Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-104/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: özəlləşdirilmiş mənzilə mülkiyyət hüququnun qeydə alınması, iddianın qeyri-mümkünlüyü, subyektiv hüququn olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüququnun təkrar qeydə alınması, çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 2-1(103)-2864/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsinin Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 30/7736 nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 113 saylı evin 55 saylı mənzili üzərində X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
2. İddiaçı ilə X2 xx.xx.1975-ci il tarixdə bağladıqları nikah xx.xx.2005-ci il tarix də pozulmuşdur. X6 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir.
3. İddiaçı sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi barədə cavabdehə müraciət etmişdir.
4. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda müraciətin təmin olunmasından imtina edildiyini bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, sözügedən ünvanda yerləşən 53 saylı mənzil digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Müraciət ərizəsinə əlavə edilmiş qeydiyyat vəsiqəsi 55 saylı mənzilə aiddir. Bundan başqa, Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(112)14584/2023 nömrəli qərardadı əsasında qeyd olunan ünvanda yerləşən mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun adına Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsinin Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli, 30/7736 nömrəli qeydiyyat vəsiqəsi əsasında ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Özəlləşdirmə və sahibkarlığa kömək baş idarəsinin Texniki inventarlaşdırma və mülkiyy ət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən xx.xx.1993-cü ildə verilən qeydiyyat vəsiqəsinə görə ünvan 2 ünvanında 2 otaqlı mənzil X3 adına özəlləşdirilərək onun mülkiyyətinə verilmişdir. Eyni zamanda, onun arvadı olan iddiaçı mənzil özəlləşdirilərkən onunla birlikdə ər-arvad kimi yaşamışlar. Belə ki, iddiaçı ilə X7 xx.xx.1975-ci ildə nikaha girmişdir, xx.xx.2005-ci ildə nikahları pozulmuşdur. X7 xx.xx.2013-cü ildə vəfat etmişdir. Mərhumun yas mərasimini X1 keçirmişdir. İddiaçı və X7 birgə nikahda olduqları dövrdə sözügedən mənzil X2 adına özəlləşdirilərək onun mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İddiaçı ilə birlikdə sözügedən mənzildə oğlu X8, X9, X10, X11 yaşayırlar və həmin mənzilin iddiaçının adına keçməsinə notarial qaydada təsdiq olunmuş razılıq ərizələrini vermişlər. Buna baxmayaraq, cavabdeh iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququnun təkrar dövlət qeydiyyatına alınmasına, çıxarışın və texniki pasportun verilməsinə dair ərizəsini təmin etməkdən və mənzilin onun adına dövlət qeydiyyatına alınmasından imtina etmişdir.
7. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2-1(82)-2178/2014 nömrəli qərardadı əsasında Bakı şəhəri, M.Hadi küçəsi, 113 saylı evin 55 saylı mənzilinin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Həmçinin iddiaçı tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim edilməmişdir. Belə ki, qadağanın götürülməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olduqdan sonra, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə təqdim ediləcəyi təqdirdə müraciətə qanunamüvafiq qaydada baxıla bilər. Əlavə olaraq, iddiaçının İdarəyə müraciəti zamanı ərizədə mənzilin nömrəsi “53” qeyd olunmuşdur, lakin müraciət ərizəsinə əlavə edilmiş qeydiyyat vəsiqəsi 55 saylı mənzilə aiddir. 53 saylı mənzil isə daşınmaz əmlakın dövlət reyestrində X4 adına qeydiyyata alınmışdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: Ləman Musayev) 14 may 2024-cü il tarixli, e-2-1(112)-7887/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı keçmiş mərhum ərin in əmlakı üzərində mülkiyyət hüququnun onun adına dövlət qeydiyyatına alınması barədə çıxarışın və texniki pasportun verilməsini tələb edir. Sözügedən mənzil mərhum X5 xx.xx.1993-cü il tarixli, 30/7736 nömrəli qeydiyyat vəsiqəsi ilə məxsus olmuşdur və iddiaçı mərhumun keçmiş arvadıdır. Belə ki, xx.xx.2005-ci il tarixdə onların nikahı pozulmuşdur. Eyni zamanda, mərhumun öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının vəsiyyət üzrə iddiaçıya verilməsi halı müəyyən edilməmişdir. Beləliklə, iddiaçı mənzilin mülkiyyətçisi və ya mülkiyyətçisinin vərəsəsi deyil. Odur ki, mərhum X2 əmlakına dair vərəsə olmadığından iddiaçının tələb irəli sürməyə hüquqi marağı, yəni konkret halda hüquqi müdafiəyə ehtiyacı yoxdur.
10. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianı n təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Cahangir Yusifov /sədrlik edən və məruzəçi/, Namiq Cəfərov və Aytən Oruczadə) 25 iyul 2024-cü il tarixli, 2-1(103)-2864/2024 nömrəli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı tələb edir ki, ünvan 1 ünvanında yerləşən mənzil birgə nikah dövründə əldə olunan əmlak kimi, Ailə Məcəlləsinin 32.1-ci və 32.2.2-ci maddələrinin tələbələrinə müvafiq olaraq onun mülkiyyətidir və reyestrdə mülkiyyət hüququ ilə qeydə alınm alıdır. Lakin iddiaçı bu zaman nəzərdən qaçırır ki, Ailə Məcəlləsinin 36.1-ci maddəsinin tələbinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Eyni zamanda, həmin Məcəllənin 36.9-cu maddəsi nəzərdə tutur ki, nikah pozulduqda ərarvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. İşin qeyd olunan faktiki hallarından isə göründüyü kimi, Məcəllənin qeyd olunan 36.1-ci və 36.9-cu maddələrinin tələblərinə müvafiq olaraq, nə birgə nikah dövründə, nə də ki, həmin nikah 2005-ci ildə pozulduqdan sonra, üç illik iddia m üddəti çərçivəsində, ümumi əmlak kimi həmin mənzilin bölünməsi tələbi barədə iddiaçı tərəfindən ərizə verilməmişdir.
13. Sözügedən iddia müddətinin artıq keçdiyi hazırkı halda isə, keçmiş ərindən miras qalmış həmin mənzil üzərində iddiaçı nə Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsə, nə də həmin Məcəllənin 1168-ci maddəsinə əsasən vəsiyyətnamə üzrə vərəsə sayılır. Digər tərəfdən, həmin Məcəllənin 1163-cü maddəsi onu da nəzərdə tutur ki, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün subyektiv hüququ yoxdur. Belə olan halda hazırkı iddia, İPM-in 35.1-ci maddəsinin nəzərdə tutduğu əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkə mə icraatı mümkün sayıla bilməz.
14. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri
15. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə
1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzill əri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə
4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə
5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məc əlləsi Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, h əmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidi r. 19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tər əflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol veril ənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında ve rilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya insta nsiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə çıxarışın və texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir.
26. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir.
27. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
28. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin idd ia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. 29. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk nö vbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. 30. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.”
31. Göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istədiyi sözügedən mənzilin ona məxsus olmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənədin, yəni iddia edilən mənzilin qanunla müəyyən olunmuş qaydada onun mülkiyyətinə verilməsini və ya onun həmin mənzilin mülkiyyətçisinin vərəsəsi olduğunu təsdiq edən sənədin mövcudluğu iş üzrə materiallarla müəyyən edilmir. İddiaçı tərəfindən də qeyd edilən hallar təkzib edilmir. İddiaçı sözügedən mənzilin birgə nikah dövründə keçmiş əri mərhum X2 xüsusi mülkiyyətinə verildiyinə və bu səbəbdən də həmin mənzilin onların ümumi birgə mülkiyyəti sayıldığına istinad edir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, sözügedən ümumi mənzil birgə mülkiyyət hesab edilə bilməz. Belə ki, bu qərarın 17-ci bəndində istinad edilən normaya görə, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində gös tərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Hazırkı mübahisədə sözügedən mənzil özəlləşdirilərək iddiaçının keçmiş əri mərhum X2 mülkiyyətinə verilmiş və bu barədə onun adına qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Həmin mənzil üzərində mülkiyyət hüququnun mərhum X2 adına qeydiyyata alınmasına və özəlləşdirilməsinə razılıq verildiyi andan iddiaçı həmin mənzilə istifadəçi kimi bütün hüquqlarını, o cümlədən mülkiyyət hüququnu itirmişdir. Nəzərə almaq lazımdır ki, həmin mənzil əvəzsiz qaydada (ilkin dövrlərdə bu, icra hakimiyyəti orqanları tərəfindən bağışlanma qaydasında həyata keçirilirdi) mərhum X5 və iddiaçıya verilmiş, iddiaçı da könüllü şəkildə mərhum X2 xeyrinə hüququndan imtina etmişdir. Başqa sözlə, sözügedən mənzil tərəflər arasında nikah pozulanadək birgə əmlak rejimindən çıxmışdır. Nikah pozulduqdan sonra isə, iddiaçı həmin mənzilə münasibətdə vərəsə ola bilməz. Belə ki, Mülki Məcəllənin 1163-cü maddəsinə görə, nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Odur ki, iddiaçı vərəsəlik qaydasında da həmin mənzilə iddia edə bilməz. İddiaçının həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olması da vəziyyəti iddiaçının xeyrinə dəyişdirmir.
34. İddiaçı nikah pozulduqdan sonra sözügedən mənzildə faktiki yaşamaqda davam edirsə, onda həmin mənzildə yaşamaq imkanını saxlayır. Belə hallarda, həmin mənzilə iddia edən varislər kompensasiya ödəməklə, iddiaçının yaşama im kanına xitam verilməsinə nail ola bilərlər.
35. Beləliklə, hazırkı mübahisəyə münasibətdə iddiaçının iddia etdiyi mənzilə hər hansı hüququnun mövcudluğu iş üzrə materiallarla təsdiq olunmur və bu baxımdan hazırkı məzmunda iddia qaldırmağa iddiaçının subyektiv hüququ mövcud deyildir. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir.
36. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibat i məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
37. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 21(103)-2864/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.