Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1040/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əlillik müavinətinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüq uqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ X1 əlillik müddətinin bitdiyi tarixdən yenidən əlilliyinin bərpa edildiyi müddətədək əlillik vəziyyətinə uyğun müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 21(105)-722/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının qızı - X1 təkrar müayinə əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2022ci il tarixədək 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və həmin tarixdən sosial müavinət təyin edilərək ödəniş xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir.
2. X1 növbəti müayinə əsasında xx.xx.2022-ci il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 55 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və ona xx.xx.2022-ci il tarixdən 120 manat məbləğində əlilliyə görə sosial müavinət təyin edilmişdir.
3. İddiaçı qızının əlilliyinin dayandırıldığı xx.xx.2022-ci il tarixdən yenidən əlilliyin təyin olduğu xx.xx.2022-ci il tarixədək əlilliyə görə buraxılmış müddət üçün sosial müavinətin ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2023-cü il tarixli məktubla imtina edərək bildirmişdir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-1-ci maddəsinə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildi kdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. İddiaçının qızının əlillik statusu xx.xx.2022-ci il tarixdə qiymətləndirilmişdir. Qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə pensiya bərpa edilib ödənilir. Lakin həmin 6 ay müddət keçdiyindən, Qanunun 3.3-1-ci maddəsinin tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, qızı - X1 əlillik müddətinin bitdiyi tarixdən yenidən əlilliyinin bərpa edildiyi müddətədək əlillik vəziyyətinə uyğun müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını x ahiş etmişdir.
5. İddiaçının tələbi hazırkı qərarın 1-3-cü bəndlərində sadalanan hallara istinad edilməklə əsaslandırılmışdır.
6. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubun dəlilləri ilə eynilik təşkil edir.
7. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Burcayev) 11 iyul 2023-cü il tarixli, 21(118)-3637/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının övladı X1 əlillik müddətinin bitdiyi tarixdən yenidən əlilliyinin bərpa edildiyi müddətədək əlillik vəziyyətinə uyğun müavinətin hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsinin əsaslandırması: 8.1. Hazırkı iş üzrə iddiaçının övladının əlil olması işin mübahisəsiz tərəfidir, yəni onun əlil olması mübahisələndirilmir. Belə ki, id diaçının övladının xx.xx.2013 - xx.xx.2022ci illərdə mövcud olmuş əlilliyi xx.xx.2022-ci ildən bu günə kimi də davam etməkdədir. xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək müddət ərzində iddiaçının övladının əlilliyin təyin edilməməsi onun təqsiri deyildir. Yəni, həmin müddət ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində onun əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla, iddiaçının övladı əlilliyi olan şəxs hesab edilir. Həmin müddət ərzində ona müavinətin ödənilməməsi, onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar. 8.2. Eyni zamanda, iddiaçı ötürülmüş müddətlərdə TSEK-ə əlilliyin müəyyən edilməsi ilə bağlı müraciətlər etmiş, lakin Tibbi Sosial Ekspert Komissiyasının qərarı ilə ona əlilliyin verilməsi müxtəlif bəhanələrlə uzanmışdır. Belə ki, iş materialları ilə də müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2022-ci ildə Sumqayıt Psixiatriya Xəstəxanasında müayinədən keçmişdir. 8.3. Cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarını təqdim etmiş və həmin qərarda müəyyən edilmişdir ki, iddiaçının təkrar əlilliyi ilk dəfə təyin edilən əlilliyinin bitdiyi vaxtdan 06 ay ərzində deyil, 06 aydan çox müddət keçdikdən sonra təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz. 8.4. Hazırkı iş materiallarında isə həmin situasiyadan fərqli olaraq müəyyən edilmişdir ki, iddiaçının övladının əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyasının 55% pozulması ilə müddətsiz əlillik təyinatı aparılmışdır. İddiaçının övladı xx.xx.2022-ci il tarixdə Sumqayıt Psixiatriya Xəstəxanasında qeydiyyatda olmuş və tibb müəssisəsi tərəfindən TSEK-ə göndərişlər həyata keçirilmişdir. Müəssisə iddiaçının övladının qeydiyyatda olduğu tarixdən 1 ay sonra TSEK-ə göndərişi həyata keçirmiş və TSEK tərəfindən iddiaçının övladının əlilliyi xx.xx.2022-ci ildə qiymətləndir ilərək öz təsdiqini tapmışdır. Həmin müddətin ötürülməsi (30 gün) iddiaçının təqsiri üzündən baş verməmişdir ki, bunun nəticəsində də iddiaçının azyaşlı övladının sosial təminat hüququnun məhdudlaşdırılması düzgün olmazdı.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.İ.Məmmədov və G.İ.Cabbarova) 27 oktyabr 2023-cü il tarixli, 2-1(105)-722/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 11 iyul 2023-cü il tarixli, 2-1(118)-3637/2023 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni q ərar qəbul edilmiş, iddia təmin edilməmişdir.
11. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması: 11.1. İşin mübahisəsiz hallarından göründüyü kimi, iddiaçının övladına təkrar əlillik onun bitdiyi tarixdən 6 aydan sonra - xx.xx.2022-ci il tarixdə təyin edilmişdir. İşə baxan məhkəmə 6 aylıq müddət ərzində əlilliyin təyin edilməməsinin iddiaçının təqsiri olmamasına istinadən ödənişin aparılmalı olması nəticəsinə gəlsə də, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan əlillik təyin edən qurumun qərarında göstərilən əlilliyin təyini tarixinə bağlıdır. Başqa sözlə, əlillik təyin edən qurumun qərarında qeyd olunan əlilliyin təyin tarixi cavabdehə pensiya ödənişinin hansı qaydada və hansı tarixdən həyata keçirilməli olması üçün əsasdır. 11.2. Hazırda iddiaçı onun övladına əlilliyin vaxtınd a təyin edilməməsində təqsirsiz olması halından çıxış edirsə, bu halda, ilk növbədə o, əlilliyin təyini ilə bağlı xx.xx.2022-ci il tarixli qərarı mübahisələndirməklə, həmin qərarla təyin edilmiş əlilliyin tarixinin dəyişdirilməsinə nail olduqdan sonra hazırkı iş üzrə cavabdehə qarşı əvvəlki dövr üçün pensiya ödənişinin həyata keçirilməsi ilə bağlı tələb irəli sürə bilər. 11.3. Bundan əlavə, iddiaçı “İnzibati icraat haqqında” Qanunun 89-cü maddəsi Mülki Məcəllənin 1100-cü maddəsinə müvafiq olaraq əlilliyin gec təyin edilməsində təqsirli olan dövlət orqanının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini də tələb edə bilər. 11.4. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını araşdırmadan iddia tələbini təmin etməkdə haqlı olmam ış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
13. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə əlavə araşdırma aparmaqdan yayınmış, iş üzrə ədalətli və obyektiv araşdırma aparmamış, nəticədə qanunsuz qərar qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəx sin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsə di ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.... 16. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosia l yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;...
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətlə ndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır....
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzər də tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instans iyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsin də məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avrop a İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
23. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtinanın və iddiaya qarşı etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
24. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin mübahisələndirilməyən hallarına əsasən, iddiaçının övladı X2 xx.xx.2013-cü il tarixindən iki il müddətinə əlillik təyin edilmiş, daha sonra əlillik xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək uzadılmış və buna müvafiq olaraq müavinət ödənişi həyata keçirilmişdir. xx.xx.2022-ci il tarixdə əlillik müddətinin bitməsi ilə əlaqədar müavinətin ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Bundan sonra, iddiaçının övladına xx.xx.2022-ci il tarixdə gö ndərişin natamam doldurulması səbəbi ilə əlilliyin təyin olunmasından imtina edilmişdir. Daha sonra ona xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyasının 55 faizinin pozulması ilə təkrar müddətsiz əlillik təyin edilmiş və müavinətin ödənişinin həyata keçirilməsi bərpa edilmişdir. İddiaçının tələbi və hüquqi marağı müavinətin ödənişinin dayandırıldığı xx.xx.2022-ci il tarixdən övladının əlilliyinin bərpa olunduğu xx.xx.2022-ci il tarixədək olan 06 ay 03 günlük dövr üçün ödənilməmiş müavinətin ödənilməsindən ibarətdir.
26. İddianın hüquqi əsasına münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və həmin xüsusatları təkrar olaraq sadalamağı lüzumsuz hesab edir.
27. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhk əmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 oktyabr 2023-cü il tarixli, 2-1(105)-722/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.