Məhkəmə qərarları › İş №2-1(102)-104/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-104/2024

02.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-104/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı3 və başqaları cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə (üçüncü şəxs X13) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, iddia müddətinin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinə (üçüncü şəxs X13) qarşı “cavabdehin xx.xx.2006-cı il tarixli 532 nömrəli qərarının və xx.xx.2006-cı il tarixli 677 nömrəli müqavilənin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 2-1(103)-1643/2023 nömrəli qərardadından İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X4 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə X6 arasında bağlanmış 36153 nömrəli, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən, Binəqədi rayonunun Goradil ərazisində 0.12 hektar torpaq sahəsi olan 1983ç nömrəli bağ sahəsi xx.xx.2015-ci ilədək X1 istifadəsinə verilmişdir.

2. X6 21 sentyabr 2010-cu ildə ölmüşdür və xx.xx.2011-ci il tarixli qanun üzr ə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X1 vərəsəsi oğlu İddiaçı2dur.

3. Cavabdeh yerli özünüidarəetmə orqanının 29 dekabr 2006-cı il tarixli, 532 nömrəli qərarından görünür ki, üçüncü şəxs ərizə ilə bələdiyyəyə müraciət edərək, Görədil bağ massivində istifadə etdiyi 1400 kv.m bağ-torpaq sahəsinin onun mülkiyyətinə verilməsini xahiş etmişdir. Üçüncü şəxsin ərizəsində göstərilənlər bələdiyyənin müvafiq qurumları tərəfindən yerində araşdırılarkən müəyyən olunmuşdur ki, Görədil bağ massivində 1400 kv.m. bağ-torpaq sahəsi həqiqətən də onun istifadəsindədir və həmin sahənin onun mülkiyyətinə verilməsi mümkündür. X5 X14 Daimi Komissiyasının xx.xx.2006-cı il tarixli iclasında baxılaraq, X9 Görədil bağ massivində istifadə etdiyi 1400 kv.m torpaq sahəsinin onun mülkiyyətinə verilməsi məqs ədəuyğun hesab edilmişdir.

4. Torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 30 dekabr 2006-cı il tarixli, 677 nömrəli müqavilədən görünür ki, Görədil bağ massivində 1400 kv.m torpaq sahəsi bələdiyyənin qərarına əsasən, fərdi bağ evinin tikintisi üçün hər kv.m 2,24 manat müəyyən edilməklə üçüncü şəxsə satılmışdır. Müqavilə bələdiyyə sədri tərəfindən imzalanıb möhürlənsə də, üçüncü şəxs tərəfindən imzalanmamışdır.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-387/2021 nömrəli, 08 fevral 2021-ci il tarixli qərardadı ilə, İddiaçı3 cavabdeh X11 (müstəqil tələb irəli sürülməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “bağ sahəsinin boşaldılması, cavabdehin a ilə üzvləri ilə birlikdə çıxarılması və cavabdehlərin öz hesabına inşa etdikləri qanunsuz tikilinin sökülməsi” barədə iddia ərizəsi baxılmamış saxlanılmış və həmin qərardaddan şikayət verilməmişdir.

6. Cavabdeh tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, üçüncü şəxslə bağlanmış müqavilə qanunvericiliyin tələblərinə uyğun verilmişdir və qüvvədədir. Müqavilənin və ya qərarın ləğv edilməsinə əsas olmadığından qərarın və müqavilənin ləğv edilməsi mümkün olmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Bakı şəhəri İcra Hakimiyyətinin başçısının 12 oktyabr 2005-ci il tarixli 266 saylı sərəncamı və Azərbaycan Respublikası Bakı şəhəri İHB Aparatının Abadlaşdırma və X4 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Departamenti ilə bağlanmış 24 sentyabr 20 05-ci il tarixli, 36153 saylı müqavilə ilə mübahisələndirilən torpaq sahəsi iddiaçıların mərhum atasının istifadəsinə verilsə də, sonuncu bələdiyyədə uçota durmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat

7. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2006-cı il tarixli 532 nömrəli qərarının və xx.xx.2006-cı il tarixli 677 nömrəli müqavilənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər.

8. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisində 1983 "Ç” ünvanda yerləşən 0.12 ha bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2005-ci il tarixli, 266 nömrəli sərəncamı ilə X3 verilmiş və müvafiq olaraq, Azərbaycan Respublik ası BŞİHB Aparatının Abadlaşdırma və X4 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Departamenti ilə 24 sentyabr 2005-ci il tarixli, 36153 nömrəli müqavilə bağlanmışdır. Bağ sahəsi iddiaçıların atası tərəfindən onların iştirakı ilə abadlaşdırılmışdır. Xeyli miqdarda- ümumilikdə 80-dən artıq üzüm tənəkləri və s. meyvə ağacları əkilmişdir. Onlar hər il yay-bağ mövsümü zamanı ailəlikcə bu bağda dincəlmişlər. Maddi imkansızlıqdan bağ sahəsinin ətrafını hasarlaya bilməmişlər. İddiaçıların atası X6 21 sentyabr 2010-cu il tarixdə ölmüşdür. Üçüncü şəxs heç bir qanuni əsas olmadan bağ sahəsini zəbt etmiş və orada ev tikmişdir. Belə ki, iddiaçılar bağ sahəsinə getdikdə üçüncü şəxsin tikinti işlərinə başladığını görmüşlər. Üçüncü şəxsə bu bağ sahəsinin onlara məxsus olduğunu bildirərək, tikinti işlərini dayandırmasını və bağ sahəsindən çıxmasını tələb etmişlər. Üçüncü şəxsin bildirdiyinə görə, dayısı Bakı şəhəri Binəqədi rayon bələdiyyəsinin sədri olmuş və guya bu torpaq sahəsini o bağışlamışdır. Onlar bir müddət öncə ona bildirmişlər ki, bu bağ sahəsi onların əmlaklarıdır və boşaldılmalıdır. Lakin, üçüncü şəxsin təzyiqləri ilə üzləşmişlər. Üçüncü şəxs əlavə olaraq 8 sot torpaq sahəsini də zəbt edərək bu torpaq sahəsinə birləşdirmişdir. Onlara məlum olmuşdur ki, Binəqədi rayonu Binəqədi bələdiyyəsinin 532 saylı, 29 dekabr 2006-cı il tarixli qərarı ilə Goradil bağ massivində 1400 kv.m bağ torpaq sahəsinin üçüncü şəxsə ayrılması nəzərdə tutulmuşdur. Bu qərar tamamilə qeyri-qanuni və əsassızdır, qərar verilərkən bu torpaq sahəsinin istifadədə olub-olmaması müəyyən edilməmişd ir, guya boş torpaq sahəsi verilmişdir. Bu cür qanunsuz qərarın verilməsi onlara məxsus torpaq sahəsinin zəbt edilməsi ilə nəticələnmişdir. Onlar əmlaklarından məhrum olmuşlar və xeyli maddi və mənəvi zərərə məruz qalmışlar. Uşaqlarının və nəvələrinin dincəlməyə yeri yoxdur. Qeyd olunmalıdır ki, bağ sahəsinin zəbt edilməsi və tikinti işləri aparılması, həmçinin qanunsuz qərar verilməsi səbəbindən bağ sahəsinin sənədləşdirilməsində problemlər yaranmışdır. Bağ sahəsinin mülkiyyət vəsiqəsi olmasa da, atalarından miras qalmış əmlakdır, ata-baba torpaq sahəsidir və bu, onların mülkiyyəti hesab edilməlidir. Bu torpaq sahəsinin yerləşdiyi ərazi dövlət mülkiyyəti olub yaşayış məntəqələri torpaqlarına aiddir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim: A.P.Oruczadə) 08 aprel 2021-ci il tarixli 21(112)-55 50/2021 nömrəli qərardadı ilə X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

10. Bakı İnzibati Məhkəməsinin (hakim: A.P.Oruczadə) 11 oktyabr 2021-ci il tarixli 21(112)-5550/2021 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı3 Binəqədi Rayon Məhkəməsində hazırki işdə üçüncü şəxs olan X11 qarşı iddia qaldırmış, iddia üzrə mülki işin icraatı zamanı artıq həmin Binəqədi bələdiyyəsinin sözügedən qərarından xəbərdar olmuş, işə əlavə edilmiş mütəxəssis rəyinə əsasən də mübahisəli ərazinin dövlət mülkiyyəti olmaqla, yaşayış məntəqələri torpaqlarına aid edildiyi müəyyən edilmişdir. Belə olan halda, iddiaçı Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 532 nömrəli qərarından ən geci 2020-ci il tarixdə xəbərdar olduğu təqdirdə, həmin qərarı mübahisələndirmək hüququnun 30 günlük müddətini ötürmüşdür.

12. İddiaçılar həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişlər. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) 02 dekabr 2021-ci il tarixli, 21(103)-2965/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibatiMəhkəməsinin 2-1(112)-5550/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

14. Apellyasiya instansiyası qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi, məhkəmə, idd ia tələblərinin dəqiqləşdirilməsində, o cümlədən ikinci tələbin birinci tələbdən ayrılmasında və münasib iddianın irəli sürülməsində iddiaçıya yardım göstərməmiş, bununla da İPM-in 13-cü maddəsinin tələbindən irəli gələn xidməti vəzifəsini lazımınca yerinə yetirməmişdir. Ümumiyyətlə, iddiaçıların iddia ərizəsindən və ona əlavə etdikləri sənədlərə əsasən müəyyən olunan məqsəd və arzularından aydın görünür ki, onların gələcək niyyəti Bakı şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2005-ci il tarixli 266 nömrəli sərəncamı və Bakı şəhər İHB Aparatının Abadlaşdırma və Park- X8 Departamenti Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Departamenti ilə bağlanmış 24 sentyabr 2005-ci il tarixli 36153 nömrəli müqaviləyə əsasən - ataları X3 məxsus olmuş, Bakı şəhəri, Binəqədi rayonu, Goradil ərazisi ndə 1983 “Ç” ünvanda yerləşən 0.12 ha bağ sahəsini vərəsəlik qaydasında öz adlarına rəsmiləşdirməkdən ibarətdir. İşə əlavə olunmuş DƏDRXin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış məktublarından da görünür ki, iddiaçıların daşınmaz əmlakın reyestrinin daşıyıcısı olan həmin qeydiyyat orqanına atalarına məxsus mübahisəli bağ sahəsi ilə bağlı müraciətləri də mövcuddur. Bu baxımdan da, birinci instansiya məhkəməsi tərəfindən iddiaçılara münasib iddianın irəli sürülməsinin təklif olunduğu və onlara yardım göstərildiyi müəyyən olunmur. Beləliklə də, qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlar tam və hərtərəfli şəkildə araşdırılmamışdır. c) birinci instansiya məhkəməsində ikinci icraat

15. Bakı İnzibati Məhkəməsinin (hakim: Ş.A.Hə sənova) 15 noyabr 2022-ci il tarixli 21(112)-6118/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi bələdiyyəsinin “X2 istifadə etdiyi bağ-torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 29 dekabr 2006-cı il tarixli, 532 nömrəli qərarı etibarsız hesab edilmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı mübahisələndirilən qərar qəbul edilən zaman qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməməsi (torpağın bələdiyyənin mülkiyyətində olmasını təsdiq edən sənədin mövcud olmaması, müvafiq orqanların rəylərinin alınmaması, torpaq sahəsinin qanunla müəyyən edilmiş normadan artıq ayrılması), həmçinin, mübahisəli torpaq sahəsinin Goradil bağ massivinin ərazisində yerləşməklə dövlət m ülkiyyətində olan torpaq sahəsi olması müəyyən edilmişdir. Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən sahəsi 0.118907 ha torpaq sahəsi, Binəqədi rayonunun Goradil ərazisində 0.12 ha torpaq sahəsi olan 1983z nömrəli bağ sahəsi dövlət mülkiyyətində olan torpaq sahəsi kimi vətəndaşların mülkiyyətinə verilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh Binəqədi bələdiyyəsi tərəfindən qəbul edilmiş 29 dekabr 2006-cı il tarixli, 532 nömrəli qərar bələdiyyənin mülkiyyətində olmayan torpaq sahəsi ilə bağlı qəbul edildiyindən, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1.2-ci maddəsinə əsasən etibarsız inzibati aktdır. Ona görə də müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş mübahisələndirilən inzibati akt etibarsız sayılmalıdır. Beləliklə, məhkəmə iş materialla rını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab etmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin “X2 istifadə etdiyi bağtorpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 29 dekabr 2006-cı il tarixli, 532 nömrəli qərarı qəbul edilən zaman qanunvericiliyin tələblərinə əməl edilmədiyindən, qeyd edilən inzibati akt qanuna ziddir və ona görə də iddia tələbi təmin edilərək həmin qərar etibarsız hesab edilməlidir.

17. Üçüncü şəxs həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (haki mlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və P.A.Hüseynov) 05 iyul 2923-cü il tarixli, 21(103)-1643/2023 nömrəli qərardadı ilə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6118/2022 nömrəli 15 noyabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

19. Apellyasiya instansiyası qeyd etmişdir ki, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır, ona görə də onun iddiası mümkün sayılmamalıdır. İşin araşdırılan hallarından göründüyü kimi, iddiaçı inz ibati orqanın bundan təxminən 17 il əvvəl həyata keçirdiyi hərəkətlərin qanunsuz sayılmasını tələb edir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda, onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. Hazırki işdə də iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır. Doğrudur ki, müəyyən dövrdə qanunvericilik iddia müddətinin şəxsin hüquq və azadlığının pozulduğu barədə ona “məlum olan gündən” hesablanması qaydasını müəyyən etm işdi. Məsələn, Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik idi (Həmin norma 10 iyun 2011-ci il tarixli 143- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır). Lakin bu hal da iddianın mümkün sayılmasına əsas vermir. Əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, həmin qərar barədə iddiaçılar hələ 2000-ci illərin sonunda məlumatlı olublar. İddiaçılar Binəqədi Rayon Məhkəməsinə iddia təqdim etməzdən əvvəl üçüncü şəxslə onun torpaq sahəsində görüşmüş, qərar onlara təqdim edilmiş və həmin qərar mülki məhkəmə araşdırmasının predmeti olmuşdur. Belə ki, Binəqədi Rayon Məhkəməsinin “mütəxəssis rəyinin alınması” ilə bağlı 15 oktyabr 2020-ci il tarixli qərardadında hazırkı mübahisələndirilən qərarın iş materiallarında olduğu qeyd edilmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRXnin mütəxəssisi öz rəyində həmin qərara istinad etmişdir.

20. İddiaçı3 qərardaddan kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

21. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan qərar və müqavilə barədə Binəqədi Rayon Məhkəməsində işə baxılarkən həmin sənədlər məhkəməyə t əqdim edildikdən sonra məlumatlı olmuşlar. Məlumatlı olduqdan sonra əvvəlcə cavabdehə müraciət etmiş, sonra hazırkı iddianı qaldırmışlar. Apellyasiya instansiyası məhkəməsi işin bu hallarını nəzərə almamış, iddianın mümkün sayılmaması barədə yanlış nəticəyə gəlmişdir. Halbuki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

22. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyə t kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində mü vafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadın ı) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütöv lükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

28. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. M əhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.

30. Məhkəmə kollegiyası iddianın mümkün iddia olmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında da qeyd olunduğu kimi, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmaya raq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, id dianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

31. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi kimi çıxış edən İddiaçı3 izahatında bildirmişdir ki, 2006-cı ildə əraziyə baxış keçirərkən ərazinin hasara alındığını, orada tikinti işləri aparıldığını görmüşdür. Odur ki, iddiaçıların hazırda mübahisə predmeti olan inzibati akt - Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarından həmin vaxtlar məlumatlı olması ağlabatan və məntiqli görünür. Buna baxmayaraq, iddiaçılar həmin inzibati aktı 2021-ci ildə, yəni 15 il sonra məhkəmədə mübahisələndirmiş, beləliklə də, 2011-ci ildə İPM qüvvəyə minənədək qanunla müəyyən edilmiş müddətdə məhkəmə müdafiəsi hüququndan yararlanma mışlar.

32. Belə ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənirdi.

33. İddiaçıların öz hüquqlarının pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orq anının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).

34. Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarını n, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər).

35. Bununla da, iddiaçılar inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələblə məhkəməyə müraciət etməmişlər.

36. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxsl ərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci i l tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. 37.İddiaçılar qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddia qaldıra bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

38. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, iddiaçılar 2020-ci ildə hazırda mübahisəsi gedən bağ sahəsinin boşaldılması və s. tələblərə dair iddia ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmişdir. Həmin qərardadın məzmunundan görünür ki, hazırda mübahisə predmeti olan inzibati akt – Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı mülki işin materiallarında olmuşdur. Belə olan halda, iddiaçılar hazırda mübahisələndirilən Binəqədi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı barədə ən azından həmin vaxtdan, yəni 2020-ci ildən məhkəmədə mülki işin icraatı zamanı məlumatlı olmuşlar.

39. Beləliklə də, iddiaçılar hazırkı iddia ilə məhkəməyə 2021-ci ilin aprel ayında müraciət etməklə İPM-in 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddətini də ötürmüşlər/

40. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 23-24-cü bəndlərində i stinad olunan qanunvericilik normaları baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır.

41. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2023-cü il tarixli, 21(103)-1643/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar