Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1040/2019 29.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, X2 ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin direktoru Nümayəndə1, nümayəndəsi Nümayəndə2, vəkili Vəkil2, cavabdeh Azərbaycan Respublikası Vergilər Naz irliyi 11 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsi Nümayəndə4 və vəkili Vəkil3 iştirakı ilə iddiaçı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinə qarşı “tutulma müddəti bitmiş 171.346,72 manat məbləğində vergi borclarının ümidsiz borc hesab edilərək silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-523/2018 nömrəli, 18 oktyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 29 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSS Ə: Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin şəxsi hesab vərəqəsinə əsasən müəssisənin 20.11.2012-ci il tarixə 171.346,72 manat qalıq borcu vardır. Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi barəsində 2013-2014-cü illər və 2015-ci il üzrə dövlət büdcəsinə müvafiq olaraq 328.388,35 və 136.167,46 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən cinayət işi başlanmışdır. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq İdarəsinin 31.07.2015-ci il tarixli və 11.05.2017-ci il tarixli qərarları ilə Mənzil Kommunal X1 Mənzil Təsərrüfatı və Abadlışdırma İdarəsində külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi ilə başlanmış ********* və 16280325 nömrəli cinayət işləri üzrə icraata xitam verilmişdir. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası məqsədilə İdarənin 01 yanvar 2017-ci il tarixinə mövcud olan faizlər üzrə 380.749,09 manat, əmlaka yönəldilən məbləğ üzrə 239.515,28 manat borcu qeyd-şərtsiz silinmişdir. İdarə tərəfindən vergilər üzrə ödənilmiş məbləğlər vergi orqanı tərəfindən Vergi Vəcəlləsinin 88-ci maddəsinə əsasən yaranma tarixi ardıcıllığı ilə iddiaçının daha əvvəlki vergi öhdəliklərinə aid edilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi (bundan sonra - iddiaçı) ümidsiz borcun silinməsi üçün Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamentinə (bundan sonra cavabdeh) müraciət etmiş, lakin sonuncu 07.12.2017-ci il tarixli məktubla bildirmişdir ki, idarənin 17.12.2017-ci il tarixə 229.143,15 manat borcu olub, həmin borcun tələb etmə müddəti bitməmişdir. Belə ki, Vergi Məcəlləsinin 88-ci maddəsinə əsasən, vergi ödəyici tərəfindən 30.11.2012-ci ildən 30.11.2017-ci ilədək olan dövr ərzində dövlət büdcəsinə edilmiş ödənişlər yaranma ardıcıllığı gözlənilməklə 30.11.2017-ci il tarixədək yaranmış borcların bağlanılmasına aid edildiyindən hazırda müəssisənin ödəmə müddəti bitmiş borcları müəyyən o lunmamışdır. Bundan sonra, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tutulma müddəti bitmiş 171.346 manat 72 qəpik məbləğində vergi borclarının ümidsiz hesab edilərək silinməsi öhdəliyinin 11 saylı Ərazi Vergilər Departamentinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Nizamnaməsi 27.03.2002-ci il tarixdə 1002-A1-21 nömrəli şəhadətnamə əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bərdə bölgə şöbəsində qeydiyyata alınmış və 25.01.2006-cı il tarixdə qeydiyyatda dəyişiklik edilərək Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi adlandırılmışdır. Nizamnamənin 1.1-ci və 1.2-ci bəndlərinə əsasən, Mənzil Təsərrü fatı və Abadlaşdırma İdarəsi Mingəçevir Şəhər Mənzil- Kommunal X1nin 21.10.2000-ci il tarixli 55 nömrəli əmri əsasında Mənzil Təsərrüfatı İdarəsinin adının dəyişdirilməsi ilə onun hüquqi varisi kimi fəaliyyət göstərir. Həmin idarə bundan əvvəl Mingəçevir Şəhər XDS İK-nin nəzdində sərbəst balanslı idarə kimi Respublika Kommunal Təsərrüfatı Nazirinin 19.08.1968 tarixli 314 nömrəli əmri ilə təsis edilmiş və 28.11.1988-ci il tarixli 518 nömrəli əmrlə Mingəçevir Şəhər Mənzil-Kommunal X1nin tabeliyinə verilmişdir. İdarə Mingəçevir Şəhər MənzilKommunal X1nin tabeliyində olmaqla yanaşı, Mingəçevir Şəhər İcra Hakimiyyətinə operativ tabedir. İdarənin əsas fəaliyyət növləri "Dövlət mənzil fondunun istismarı, saxlanılması və yaxşılaşdırılması, xidmət etdiyi ərazidə fasiləsiz olaraq sakinlərin, habelə sosial, məişət, tikinti və digər obyektlərin içməli su və isti su ilə təchizatını təmin etmək, onlara kanalizasiya xidmətləri göstərmək habelə Nizamnamə ilə yol verilən və mövcud qanunvericiliklə qadağan olunmayan digər fəaliyyət növləri" göstərməkdən ibarətdir. İdarə vergi orqanından aldığı ********** saylı vergi ödəyicilərinin eyniləşdirilmə nömrəsi əsasında fəaliyyət göstərir. Fəaliyyət göstərdiyi dövrlər üzrə idarənin fəaliyyəti vergi orqanı tərəfindən müntəzəm olaraq yoxlanılmış və nəticəsi üzrə aktlar tərtib edilmişdir. Fəaliyyət göstərdiyi dövrlərin bəyannamə məlumatları əsasında şəxsi hesab vərəqəsində hesablanmış vergilər üzrə idarənin 33 noyabr 2012-ci il tarixə 265.306,27 manat məbləğində borcu olmuş və həmin borc məbləğindən 24 noyabr 2017-ci il tarixə qalıq qrafasında 196.696, 40 manat vergilərin tutulması mümkün olmamış və həmin məbləğ qalıq kimi qalmışdır. Dövlət büdcəsinə 30 noyabr 2012-ci il tarixə olan 265.306,27 manat məbləğində borc 09 avqust 2017-ci il tarixinə İdarənin şəxsi hesab vərəqəsi üzrə 171.346,72 manat təşkil etmişdir. Tutulma müddəti bitmiş 171.346,72 manat məbləğində vergilərin ümidsiz borc kimi silinməsi ilə əlaqədar 30 noyabr 2017-ci il tarixdə 184 nömrəli məktubla rəsmi qaydada 11 saylı Ərazi Vergilər Departamentinə müraciət edilsə də, cavabdeh əsassız olaraq müraciətin təmin olunmçasından imtina etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının şəxsi hesab vərəqəsi üzrə 09.08.2017-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 193.453,10 manat borcu mövcud olmuşdur ki, həmin borcun 171.306,72 manatı əsas b orcdan, 22.106,38 manatı faiz borcundan və 40 manatı isə maliyyə sanksiyası üzrə borcdan ibarət olmuşdur. İddiaçının ümidsiz borc hesab edilərək silinməsini tələb etdiyi 171.346,72 manat borc məbləği 09.08.2017-ci il tarixə olan yeni yaranmış və dövlət büdcəsinə ödənilməmiş borc məbləğləridir. İddiaçının ümidsiz borc hesab edilərək silinməsini iddia etdiyi 171.346,72 manat məbləğ o halda ümidsiz borc olardı ki, 09.08.2017-ci il tarixdən 5 il əvvələ, yəni 09.08.2017-ci il tarixə olan borc məbləğindən sonra bu günədək olan dövrdə hər hansı ödəniş edilməmiş olsun və 09.08.2012-ci il tarixdən sonra yaranmış borclar istisna olmaqla həmin tarixə mövcud olan borclar ümidsiz borc hesab edilsin. Ancaq iddiaçının şəxsi hesab vərəqəsindən göründüyü kimi, 09.08.2012-ci il tarixə olan borcundan sonra v ergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ümumilikdə 1.019.867,66 manat məbləğində ödəniş edilmişdir, Vergi Məcəlləsinin 88-ci maddəsində vergilər üzrə borcların ödənilməsi qaydası müəyyən edilmişdir. Belə ki, vergi ödəyicinin əvvəlki illərdən borcu vardırsa, onun cari il üçün nəzərdə tutaraq ödədiyi vergi məbləği Vergi Məcəlləsinin 88.0.1-ci maddəsində nəzərdə tutulduğu kimi əvvəlki ildən və ya illərdən qalan vergi borcuna aid edilir. Vergi ödəyicisinin şəxsi hesab vərəqəsi üzrə 09.08.2012-ci il tarixə ümumilikdə 414.228,80 manat məbləğində borcu olmuş, həmin borcun da 186.890,54 manatı vergi, 181.984,56 manatı faiz, 45.353,70 manatı maliyyə sanksiyası üzrə borclardan ibarət olmuşdur. Vergi Məcəlləsinin tələbindən də göründüyü kimi, vergi ödəyicisinin 09.08.2012-ci il tarixə mövcud olan 186.890,54 manat məbləğində əsas vergi borcundan sonra dövlət büdcəsinə 1.019.867,66 manat məbləğində vəsait ödənmişdir ki, bu da nəinki həmin tarixə olan əsas vergi borcunun ödənməsi, həmçinin ödəniş həcmində həmin tarixdən sonra yaranmış digər borcların da ödənməsi deməkdir. Hazırda vergi ödəyicisinin VM-nin 85.4-cü maddəsində nəzərdə tutulmuş tələb etmə müddəti bitmiş borcu olmadığından iddia tələbi rədd edilməlidir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2-1(84)-154/2018 nömrəli qərarı ilə (hakim: V.K.Qasımov) iddia təmin edilmiş, iddiaçının 30.11.2012-ci il tarixədək yaranmış 171.346,72 manat məbləğində əsas vergi borcunun ümidsiz borc hesab edilməsi və həmin məbləğin iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və i ş üzrə təyin edilmiş məhkəmə ekspertizası üzrə 145 manat ekspertiza xərcinin iddiaçıdan tutulub dövlət büdcəsinə ödənilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir. Qanunverici ümidsiz borcların silinməsini vergi orqanının hüququ yox, vəzifəsi olaraq müəyyən etmişdir. Buna baxmayaraq, vergi orqanı həmin borcu silməyərək vergi ödəyicisi tərəfindən ödənilmiş vergiləri VM-nin 88-ci maddəsinə istinad edərək əvvəlki borcun ödənilməsinə yönəltmişdir ki, bu da yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbinə ziddir. Belə olan halda, 30.11.2012-ci il tarixədək yaranmış 171.346,72 manat məbləğində əsas vergi borcu ümidsiz borc hesab e dilməli və cavabdehin üzərinə həmin məbləğin iddiaçı müəssisənin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi qoyulmalıdır. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci tarixli, 21(107)-523/2018 nömrəli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.Q.Abbasov və E.Ş.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 iyul 2018-ci il tarixli, 2-1(84)-154/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiya məhkəməsinin qərarından cavabdeh kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək Şəki Apelyasiya Məhkəməsinin İn zibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018-ci tarixli, 2-1(107)-523/2018 nömrəli qərarının ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Kassasiya şikayəti və ona əlavənin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının dövlət büdcəsinə yaranmış borclarının ümidsiz borc hesab edilərək silinməsini iddia etməsinin heç bir hüquqi əsası olmamışdır. Belə ki, Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin şəxsi hesab vərəqəsi üzrə 19.08.2017-ci il tarixə dövlət büdcəsinə ödənilməmiş ümumilikdə 193.453,10 manat borcu mövcud olmuşdur. Həmin borcun tərkibi 171.306,72 manat əsas vergi borcu, 22.106,38 manat faiz, 40,00 manat maliyyə sanksiyası olmuşdur. Qeyd olunan 171.306,72 manat əsas vergi borcunun tərki bi aşağıdakı vergi növlərindən və hesabat dövrlərindən ibarət olmuşdur (09.08.2017-ci il tarixə olan əsas vergi borcunun tərkibi barədə məlumat şikayətə əlavə olunur): • 126.243,20 manat ƏDV (avqust 2016 - iyun 2017); • 5.977,95 manat əmlak vergisi (2016 - 2017); • 97,70 manat torpaq vergisi (2017); • 4.879,25 manat MÖMV (avqust 2016 - iyun 2017). • 34.108,62 manat mənfəət vergisi (2015 - iyun 2016). Eyni zamanda, 22.106,38 manat faiz borcu məhz yuxarıda qeyd olunan vergi borcları üzrə hesablanmışdır. Digər tərəfdən, iddia olunan tarixdən (09.08.2017) 5 il əvvəlki tarixə, yəni 2012-ci ilin avqust ayının 9-na müəssisənin borcu 414.228,80 manat olmuş və bu borcun tərkibi aşağıdakı kimi olmuşdur: • 186.890,54 manat əsas vergi borcu; • 45.353,70 manat maliyyə sanksiyası; • 181.984.56 manat fai z borcu olmuşdur. Qeyd olunan tarixdən, yəni 2012-ci ilin avqust ayından 09.08.2017-ci il tarixə qədər iddiaçı dövlət büdcəsinə 1.019.687,66 manat ödəniş etməklə yuxarıda göstərilən bütün borc məbləğini ödəmişdir. Bununla yanaşı, eyni dövrdə vergi orqanı kameral vergi yoxlamasının nəticəsini ləğv etməklə yuxarıda göstərilən borc məbləğinin 70.227,12 manat hissəsini azaltmışdır. Nəhayət, 5 illik dövrdə vergi orqanı müəssisənin 594.454.32 manat (446.509,5 manat faiz və 77.717,7 manat maliyyə sanksiyası və 70.227,12 manat) borcunu silmiş və azaltmışdır. Daha sonra qeyd edilir ki, Vergi Məcəlləsinin 88-ci maddəsi ilə vergilər üzrə borcların ödənilməsi qaydası müəyyən edilmişdir. Belə ki, vergi ödəyicinin əvvəlki illərdən borcu vardırsa onun cari il üçün nəzərdə tutaraq ödədiyi vergi məbləği Vergi Məcəlləsinin 88.0.1ci maddəsində nəzərdə tutulduğu kimi əvvəlki ildən və ya illərdən qalan vergi borcuna aid edilir. Vergi Məcəlləsinin tələbindən də göründüyü kimi, vergi ödəyicisinin 09.08.2012-ci il tarixdən sonra (iddia həcminin artırılması barədə ərizədən əvvəlki 5 illik müddət ərzində) dövlət büdcəsinə 1.019.687,66 manat məbləğində vəsait ödənmişdir ki, bu da nəinki həmin tarixə olan əsas vergi borcunun ödənməsi, həmçinin ödəniş həcmində həmin tarixdən sonra yaranmış digər borcların da ödənməsi deməkdir. Şikayətdə həmçinin qeyd edilir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, iddiaçının silinməsini iddia etdiyi dövlət büdcəsinə ödənməmiş qalan borcunun hansı tarixdə və hansı tədiyyələr üzrə borclardan ibarət olması göstərilmişdir. Hazırkı iş üzrə iddiaçının dö vlət büdcəsinə olan borcunun tərkibində ən əvvəlki dövrə aid borc 2015-ci il üçün hesablanmış mənfəət vergisidir ki, onun da tələbetmə müddəti 2021-ci ilin mart ayının 31-i (vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 5 il sonra) başa çatır İddiaçının məhkəmədə iddia qaldırmaqla mübahisə edilən məbləği ödəmədiyini bildirərək həmin borcun ümidsiz borclardan ibarət olmasını iddia etməsi Vergi Məcəlləsinin 88-ci maddəsinin təsiri altına düşərək ödədiyi ödənişlərlə təkzib olunur. Qanunvericilikdə 88-ci maddə ilə borcların ödənməsinin qaydasının müəyyən edilməsi heç də təsadüfi deyildir. Həmin maddə ilə borcların ödənməsinin qaydasını müəyyən edilməsi zərurətdən yaranmışdır və iddiaçının istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarında da göstərildiyi kimi vergi ödəyicisi vergi öhdəlikləri üzrə məbləğləri mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur, əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2018ci tarixli, 2-1(107)-523/2018 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etdilər. İddiaçının direktoru, vəkili və nümayəndəsi kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni ə saslı saymır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçı 2017-ci ilin dekabr ayında iddia ilə məhkəməyə müraciət edərək şəxsi hesab vərəqəsində 09.08.2017-ci il tarixinə mövcud olan 171.346,72 manat borcunun silinməsini xahiş etmişdir. Mübahisə üzrə xüsusi bilik tələb olunduğunu hesab edən Şəki İnzibati-İqtisadi Məhkəməsi iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və 171.346,72 manat borcun hansı hissəsinin tutulma müddətinin, yəni 5 illik müddətin 30.11.2017-ci il tarixədək qurtarması barədə ekspert qarşısında sual qoymuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 21.05.2018-ci il tarixli 6901 nömrəli məhkəmə-mühasibatlıq ekspertizas ı rəyində 30.11.2017-ci il tarixədək 171.346,72 manat borcun tutulma müddətinin, yəni 5 illik müddətin ötürüldüyü qeyd edilmişdir. Qeyd olunan rəyi mübahisəsiz sübut kimi qəbul edən həm birinci instansiya məhkəməsi, həm də apelyasiya məhkəməsi bu rəyi yoxlamamış və düzgün qiymətləndirməmişdir. Başqa sözlə, aşağı instansiya məhkəmələri yoxlanılmamış və qiymətləndirilməmiş sübuta istinad etməklə qərar qəbul etmişlər. Halbuki, həmin rəyə nəzər saldıqda, xüsusi bilik tələb olunmadan belə aydın olur ki, ekspertiza tədqiqatı tam və hərtərəfli aparılmamışdır. Belə ki, ekspert 30.11.2012-ci il tarixə iddiaçının dövlət büdcəsinə 265.306,27 manat borcunun mövcudluğunu qeyd edir. Daha sonra ekspert vergi orqanı tərəfindən sərəncamlar vasitəsilə iddiaçının bank hesablarından tutulmuş aşağıdakı əməliyy atları sadalayır: • 06.06.2013-cü il tarixdə – 1.062,3 manat; • 13.11.2014-cü il tarixdə – 1.059,0 manat; • 04.12.2014-cü il tarixdə – 514,86 manat; • 07.07.2015-ci il tarixdə – 454,55 manat; • 13.03.2017-ci il tarixdə – 1.391,32 manat; • 23.05.2017-ci il tarixdə – 19,53 manat; • 02.06.2017-ci il tarixdə – 1.631,71 manat; • 06.06.2017-ci il tarixdə – 258,29 manat; • 08.07.2017-ci il tarixdə – 1.631,71 manat; • 24.06.2017-ci il tarixdə – 40,15 manat. Sadalanan əməliyyatlar nəticəsində cəmi 8.063,42 manat vəsaitin iddiaçının bank hesablarından məcburi qaydada tutulduğu müəyyən edilir. Tədqiqatı davam etdirən ekspert iddiaçının aşağıdakı məbləğlərdə borcunun vergi orqanı tərəfindən silindiyini qeyd edir: • 05.01.2015-ci il tarixdə – 17.508,7 manat maliyyə sanksiyası; • 29.12.2016-cı il tarixd ə – 10.720,0 manat maliyyə sanksiyası; • 02.02.2017-ci il tarixdə – 49.489,0 manat maliyyə sanksiyası; • 05.01.2015-ci il tarixdə – 65.760,41 manat faiz; • 14.01.2017-ci il tarixdə – 380.749,09 manat faiz. Göstərilən əməliyyatlar nəticəsində iddiaçının cəmi 77.717,7 manat maliyyə sanksiyası üzrə borcu və 446.509,5 manat faiz borcu vergi orqanı tərəfindən silinmişdir. Faiz üzrə borcların silinməsini nəzərə almadığını bildirən ekspert vergi orqanı tərəfindən sərəncam əsasında məcburi tutulmuş vəsait və silinmiş maliyyə sanksiyalarına istinad edərək iddiaçının cəmi 171.346,72 manat borcunun tələb etmə müddətinin keçməsi qənaətinə gəlmişdir. Buna baxmayaraq ekspert 171.346,72 manat məbləğin məhz hansı riyazı əməliyyat nəticəsində formalaşdığını izah etməmişdir. Başqa sözlə, ekspertin mövqeyinə görə ümidsiz borcun məbləği 171.346,72 manat deyil, 179.525,15 manat [(265.306,27 – (8.063,42 + 77.717,7)] təşkil etməli idi. Digər tərəfdən, qeyd olunan ekspertiza rəyinə münasibətdə cavabdeh apelyasiya şikayətində bildirmişdir ki, 09.08.2012-ci il tarixdən 09.08.2017-ci il tarixədək iddiaçı ümumilikdə 1.019.867,66 manat ödəniş etmiş, lakin ekspert ümidsiz borc məbləğini müəyyən edərkən bu ödənişin çox cüzi hissəsini – yalnız sərəncam əsasında tutulmuş məbləği nəzərə almışdır. Halbuki, vergi qanunvericiliyinə görə borcun ödənilməsi üçün ödənişin xarakteri, yəni könüllü ödənilməsi, yaxud məcburi tutulması heç bir əhəmiyyət daşımır. Buna baxmayaraq, apelyasiya məhkəməsi cavabdehin qeyd olunan mövqeyinə ümumiyyətlə münasibət bildirməmiş və bu hal işin düzgün həll edilməsinə mane olmuşdur. Buna görə Kollegiya hesab edir ki, ümidsiz borc məbləği müəyyən edilərkən bütün ödəniş məbləğləri nəzərə alınmaqla işə yenidən baxılmalıdır. Cavabdeh istər apelyasiya şikayətində, istərsə də kassasiya şikayətində bildirmişdir ki, iddia ərizəsində mübahisələndirilən 171.346,72 manat borc məbləği iddia ərizəsinin qaldırıldığı tarixdən əvvəlki 2-3 il ərzində yarandığı üçün həmin borcun 5 illik tələb etmə müddəti ötməmişdir. Bununla yanaşı, apelyasiya məhkəməsi cavabdehin bu dəlilinə münasibət bildirməmiş, yəni mübahisələndirilən 171.346,72 manat borcun hansı vergi növünə və hesabat dövrünə aid olduğunu ümumiyyətlə araşdırmamışdır. Buna görə Kollegiyanın mövqeyinə görə 171.346,72 manat borcun hansı vergi növünə və hesabat dövrünə aid olduğunu müəyyən etmədən iş üzrə düzgün nəticəyə gəlmək müm kün deyildir. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçı tərəfindən 2013-2014-cü illər üzrə ödəməkdən yayındırılmış 328.388,35 manat vergilər üzrə 25.02.2015-ci il tarixdə cinayət işi başlanmış, həmin borclar tamamilə ödənildiyindən 31.07.2015-ci il tarixdə cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin, iddiaçı tərəfindən 2015-2016-cı illər üzrə ödəməkdən yayındırılmış 136.167,46 manat vergilər üzrə 28.07.2016-cı il tarixdə cinayət işi başlanılmış, həmin borclar tamamilə ödənildiyindən 11.05.2017-ci il tarixdə cinayət işi üzrə icraata xitam verilmişdir. Nəhayət, 22.11.2017-ci il tarixdə iddiaçının 20162017-ci illər üzrə ödəməkdən yayındırılmış 183.261,34 manat vergilər üzrə cinayət işi başlanılmış, həmin cinayət işi üzrə icraat 14.12.2018-ci il tarixdə dayandırılmışdır. Kollegiyanın mövqeyinə görə, apelyasiya məhkəməsi işin qeyd olunan bu halını da araşdırmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəsi apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci ma ddəsi apelyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipinin tələbl əri pozulmuşdur. İPM-in 12.1-ci və 58.7-ci maddələrinin tələbləri apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 11 saylı Ərazi Vergilər Departamenti tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-523/2018 nömrəli iş üzrə 18 oktyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçü
Məhkəmə qərarları › İş №2-1(102)-1040/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1040/2019
29.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver