Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1041/2020 11.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə (Açar sözlər: pensiyanın yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Həbibova Könül Əbülfəz qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesab lanması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2651/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2013-cü il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 bölmə rəisi vəzifəsində həqiqi hərbi xidmət keçmiş, Müdafiə Nazirinin xx.xx.2012-ci il tarixli, 0507 nömrəli əmri ilə “Hərbi Xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə əsasən xx.xx.2013-cü il tarixində şəxsi heyətin siyahısından çıxarılaraq ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra xx.xx.2013-cü il tarixindən indiyəd ək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında həkimpatoloqanatom vəzifəsində işləyir.
2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına təminat xərcliyi 862 manat göstərilməklə məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmiş, həmin məlumat vərəqi əsasında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2013-cü il tarixli 13/800 №-li qərarı ilə İddiaçı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2013-cü il tarixdən 680,98 manat məbləğində ömürlük pensiya təyin edilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rüt bəli Şəxslərlə İş İdarəsi tərəfindən İddiaçı pensiyası yenidən hesablanaraq yaşa görə xx.xx.2013-cü il tarixdən 730,67 manat məbləğində ömürlük pensiya təyin olunmuş, daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının adına təminat xərcliyini 1057,50 manat göstərilməklə xx.xx.2019-cu il tarixli 00711 №-li yeni məlumat vərəqi tərtib edilərək DSMF-yə göndərilmişdir.
4. Həmin məlumat vərəqəsinə əsasən, onun cəmi xidmət illəri 28 il, 10 ay, 24 gün (təqvimi xidmət illəri 20 il, 09 ay, 25 gün; güzəştli xidmət illəri 08 il, 00 ay, 29 gün) olmaqla, buraxıldığı günə indiki hesabla cəmi pul təminatı (təminat xərcliyi) aşağıdakı kimi olmuşdur: vəzifə maaşı 485 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə 30% əlavə 184,5 manat, xüsusi qulluq şəraitinə görə 15% əlavə 72,75 manat, 1-ci məharət dərəcəsinə görə 25% əlavə 121,25 manat, fəlsəfə doktoru elmi adına görə 40 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiya 64 manat, cəmi pul təminatı (təminat xərcliyi) indiki hesabla 1097,5 manat olmuşdur.
5. İddiaçı pensiyanın yenidən hesablanması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh xx.xx.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və imtinanı iddiaçıya müvafiq əmək pensiyası təyinatının xx.xx.2013-cü il tarixində “Əmək pensiyaları haqqında” Qanunun həmin tarixdə qüvvədə olan müddəalarına uyğun olaraq həyata keçirilməsi ilə əsaslandırmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (sonradan – DSMF-nin XŞTİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək pensiya hesablanarkən, “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Nazirlər Kabinetinin 60 №li xx.xx.1996-cı il tarixli Qərarının 12-ci bəndinin tələblərinə əsasən, məlumat vərəqində göstərilmiş elmi dərəcəyə görə vəzifə maaşına 40 manat əlavəninqanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınması normasının ona şamil edilməsi öhdəliyinin, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən, ona pensiya hesablanarkən, xx.xx.2006-cı il tarixli “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının “20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla” hesablanmalı tələbinin, bu dəyişikliyin qüvvəyə minməsindən (xx.xx.2017.) əvvəl onun pensiyası ilə əlaqədar əmələ gələn münasibətlərə şamil edilməsi öhdəliyinin, “Əmək pensiyaları haqqında”Qanunun 37.3.1-ci maddəsinin «Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha ç ox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır» müddəalarının ona şamil olunaraq, pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, elmi dərəcəyə görə əlavənin ödənilməsi 2017-ci ilin iyul ayının 1-dək “Əmək pensiyaları haqqında” Qanunun 19.3-cü (baza hissəsinə əlavə kimi), həmin dəyişiklikdən sonra isə 19.2-ci (sığorta hissəsinə əlavə kimi) maddəsinə öz əksini tapmışdır və hər iki maddənin ortaq tərəfi ondan ibarətdir ki, həmin Qanunun 2 0-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarının bu növ əlavəni almaq hüquqları yoxdur. Həmçinin, Qanunun 20.14.1-ci maddəsinin iddiaçıya şamil olunması barədə qeyd edilmişdir ki, həmin maddəyə xx.xx.2017-ci il tarixində dəyişiklik edilərək “hər ili” sözlərindən sonra “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” sözləri əlavə edilmişdir. Bu dəyişiklik iddiaçının pensiyaya çıxdığı tarixdən 4 il sonra edilmişdir. Deməli, həmin dəyişikliyə qədər natamam illər diqqətə alınmalı deyildi və pensiya təyin edilərkən cavabdeh tərəfindən bu normaya da riayət olunmuşdur. Bundan başqa, Qanunun 37.3.1-ci maddəsinin iddiaçıya şamil olunması ilə bağlı etirazda qeyd edilmişdir ki, həmin maddə hərbi qull uqçulara münasibətdə tətbiq edilə bilməz. Belə ki, yaşa görə əmək pensiyasının təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 2-ci fəsli ilə tənzimlənir və həmin Qanunun 9.5-ci maddəsi hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu nəzərdə tutur. 8. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3087/2019 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Nazirlər Kabinetinin 60 №li xx.xx.1996-cı il tarixli Qərarının 12-ci bəndinin tələblərinə əsasən, məlumat vərəqində göstərilmiş elmi dərəcəyə görə vəzifə maaşına 40 manat əlavənin qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınması normasının İddiaçı şamil edilməsi, Azərbayc an Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə əsasən, ona pensiya hesablanarkən, xx.xx.2006-cı il tarixli “Əmək pensiyaları haqqında”Qanunun 20.14.1-ci maddəsinin yeni redaksiyasının“20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla)üçün müvafiq təminat xərcliyinin-2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla” hesablanmalı tələbinin, bu dəyişikliyin qüvvəyə minməsindən (xx.xx.2017.) əvvəl onun pensiyası ilə əlaqədar əmələ gələn münasibətlərəşamil edilməsi, “X2”Qanunun 37.3.1-ci maddəsinin «Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan s ığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır» müddəalarının ona şamil olunaraq, pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçının adına tərtib edilmiş qeyd olunan məlumat vər əqində onun fəlsəfə doktoru elmi adına görə digər təminat xərcləri ilə yanaşı 40 manat əlavədə öz əksini tapmışdır. Buna baxmayaraq həmin 40 manat idddiaçının pensiyayasına əlavə edilməmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Bundan başqa, iddiaçının hərbi xidmətdən buraxılanadək 20 təqvim ili xx.xx.2013-cü il tarixdə tamam olmuşdur. Göründüyü kimi, 2013-cü il tamamlanmamış və bu əsasdan cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır. Nazirlər Kabinetinin 60 №-li xx.xx.1996-cı il tarixli qərarının 12-ci bəndinə görə, həmin qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır. Qanunvericilikdə elmi dərəcəyə görə vəzifə maaşına əlavəl ərin verilməsi birmənalı olaraq nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçının 20 təqvim ili xx.xx.2013-cü il tarixdə tamam olmuşdur. 2013-cü il tamamlanmamış və bu əsasdan cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə uyğun olaraq, fiziki şəxsin vəziyyətini yaxşılaşdıran qanunun geriyə qüvvəsi nəzərə alınmaqla, xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 20.14.1-ci maddəsinin tələbləri iddiaçıya şamil edilməlidir. İddiaçıya əmək pensiyasının təyin olunduğu dövrdə 6 il müddətin keçməsi və o dövrdən bu günədək iddiaçının əmək fəaliyyəti ilə məşğul olması nəzərə alınarsa, iddiaçının əmək pensiyasının sığorta və yığım hissələrinin yenidən hesablanmas ı zərurəti yaranmışdır. Odur ki, iddiaçının tələbi bu hissədə də qanuni olmuş və məhkəmə iddia tələbini həmin hissədə təmin edərkən qanunun tələbini pozmamışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3087/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2651/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3087/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Nazirlər Kabinetinin 60 №-li xx.xx.1996-cı il tarixli qərarının 12-ci bəndinə görə, həmin qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır. Qanunvericilikdə elmi dərəcəyə görə vəzifə maaşına əlavələrin verilməsi birmənalı olaraq nəzərdə tutulmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçının 20 təqvim ili xx.xx.2013-cü il tarixdə tamam olmuşdur. 2013-cü il tamamlanmamış və bu əsasdan cavabdeh orqan tərəfindən nəzərə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə uyğun olaraq, fiziki şəxsin vəziyyətini yaxşılaşdıran qanunun geriyə qüvvəsi nəzərə alınm aqla, xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 20.14.1-ci maddəsinin tələbləri iddiaçıya şamil edilməlidir. İddiaçıya əmək pensiyasının təyin olunduğu dövrdə 6 il müddətin keçməsi və o dövrdən bu günədək iddiaçının əmək fəaliyyəti ilə məşğul olması nəzərə alınarsa, iddiaçının əmək pensiyasının sığorta və yığım hissələrinin yenidən hesablanması zərurəti yaranmışdır. Odur ki, iddiaçının tələbi bu hissədə də qanuni olmuş və məhkəmə iddia tələbini həmin hissədə təmin edərkən qanunun tələbini pozmamışdır.
13. Məhkəmə qərarını cavabdeh xx.xx.2019-cu il tarixində rəsmi qaydada almışdır.
14. Cavabdeh həmin qərardan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-3087/2019 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ c) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətinin dəlillərinə görə məhkəmənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 60 nömrəli Qərarının 12-ci bəndinə əsaslanması haqlı sayıla bilməz. Belə ki, həmin qərar pensiyanın hesablanması ilə bağlı deyildir. Təsadüfi deyildir ki, bəndin özündə məlum əlavənin orta əmək haqqının hesablanmasında nəzərə alınmalı olması öz əksini tapıb. Pensiyanın hesablanması qaydası “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir və “Əmək pensiyaları haqqında” Qanunun 19.2-ci maddəsi bu növ əlavələrin iddiaçıya münasibə tdə tətbiqini istisna edir. 16. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tətbiqi ilə bağlı kassasiya şikayətində qeyd edilmişdir ki, xx.xx.2017-ci il tarixli Qanunla həmin maddədə “hər ili” sözlərindən sonra “il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla” sözləri əlavə edilmişdir. Göründüyü kimi, sözügedən dəyişiklik iddiaçının pensiyaya çıxdığı tarixdən 4 il sonra edilmişdir. Bu dəyişikliyə qədər natamam illər nəzərə alınmalı deyildi. Odur ki, pensiya təyin edilərkən qüvvədə olan qanunvericiliyin tələblərinə əməl edilmişdir.
17. Həmin Qanunun 37.3.1-ci maddəsinin tətbiqi ilə bağlı kassasiya şikayətində qeyd edilmişdir ki, həmin maddə hərbi qulluqçulara münasibətdə tətbiq edilə bilməz. Belə ki, yaşa görə əmək pensiyasının təyi n edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 2-ci fəsli ilə tənzimlənir. Qanunun 9.5-ci maddəsi hərbi qulluqçuların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu nəzərdə tutur.
18. Göründüyü kimi, iddiaçıya pensiya təyin edilərkən təkcə onun yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalı deyil, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə müvafiq hesablanmış əlavələr də diqqətə alınmışdır. Başqa sözlə, təkcə pensiya kapitalı iddiaçıya hazırda aldığı miqdarda pensiya təyin edilməsi üçün yetərli olmazdı. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. e) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən izahatı dinlənilməmişd ir.
21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
22. Nazirlər Kabinetinin 60 №-li xx.xx.1996-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Qaydaların 12-ci bəndinə əsasən, bu qərarın 11-ci bəndində qeyd edilən əlavələr yeni vəzifə maaşını təşkil edir və qanunvericilikdə nəzərdə tutulmuş bütün hallarda orta əmək haqqının hesablanmasında nəzərə alınır. Adıçəkilən Qərarın 11-ci bəndinə əsasən 1996-cı il iyulun 1-dən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 19 aprel tarixli 155 nömrəli «Vəzifə maaşlarına alimlik dərəcələrinə görə əlavələrin təyin edilməs i haqqında» qərarının 1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir «1. Elmlər Akademiyası, nazirlik və idarələrin elmi və elmi-tədqiqat təşkilatlarının, ali məktəblərin, habelə digər elmi və elmi-tədqiqat idarələrinin rəhbər və elmi işçilərinin X3 müvafiq olaraq təyin edilmiş vəzifə maaşlarına aşağıdakı məbləğdə əlavələr müəyyən olunsun: birinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 250000 manat, elmlər namizədi, alimlik dərəcəsi olan işçilərə 150000 manat məbləğində; ikinci kateqoriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 220000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 120000 manat məbləğində; üçüncü kateq oriyalı elmi və elmi-tədqiqat idarələrində, ali təhsil məktəblərində və digər elmi-tədqiqat idarələrində çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 190000 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərə isə 90000 manat məbləğində.».
23. «Əmək pensiyaları haqqında» Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 20.14.1-ci maddəsinə əsasən, hərbi quluqçulara əmək pensiyası hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin—3 faizi miqdarında əlavə olunmaqla müəyyən ed ilir. xx.xx.2017-ci il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 20.14.1- ci maddəsinə əsasən, hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin— 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinə görə hərbi qulluqçulara əmək pensiyası hə rbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin Qanunun 19.2-ci maddəsinə görəəmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə gö rə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə g östərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir.
24. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
25. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onl arın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 96.5.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə h aqlıdır. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)2651/2019 nömrəli qərarı ilə gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.
29. İddiaçının birinci tələbi ilə bağlı apellyasiya instansiya məhkəməsi Azərbaycan RespublikasıNazirlər Kabinetinin 60 nömrəli xx.xx.1996-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında əməyin ödənilməsi qaydası haqqında” Qaydaların 12-ci bəndinə istinad edərək həmin tələbi haqlı hesab etsə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmır.
30. Belə ki, iddiaçıya məxsus xx.xx.2013-cü il tarixli, 00711 nömrəli məlumat vərəqəsinə əsasən, iddiaçının təminat xərcliyi vəzifə maaşı 370 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 150 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, 1-ci məharət dərəcəsinə görə 92,50 manat, xüsusi qulluq şəraitnə görə 55,50 manat olmaqla, cəmi 862,00 manat, 2014-cü il üzrə təminat xərcliyi vəzifə maaşı 402 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 159,60 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, 1-ci məharət dərəcəsinə görə 100,50 manat, xüsusi qulluq şəraitinə görə 60,30 manat olmaqla, cəmi 916,40 manat, 2015-ci il üzrə təminat xərcliyi vəzifə maaşı 402 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 159,60 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, 1-ci məharət dərəcəsinə görə 100,50 manat, xüsusi qulluq şəraitinə görə 60,30 manat, “Fəlsəfə doktoru” elmi adına görə 36 manat olmaqla, cəmi 952,40 manat, 2019-cu il üçün təminat xərcliyi vəzifə maaşı 485 manat, rütbə maaşı 130 manat, xidmət illərinə görə əlavə 184,50 manat, ərzaq payı əvəzinə kompensasiya 64 manat, 1-ci məharət dərəcəsinə görə 121,25 manat, xüsusi qulluq şəraitinə görə 72,75 manat, “Fəlsəfə doktoru” elmi adına görə 40 manat o lmaqla, cəmi 1057,50 manat məbləğində hesablanmışdır.
31. Yuxarıda qeyd olunan məlumat vərəqələrindən görünür ki, Göründüyü kimi, iddiaçının adına müxtəlif illərdə 4 məlumat vərəqəsi tərtib olunmuş, onların ikisində “Fəlsəfə doktoru” elmi adına görə əlavə nəzərdə tutulmamış, 2015-ci və 2019-cu illərə aid məlumat vərəqələrində isə “Fəlsəfə doktoru” elmi adına görə müvafiq olaraq 36 manat və 40 manat məbləğində əlavə nəzərdə tutulmuşdur.
32. Belə olan halda apellyasiya instansiya məhkəməsi ilk növbədə iddiaçının “Fəlsəfə doktoru” elmi adını nə vaxtdan aldığını, ona münasibətdə hansı tarixdən elmi ada görə əlavə hesablandığını dəqiq müəyyən etməli, bu məqsədlə iddiaçının elmi dərəcə almasını təsdiq edən sənədləri tələb edərək onları işə əlavə etməli idi.
33. Lakin, apellyasiya instansiya məhk əməsinin iddiaçının elmi dərəcəyə görə əlavə almaq hüququnun olmasına dair gəldiyi nəticə əsaslı olsa da, məhkəmə kollegiyası kifayət qədər araşdırma aparmayaraq həmin əlavənin nə vaxtdan hesablanmalı olmasını müəyyən etməmişdir.
34. Apellyasiya instansiya məhkəməsi iddiaçının ikinci tələbini əsaslı hesab etsə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə də razılaşmır. Belə ki, iddiaçı ona münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tətbiq olunmasını xahiş etmiş, məhkəmələr də iddiaçının bu tələbini təmin etmişlər.
35. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsaslı hesab edən məhkəmə kollegoyası qeyd edir ki, iddiaçı hərbi qulluqçu olduğundan həmin maddə ona münasibətdə tətbiq oluna bilməz. Belə ki, hərbi qulluqçulara “Əmək pens iyaları haqqında” Qanunun 9.6-cı maddəsi şamil olunur ki, həmin maddənin göstərişinə görə də bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.
36. Belə olan halda, sözügedən sığorta pensiya kapitalının müəyyən edilməsi üçün müvafiq pensiya işi tələb edilərək araşdırılmalı, iddiaçının fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalının miqdarı müəyyən edilməli idi. Apellyasiya instansiya məhkəməsi isə belə bir araşdırma aparmadan iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
37. İddiaçının sonuncu tələbinə dair məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qərarın 24-cü maddəsində qeyd olunan normaya əsasən iddiaçıya münasibətdə pen siyaya çıxdığı tarixdə qüvvədə olan maddi normalar tətbiq olunmalıdır. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixində qüvvəyə minmiş yeni redaksiyasının ona şamil edilməsini tələb etsə də, ona pensiya təyin edilən xx.xx.2013-cü il tarixində həmin dəyişiklik qüvvədə olmamış, cavabdeh orqan həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq iddiaçıya pensiya hesablamışdır.
38. Cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu məsələdə də maddi normaların tətbiqində səhvə yol vermişdir.
39. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu i l tarixli, 2-1(103)-2651/2019 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
40. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi iddiaçının elmi dərəcə almasını təsdiq edən sənədi tələb etməli, həmin sənədi iş materiallarına əlavə edərək ona müvafiq olaraq elmi dərəcəyə görə əlavənin nə vaxtdan hesablanmalı olduğunu müəyyən etməli, iddiaçı barəsində pensiya işini tələb edərək iddiaçının fərdi hesabında qeydə alınmış sığorta pensiya kapitalının miqdarı müəyyən etməli, nəticədən asılı olaraq qanuni və əsaslı qərar qəbul etməlidir.
41. Yuxarıda göstərilənlərə və İPM-in 96.5.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın xx.xx.2019-cu il tarixli, 2-1(103)-2651/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.