Məhkəmə qərarları › İş №2-1(102)-1041/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1041/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1041/2024 01.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyinat tarixinin dəyişdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reab ilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2-1(104)-717/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 17 oktyabr 2022-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq İddiaçı əlillik vəziyyəti Zülfüqar Məmmədov adına Gəncə Xəstəxanasın ın göndərişi əsasında 17 mart 2022-ci il tarixdə qiymətləndirilmiş və “ümumi xəstəlik” səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyini barədə qərar qəbul edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi 02 iyul 2021-ci ildən sonra (qanun qüvvəyə mindiyi tarix) yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla əlilliyi olan şəxs hesab edilir. Şəxsə dair yeni təyinat tarixi ilə əlilliyin bitdiyi tarix arasında 6 aydan çox vaxt keçdiyinə görə həmin müddət üçün əlilliyi olan şəxs hesab edilmir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı müraciətinə əsasən təqdim e dilən 27 fevral 2023-cü il tarixli, 3-17-1/2-M-40289/2/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, şəxsin əlilliyə görə əmək pensiyası ödənişi əlillik müddətinin bitməsi səbəbindən 01 aprel 2021-ci il tarixindən dayandırılıb, pensiya ödənişi 17 mart 2022-ci il tarixindən bərpa edilmişdir. Müraciətdə qeyd edilən dövrdə əlillik dərəcəsi mövcud olmadığından və təkrar əlillik dərəcəsi əlillik müddəti təyin edilən tarixdən 6 ay ərzində müəyyən edilmədiyindən həmin dövrlərdə pensiya təyin edilməsi mümkün olmamışdır. 3. xx.xx.2007-ci il tarixdə “üix gərginlik stenokardiyası İİİ f.s infarkdan son.kardioskleroz. aorta və tac damarların aterosklerozu” diaqnozu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardi ya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlıq meyarı ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 4. xx.xx.2014-cü il tarixdəki qiymətləndirmə zamanı “üix gərginlik stenokardiyası ııı f.s infarkdan son.kardioskleroz. aorta və tac damarların aterosklerozu” diaqnozu (“İX SinifQan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlıq meyarı ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişd ir. 5. xx.xx.2015-ci il tarixdəki qiymətləndirmə zamanı “Ü,İ, X gərginlik stenokardiyası 3 f.s infarkdan sonrakı (2007) kardioskleroz Aorta və tac damarların aterosklerozu. Q,D,Ç 2dər.” diaqnozu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlıq meyarı ilə 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 6. xx.xx.2016-cı il tarixdəki qiymətləndirmə zamanı “Ü,İ, X gərginlik stenokardiyası 3 f.s infarktdan sonrakı (2007) kardioskleroz Aorta və tac damarların aterosklerozu. Q,D,Ç 2dər.” diaqnozu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) və 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatışmamazlıq meyarı ilə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. 7. xx.xx.2021-ci il tarixdə iddiaçının əlilliyi TSEK-də qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması, Xəstəyə E.T.K.İ-da müayinə və müalicə olunmaq tövsiyyə olunur.” diaqnozu (“İX Sinif-Qan dövranı sistemi xəstəlikləri=>İ20-İ25-Ürəyin işemik xəstəlikləri =>İ20-Stenokardiya (döş inağı)=>İ20.2-Qeyri-stabil stenokardiya beynəlxalq təsnifatı) qoyularaq əlillik və sağlamlıq imkanın məhdudluğu təyin edilməmişdir. 8. xx.xx.2022-ci il tarixdə qiymətləndirmə zamanı “Əlavə müalicəyə ehtiyacın olması, Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür.” diaqnozu qoyularaq əlillik və sağlamlıq imkanın məhdudluğu təyin edilməmişdir. 9. xx.xx.2022-ci il tarixdə qiymətləndirmə nəticəsində “Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası İİİ f.s.Aorta və tac damarlarının ateosklerozu.İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma 107.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TrÇ İ dərəcə. Ağırlaşma 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aorta və tac damarlarının ateosklerozu. Ağırlaşma 125.2 Əvvəllər keçirilən miokard İnfarktdan sonrakı kardioskleroz. infarktı, Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, LA D damara 3.0 x 26 mm Resolute İntegrity stent, D1 damara 2.5 x 18 mm Resolute İntegrity stentin implanta olunması /xx.xx.2017/ Ağırlaşma İ50 Ürək çatmamazlığı, XÜÇ İİİ f.s./EF- 32%/xx.xx.2022-ci il tarixli Bakı Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunun № 1331 saylı rəyi Ağırlaşma 134.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇİ dərəcə. Ağırlaşma 149.3 Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası. Yanaşı xəstəliklər 111.9 [Durğunluq] ürək çatmamazlığı olmadan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], İİ dərəcə./İİİ A/T/İV risk” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. 10. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində tərtib edilmiş Əyani müayinə aktından müəyyən olunmuşdur ki, iddiaçının ə lillik vəziyyəti səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması " barədə qərar verilmişdir. Ətraflı səbəb: "Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür." Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Əlavə müalicəyə ehtiyacın olması" qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş(125.8 Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası İİİ f.s.Aorta və tac damarlarının ateosklerozu. İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma 107.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TrÇ İ dərəcə. Ağırlaşma 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aorta və tac damarlarının ateosklerozu. (Ağırlaşma 125.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, LAD damara 3.0 x 26 mm Resolute İntegrity stent,D1 damara 2.5 x 18 mm Resolute İntegrity stentin implantə olunması /xx.xx.20171 Ağırlaşma 150 Ürək çatmamazlığı, XÜÇ İİİ fs./EF- 32%/xx.xx.2022-ci il tarixli Bakı Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunun № 1331 saylı rəyi Ağırlaşma 134.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇ İ dərəcə. Ağırlaşma 149.3 Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə uyğun olaraq İl (ikinci) dərəcə müddətsiz əlilliyin təyini qərarı verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək onun əlilliyinin hesablanmış bir i l müddətinin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əlilliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Odur ki, yenidən pensiyanın bərpası üçün xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək Gəncə şəhəri kardioloji xəstəxanasında müayinə və müalicə olunaraq tam yoxlanılmış, həmişə olduğu kimi orqanizminin 80% pozulmasına görə tibbi arayış almış və Gəncə şəhər 2 nömrəli poliklinikaya təqdim etmişdir. Bununla belə xx.xx.2021-ci ilədək iddiaçını aldadaraq nazirliyin tapşırığı əsasında gah sistemin xarab olub işləməməsi, gah baş həkimin Moskva şəhərinə yaxınlarının toy məclisinə getməsi, gah sistemdə oturan xanım ın məzuniyyətdə olması, gah da pandemiyadan istifadə edərək tam 7 ay iddiaçı və onun kimi insanların hazır sənədlərini öz otaqlarında saxlamaqla qeyd etdiyi kimi vaxt uzadaraq haqlı hüquqlarını pozmuşlar və sonra saxta diaqnozla cavab verərək yəni: - əlavə müalicəyə ehtiyacın olması xəstəyə E.T.K.İ-ya müayinə və müalicə olunmaq tövsiyəsini tələb etmişlər. Odur ki, sonda bir daha yenidən müayinə üçün Gəncə şəhər kardioloji xəstəxanasında eyni müalicə və müayinədən yoxlanılıb çıxaraq, yəni xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək təkrar həmişə olduğu kimi orqanizminin 80%-nin pozulmasına görə yatmaqla çıxarış alıb təqdim etmiş və eyni diaqnozla növbəti sənədini qəbul edərək pensiya ödənişi xx.xx.2022-ci il tarixdən bərpa olunmuşdur.

13. Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz əriz əsi təqdim edərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişinə əsasən xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və "Əlavə müalicəyə ehtiyacın olması" barədə qərar verilmişdir. Ətraflı səbəb: "Müalicə müddəti yetərli deyil. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür." Həmin qərardan narazı qalan vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, səhiyyə müəssisəsinin 0495003AAPND nömrəli göndərişində qeyd edilmiş məlumatlar əsasında "Əlavə müalicəyə ehtiyacın olması" qərarı düzgün verilmişdir. Lakin əyani müayinədə xəstənin obyektiv vəziyyəti və təqdim edilmiş tibbi sənədlər (epikriz, tibbi müayinələrin nəticələri) təkrar qiymətləndirmə zərurəti yaradır. Aparılan əyani müayinə zamanı İddiaçı hal-hazırki vəziyyəti ilə tibbi sənədlərində qeyd edilmiş(125.8 Ürəyin xroniki işemik xəstəliyinin digər formaları, Ü.İ.X.Gərginlik stenokardiyası İİİ f.s.Aorta və tac damarlarının ateosklerozu.İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma 107.1 Trikuspidal (üçtaylı qapaq) çatmamazlıq (-ğı), TrÇ İ dərəcə. Ağırlaşma 125.1 Ürəyin aterosklerotik xəstəliyi, Aorta və tac damarlarının ateosklerozu. Ağırlaşma l25.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskleroz. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, LAD damara 3.0 x 26 mm Resolute İntegrity stent,D1 damara 2.5 x 18 mm Resolute İntegrity stentin implantə olunması /xx.xx.20171 Ağırlaşma 150 Ürək çatmamazlığı, XÜÇ İİİ f.s./EF- 32%/xx.xx.2022-ci il tarixli Bakı Akad. C.M.Abdullayev ad. ET Kardiologiya İnstitutunun № 1331 saylı rəyi Ağırlaşma 134.0 Mitral (qapağın) çatmamazlıq (-ğı), MÇ İ dərəcə. Ağırlaşma 149.3 Mədəciklərin erkən depolyarizasiyası, Mədəcik ekstrasistoliyası) diaqnozun uyğunluq təşkil etməsi və əlillik təyinatına əsas verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanların məhdudluğunun olunması meyarlarına dair Əsasnamə"nin 2.2.1 bəndinə uyğun olaraq 2 dərəcə müddətsiz əlilliyin təyini qərarı verilmişdir.

14. Daha sonra iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsinin qeyd olunmaqla cavabdehin iddiaçıya əlilliy in təyin edilməsi barədə qərarda düzəliş edilərək əlilliyin təyini tarixinin xx.xx.2021-ci il qeyd olunmasını xahiş etmişdir.

15. Gəncə İnzibati Məhkəməsinin 04 iyul 2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

16. Gəncə İnzibati Məhkəməsinin 25 iyun 2023-cü il tarixli, 2-1(114)-2327/2023 nömrəli qərarı (hakim X6) ilə iddia qismən təmin edilmiş, İddiaçı əlilliyinin təyini tarixi ilə bağlı zəruri inzibati icraatı aparılmaqla müvafiq inzibati aktın qəbul edilməsinə dair öhdəlik cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsin üzərinə qoyulması qərara alınmışdır.

17. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə cavabdehin iddiaçıya münasibətdə diskresion səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsi nə gəlir. Belə ki, cavabdeh qurum da inzibati orqan kimi inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələblərinə uyğun aparılmış icraat nəticəsində qərar qəbul etməyə, həmin qərarın qəbul olunmasına dair əsaslar göstərilməyə və qərarı gücləndirilmiş elektron imza ilə imzalamağa borcludur. Lakin cavabdeh həmin normaların tələbinə əməl etməmiş, formal (məcburi) tələblər təmin olunmamış, əlilliyin təyini ilə bağlı inzibati akt qəbul edilməmişdir.

18. İddiaçı apelyasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

19. Gəncə Apellyasiya Məhkəməsini n İnzibati Kollegiyasının 04 oktyabr 2023-cü il tarixli, 2-1(104)-717/2023 nömrəli qərarı (hakimlər X1 (məruzəçi), X2 və X5) ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-2327/2023 nömrəli, 25 iyul 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

20. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə təyin edilmiş əlilliyin tarixinin dəyişdirilərək xx.xx.2021-ci ildən müəyyən edilməsini xahiş etmiş, lakin iş materiallarında olan qiymətləndirilmə məlumatlarından məlum olduğu kimi xx.xx.2016-cı il tarixdə təy in edilən əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, xx.xx.2021-ci il tarixli, 0495003AAM29 nömrəli Forma 88 qiymətləndirilməklə əlilliyin təyinindən imtina edilmiş, növbəti göndərişin tarixi xx.xx.2022-ci il olmuşdur. İddiaçı tərəfindən qeyd edilən zaman kəsiyində əlilliyin qiymətləndirilməsinə dair imtina hərəkətlərinin heç biri mübahisələndirilməmiş, yalnız əllilik təyin edildikdən sonra təyinat tarixinin dəyişdirilməsi xahiş olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Beləliklə, əlilliyin qiymətləndirilməsindən imtina barədə cavabdehin inzibati aktları qüvvədə olduğu halda, iddiaçının hazırkı məzmunda tələbinin təmin edilməsi yuxarıda istinad edilən normaların tələblərinə zidd olmuşdur.

21. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

22. Şikayətdə Konstitusiyasının 38-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əliliyə görə əmək pensiyasının ödənişi əlillik müddətinin bitməsi səbəbindən xx.xx.2021-ci il tarixdən əsassız olaraq dayandırılmışdır. İddiaçı xx.xx.2021-ci ildən xx.xx.2021-ci ildək Gəncə şəhəri Kardioloji xəstəxanasında müayinə və müalicə olunaraq tam yoxlanılmış, həmişə ol duğu kimi orqanizminin 80% pozulmasına görə tibbi arayış alaraq Gəncə şəhəri 2 nömrəli poliklinikaya təqdim etmişdir. 7 ay iddiaçının hazır sənədlərini öz otaqlarında saxlamaqla vaxt uzadaraq haqlı hüquqlarını pozmuşlar. Sonradan saxta diaqnozla cavab verərək əlavə müalicəyə ehtiyacın olması bəhanə gətirərək xəstəyə E.T.K.İ-ya müayinə və müalicə olunmaq tövsiyyəsini tələb etmişlər. Bundan sonra iddiaçı bir daha yenidən müayinə üçün xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək Gəncə şəhəri Kardioloji xəstəxanasında eyni müalicə və müayinədən yoxlanılıb çıxaraq, həmişə olduğu kimi orqanizminin 80% pozulmasına görə yatmaqla diaqnozu ilə çıxarış alıb təqdim etmiş və eyni diaqnozla xx.xx.2022-ci il tarixdən pensiya bərpa olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya ş ikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

3. Əlilliyin müəyyən edilməsi... 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə

4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bil ər. Maddə

6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır 25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə

64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati ak tın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əs aslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair i ş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

28. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiya sı məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

31. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya əlilliyin təyin edilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmış dır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Belə ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə çatmaq istədiyi hüquqi nəticə xx.xx.2022-ci il tarixdə təyin edilmiş əlilliyin tarixi nin dəyişdirilərək xx.xx.2021-ci ildən müəyyən edilməsinə yönəlmişdir. Lakin iş materiallarında olan qiymətləndirilmə məlumatlarından məlum olduğu kimi xx.xx.2016-cı il tarixdə təyin edilən əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, xx.xx.2021-ci il tarixli, 0495003AAM29 nömrəli Forma 88 qiymətləndirilməklə əlilliyin təyinindən imtina edilmiş, növbəti göndərişin tarixi xx.xx.2022-ci il olmuşdur.

34. İddiaçı qeyd edilən zaman kəsiyində yəni xx.xx.2021-ci il tarixindən əlilliyin təyinədək olan müddətdə əlilliyin qiymətləndirilməsinə dair imtina hərəkətləri mübahisələndirməmiş, yalnız əllilik təyin edildikdən sonra təyinat tarixinin dəyişdirilməsini xahiş etmişdir.

35. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina barədə 26 noyabr 2021-ci il tarixli qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin məzmununa uyğun olaraq inzibati akt hesab edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.9-cu bəndinə əsasən TSEK-in qərarlarından “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. 37. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

38. Qeyd edilməlidir ki, cavabdehin yuxarıda göstərilən xx.xx.2021-ci il tarixli imtina qərarı məhkəmə qaydasında iddiaçı tərəfindən mübahisələndirilməsi iş materialları ilə müəyyən olunmur. İddiaçı ona əlillik təyin edilməsindən imtina olunması barədə cavabdehin xx.xx.2021-ci il tarixli qərarından İPM-in 38-ci maddəsi ilə müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etməmişdir.

39. Məhkəmə kollegiyası onu da vurğulayır ki, iddiaçının əlillik müddəti xx.xx.2021-ci il tarixd ə bitdikdən sonra növbəti əlilliyin müəyyən olunmasından imtina xx.xx.2021-ci il tarixdə edilmiş, bu arada olan müddət 6 ayı keçmişdir. Həm də buna görə əlilliyin təyinat tarixinin xx.xx.2021-ci il tarixdən hesablanması barədə iddia əsaslı olmamışdır.

40. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-717/2023 saylı iş üzrə 04 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar