Məhkəmə qərarları › İş №2-1(102)-1040/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1040/2020

12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1040/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə Açar söz: müddətdən artıq xidmət illəri nəzərə alınmaqla pensiyanın yenidən hesablanması GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iştirakı ilə, İddiаçı Iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən h esablanması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2258/2019 saylı, 10.10.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: İddiaçı **.**.1971 -ci ildə Masallı rayonunda anadan olmuş, 1989-1991-ci illərdə Sovet Ordusu tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Azərbaycan Respublikası Milli Ordunun Füzuli Batalyonu tərkibində iştirak etmiş, 26.01.1994-cü ildə Füzuli rayonu ərazisində gedən döyüş əməliyyatları zamanı odlu güllə yarası almış, sağ aşağı ətrafı amputasiya olunmuş, hərbi xidmət üçün yararsız olduğu müəyyən edilmiş, **** nömrəli, 09.08.1994-cü il tarixli xəstəlik haqqında arayışa əsasən, həmin tarixdə hərbi xidmətdən ehtiyyata buraxılmışdır və 05.11.2008-ci il tarixli **** nömrəli vəsiqəyə əsasən həmin tarixdən ikinci qrup əlildir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədardır və həmin vaxtdan da ona pensiya təyin olunmuşdur. İddiaçı, 03.08.2018-ci il tarixində hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası təyin olunması üçün cavabdeh orqana müraciət etmiş, iddiaçıya 01.08.2018-ci il tarixindən hərbi qulluqçu kimi II qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir və qanunvericiliklə nəzərdə tutulmuş son 3 ilin pensiya fərqi 01.11.2018-ci il tarixindən hissə-hissə pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hes abına köçürülür. Pensiyanın 01.08.2018-ci il tarixindən təyin edilməsi ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, pensiyanın düzgün hesablanmaması nəticəsində pensiya almaq hüququnun yarandığı gündən (1994-cü ildən) yaranmış məbləğin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, pensiya fərqi məbləği onun pensiya almaq hüququnun yarandığı, yəni əlil olduğu tarixdən hesablanmalı olsa da, cavabdeh orqan isə bu məbləği pensiya təyin olunduğu tarixdən əvvəlki üç il üçün, yəni 01.08.2015-ci ildən hesablamış, beləliklə pensiyanın düzgün hesablanmaması nəticəsində iddiaçı pensiya fərqi məbləğini almaqdan məhrum olmuşdur. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən cavabdeh tərəfindən iddiaçıya pensiya təyin olunduğu tarixdən (01.08.2018-ci il) əvvəlki üç ilin pensiya fərqi hesablanaraq ödənilmişdir. İddiaçı pensiya fərqinin 1994-cü ildən hesablanaraq ödənilməli olduğunu bildirsə də, qanunvericilikdə belə bir tələb yoxdur. Belə ki, iddiaçının iddia etdiyi 1994-cü il üçün qüvvədə olmuş qanunvericilikdə, yəni “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 45-ci maddəsində də qeyd olunmuşdur ki, vaxtında müraciət edilmədikdə keçmiş müddət üçün pensiya həmin pensiyanı almaq hüququnun yarandığı gündən, lakin pensiya üçün müraciət edildiyi gündən ən çoxu 12 ay əvvəl təyin edilir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məh kəməsinin 02.07.2019-cu il tarixli, 2-1(81)964/2019 nömrəli qərarına əsasən, iddianın qismən təmin edilməsini, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə pensiyanın 01.01.2007-ci il tarixindən 01.08.2015-ci il tarixinədək yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını qərara almışdır. Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 12.2-ci maddəsinin 01.07.2017-ci il tarixinədək qüvvədə olan redaksiyasına, həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27.03.2014-cü il tarixli, 01.12.2010-cu il tarixli qərarlarında formalaşdırdığı hüquqi mövqelərə istinad edərək qeyd etmişdir ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minm əsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalı olduğundan cavabdehin 01.08.2015-01.08.2018-ci il tarixləri arasındakı keçmiş müddət üçün pensiya hesablaması iddiaçının hüquqlarını pozmuşdur və iddiaçıya 01.01.2007-ci il tarixindən 01.08.2015-ci il tarixinədək müddət ərzində yaranmış pensiya fərqi ödənilməli, 1994-cü ildən 01.01.2007-ci il tarixinədək olan müddət ərzində yaranmış pensiya fərqinin ödənilməsi hissəsində isə rədd edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2-1(81)964/2019 nömrəli qərarından həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2019-cu il tarixl i, 2-1(103)-2258/2019 nömrəli qərarına əsasən, cavabdehin şikayətinin təmin edilməməsi, iddiaçının şikayətinin isə qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.07.2019-cu il tarixli, 2-1(81)-964/2019 nömrəli qərarının dəyişdirilərək iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyə görə pensiyasının 01.01.2006-cı il tarixindən 01.08.2015-ci il tarixinədək yenidən hesablanması və yaranacaq pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya ödənilməmiş pensiya fərqinin “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixdən sonra ödənilməli olduğuna dair düzgün nəticəyə gəlsə də, səhvə yol verərək qərarda həmin Qanunun 01.0 1.2007-ci il tarixindən qanuni qüvvəyə mindiyini göstərmişdir. Odur ki, qərar bu hissədə dəyişdirilərək iddiaçıya pensiyanın 01.01.2006-cı il tarixindən 01.08.2015-ci il tarixinədək yenidən hesablanması vəzifəsi cavabdehə həvalə edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2-1(103)-2258/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə iddiaçıya ilkin təyinat olarkən müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tanınmadığından, ona pensiya təminat xərcliyindən məhz həmin məlumat vərəqəsi göndərildikdən sonra hesablanmış, iddiaçının müraciəti təmin edilərək 09.08.2018-ci ildə ona əlilliyə gö rə pensiya təyin edilmişdir. Kassator, İnzibati-Prosessual Məcəllənin 58.7, 68.2-ci, “Əmək pensiyaları haqqında” Qanunun 11.1, 11.2-ci, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3, 4-cü bəndlərinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2019cu il tarixli, 2-1(103)-2258/2019 nömrəli qərarının ləğv olunması və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri ba rədə məhkəməyə qabaqcadan rəsmi qaydada məlumat verməmişdir. Ali Məhkəmə Kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2-1(103)-2258/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qey d edir. İşin mübahisəsiz hallarına görə iddiaçıya 01.08.2018-ci il tarixində 01.08.2015-ci il tarixindən hesablanmaqla müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu kimi pensiya təyin edilmişdir. Hazırda mübahisə predmeti olan məsələ isə iddiaçıya hərbi qulluqçu kimi keçmiş müddət üçün ödənilməmiş pensiya fərqinin hansı tarixdən ödənilməli olması ilə bağlıdır. Cavabdeh kassasiya şikayətinin dəlilində iddiaçıya pensiyanın təyin olunduğunu, yaranmış fərqin qanunvericiliyin tələblərinə uyğun olaraq ona ödənildiyini bildirsə də, məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 01.07.2017-ci il tarixinədək qüvvədə olan 31.1-ci və 37.7-ci maddələrinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 01.07.2017-ci il tarixinədək qüvvədə olan 32.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olunduğu gündən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövr üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çıxmış şəxslərə isə ömürlük təyin edilir. Həmin Qanunun 01.01.2019-cu il tarixindən qüvvəyə minmiş 32.1-1 maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Apellyasiya instansiya məhkəməsi göstərilən normalara istinad edərək haqlı olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci m addəsi iddiaçının hüquqi vəziyyətini ağırlaşdıran norma olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsi iddiaçıya münasibətdə hüquqi vəziyyəti yaxşılaşdıran norma kimi tətbiq edilməklə ötən müddət üçün ödənilməmiş əmək pensiyası fərqi iddiaçıya həmin Qanun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixindən ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.03.2014-cü il tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair qərarında qeyd olunmuşdur ki, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimlənmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edil miş pensiya hüququ saxlanılmalıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyə uyğun olaraq iddiaçıya pensiya hesablandığını bildirsə də, apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını düzgün qiymətləndirərək hesab etmişdir ki, iddiaçının əlilliyə görə pensiyası “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixdən, yəni 01.01.2006-cı il tarixindən 01.08.2015-ci il tarixinədək yenidən hesablanmalıdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdi r. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasə n, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 10.10.2019-cu il tarixli, 2-1(103)-2258/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar