Məhkəmə qərarları › İş №2-1(102)-1041/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1041/2019

17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1041/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı1, onun vəkili Vəkil2, cavabdehin nümayəndəsi X1 və onun vəkili Vəkil1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə qarşı (Qəbələ rayonu Hacıalılı bələdiyyəsi üçüncü şəxs olmaqla) JN-205A seriyalı, kod 40604048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında Qəbələ rayonunun Çarxana kəndində yerləşən 0.32 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-553/2018 saylı, 14 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 17 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Qəb ələ Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) atası X3 0.32 ha həyətyanı torpaq sahəsi ayrılmış və onun adına JN seriyalı, 205A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə işlənib hazırlanmışdır. X4 22.05.2017-ci il tarixdə vəfat etdikdən (AZ-İ seriyalı, 881891 nömrəli ölüm haqqında şəhadətnamə) sonra onun qızları olan hazırkı iddiaçılar Qəbələ rayonunun Çarxana kəndində yerləşən 0.32 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) müraciət etmişlər. Cavabdeh 13.02.2018-ci il tarixli, **********13 nömrəli məktubla müraciəti təmin etməmiş və bildirmişdir ki, JN seriyalı, 205A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ərazi idarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamış, ərazidə texniki inventarlaşma işləri aparılarkən torpaq sahəsinin faktiki 0.2985 ha təşkil etdiyi məlum olmuş və həmin torpaq sahəsi Qəbələ Rayon Hacıallı Bələdiyyəsinin 22.05.2004-cü il tarixli, nömrəli qərarı əsasında başqa vətəndaşa 30 il müddətinə icarəyə verilmişdir. Bu cavabla razılaşmayan iddiaçılar məhkəməyə müraciət edərək Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli, 13 nömrəli qərarı ilə və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən verilmiş JN-205A seriyalı, kod 40604048 saylı torpağın mülkiyy ətə verilməsinə dair şəhadətnamə əsasında Qəbələ rayonunun Çarxana kəndində yerləşən 0.32 ha torpaq sahəsi üzərində mərhum atalarının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişlər. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20 iyul 2018-ci il tarixli 2-1(84)-662/2018 saylı qərarı ilə (hakim: K.H.Vəliyev) iddia təmin edilmiş, JN seriyalı, 205A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.32 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin iddiaçılara çıxarış verməkdən imtinası qanuni olmamışdır. Məhkəmənin həmin qərar ından cavabdeh və üçüncü şəxs tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 dekabr 2018-ci tarixli, 2-1(107)-553/2018 nömrəli qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.Q.Abbasov və E.Ş.Hüseynov) apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 20 iyul 2018-ci il tarixli, 2-1(84)-662/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh apelyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiy a məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, JN-205A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında öz əksini tapmamışdır. Torpaq sahəsi JN-205 A saylı şəhadətnamə üzrə 0.32 ha qeyd edilsə də, faktiki torpaq sahəsi 0.2985 ha təşkil edir. Eyni zamanda, qeyd olunan 0.32 ha torpaq sahəsi Qəbələ rayonu Çarxana bələdiyyəsinin 22 may 2004-cü il tarixli, 2 nömrəli qərarı əsasında başqa bir vətəndaşa 30 il müddətinə icarəyə verilmişdir. Daha sonra qeyd edilir ki, aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, şəhadətnamədə qeyd edilən, bələdiyyə mülkiyyətində olan torpaq sahəsi heç bir əsas olmadan əvəzsiz olaraq aqrar islahat zamanı torpaq payı almaq hüququ olmayan şəxsin iddiaçıların atası X2 mülkiyyətinə verilmiş dir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili və nümayəndəsi kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şəki Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 14 dekabr 2018-ci tarixli, 2-1(107)-553/2018 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər. İddiaçı və onun vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxma ğı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxsə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydad a əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda qeyd edilir ki, torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. (maddə 10, 21) “Daş ınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.( 2.1-ci maddə). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.( 2.2-ci maddə). 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən apa rılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.(4.1-ci maddə). 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.(8.0.5-ci maddə).Dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birin ə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir.( 13.11-ci maddə). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollekt iv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin” 1-ci bəndinə əsasən, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin rey estrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır. Göründüyü kimi, qeyd olunanlar torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüququnun əmələ gəlməsi və dövlət qeydiyyatına alınması üçün əsas verir. Bundan əlavə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı ya taqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər əraz ilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. Normanın məzmununda qanunverici dövlətə və bələdiyyəyə məxsus torpaqların dairəsini aşkar müəyyən etmişdir və hazırkı mübahisənin predmeti olan torpaq sahəsinin hüquqi vəziyyəti nəzərə alındıqda, qanunverici bu torpaq sahəsini "Torpaq islahatı haqqında" Qanunun 6-cı maddəsində və Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci bəndində təsbit edilən dövlət mülkiyyətində saxlanılan torpaqlara aid etməmişdir. Yəni mübahisəli torpa q nə bələdiyyə mülkiyyətində, nə də dövlət mülkiyyətində deyildir. Cavabdehin mübahisə predmeti olan 0.32 ha torpaq sahəsinin 22.05.2004-cü il tarixdə bağlanmış 02 nömrəli müqavilə əsasında üçüncü şəxs X5 icarəyə verilməsi barədə dəlilinə münasibətdə apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, üçüncü şəxs tərəfindən icarəyə verilmiş torpaq sahəsi ilə X2 mülkiyyətinə verilmiş torpaq sahəsinin eyni olması müvafiq sənədlərlə öz təsdiqini tapmır. Həmin icarə müqaviləsində torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması göstərilsə də, X2 adına olan şəhadətnamədə isə torpağın həyətyanı torpaq sahəsi kimi verilməsi qeyd edilmişdir. Yəni, qeyd edilən torpaqlar ayrı-ayrı kateqoriyalara aiddir. Hətta belə, eyni olmuş olsa da, xüsusi mülkiyyətdə olan torpaq sahəsi üzərində bələdiyyənin bağla dığı əqd əhəmiyyətsizlik baxımından mülkiyyətdə olan torpaq sahəsinə hüququ olan şəxslərin bu hüquqlardan irəli gələn fəaliyyətlərinə mane ola bilməz. Cavabdeh kassasiya şikayətində də eyni dəlili irəli sürmüşdür. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq cavabdehin həmin dəlilini də əsassız hesab edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən olunmuş faktiki hallarına tətbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək iddiaçıların mərhum atalarının qanuni əsaslarla mülkiyyətinə verilmiş torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığına görə haqlı olaraq iddianın təmin edilməsi nətic əsinə gəlmişdir. İddiaçılar tərəfindən təqdim edilən hüquqmüəyyənedici sənədlər mübahisəli torpaq sahəsinə dair onların mərhum atalarının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Cavabdeh tərəfindən kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası olmadığından həmin şikayət təmin oluna və apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilə bilməz. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosess ual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 14 dekabr 2018-ci tarixli, 2-1(107)-553/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar