 75 faizi məbləğində əlavə haqq” ödənilməsi hissəsində ləğv olunmuş, iddia həmin hissədə qismən təmin edilərək, 25 ildən artıq hakim işlədiyi üçün vəzifə ma aşına 45 faiz məbləğində əlavə haqq nəzərə alınmaqla pensiyanın yenidən hesablanması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2*2*-ci il tarixli, 2-1(1*2)264/2*2* nömrəli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 oktyabr 2*19-cu il tarixli, 2-1(1*3)-1939/2*19 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

28. Məhkəmə qərarları icra edilərkən cavabdeh tərəfindən hakimlərə məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmamışdır. Bu baxımdan iddiaçı qanuni qüvvəyə minmiş məhkəmə qərarına izah verilmə si barədə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

29. İşə birinci və apellyasiya instansiya məhkəmələrində baxılan zaman iddiaçının ərizəsi təmin edilmiş, iddiaçının 1994-2***-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi illər, yəni 5 illik dövr Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinin əmək haqqındakı sonrakı artımlarla bərabər nəzərə alınmaqla əmək pensiyasının “məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı” da nəzərə alınmaqla yenidən hesablanmalı olması cavabdehə izah edilmişdir.

30. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçıya pensiya təyin edilərkən onun 1994-2***-ci illərdə Azərbaycan Respublikası Ali M əhkəməsinin Hərbi Kollegiyasının hakimi vəzifəsində işlədiyi dövr nəzərə alınmışdır. 31. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 1*7-ci maddəsinə görə, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir.

32. Bununla bağlı nəzərə almaq lazımdır ki, hakimlərə məzuniyyətə çıxarkən 2 aylıq əmək haqqı məbləğində müavinətin verilməsi ilə bağlı həmin qayda 1* iyun 1997-ci il tarixdə qəbul olunan “Məhkəmələr və hakimlər haqqında” Qanunun 1*7-ci maddəsinin həmin dövrdə qüvvədə olan redaksiyasında nəzərdə tutulmamışdır. Həmin Qanuna 28 dekabr 2**4-cü il tarixli, 817-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklik nəticəsində 1*7-ci maddə yeni redaksiyada ver ilmiş və iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqının verilməsi barədə qayda təsbit edilmişdir.

33. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən olunur ki, iddiaçıya pensiya təyin edilən, eləcə də pensiyasının yenidən hesablanması barədə iddiası təmin edilən zaman onun 1994-2***-ci illərdə işlədiyi dövr nəzərə alınmışdır. Həmin dövrdə isə hakimlərə iki aylıq əmək haqqı məbləğində müavinətin verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmin qayda yalnız “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa 28 dekabr 2**4-cü il tarixli, 817-İİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişiklik nəticəsində əlavə edilmişdir.

34. Bu baxımdan iddiaçıya pensiyanın təyin edilməsi zamanı nəzərə alınmış illərdə (1994-2***-ci illərdə) onun məzuniyyətə çıxark ən almadığı iki aylıq əmək haqqı məbləğində müavinətin pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmasını və məhkəmə qərarının cavabdehə bu məzmunda izah edilməsini tələb etməkdə iddiaçı haqlı sayıla bilməz.

35. İddiaçının məhkəmə qərarının izah olunması barədə ərizəsinin digər dəlili isə müalicə olunmaq üçün hakimlərə verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatının onun pensiyasının hesablanması zamanı nəzərə alınmasının cavabdehə izah edilməsi ilə bağlıdır. 36. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 1*9-cu maddəsinə görə, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Re spublikasının Qanununun 1*9-cu maddəsinin 4-cü hissəsində hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatının verilməsi nəzərdə tutulsa da, həmin pul təminatının verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2**1-ci il tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmişdir. Başqa sözlə, hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının verilməsinə məhz Nazirlər Kabinetinin qeyd edilən qərarından sonra, yəni 2**1-ci ildən etibarən başlanılmışdır. İddiaçının 1994-2***-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsində işlədiyi nəzərə alındıqda, onun həmin dövrdə qeyd edilən pul təminatını almadığı müəyyən edilir. Bu xüsusat iş üzrə materiallarla da təsdiq olunur.

37. Nəzərə almaq lazımdır ki, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.

38. Bu baxımdan şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər və ya o vəsaitlərdəki artımlar nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Q anunun 1.*.1 və 1.*.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.*.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun.

39. Göründüyü kimi, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə ona verilən pul ödənişidir. Belə yanaşma dövlətin sosial təminat siyasətinin və pensiya qanunvericiliyinin məqsədlərindən irəli gəlir. Bu mənada pensiya alan şəxslərə münasibətdə pensiya təyin edilərkən və ya pensiya yenidən hesablanarkən onların işlədikləri dövrdə almadıqları və məcburi dövlət sosi al sığortasına cəlb edilməyən qeyd olunan əlavələrin nəzərə alınması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. 4*. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin nəzərə alınması sosial təminat sisteminin məqsədlərinə və “Əmək pensiyaları haqqında” Qanunun 1.*.1, 1.*.2 və 1.*.5-ci maddələrinin tələblərinə uyğun deyildir.

41. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, əm ək pensiyasının “məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatı” da nəzərə alınmaqla hesablanmalı olmasının cavabdehə izah edilməsi barədə iddiaçının ərizəsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməsi əsassız və qanunsuz sayılmalıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hakim kimi 1994-2***-ci illər ərzində məzuniyyətə çıxarkən verilən 2 aylıq əmək haqqı məbləğində müavinəti və müalicə olunmaq üçün verilən 2 aylıq əmək haqqı məbləğində pul təminatını almadığı halda, həmin vəsaitlərin pensiya yenidən hesablanarkən nəzərə alınmasını və bununla bağlı cavabdehə müvafiq izah verilməsini tələb etməkdə haqlı sayıla bilməz.

43. Nəticə etibarı ilə, məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslandığından, şikayət təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2*22-ci il tarixli, 2-1(1*3)-435/2*22 nömrəli qərardadı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və ərizə rədd edilməlidir.

44. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2*22-ci il tarixli, 21(1*3)-435/2*22 nömrəli qərardadı ləğv olunur. İş üzrə yeni qərar qəbul edilir. İddiaçının ərizəsi təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar