Məhkəmə qərarları › İş №2-1(102)-104/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-104/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-104/2023 17.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X55 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin (VÖEN: **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Ve rgi Xidmətinin Bakı şəhəri X55 üzrə Baş İdarəsinə qarşı “qərarların ləğv olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2100/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X55 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********1584 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, Səməd Vurğun və M. Əliyev küçələrinin kəsişməsində, “Heydər Əliyev” adına sarayın arxasında, “Qış” parkının ərazisində yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 (otuz dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması faktı müəyyən edilmiş, operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmiş, həmin akt əsasında Baş İdarə tərəfindən iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuş və vergi ödəyicisinə 68000 (altmış səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

2. Operativ vergi nəzarəti tədbiri zamanı həmçinin əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozu lması faktı aşkar edilmiş, bu barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005264 nömrəli akt əsasında Baş İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8305 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16 iyul 2021-ci il tarixli, **********8325 saylı və 16 iyul 2021-ci il tarixli, **********8305 saylı qər arların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə ünvanladıqları məktubla, həmçinin tərtib olunmuş akt əsasında qərarın qəbul olunması ilə bağlı materiallara baxılmasında iştirak etmək üçün dəvət olunduqda, "xxxx" MMC-nin aktda göstərilən hallarda təqsirinin olmadığı barədə zəruri hesab edilən sənədlər təqdim edilsə də, cavabdeh tərəfindən həmin faktlara qiymət verilməmişdir. Mübahisələndirilən qərarlarda məsuliyyəti MMC-nin daşıdığı qeyd olunsa da, tərəflərindən qanunvericiliyin hansı tələblərinin pozulması qeyd olunmamışdır. Qərarda əksini tapmasa da, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi ilə MMC arasında olan icarə müqaviləsinə istinad olunur. İlkin olaraq bu mövqenin doğru olması təsəvvürü yaransa da, tərəflərindən təqdim olunmuş sübutlar əsasında qanunvericiliyin tələblərinin MMC tərəfindən deyil, X37 tərəfindən pozulduğu bəlli olur. Həmçinin 34 nəfərin əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işə cəlb olunmaları ilə bağlı tərəflərindən təqdim olunmuş sənədlər əsasında həmin 34 nəfərin Hacıyev Bəhruz tərəfindən işə cəlb olunması təsdiq olunsa da, nədənsə məsuliyyət MMC-nin üzərində qalmışdır. "xxxx" MMC marka sahibi olaraq yalnız marketinq xidməti və mülk idarəçiliyi ilə məşğul olur. Digər fəaliyyət növləri, o cümlədən iaşə xidməti göstərmir. "xxxx" adı (markası, brendi) ilə iaşə xidmətləri göstərmək istəyən mikro və kiçik sahibkarlar "xxxx" MMC ilə icarə və (ya) marketinq xidməti müqaviləsi bağlayaraq fəaliyyət göstərirlər. "xxxx" MMC ilə icarə və marketinq, o cümlədən cəmiyyətin adı alt ında fəaliyyət barədə müqavilə bağlamadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslərin fəaliyyəti qanunsuzdur. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Qış Parkı ərazisində müqavilə əsasında istifadələrində olan qeyri-yaşayış sahəsinin icarə və marketinq müqaviləsi bağlanılmaqla "xxxx" MMC adı altında iaşə xidmətlərinin göstərilməsi üçün ********** VÖEN-i olan (qeydiyyatdan keçmiş) X19 verilməsi nəzərdə tutulmuşdur. Müqavilə rəsmi qaydada bağlanılana kimi ilk olaraq qeyri-yaşayış sahəsində olan əşyaların və avadanlıqların təhvil-təslimi və fəaliyyətə başlanılması üçün hazırlıq işlərinin aparılması məqsədi ilə onun qeyri-yaşayış sahəsinə daxil olmasına icazə verilmişdir. Onların etibarından istifadə edən X37 cəmiyyətlə rəsmi müqavilə bağlamadan, müxtəlif bəhanə lər altında fəaliyyətə başlayaraq, qısa müddət ərzində fəaliyyətini rəsmiləşdirəcəyinə dair vədlər vermişdir. Ona dəfələrlə müraciət olunaraq ya müqavilə bağlamaqla hüquqi əsaslarla fəaliyyətini davam etdirməsi ya da ki, həmin qeyri-yaşayış sahəsini tərk etməsi bildirilmişdir. Lakin onların təkliflərinə əhəmiyyət verməyən X37 qanunsuz olaraq öz fəaliyyətini davam etdirmişdir. Dəfələrlə iddiaçıya müqavilə bağlayacağı barədə vədlər vermiş, hətta müqavilənin təsdiqi üçün notariat orqanına belə getsələr də, son məqamda müqavilənin imzalanmasından yayınmışdır. Cəmiyyətin rəhbəri müqavilə bağlamayacağı təqdirdə yeni icarədar operatorla müqavilə bağlanacağı və bu səbəbdən də qeyri-yaşayış sahəsini tərk etməsi barədə X20 xəbərdar etsə də, Hacıyev Bəhruz könüllü şəkildə qeyri-yaşayış sahəsindən çıx maqdan imtina edərək qanunsuz fəaliyyətini davam etdirmişdir. Onun barəsində etdikləri şikayət üzrə araşdırma zamanı Nəsimi RPİ İŞ-də X37 "xxxx" MMC-nin direktoru olduğunu bildirərək, cəmiyyətin hüquqşünasının ona kassa aparatlarının qoyulmaması ilə bağlı irad bildirdiyini və hüquqşünasın bu cür iradını bəyənmədiyi üçün aralarında mübahisənin olduğunu etiraf etmişdir. Həmin araşdırma ilə bağlı qərarda belə X7 qanuni əsaslarla işləməsini tələb etmələri təsdiqini tapır, həmçinin qərardan da göründüyü kimi, özünü "xxxx" MMC-nin direktoru kimi təqdim etsə də, 01 iyun 2021-ci il tarixə qədər qanunsuz fəaliyyət göstərdiyi müddətdə faktiki olaraq şirkətlərlə müqaviləni fiziki şəxs kimi öz adından bağlamış və ona aid VÖEN-dən istifadə etmişdir. Bakı şəhəri, Nəsimi rayonu, Qış Parkı ərazisində yerl əşən "xxxx" MMC adı altında fəaliyyət göstərən X37 onların davamlı şikayətlərindən sonra 01 iyun 2021-ci il tarixdə polis vasitəsi ilə qeyri-yaşayış sahəsindən çıxarılmışdır.

5. Cavabdehin iddiaya qarşı yazılı etirazı onunla əsaslandırılmışdır ki, "xxxx" MMCnin (VÖEN: **********) sahibkarlıq fəaliyyətini həyata keçirdiyi “Qış” parkının ərazisində yerləşən obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmasına dair xx.xx.2021-ci il tarixli, DVX seriyalı 000773 nömrəli akt tərtib edilmiş, həmin aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonunc u ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş, məktub vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 09:45:08-də oxunmuşdur. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli, **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunaraq vergi ödəyicisinə 68000 (altmış səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərarın və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamənin vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 20:38:15-də oxunduğu müəyyən edilmişdir. O cümlədən, "xxxx" MMC (VÖEN: * *********) tərəfindən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilərək, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005264 nömrəli aktın tərtib edildiyi və aktın vergi ödəyicisi tərəfindən imzalanmadığı və bir nüsxəsini qəbul etməkdən imtina edildiyi müəyyən edilmişdir. Tərtib edilmiş aktın bir surəti vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 09:50:36-da oxunduğu müəyyən edilmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli, **********8305 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar q əbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 20:34:00-da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hü quqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. "xxxx" MMC xx.xx.2020-ci il tarixində vergi orqanında qeydiyyata alınmış və həmin tarixdən müəssisənin qanuni təmsilçisi X37 olmuşdur. xx.xx.2021-ci il tarixində rəhbər dəyişikliyi üçün müraciət olunmuş və xx.xx.2021-ci il tarixində müəssisənin qeydiyyat məlumatlarında dəyişiklik edilərək X21 müəssisənin qanuni təmsilçisi kimi qeydiyyata alınmışdır. Xüsusilə vurğulanır ki, işçilər izahatlarında X37 deyil, X21 tərəfindən işə cəlb edildiklərini qeyd etmişdirlər. Digər 18 nəfər işçi oxşar məzmunlu izahat verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığın ı, vergi orqanında qeydiyyatda olmadıqlarını, adlarına sabit qəbzin olmadığını bildirmiş, 9 nəfər isə heç bir əsas göstərmədən izahat verməkdən imtina etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1910/2022 nömrəli (hakim A.Ə.Əhmədova) qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən inzibati aktın qəbulu zamanı Vergi Məcəlləsinin yuxarıda bəhs olunan normalarının tələbinə cavabdeh tərəfindən əməl edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi rəhbər tutulmaqla, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar əsasında Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M. Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” sarayının arxası, park ərazisində yerləşən restoranda xx.xx.2021-ci il tarixdə operativ vergi nəzarətinin keçirilməsi barədə qərar qəbul edilmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən, vergi orqanının keçirdiyi operativ vergi nəzarəti tədbiri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2021-ci il tarixdə KY211583119 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı iddia ərizəsində operativ vergi nəzarəti nəticəsində aşkar olunmuş pozuntuları, yəni əmək müqaviləsi olmadan 34 nəfər işçinin işə cəlb edildiyini, eləcə də nəzarət kassa aparatının olmadığını qəbul edir, lakin bu pozuntularda onun təqsiri olmadığını iddia edir. Operativ vergi nəzarətinin həyata keçirildiyi, yəni yoxlanılan təsərrüfat obyekti Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M. Əliyev küçələrinin kəsişməsi, Heydər Əliyev sarayının arxası, park ərazisində yerləşən restorandır, təsərrüfat obyektinin kodu 14001 nömrəli olmaqla "xxxx" MMC-nin (VÖEN **********) adına qeydiyyata alınmışdır. İddiaçı sözügedən obyekti subicarəyə verdiyini bildirsə də, həmin obyekt icarəyə verilmiş başqa bir vergi ödəyicisinin deyil, özünün, yəni "xxxx" MMC-nin adına təsərrüfat obyekti olaraq vergi orqanında uçotdadır. Bu halda operativ nəzarətin keçirildiyi obyekt məhz "xxxx" MMC-nin adına təsərrüfat obyekti olaraq qeydiyyatdan keçdiyindən vergi orqanının da həmin obyektdə aşkar olunmuş pozuntulara görə adına qeydiyyat aparılmış vergi ödəyicisini məsuliyyətə cəlb etməsi və onu vergi hüquq pozuntusunun subyekti kimi qəbul etməsi qanunazidd sayıla bilməz.

8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edi lməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2100/2022 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2-1(112)-1910/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZ İN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, operativ vergi nəzarəti mənbəyi bəlli olan məlumatlar əsasında deyil, vergi orqanının şəxsi istəyi əsasında keçirilmişdir. Məhkəmənin özünün də istinad etdiyi Çıxarışdan görünür ki, OVN növündə yoxlamanın hüquqi əsası kimi VM-in 50.2.2-ci maddəsi göstərilmişdir. Həmin maddənin tələbinə əsasən, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilmiş məlumatlar OVN-in keçirilməsi üçün əsasdır. VMdə vergi orqanları tərəfindən əldə edilən mənbəyi bəlli mənbə və məlumatların anlayışı verilməsə də, Vergilər nazirinin xx.xx.2020-ci il tarixli, **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nda həmin məlumatların dairəsini açıqlanmışdır. Nə çıxarışdan, nə də OVN haqqında qərardan görünmür ki, OVN təyin edilməsinin hüquqi əsası hansı mənbəyi bəlli məlumatlar olmuşdur və həmin məlumatlar əsasında da OVN keçirilmişdir. Mənbəyi bəlli olan məlumatların konkret nədən ibarət olmasının təsvir edilməməsi OVN keçirilməsinin əsassızlığını və qanunsuzluğunu təsdiq edir.

13. Bundan başqa, OVN qərarından görünür ki, OVN keçirilməsinin predmeti nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması (VM-irı 50.1.3-cü maddəsi) və Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının a şkar edilməsi (VM-in 50.1.7-ci maddəsi) olmuşdur. Qaydaların 7.1 və 10.1-ci bəndlərinə görə, Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda, qeyd edilən 2 predmet üzrə OVN-in keçiriləcəyi vergi ödəyicisi və ona məxsus təsərrüfat subyekti müəyyənləşdirilir. Operativ vergi nəzarətinin keçirilməsi hər hansı bir risk meyarına əsaslanmamışdır. Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları nə açıq mənbələrdə mövcuddur, nə də Vergilər Nazirliyindən əldə edilməsi mümkündür.

14. Bundan əlavə, obyekt X37 tərəfindən öz adına uçota alınmadan faktiki subicarə əsasında idarə edilmişdir. X37 obyekti rəsmi iddiaçıdan təhvil almış və adına uçota alınmadan qeyri-rəsmi olaraq istifadə etmişdir. OVN-in keçirildiyi obyektin iddiaçının adına uçota alınması o byektdə aşkar olunmuş pozuntulara görə onun avtomatik vergi hüquq pozuntusunun subyekti kimi qəbul edilməsi üçün əsas deyildir. Çünki təsərrüfat obyektinin subicarəyə verilməsi və bu halda icarəyə götürmüş vergi ödəyicisinin obyekti öz adına uçota aldırmaması mümkündür, hansı ki, iddiaçı obyekti X19 faktiki subicarəyə vermiş, o, obyekti təhvil götürmüş və idarə etmişdir, lakin VM-in 34.3-1-ci maddəsinə əsasən, təsərrüfat obyektini olduğu ünvan üzrə yenidən uçota aldırmalı olduğu halda, uçota almamış və vergi orqanından uçot kodu əldə etməmişdir. Sonradan isə subicarə müqaviləsini imzalamamış, onun müqaviləni imzalamaması və obyekti təhvil verib çıxmaması üstündə mübahisələr yaranmış, hətta mübahisə polisə müraciətlə nəticələnmişdir. Qeyd edilən faktları xx.xx.2020-ci il tarixli təhvil-tə slim aktı, xx.xx.2021-ci il tarixli subicarə müqaviləsi və rədd qərarı təsdiq edir.

15. Belə ki, xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, həqiqətən də obyekt xx.xx.2020-ci il tarixdə X19 təhvil verilmişdir. X37 tərəfindən isə obyektin geri təhvil verilməsi barədə hər hansı bir akt mövcud deyildir. Məhkəmənin iddia etdiyi kimi, əgər X10 iddiaçı ilə hüquqi bağlılığı qanuni təmsilçilikdən irəli gəlirdisə, onda onun qanuni təmsilçiliyinə xitam verildiyi andan - xx.xx.2021-ci il tarixdən məntiqlə obyekti təhvil verməli idi. Həmin təhvil aktının olmaması isə onu bir daha təsdiq edir ki, o, obyekti subicarəyə götürmüşdür.

16. Həmçinin, Bəhruz Hacıyev özü əlyazma ilə təsdiqlədiyi xx.xx.2021-ci il tarixli ərizəsində qeyd etmişdir ki, icarəçidir və təkbaşına göstəriş qəbul etmədən iş aparır. Həmin ərizə də iş materiallarında vardır və onu təsdiq edir ki, obyekti Bəhruz Hacıyev özü idarə etmişdir.

17. Bütün bu göstərilənlər onu təsdiq edir ki, obyekt iddiaçının adına qeydiyyata alınsa da, X19 icarəyə verilmiş, həmin şəxs isə obyekti öz adına uçota almayaraq idarə etmiş, subicarə müqaviləsini imzalamamış və sonradan polis vasitəsilə obyektdən çıxarılmışdır. Polisə ərizə verilməsi həqiqətən də OVN-in keçirildiyi xx.xx.2021-ci il tarixə təsadüf etsə də, bu ilkin ərizə olmamışdır. Rədd qərarından da görünür ki, əvvəlki ərizə xx.xx.2021-ci il tarixdə olmuşdur, OVN-dən əvvəl də obyektlə bağlı iddiaçının hüquqşünası və X37 arasında mübahisə olmuşdur. Odur ki, OVN-in keçirildiyi obyektin iddiaçının adına qeydiyyatdan keçməsi orada aşkar olunmuş pozuntulara görə onun vergi h üquq pozuntusunun subyekti kimi avtomatik qəbul edilməsini istisna edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2100/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Azərbaycan Respublikası Vergi Məcəlləsi - 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur; - 50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-ma terial ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.3. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması. 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi; - 50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılard ır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. - 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qəra rda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. - 50.5-ci maddəsinə əsasən operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərin in ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədləri və nümunə kimi əşyaları götürməsi, ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi və aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 50.6-cı maddəsinə görə operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəy yən etdiyi formada akt tərtib edilir.

20. Azərbaycan Respublikası Vergilər nazirinin xx.xx.2020-ci il tarixli, **********044300 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi Qaydaları”nın - 1.4-cü bəndinə görə operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) əsasən həyata keçirilir. Qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. - 1.6-cı bəndinə görə operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsində göstərilən əsaslarla yanaşı, aşağıdakı risk meyarlarından biri olmalıdır: 1.6.1. Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş risk meyarları; 1.6.2. Vergilər Nazirliyinin müvafiq strukturları tərəfindən müəyyən edilmi ş və Vergilər Nazirliyi tərəfindən təsdiq edilmiş risk meyarları. - 1.10-cu bəndinə əsasən operativ vergi nəzarəti tədbirləri vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarəti tədbirini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) nəzarətə başladıqdan sonra vergi orqanının qərarını, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışı (bu Qaydaların 3-cü hissəsi ilə müəyyən edilmiş operativ vergi nəzarəti istisna olmaqla) və öz xidməti vəsiqəsini (vəsiqələrini) vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə dərhal təqdim edir. - 1.13-cü bəndinə əsasən operativ vergi nəzarəti ni həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində vergi ödəyicilərinin ərazilərinə və ya binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla) daxil olması, ərazilərinə, binalarına (yaşayış binaları (sahələri) istisna olmaqla), habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi, sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi, ekspertin cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçinin dəvət edilməsi və aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan nişanlanmamış və ya saxta məcburi nişanlanma ilə nişanlanmış malların siyahıya alınması Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 10-cu bəndinə əsasən, Azərbaycan Respubli kasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin həyata keçirilməsi: -10.1. Bu Qaydaların 1.6.1-ci və 1.6.2-ci yarımbəndlərinə əsasən risk meyarlarından biri olduqda operativ vergi nəzarəti tədbirinin keçiriləcəyi vergi ödəyicisi və (və ya) ona məxsus təsərrüfat subyekti (subyektləri) müəyyənləşdirilir. Bu məsələyə dair ope rativ vergi nəzarəti tədbirinin ərazi üzrə keçirilməsi zərurəti yarandıqda Vergilər Nazirliyinin aidiyyəti strukturu ilə razılaşdırıldıqdan sonra vergi orqanları bu barədə qərar çıxara bilərlər. - 10.2. Operativ vergi nəzarəti tədbiri zamanı barəsində nəzarət tədbirinin keçirilməsi haqqında qərar qəbul edilmiş vergi ödəyicisinin adı (hüquqi şəxs olduqda hüquqi şəxsin tam adı, rəhbərinin soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri, fiziki şəxs olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri), VÖEN-i, səlahiyyətli nümayəndəsi olduqda onun soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilir. Vergi orqanının v əzifəli şəxsi tərəfindən vergi nəzarətinə başlamazdan əvvəl müvafiq elektron informasiya sistemindən əmək müqaviləsi bildirişləri barədə məlumat əldə edilməlidir. - 10.3. Operativ vergi nəzarəti tədbirinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilir və onlardan birinin iştirakı ilə vergi ödəyicisinə məxsus obyektdə yerinə yetirilən işlər (xidmətlər) müəyyənləşdirilir. Tələbnamə bu Qaydaların əlavəsində göstərilən formada tərtib edilməli və həmin Tələbnamə ilə nəzarət kitabçası, əmək müqavilələri, işəgötürənin və işçilərin, habelə işəgötürənin səlahiyyətli nümayəndəsi olduqda onun şəxsiyyət vəsiqələrinin surətləri, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi ilə bağlı əmək müqaviləsi bildirişi nin qeydiyyata alınmasına dair məlumat, habelə həmin obyektdə Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər barədə müvafiq məlumatları əks etdirən sənədlər (işlərə /xidmətlərə/ cəlb edilmə ilə bağlı müvafiq sənədlər /müqavilələr/, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin surətləri) və digər zəruri sənədlər vergi ödəyicisindən tələb edilməlidir. - 10.4. Vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərin faktiki sayı müəyyənləşdirilir. Operativ vergi nəzarəti tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) ilk növbədə işlərin (xidmətlərin) yerinə yetirilməsi nə cəlb edilmiş fiziki şəxslərlə əmək müqavilələrinin və mülki qaydada müqavilələrin bağlanılıb-bağlanılmadığı və həmin müqavilələrin hüquqi qüvvəyə minməsini təsdiq edən bildirişlərin və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin fəaliyyət göstərdiyi təqdirdə onlar tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”lərin mövcudluğu araşdırılır. - 10.5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və fiziki şəxslərin Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fə aliyyət növləri ilə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan məşğul olduğu halları aşkar edilərsə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə həmin fiziki şəxslərin sayı və mümkün olduğu təqdirdə bu şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri əldə olunmalı, yaxud soyadı, adı, atasının adı, şəxsiyyətini təsdiq edən sənədin seriyası, nömrəsi və digər rekvizitləri müəyyənləşdirilməli, fiziki şəxslərin aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat obyektində çalışan digər şəxslərin soyadı, adı, atasının adı barədə məsələlər aydınlaşdırılmalı, habelə vergi ödəyicisinin və ya onun səlahiyyətli nümayəndəsinin və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlə rin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” olmadan fəaliyyət göstərən fiziki şəxslərin izahatları alınmalıdır. Azərbaycan Respublikasında fəaliyyət göstərən əcnəbilərin izahatları alınarkən zəruri hallarda onların tərcüməçi xidmətindən istifadə hüququ təmin edilməlidir. - 10.6. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslərdən alınan izahatda həmin şəxslərin hansı tarixdən və kim tərəfindən işə (xidmətə) cəlb edilməsi, əmək müqaviləsi bildirişinin olub-olmaması, işəgötürən tərəfindən həmin şəxslərə əmək müqaviləsi bildirişinin və bu bildirişin qeydiyyata alınması haqqında məlumatın surətinin verilib-verilmə məsi, aldıqları əmək haqqı məbləğləri, həmin təsərrüfat subyektində (subyektlərində) çalışan digər şəxslərin soyadı, adı, atasının adı, onların hansı tarixdən işə (xidmətə) cəlb edildikləri barədə məlumatlar əks etdirilməlidir. İşəgötürəndən alınan izahatda əmək münasibətləri rəsmiləşdirilməmiş fiziki şəxslərin hansı tarixdən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri, sayı, adı, soyadı, atasının adı və əmək haqları müəyyənləşdirilməlidir. Operativ vergi nəzarəti tədbirinin keçirildiyi təsərrüfat subyektində (subyektlərində) muzdlu işlə çalışan işçilərlə yanaşı xidməti müqavilə əsasında və ya Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən şəxslər fəaliyyət göstərdikdə onların müvafiq sənədlərinin olması yoxlanılır və bu barədə aktda qeyd edilir. - 10.7. Operativ vergi n əzarəti tədbirinin nəticələri üzrə bu Qaydalara uyğun olaraq akt və əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və Vergi Məcəlləsinin 220.10-cu maddəsində nəzərdə tutulmuş fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərin həmin aktın əlavəsinə müvafiq olaraq siyahısı tərtib olunur. - 10.8. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi, habelə həmin təsərrüfat subyektində (subyektlərində) çalışan fiziki şəxslər tələb olunan sənədləri təqdim etməkdən və (və ya) izahat verməkdən imtina etdikdə, bu hal nəzarətin həyata keçirildiyi obyektdə həmin şəxslər və vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən imzalanan, sərbəst formada tərtib edilmiş aktla rəsmiləşdirilir. Qeyd edilən şəxslər həmin aktı imza etməkdən imtina etdikdə, bu barədə aktda müvafiq qeydlər edilir. Vergi orqanı tərəfindən həmin akta əsasən müvafiq köməklik göstərilməsi üçün Vergi Məcəlləsinin 26.2-ci maddəsinə uyğun olaraq digər dövlət hakimiyyəti orqanlarına müraciət oluna bilər.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi g östərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək ( tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

25. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri sayır.

26. Obyektiv araşdırma prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mü bahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

27. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Hazırkı işə münasibətdə məhkəmə iddiaçının tələbi üzrə işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

28. Hazırkı mübahisəyə münasibətdə iddiaçı mübahisələndirilən qərarların ləğvini t ələb edərkən, mahiyyət baxımından tətbiq olunmuş vergi məsuliyyəti tədbirlərini deyil, həmin məsuliyyət tədbirlərinin subyekti olmadığı halda, qeyd olunan qərarların ona münasibətdə qəbulunu mübahisələndirir. Belə ki, iddiaçı yalnız marka sahibi olduğunu, sahibkarlıq fəaliyyətinin obyektləri icarəyə götürərək özünün markası altında subicarəyə verməkdən və bundan gəlir götürməkdən ibarət olduğunu, operativ vergi nəzarətinin keçirildiyi obyekti də eyni qaydada X19 faktiki icarəyə verdiyini bildirmişdir.

29. Mübahisəyə dair işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********1584 nömrəli qərarına əsasən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayo nu, Füzuli, Səməd Vurğun və M. Əliyev küçələrinin kəsişməsində, “Heydər Əliyev” adına sarayın arxasında, “Qış” parkının ərazisində yerləşən obyektdə operativ vergi nəzarəti tədbiri keçirilmiş və tədbir zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 34 (otuz dörd) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması faktı müəyyən edilmiş, operativ vergi nəzarətinin nəticəsi haqqında akt tərtib edilmiş, operativ vergi nəzarəti materialları əsasında iddiaçı barəsində xx.xx.2021-ci il tarixli, **********8325 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuş və vergi ödəyicisinə 68000 (altmış səkkiz min) manat məblə ğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa, həmin operativ vergi nəzarəti tədbiri zamanı həmçinin əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması faktı aşkar edilmiş, bu barədə xx.xx.2021-ci il tarixli, DVX seriyalı 005264 nömrəli akt tərtib olunmuş və iddiaçıya münasibətdə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********8305 nömrəli qərar qəbul olunaraq vergi ödəyicisinə 1000,00 (bir min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

30. İş üzrə materiallara əlavə olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən, operativ vergi nəzarəti tədbiri zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən və ya xidməti müqavilə bağlamadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə c əlb olunmuş 34 (otuz dörd) nəfər fiziki şəxsdən 25 nəfəri yazılı izahat vermiş, 9 nəfər izahat verməkdən imtina etmişdir. İzahatı alınmış şəxslər iddiaçının (MMC-nin hazırki) qanuni təmsilçisi X21 tərəfindən işə cəlb olunduqlarını, işəgötürənlə aralarında əmək müqaviləsinin və ya xidməti müqavilənin bağlanmadığını bildirmişlər.

31. Qeyd etmək lazımdır ki, iş kassasiya instansiyası məhkəməsinin icraatında olarkən X10 vəkili tərəfindən müraciət təqdim olunmuş və həmin müraciətdə qeyd edilmişdir ki, hazırda Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılır. Həmin cinayət işi Dövlət Vergi Xidmətinin Bakı şəhəri X55 üzrə Baş İdarəsinin 01 iyun 2021-ci il tarixli, **********1584 nömrəli “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, “50 Qəpik Yemək Bazarı" MMC-nin (VÖEN **********) fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Füzuli, S.Vurğun və M. Əliyev küçələrinin kəsişməsi, “Heydər Əliyev” Sarayının arxası, Qış Parkının ərazisində yerləşən "xxxx" restoranında keçirilmiş operativ vergi nəzarəti zamanı həmin restoranda Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və ya xidməti müqavilə bağlamadan xeyli sayda şəxsin, yəni 34 nəfərin müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilməsinin aşkar edilməsi faktına dair tərtib olunmuş 01 iyun 2021-ci il tarixli, DVX seriyalı, 000773 nömrəli akt və ilkin operativ vergi nəzarət tədbiri üzrə toplanmış materiallar əsasında başlanılmışdır.

32. X10 Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə təqsirləndırilməsinə dair ********* nömrəli cinayət işi üzrə təqdim edilmiş ittiham aktında qeyd edilənlərə görə, X37 qeyriləri ilə birlikdə qabaqcadan əlbir olmaqla, əmək müqaviləsi bağlamadan haqqı ödənilməklə, "50 QƏPİK YEMƏK BAZARİ" restoranında X11, X33, X30, X12, X8, X22, X13, X2, X3, X38, X14, X23, X39, X24, X15, X25, X4, X9, X31, X40, X41, X32, X5, X62, X16, X26, X6, X42, X47, X43, X44, X17, X1 və X27, yəni cəmi 34 (otuz dörd) nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməkdə təqsirli bilinmişdir.

33. Beləliklə, cavabdehin 01 iyun 2021-ci il tarixli, *** *******1584 nömrəli “Operativ Vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən, eyni obyektdə eyni tarixdə keçirilmiş eyni operativ vergi nəzarəti tədbirinin nəticələrinə dair toplanmış materiallar üzrə bir tərəfdən hazırkı mübahisə üzrə iddiaçı tərəf olan “50 Qəpik Yemək Bazarı" MMC-nin vergi məsuliyyətinə, digər tərəfdən isə operativ vergi nəzarətinin keçirildiyi həmin obyektin faktiki icarəyə verildiyi iddia olunan X10 cinayət məsuliyyətinə cəlb edildiyi görünür. Bundan əlavə, hazırkı mübahisəyə münasibətdə operativ vergi nəzarəti tədbiri zamanı izahatı alınmış şəxslər iddiaçının qanuni təmsilçisi X21 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduqlarını bildirdikləri halda, cinayət işi üzrə təqdim edilmiş ittiham aktında həmin hərəkətlərə görə X10 təqsirli bilindiyi qeyd olunmuşdur.

34. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən ziddiyyətli halların araşdırılması və onlara hüquqi qiymət verilməsi məhkəmənin düzgün və əsaslı nəticəyə gəlməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan həmin hallar apellyasiya məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırmalı və yalnız bundan sonra araşdırmanın nəticələrinə hüquqi qiymət verilməli, İnzibati Prosessual Məcəlləsinin 12.1-ci və 82-ci maddələrinin tələblərinə cavab verən qərar qəbul edilməlidir. Nəzərə almaq lazımdır ki, obyektiv qanunauyğun qərarın qəbulu üçün tələb olunan araşdırmanın həcmi xidməti vəzifəsinə görə məhkəmə tərəfindən müəyyən edilməli və belə qərarın qəbulu üçün yetərli olmalıdır.

35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən, əsaslı olduğu hissədə təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halların obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılması və müəyyən edilməsi təmin olunmalıdır.

36. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2 sentyabr 2022-ci il tarixli, 21(103)-2100/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar