Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-104/2021 03.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün hüquqi əsasın düzgün müəyyən edilməsi, pensiya kapitalının yoxlanmasının zəruriliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və id diaçının vəkili Babazadə Ruhsarə Vəli qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1224/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur.
2. İddiaçı xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1977-ci ildən xx.xx.1979cu il tarixədək hərbi xidmətdə olmuş, sonra yenidən müxtəlif müəssisələrdə, o cümlədən xx.xx.2002-xx.xx.2012-ci illərdə Nərim anov rayonunda yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyaniqiyabi tam orta məktəbində kitabxanaçı, xx.xx.2012-xx.xx.2019-cu illərdə həmin məktəbdə kimya ixtisası üzrə müəllim vəzifəsində işləmişdir.
2. İddiaçı cavabdehə müraciət edərək, Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində işlədiyi müddət nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir.
3. Cavabdeh iddiaçının ərizəsinin icra edilməsindən imtina edərək göstərmişdir ki, onun fərdi hesabın sığorta hissəsində qeyd alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun xx.xx.2016-cı il tarixdən tanınaraq təyin edilməsi, eləcə də pensiyasının həmin tarixdən hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyinin cavab dehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Çünki onun 60 yaşı tamam olan vaxta ümumi iş stajı 32 il 1 ay 25 gün, xüsusi stajı isə 16 il 10 ay 2 gündür. “Əmək pensiyaları haqqında” qanunun 9.1, 9.8 və 9.7.2-ci maddələrinə əsasən onun 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi vardır.
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta staj ına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.7.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nərəzdə tutulmuş müalicə müəsisələrində müvafiq icra hakimiyyəti orqani tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər olan kişilər 60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə yaşa görə əm ək pensiyası hüququ vardır. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Lakin təqdim edilmiş sənədlərdən görünür ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Buna görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün hesab edilməmişdir.
8. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-762/2020 saylı qərarı ilə (hakim Ş.Həsənova) iddia tələbinin təmin edilməsi, İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2019 cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi qərarını “Əmək pensiyaları haqqında” Qanunun 9.8, 9.7.2-ci maddələri, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli 12 N-li qərarında 34-cü bölmənin müvafiq bəndləri ilə əsaslandırmışdır.
10. Həmin qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması b arədə qərar çıxsrılmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-1224/2020 nömrəli qərarı ilə (hakimlər X.Cəmilova (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov) apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-762/2020 saylı qərarı dəyişdirilmədən saxlanmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslıdır. Ona görə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ET İRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri 14.1. Kassasiya şikayətində göstərilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı əsassızdır. Çünki məhkəmələr tərəfindən “Əmək pensiyaları haqqında” qanunun 1.0.8, 9.1 və 9.7.2-ci maddələrinin tələbləri pozulmuşdur. 14.2. Nəzərə alınmamışdır ki, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. b. Kassasiya şikayətinə qarşı etiraz
15. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. İddiaçının vəkili Babazadə Ruhsarə Vəli qızı kassasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, şikayətin təmin olunmamasını xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışlar. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilli yinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə
1. Əsas anlayışlar 1.0.1.əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müşyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əməmk pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığotraolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiy ası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 3.Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 7.Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa gürə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa gürə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta his səsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.7. Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla); 9.7.2. cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər: kişilər - 60 yaşına çatdıqda və ümumi əmək stajı 30 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə; qadınlar - 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 12 il 6 ayını məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə. 20. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 67. “v” bəndi. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Maddə 67. “ğ” bənd i. Ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunu Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hal larda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİN İN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
26. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxışa göndərilməlidir.
28. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər (2 il 1 ay) Sovet ordu sıralarında hə rbi xidmət keçmiş, xx.xx.1976-xx.xx.1977-ci illərdə (5 ay 27 gün) təhsil almış, xx.xx.1977-xx.xx.1977-ci illərdə (5 ay 15 gün) və xx.xx.1980-cı ildən xx.xx.1980-cı ilə qədər (3 ay 4 gün) 11 №-li Trestin 9 №-li Xüsusi İdarəsində xarrat, xx.xx.1980-cı ildən xx.xx.1985-ci ilə qədər (4 il 8 ay 23 gün) Kombinatda xarrat, xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilə qədər (7 ay 8 gün) X1 İdarəsində kollektor operatoru, dizelmotorçu, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilə qədər (2 il 8 ay 12 gün) xarrat, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilə qədər (10 ay 4 gün) xarrat, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər (1 il 4 ay 5 gün) xarrat, xx.xx.1992-ci ildən xx.xx.1997-ci ilə qədər (4 il 9 ay 29 gün) dülgər, xx.xx.2002-ci ildən xx.xx.2012-ci ilədək (9 il 10 ay 21 gün) Nərimanov rayonunda yerləşən 10 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində kitabxanaçı, xx.xx.2012-ci ildən 60 yaşı tamam olan xx.xx.2019-cu ilədək (6 il 11 ay 11 gün) həmin məktəbdə kimya ixtisası üzrə müəllim vəzifəsində işləmişdir.
29. Görünür ki, iddiaçının bu dövrə aid ümumi stajı 35 il 4 ay 9 gün təşkil edir. Bu müddətin 16 il 10 ay 2 günü iddiaçının 10 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində işlədiyi dövrdür.
30. İş materiallarından görünür ki, iddiaçı iddia tələbinin ilkin variantında ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun xx.xx.2016-cı il tarixdən tanınaraq təyin edilməsini tələb etmiş, iddia tələbini “Əmək pensiyaları ha qqında” qanunun 9.1 və 9.8-ci maddələri ilə əsaslandırmışdır.
31. İddiaçı sonradan tələbini dəyişərək, ona 60 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini tələb etmiş və təlbini hüquqi cəhətdən “Əmək pensiyaları haqqında” qanunun 9.1, 9.8 və 9.7.2-ci maddələri ilə əsaslandırmışdır.
32. İşə baxmış birinci instansiya məhkəməsi iddia tələbinin hüquqi əsasları kimi “Əmək pensiyaları haqqında” qanunun 9.1 və 9.7.2-ci maddələrini seçmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bu qanunun 9.7.2-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün üç element mövcud olmalıdır:
1. İddiaçının 30 ildən az olmayan ümumi iş stajının olması;
2. İddiaçının ən azı 15 təqvim ili məhkumlarla və həbsdə olan şəxslərlə işləməsi;
3. İddiaçının 60 yaşına çatması. İddiaçının 10 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbində işlədiyi kitabxanaçı və müəllim vəzifələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarının 34-cü bölməsinin “ümumi təhsil və peşə təhsili müəssisələrinin işçiləri” bəndinə uyğundur.
33. Apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və gəldiyi nəticəni əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” qanunun 9.1, 9.8-ci maddələrinə və "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə istinad edərək göstərmişdir ki, «hazırkı iddia tələbi üzrə iddiaçıya 60 yaşdan ə mək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2019-cu il tarixədək azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış olması, eləcə də 60 yaş həddinə çatması tələb olunur ki, qanunla müəyyən edilmiş göstərilən şərtlər hazırki iş üzrə iddiaçıya münasibətdə ödənilir. Belə ki, iddiaçının xx.xx.2019-cu il tarixədək (60 yaşının tamam olduğu tarixə) ümumi stajı 32 ildən, xüsusi stajı isə 16 ildən çox olmuşdur. Beləliklə, iddiaçının işlədiyi vəzifələr «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının» təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tari xli 12 N-li qərarında 34 saylı bölməsinin ümumi təhsil və peşə təhsili müəssisələrinin işçiləri bəndinə ( Penitensiar müəssisələrdə mülki işlər) uyğun olduğundan və o, xx.xx.2019-cu ilədək qanunla tələb olunan güzəştli iş stajını da topladığı üçün məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur».
34. Göründüyü kimi məhkəmələr iddiaçıya pensiya təyin olunması barədə cavabdehin üzərinə öhdəlik qoyarkən, iddiaçının yaşa görə pensiya hüququnu hansı əsaslarla əldə etməsi barədə ziddiyyətli fikirlərə əsaslanmışdır. Nəzərə alınmalıdır ki, güzəştli şərtlərlə pensiya təyin o lunması zamanı tələbin hüquqi əsasının dəqiq müəyyən olunmalıdır.
35. Belə ki, yaşa görə pensiya təyin olunması üçün ümumi əsaslar və şərtlər Qanunun 7ci maddəsində əksini tapmışdır. Lakin nəzərə alınmalıdır ki, pensiyalar vətəndaş tərəfindən əvvəlki əmək, xidmət, cəmiyyət üçün əhəmiyyətli olan digər vəzifələrin yerinə yetirilməsi ilə qazanılır. Buna görə də pensiya təminatı sahəsində vətəndaşların hüquqları bilavasitə onun əmək və ya digər ictimai faydalı fəaliyyətindən, həmin fəaliyyətin həcm və xarakterindən asılıdır. Qanunverici pensiya hüququnun yaranması üçün əsasları da vətəndaşın əmək fəaliyyətinin xüsusiyyətlərinə uyğun diferensiasiya etməklə müəyyənləşdirir.
36. Bu baxımdan Qanunun 7-ci və 9-cu maddələri fərqli şərtlər və əsaslarla pensiya təyin olunmasını ehtiva edir. Qanunun 7- ci maddəsi şəxsə ümumi əsaslarla pensiya hüququnu nəzərdə tutursa, 9-cu maddəsində pensiya təyin olunması üçün başlıca hüquqi fakt kimi xüsusi əmək stajı çıxış edir. Əmək stajının bir növü olan xüsusi əmək stajı şəxsin müəyyən peşə və ya ixtisas üzrə əmək fəaliyyəti və ya əməyin xüsusi şəraitdə həyata keçirilməsi ilə müəyyən olunur. Xüsusi əmək stajı dedikdə, müəyyən əmək şəraitində və müəyyən vəzifələrdə həyata keçirilən işin müddəti başa düşülür. Həmin müddət xüsusi staja malik olan şəxslərə güzəştli şərtlərlə müəyyən sosial təminat növlərini, o cümlədən pensiya hüququnu əldə etmək imkanı verir.
37. Güzəştli şərtlərlə əmək pensiyası hüququndan bəhs edən 9-cu maddədə əmək şəraitinə görə, hipovizqanizm xəstəliyinə tutulanlara, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərə, prokur orluq orqanlarında qulluq, hərbi qulluq, ədliyyə orqanlarında qulluq, miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq, fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə işə görə pensiya hüququnun şərtləri müəyyən olunmuşdur.
38. Baxılan iş üzrə iddiaçının Qanunun 9.1-ci maddəsinə əsasən xüsusi şərtlərlə pensiya hüququ olması barədə məhkəmələrin gəldiyi nəticə səhvdir. Belə ki, iddiaçıya həmin normaya uyğun olaraq pensiya təyin olunması üçün aşağıdakı şərtlər məcmu halda mövcud olmalıdır:
1. Şəxs istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə 12 il 6 ay çalışmış olmalı; 2. 60 yaşına çatmalı;
3. Azı 25 il sığorta stajına malik olmalı;
4. Fərdi hesabın sığorta hi ssəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir.
39. Bu şərtlərdən hər hansı birinin olmaması, iddianın təmin olunmasını istisna edir. İşin hallarından görünür ki, iddiaçının xx.xx.2002-xx.xx.2019-cu illərdə 10 saylı cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən Bakı şəhəri üzrə Təhsil İdarəsinin 82 nömrəli xüsusi əyaniqiyabi tam orta məktəbində işlədiyi kitabxanaçı və müəllim peşələri Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda “Penitensiar müəssisələrdə mülki işlər” adlanan 34-cü bölmədə göstərilmiş “ümumi təhsil və peşə təhsili müəssisələrinin işçiləri”nə uyğundur. İddiaçının bu peşələrdə stajı 16 il 10 ay 2 gün təşkil edir. Həmçinin iddiaçı 25 ildən çox ümumi staja malikdir və xx.xx.2019-cu il tarixdə 60 yaşına çatmışdır. Lakin iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı müəyyən olunmur.
40. İşə baxmış apelyasiya məhkəməsi bununla bağlı apelyatorun dəlilini qəbul etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.7-ci maddəsində belə bir müddəa nəzərdə tutulmadığından həmin qayda iddiaçıya münasibətdə tətbiq oluna bilməz.
41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin bu mövqeyi düzgün deyildir. Çünki iddiaçıya Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiy a təyin edilərkən, həmin Qanunun 9.7-ci maddəsi tətbiq oluna bilməz. Çünki Qanunun 9.7-ci maddəsində nəzərdə tutulmuş pensiya təyinatı şərtləri ədliyyə orqanlarında qulluq keçmiş şəxslərə şamil edilir.
42. Ümumiyyətlə iddiaçının cəzaçəkmə müəssisəsində fəaliyyət göstərən xüsusi tam orta məktəbində işləməsi faktı, özlüyündə ona Qanunun 9.7-ci maddəsi əsasında pensiya təyin olunmasına əsas deyildir. Həmin norma ədliyyə orqanlarında qulluq keçmiş şəxslərə pensiya təyin olunmasını tənzimləyir və bu şəxsləri iki kateqoriyaya ayırır:
1. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla);
2. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edi lmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər.
43. İddiaçının “ədliyyə orqanlarında qulluq keçmiş şəxs” kateqoriyasına aid edilibedilmədiyini araşdırmaq üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun müddəalarına müraciət olunmalıdır.
44. Çünki həmin Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə (bundan sonra “ədliyyə orqanlarında qulluq keçmə” adlanacaq) qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir (Qanunun giriş hissəsi).
45. Həmin Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyy ən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir (Qanunun 3.1-ci maddəsi). Ədliyyə orqanlarına qulluğa qəbul müvafiq icra hakimiyyəti orqanının rəhbəri və ya onun müvafiq səlahiyyət verdiyi vəzifəli şəxslərin əmrləri ilə rəsmiləşdirilir və əmrin surəti imza etdirilməklə həmin gün işçiyə verilir (Qanunun 4.9-cu maddəsi). Azərbaycan Respublikası Prezidentinin “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx xxxx 2006-cı il tarixli, 430 saylı Fərmanının 2.4 və 2.5-ci maddələrinə əsasın həmin Qanunun 3.1-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” və “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi nəzərdə tutulur. Həmin Qanunun 4.9-cumaddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı” nın səlahiyyətlərini isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. 46. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33-cü maddəsində penitensiar xidmətin işçiləri də xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar sıravi heyətdən, kiçik, orta, böyük v ə ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. Daha sonra həmin Qanunda penitensiar xidmətin əməkdaşları və mülki işçiləri “ədliyyə orqanlarının işçiləri” adlandırılır və göstərilir ki, penitensiar müəssisələrdə mülki işçilərin tərkibinə imkan daxilində psixiatrlar, psixoloqlar, sosial işçilər, müəllimlər və peşə təhsilli mütəxəssislər, bədən tərbiyəsi və idman üzrə təlimçilər daxil edilirlər.
47. Göründüyü kimi “Əmək pensiyaları haqqında” qanunun 9.7-ci maddəsində nəzərdə tutulan ədliyyə orqanlarında qulluq keçən şəxs statusunun müəyyən olunması üçün onun “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 4.9-cu maddəsinə əsasən Ədliyyə Nazirliyi tərəfindən işə qəbul edilib-edilmədiyi müəyyən olunmalıdır.
48. İş materiallarına əlavə olunmuş iddiaçının əmək kitabçasında onun işəgötürəni kimi Təhsil Nazirliyi Bakı şəhər Təhsil İdarəsi göstərilmişdir. Hakbuki, iddiaçıya “Əmək pensiyalarl haqqında” Qanunun 9.7-ci maddəsinin tətbiq olunması, yəni ədliyyə orqanlarında qulluq keçmiş şəxs statusunda tanınması üçün, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 3.1 və 4.9-cu maddələrinin mənasına görə iddiaçı Ədliyyə Nazirliyinin vəzifəli şəxsi tərəfindən işə götürülmüş olmalıdır.
49. Məhkəmələr “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə istinad etsələr də, bu normanı hansı əsasla tətbiq edildiyini izah etməmişlər. Məhkəmə kollegiyası xatırladır ki, işin müəyyən olunmuş hallarına görə iddiaçının barəsində həmin normanın tətbiq olunması üçün əsaslar yoxdur.
50. Göründüyü kimi işə baxmı ş məhkəmə iddianın düzgün həlli üçün iddiaçının hüquqi vəziyyətini müəyyən etməmiş, onun ədliyyə orqanlarında qulluq keçmiş şəxs hesab olunması üçün “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən olunmuş əsasların olub olmadığını yoxlamamışdır.
51. Bundan başqa, iş materiallarından göründüyü kimi, cavabdeh iddia tələbinə qarşı yazılı və şifahi etirazlarında, habelə apelyasiya şikayətində iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir. Lakin cavabdeh iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğini heç bir izahatında göstərməmiş, bu barədə hesabdan çıxarış təqdim etməmşdir. İşə baxmış məhkəmlər də pensiya k apitalının məbləğini müəyyən etmək üçün heç bir prosessual tədbir görməmiş, cavabdehdən pensiya kapitalının məbləği barədə sübut tələb etməmiş, pensiya təyin olunması üçün nə qədər pensiya kapitalının tələb olunduğunu, iddiaçının fərdi hesabının sığorta hissəsinə qeydə alınmış pensiya kapitalı arasında olan fərqi müəyyən etməmişdir. Nəticədə iddianın təmin olunması üçün həlledici əsas olan bu hal araşdırılmamış, iddiaçının pensiya kapitalının həqiqətən də əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi müəyyən edilməmiş, iddiaçının uzun müddətli staja malik olduğu halda pensiya kapitalının azlığının səbəbi öyrənilməmişdir. Məhkəmələrin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması p rinsipinə və 57-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir. Bu da apelyasiya instansiyası məhkəməsinin qərarının ləğvi üçün əsasdır. Lakin kassatorun iddianın təmin edilməməsi barədə dəlilinin həlli üçün yuxarıda göstərilən xüsusatlar araşdırılmalıdır və bu araşdırma əhəmiyyətli sayda sübutların araşdırılmasını tələb etdiyinə görə kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyasının qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti qismən təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)1224/2020 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir.