Məhkəmə qərarları › İş №2-1(102)-1041/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1041/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1041/2025 01.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi məsuliyyətə cəlb edilməsi haqqında qərarın mübahisələndirilməsi; növbədənkənar səyyar vergi yoxlaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İda rəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(105)-811/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2022-ci il tarixli **********155228 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə İddiaçı üzrə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2019-cu ilin fevral ayından 2022-ci ilin yanvar ayına qədər olan dövrlər üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

2. Növbədənkənar səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixli KY221722072 nömrəli sahibkarlıq sahəsində aparılan vahid məlumat reyestrində qeydə alınmış və yoxlamanın müddəti xx.xx.2022 – xx.xx.2022, yoxlanılan dövr - xx.xx.2019 – xx.xx.2022 müəyyən edilmişdir.

3. İddiaçı cəmiyyətə münasibətdə keçirilmiş səyyar vergi yoxlamasının nəticələri haqqında tərtib edilmiş xx.xx.2022-ci il tarixli, **********155346 nömrəli səyyar vergi yoxlaması aktına görə vergi ödəyicisi tərəfindən mənfəət vergisi üzrə 374.277,23 manat, əlavə dəyər vergisi üzrə 654.030,28 manat, ödəmə mənbəyində tutulan vergi üzrə 488,4 manat vergi borcunun azaldılması aşkar edilmişdir.

4. Cavabdehin xx.xx.2023-cü il tarixli, **********167604 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunve riciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə İddiaçı MMC barəsində 374.277,23 manat mənfəət vergisi, 236.841,78 əlavə dəyər vergisi, 488,4 manat ödəmə mənbəyində vergi, ümumilikdə, 611.607,58 manat vergi məbləği və 514.518,23 manat maliyyə sanksiyası, həmçinin, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən (arayışın vaxtında təqdim edilməməsinə görə) 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiyası məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixli, **********167604 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliy yətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən tərtib olunmuş səyyar vergi yoxlaması aktında qeyd olunmuşdur ki, “Həmçinin vergi ödəyicisindən alınmış izahata əsasən müəssisənin yoxlama dövrünün sonuna mal qalığının olmadığı müəyyən edilmişdir”. Bununla bağlı qeyd edir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən mal qalığının olmaması ilə bağlı heç bir izahat yazılmamış, həmçinin yoxlama dövrünün sonuna qalıq kimi müəyyən edilən 1315787.65 manat dəyərində malların müəssisənin anbarında və ya işləri icra etdiyi tikinti sahələrində olub-olmamasının yoxlanılması üçün mal qalığı yoxlanılmamışdır. Belə olan halda həmin malların satış kimi qiymətləndirilərək ƏDV hesablanması qanunsuzdur. Bununla bağlı tərəflərindən müvafiq məktubla vergi orqanına müraciət edilərək, aktda qeyd olunan izahatın surəti istənilmiş, lakin, qeyd olunan izahatın surəti təqdim olunmamışdır. Belə olan halda, əgər mütəxəssis rəyinə əsasən müəyyən olunan mal material sərfiyyatının vergi ödəyicisinin göstərdiyi məhsuldan artıq olduğu müəyyən edilmiş olsa belə, həmin mal qalığının yerində olub-olmaması məqsədi ilə yerində yoxlama və baxış keçirilməli, mallar aşkar edilmədiyi halda VM-nin 159.1-ci maddəsinə əsasən ilk öncə ƏDV hesablana, daha sonra mənfəət dövriyyəsi artırılaraq, əlavə mənfəət vergisi hesablana bilərdi. Səyyar vergi yoxlaması aktının 1.9.2-ci və 1.9.3-cü bəndlərində vergi ödəyicisinin əmlakının inventarizasiyasının keçirilmədiyi və vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmədiyi qeyd edilmişdir. Lakin, mal qalığının olmadığı səbəbindən satış kimi qiymətləndirilərək vergilər hesablanmışdır. Sual olunur ki, inventarizasiya aparılmadan və binaya (əraziyə) baxış keçirilmədən mal qalığı necə müəyyənləşdirilə bilər? Yəni vergi orqanı eyni sənəddə bir-birinə əks olan məlumat qeyd etmişdir. Bu isə vergi orqanı tərəfindən vergilərin hesablanmasına çox səthi və qanunsuz yanaşılmasının sübutudur. Bundan başqa, aktda qeyd edilmişdir ki, vergi ödəyicisi tərəfindən istifadə olunan material uçot cədvəli yoxlamaya təqdim edilmədiyindən, müəssisə tərəfindən istifadə olunan malların istehsalına görə mal-material silgisinin həcminin düzgünlüyünü müəyyənləşdirmək məqsədilə müətəxəssis cəlb olunmuşdur. Daha sonra isə qeyd olunur ki, mütəxəssis rəyi ilə vergi ödəyicisinin təqdim etdiyi mallar arasında 12 növ material üzrə kənarlaşmaların olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş rəydə vergi ödəyicisi tərəfindən forma 2-lərdə göstərilən (mişar daşı, qum, dam örtüyü) materialların alışında kifayət qədər olmadığı, (beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, taxta) materiallarının artıq alındığı müəyyən edilmişdir. Göründüyü kimi əvvəl sənədlərin təqdim olunmadığı qeyd edilir sonra isə vergi ödəyicisinin təqdim etdiyi forma 2 və digər sənədlərə məlumatlarına istinad olunur. Bu isə tamamilə ziddiyyətli məqamdır. Eyni zamanda, xx.xx.2023-cü il tarixli, **********702700 saylı “Material uçot cədvəlinin təqdim olunması barədə” məktubla vergi orqanına müraciət edilərək, səyyar vergi yoxlaması zamanı yoxlama tərə findən tərtib olunmuş material uçot cədvəlinin surəti istənilmişdir. Vergi orqanından cavab olaraq daxil olmuş məktubla isə vergi ödəyicisi tərəfindən təqdim olunmuş mal-material uçot cədvəli onlara geri qaytarılmış, yoxlama zamanı tərtib edilmiş material uçot cədvəli iddiaçıya təqdim edilməmişdir. Aktda qeyd olunduğu kimi istifadə olunmuş mallara dair sərfiyyatın müəyyən olunması üçün mütləq şəkildə yoxlama tərəfindən material uçot cədvəli tərtib olunmalı idi. Bu cədvəldə tikintidə istifadə olunmuş malların dəyəri, hər vahid üzrə elektron qaimə faktura əsasında alınmış malların miqdarı, o cümlədən, mütəxəssis rəyinə əsasən sərfiyyat miqdarı əks etdirilməli və hansı mallar üzrə kənarlaşma olması dəqiq göstərilməli idi. Yalnız bundan sonra hansısa malların istifadə sərfiyyatından artıq alın ması barədə fikir yürütmək olardı. Halbuki, yoxlama aktının özündə də hansı mallardan və hansı miqdarda artıq alınması barədə heç bir qeyd mövcud deyildir. Yalnız ümumi şəkildə 1 315 787.65 manat əlavə dövriyyə müəyyən edilməsi bildirilmişdir. Mənfəət vergisinin hesablanması barədə qərarda və səyyar vergi yoxlaması aktının 12-ci səhifəsində qeyd edilmişdir ki, “Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material hesabatında istifadə olunan malların hansı layihə, forma 2 üzrə silgilərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəy işikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edilmiş və şərti rentabellik norması əsasında vergiyə cəlb edilən mənfəət müəyyən edilərək mənfəət vergisi hesablanmışdır. Bu yolla 2019-cu il üzrə 237 261.81 manat, 2020-ci il üzrə 116 451.02 manat və 2021-ci il üzrə 20 564.40 manat mənfəət vergisi hesablanmışdır. Hesab edir ki, qeyd edilən yolla vergilərin hesablanması tamamilə qanunsuz və əsassızdır. Belə ki, mütəxəssis dövriyyə məbləği ilə bağlı xərcləri müəyyən etmək üçün mütəxəssisə görülmüş işlər üzrə mal-material hesabatı təqdim edilməli idi. Yəni belə hesabat təqdim edilmədən mütəxəssis xərcləri müəyyən edə bilməzdi. Qey d edir ki, iddiaçı tərəfindən vergilərin hesablanması ilə bağlı bütün sənədlər yoxlamaya tam olaraq təqdim edilmişdir, həmçinin idxal etdiyi, aldığı və satdığı mallarla bağlı bütün məlumatlar elektoron informasiya sistemində mövcuddur. E-qaimə əsasında 14,619,471.05 manatlıq mal, iş və xidmətlər alınmış, dəyəri isə bank köçürmələri ilə nağdsız qaydada ödənilmişdir. Yoxlama ilə elektron qaimə faktura əsasında alınmış mal, iş və xidmətlərin dəyəri 1 903 966.76 manat azaldılaraq 12,715,504.29 manat qeyd edilmişdir. Qeyd edilən məbləğlərin xərc kimi nəzərə alınmaması tamamilə qanunsuzdur. Halbuki, Vergi Məcəlləsində birbaşa nəzərdə tutulmuşdur ki, elektron-qaimə faktura əsasında mal, iş və xidmətlərin əldə olunması birbaşa xərclərə aid edilir. Beləliklə xərc məbləği olduğu üçün, şərti rentab ellik əsasında xərcləri birbaşa müəyyən etməmək səbəbindən mənfəət vergisi hesablana bilməz. Cavabdehin etirazları:

7. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək iddia tələbini təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində aparılan səyyar vergi yoxlaması zamanı forma 2-lərə əsasən görülən işlərlə bağlı mal material sərfiyyatının, əmək tutumunun müəyyən edilməsinə zərurət yarandığından və bu bilavasitə vergi orqanının fəaliyyət dairəsinə aid olmayan sahə üzrə xüsusi bilik və təcrübə tələb olunduğuna görə Vergi Məcəlləsinin 44-cü və 45-ci maddələrinə əsasən mütəxəssis dəvət olunması zərurəti yaranmışdır. Belə ki, vergi ödəyicisi tərəfindən fərdi yaşayış evləri, mənzillərin və yaşayış binalarının tikintisi, təhsil müəssisələrində kommunal kommunikasiya üzrə görülən işlərin dəyəri və s. işlərinə görə mal-material silgisinin həcminin düzgünlüyünün müəyyənləşdirmək məqsədi ilə mütəxəssis rəyinin verilməsinə görə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinə müraciət olunmuşdur. xx.xx.2022-ci il tarixli 47 saylı mütəxəssis rəyinə əsasən müəssisə tərəfindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə beton, armatur, sement, mişar daşı, kərpic, qum, emulsiya, kafel, metlax, divar kağızı dam örtüyü, cınqıl, tikinti materiallarının illər üzrə kənarlaşmaların olduğu müəyyən edilmişdir. Mütəxəssis tərəfindən təqdim edilmiş rəydə material silgisi kimi müəyyən edilən 12 (on iki) çeşiddə mallar (adları, miqdarları göstərilməklə) yoxlama dövründə elektron q aimə-faktura əsasında əldə edilmiş mallar qruplaşdırılmışdır. Nəticədə beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, çınqıl və taxta məhsulu üzrə artıq alışları müəyyən edilmişdir. Həmin artıq alışlara elektron qaimə-faktura məlumatlarında müəyyən edilən orta qiymət tətbiq edilməklə əlavə 1.315.787.65 manat əlavə dövriyyə müəyyən edilmişdir. Vergi ödəyicisindən alınmış izahata və keçirilmiş müşahidə baxış zamanı tərtib edilən protokola əsasən müəssisənin faktiki mal qalığının olmadığı müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.15-ci maddəsinə və Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən əskik gələn dövriyyə məbləği yoxlama dövrünün sonuncu ayında yəni 2022-ci ilin yanvar ayının ƏDV bəyannaməsində dövriyyəyə cəlb edilməklə əlavə olaraq 236 841.78 manat vergi hesabl anmışdır. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 118420.89 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” nin 1607.1.2-ci sətrinin (Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı fiziki şəxslər üzrə) B1 (gəlir məbləği) sütununda göstərilmiş 0 manat məbləğ, fərdi sahibkar X1 ilə bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ofisə görə 232.56 manat icarə məbləğinin həmin bəyannamənin 1607.1.2-ci sətrində əks etdirməmişdir. Vergi Məcəlləsinin 124-ci maddəsinə əsasən 2020ci ilin 1-ci rübü,2021-ci ilin 1-4 rübü üzrə cəmi (232.56*3*14%)= 488.4 manat ödəmə mənbəyində vergi azaldılmışdır. VM-nin 58.1 maddəsinə əsasən ödəmə mənbəyində tutulan vergi bəyannamədə göstə rilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 488.4 manat azaldılmasına görə 50% məbləğində, yəni 244.2 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən Forma 2-lərdə göstərilən tikinti xidməti üzrə istifadə olunan mal-material silgilərin müəyyən edilməsi üçün mütəxəssis tərəfindən verilən rəydə 12 növ material üzrə kənarlaşmaların olduğu müəyyən edilmişdir. Belə ki, təqdim edilmiş rəydə vergi ödəyicisi tərəfindən forma 2-lərdə göstərilən (mişar daşı, qum, dam örtyü) materialların alışında kifayət qədər olmadığı, (beton, armatur, sement, kərpic, emulsiya, kafel-metlax, divar kağızı, taxta) materiallarının artıq alındığı müəyyən edilmişdir. Əlavə olaraq mütəxəssis tərəfindən təqdim edilə n rəydə forma 2-lər üzrə göstərilmiş tikinti xidmətlərinə görə əmək tutumu vergi ödəyicisinin sosial hesabatlarında əmək haqları və e-qaimə faktura əsasında əldə etdiyi işçilik xidmətləri ilə müqayisə edilmiş və nəticədə əmək tutumunun artıq göstərildiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən vergi ödəyicisinin təqdim etdiyi mənfəət vergisi bəyannaməsində dövriyyə məbləğləri forma 2-lərə, təqdim edilmiş elektron qaimə-fakturalara əsasən təsdiq edilməsinə baxmayaraq, gəlirlərin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır. Vergi ödəyicisi tərəfindən mühasibat uçotu proqramından çıxarış kimi təqdim etdiyi mal material hesabatı araşdırılmışdır. Belə ki, araşdırma zamanı material hesabatını aylar üzrə təqdim etmədiyindən əldə olunan malların silgisini, həmçinin material hesabatında miqdarın hansı formada olmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-material hesabatında istifadə olunan malların hansı layihə, forma 2 üzrə silgilərini müəyyən etmək mümkün olamışdır. Xərc maddələri kimi müəyyən edilən xidmətlərlə bağlı vergi ödəyicisi tərəfindən xərcləri-Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edilmişdir və müəsissə tərəfindən 2019-cu ilin mənfəət vergisi üzrə 237261.81 manat, 2020-ci ilin mənfəət vergisi üzrə 116451.02 manat, 2021-ci ilin mənfəət id üzrə 20564.40 manat mənfəət vergisi məbləği azaldılmışdır. Vergi Məcəlləsinin 104-cü,108-ci, 83.9-cu maddələrini nəzərə almaqla, 374 277,23 manat mənfəət vergisinin azaldılması müəyyən edilməklə, azaldılmış vergilərə görə Vergi məcəlləsinin 58.1-ci maddəsinə əsasən 187 138,62 manat maliyyə sanksiyasının tətbiq edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

8. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, e-2-1(118)-2312/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir.

9. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 30 dekabr 2023-cü il tari xli, 3-16-16/2-9/51xx-xx/5038 nömrəli ekspert rəyindən qeyd edilmişdir ki, İddiaçı MMC tərəfindən görülən müxtəlif təmir tikinti işlərinə görə təqdim edilən Forma 2, təhvil-təslim aktlarına və xidməti müqavilələrə əsasən görülmüş işlərin ümumi dəyəri 16.188.261,14 manat, istifadə olunmuş mal-materialların ümumi xərci – 11.556.081,78 manat, subpodrat müqavilələri üzrə çəkilmiş xərclər (əmək tutumu) isə 2.759.888,11 manat müəyyənləşdirildi. Səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış ƏDV nin məbləği 26.597,07 manat (26.596,90 (2022-ci ilin yanvar ayı üzrə) + 0,17 (2019 2021-ci illər üzrə) manat müəyyən olunmuş və 2019-cu il üçün mənfəət ödənilməli olan vergi borcu 112896 manat təşkil edir.

10. Sumqayıt İ nzibati Məhkəməsinin 5 iyun 2024-cü il tarixli, 2-1(118)-396/2024 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia qismən təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********167604 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı 2020-ci il üzrə 97.68 manat ödəmə mənbəyində tutulan vergi və ona münasibətdə tətbiq edilmiş 48.84 manat maliyyə sanksiyası, 2021-ci il üzrə 390.72 manat ödəmə mənbəyində tutulan vergi və ona münasibətdə tətbiq edilmiş 195.36 manat maliyyə sanksiyası, vergi hesabatlarını vaxtında təqdim etmədiyinə görə 2021-ci il üzrə tətbiq edilmiş 120 manat maliyyə sanksiyası, 2022 ci ilin yanvar ayı üzrə-26 596.90 manat ƏDV və ona münasibətdə VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq olunmalı 13 298.45 manat maliyyə sanksiyası, 2019-2021-ci illər üzrə isə 0.17 manat ƏDV və ona münasibətdə VM-nin 58.1ci maddəsinə əsasən tətbiq edilməli 0.085 manat maliyyə sanksiyası və 2019-cu ilin mənfəət vergisi üzrə 1 128.96 manat və ona münasibətdə VM-nin 58.1-ci maddəsinə tətbiq edilməli 564.48 manat maliyyə sanksiyası hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmiş və iddia digər hissədə rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddələrinə istinad etməklə kifayətlənmiş, lakin növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən ha lları (xüsusilə mənbəyi bəlli olan əlaqəli məlumatları) göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisinin gəlir və xərclərini təsdiq edən sənədlərin mövcud olmasına baxmayaraq mənfəət vergi hesablanarkən gəlirin müəyyən olunması məqsədləri baxımından təqdim olunmuş sənədlərə istinad edilmiş, lakin xərclər müəyyən olunarkən, təqdim olunmuş sənədlər nəzərə alınmamış və Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona v erdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası əsasında məhkəməyə təqdim edilmiş 3-16-16/2-9/51xx-xx/5038 saylı, 30 dekabr 2023-cü il tarixli ekspert rəyi ilə də cavabdeh orqan tərəfindən qəbul edilmiş qərarın düzgün olmaması öz təsdiqini tapmışdır.

12. Cavabdeh həmin q ərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(105)-811/2024 nömrəli qərarı ilə (hakimlər H.Babayeva - sədrlik edən və məruzəçi, V.Hacıyev və T.Axundov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 5 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq aşağıdakıları qeyd etmişdir: -Vergi orqanı tərəfindən məhz mütəxəssis rəyi ilə müəyyən edilən mal-materialların sərfiyyat həcmi və məbləği ilə iddiaçının təqdim etdiyi məlumatlar arasında uyğunsuzluq olduğundan onun barəsində əlavə dövriyyə müəyyən edilərək ƏDV hesablanmışdır. Bununla bağlı bildirilmişdir ki, iddiaçı tərəfindən sərf olunan mal-materialların dəyəri tikinti aparılan yerə baxış keçirilmədən təkcə mütəxəssis rəyi əsasında müəyyən edilə bilməzdi. - Vergi orqanı bu hissədə mövqeyini əsaslandırarkən vergi ödəyicisindən alınmış izahata və keçirilmiş müşahidə baxış zamanı tərtib edilən protokola əsasən müəssisənin faktiki mal qalığının olmadığını, yəni əraziyə baxış keçirildiyini bildirsə də, səyyar vergi yoxlaması aktının 1.9.2-ci və 1.9.3-cü bəndlərində vergi ödəyicisinin əmlakının inventarizasiyasının keçirilmədiyi və vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmədiyi qeyd edilmişdir. - Cavabdeh vergi orqanı s əyyar vergi yoxlaması zamanı iddiaçının 2018-2021-ci illər üzrə əldə etdiyi gəlirləri müəyyən etsə də, həmin hesabat dövrləri üzrə xərclərini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 67.1-ci madəsində nəzərdə tutulmuş əlaqəli məlumatlardan istifadə etmədən, birbaşa Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək şərti rentabellik normasını tətbiq etməklə iddiaçıya münasibətdə qanunsuz əlverişsiz inzibati akt qəbul etmişdir. - 2019-cu il ərzində müəssisənin dövlət büdcəsi qarşısında yaranan mənfəət vergisi öhdəliyi 106.503,53 manat təşkil edir. Ekspertiza materiallarına əlavə olunmuş vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsində isə vergi ödəyicisinin özü tərəfindən dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği 105.374,57 manat bəyan olunmuş və ödə nilmişdir. Yəni, 2019-cu ilin mənfəət vergisi üzrə dövlət büdcəsinə ödənilməli əlavə mənfəət vergisinin məbləği 1.128,96 manat təşkil edir. 2020-ci il ərzində müəssisənin dövlət büdcəsi qarşısında yaranan mənfəət vergisi öhdəliyi 34.098,39 manat təşkil edir. Vergi ödəyicisinin özü tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən müəyyən olunur ki, dövlət büdcəsinə ödənilməli mənfəət vergisinin məbləği 51.396,21 manat bəyan olunmuş və ödənilmişdir. 2020-ci ilin mənfəət vergisi üzrə dövlət büdcəsinə əlavə vergi öhdəliyi yaranmır. 2021-ci il ərzində müəssisənin dövlət büdcəsi qarşısında yaranan mənfəət vergisi öhdəliyi 3,461.36 manat təşkil edir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən müəyyən olunur ki, ödəyicisinin özü tərəfindən isə dövl ət büdcəsinə ödənilməli mənfəət vergisinin 8.587,69 manat bəyan olunmuş və ödənilmişdir. 2021-ci ilin mənfəət vergisi üzrə dövlət büdcəsinə əlavə vergi öhdəliyi yaranmır. İşə baxan məhkəmədə ƏDV-də olduğu kimi mənfəət vergisinə münasibətdə də ekspert rəyinə istinad edərək 1.128,96 manat mənfəət vergisi və ona münasibətdə VM-nin 58.1-ci maddəsinə əsasən tətbiq olunmalı 564,48 manat maliyyə sanksiyası istisna olmaqla, vergi orqanının qərarını mənfəət vergisi hissəsində ləğv etmişdir.

15. Apellyasiya məhkəməsi hüquqi mövqeyini əsaslandırmaq üçün “İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddələrinə, Vergi Məcəlləsinin 3.8, 23.1, 36.2, 36.3, 38.1, 38.2, 38.3.5, 53.3, 67-ci maddələrinə istinad etmişdir.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia təl əbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassasiya şikayətində aşağıdakıları qeyd etmişdir: - Məhkəmənin verginin qeyd edilən məlumatlardan istifadə edilmədən hesablanmasına istinad edərək hesablamanı əsassız hesab etməsi qanuni deyildir. Müəssisə yoxlamaya yoxlama üçün zəruri olan sənədləri təqdim etmədiyi üçün vergi ödəyicisinin xərclərini müəyyən etmək mümkün olmamışdır. - Vergi ödəyicisi tərəfindən mühasibat uçotu proqramından çıxarış kimi təqdim etdiyi mal-material hesabatı araşdırılmışdır. Belə ki, araşdırıma zamanı material hesabatını aylar üzrə təqdim etmədiyindən əldə olunan malların silgisini, həmçinin material hesabatında miqdarın hansı formada olm asını müəyyən etmək mümkün olmamışdır. Həmçinin vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal- material hesabatında istifadə olunan malların hansı layihə, forma 2 üzrə silgilərini müəyyən etmək mümkün olamışdır. Həmçinin xərc maddələri kimi müəyyən edilən xidmətlərlə bağlı vergi ödəyicisi tərəfindən xərcləriAzərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edilmişdir - Ekspert rəyi iddi açı barəsində hesablanmış ƏDV məbləğinin əsassız olduğu bildirilsə də, qeyd olunan hesablamamanın necə aparılması qeyd olunmamış, malmaterial hesabatı araşdırılmış, həmçinin material hesabatında miqdarın hansı formada necə müəyyən edilməsi göstərilməmişdir. - İş üzrə verilmiş rəydə ekspert xüsusi biliyi əsasında iş materiallarında olan sübut əhəmiyyətinə malik faktiki halları müəyyənləşdirilməli olduğu halda, öz səlahiyyətlərindən kənara çıxaraq qanunvericiliyin şərhini vermiş və yoxlama zamanı hüquq normalarının düzgün tətbiq edilib- edilməməsinə münasibət bildirmişdir. Başqa sözlə desək ekspert səlahiyyətlərini və fəaliyyət dairəsini aşaraq hüquqi məsələlər barədə rəy bildirmişdir. Halbuki qanunvericilik normalarına əsaslanmaqla işin hallarına hüquqi qiymət ekspert tərəfindən deyil, ya lnız məhkəmə tərəfindən verilə bilər. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

19. Vergi Məcəlləsi: Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçiri lir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 gündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda, səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyi cisinin iş vaxtı ərzində keçirilir. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər:... 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə,... Maddə 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır):... 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; Maddə

53. Vergi qanunvericiliyini n pozulmasına görə məsuliyyətin ümumi əsasları... Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə

67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50. 1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsm i məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının ə ldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstəril məsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3-1. Vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabellik nəzərə alınmaqla hesablanır. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 67.15. Vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir Maddə 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 12 iyun tarixli 82 nömrəli qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlaması zamanı vergi orqanları tərəfindən inventarizasiyanın aparılması Qaydaları ”: 1.3. İnventarizasiya səyyar vergi yoxlaması zamanı aşağıda göstərilən hallarda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsaslandırılmış qərarı ilə aparılır: vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən bilərəkdən hesabat sənədlərinin aparılmaması aşkar edildikdə vergi ödəyicisində sonuncu vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq hesabat sənədlərinin aparılmaması aşkar edildikdə və bununla əlaqədar vergi orqanının xəbərdarlığından sonra yol verilmiş dəqiqsizliklər aradan qaldırılmadıqda və hesabat müəyyən edilmiş qaydalara uyğun olaraq aparılmadıqda; vergi ödəyicisində səyyar vergi yoxlaması zamanı aksiz markaları ilə markalanmalı olan, ancaq markalanmamı ş mallar aşkar edildikdə;... 1.5. İnventarizasiyanın əsas məqsədi aşağıdakılardır: vergitutmadan gizlədilmiş (yayındırılmış) obyektlərin, mal-material qiymətlilərinin və əmlakın faktiki mövcudluğunun aşkar edilməsi; faktiki mövcud əmlakın və digər qiymətlilərin mühasibat uçotunun məlumatları ilə müqayisə edilməsi; öhdəliklərin ucotda tam əks etdirilməsinin yoxlanılması; sahibkarlıq fəaliyyətində gəlir (mənfəət) götürmək üçün istifadə edilən daşınan və daşınmaz əmlakın, o cümlədən qeyri-maddi aktivlərin və pul vəsaitlərinin vergitutma obyekti kimi vergi ucotundan yayındırılması hallarının aşkar edilməsi və aradan qaldırılması; vergitutmadan gizlədilmiş (yayındırılmış) mal-material qiymətlilərinin bazar qiymətləri nəzərə alınaraq ödənilməli olan vergi (o cümlədən Azərbaycan Respublikasına k ənardan gətirilmiş mal-material qiymətliləri üzrə gömrük orqanlarında ödənilməli olan verginin) məbləğini müəyyən etmək. Vergi orqanları vergi ödəyicisinin əmlakının, digər qiymətlilərinin inventarizasiyasının aparılması üçün müəyyən edilmiş qaydada ekspertləri, tərcüməçiləri və digər mütəxəssisləri cəlb edə bilər. Bu zaman inventarizasiya edilən əmlak və digər qiymətlilər barədə mütəxəssislərin və ekspertlərin rəyləri tərtib edilmiş aktlara əlavə edilməlidir.

21. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qə rarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

22. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı.

23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023cü il tarixli 2-1(102)1914/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)2215/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)1380/2024 nömrəli xx.xx.2022-ci il tarixli 2-1(102)2486/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-1239/2022 nömrəli qərarları KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN M ÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Mə hkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. İş materialları ilə müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli **********155228 nömrəli Qərarı ilə iddiaçı MMC-də növbədənkənar səyyar vergi yoxlaması (yoxlanılan dövr: xx.xx.2019 – xx.xx.2022 -ci il) təyin edilmiş və yoxlama xx.xx.2022-ci il tarixli, **********155346 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akt əsasında vergi orqanı tərəfindən iddiaçı barəsində xx.xx.2023-cü il tarixli, **********167604 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmiş, iddiaçı cəmiyyətə 374.2 77,23 manat mənfəət vergisi, 236.841,78 əlavə dəyər vergisi, 488,4 manat ödəmə mənbəyində vergi, ümumilikdə, 611.607,58 manat vergi məbləği və 514.518,23 manat maliyyə sanksiyası, həmçinin, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən (arayışın vaxtında təqdim edilməməsinə görə) 120 manat maliyyə sanksiyası tətbiq edilmişdir.

29. Hazırda iddiaçının hüquqi marağı yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixli, **********167604 nömrəli qərarın ləğvinə yönəlmişdir. Növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsinin qanuniliyi

30. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə vergi orqanları tərəfin dən növbədənkənar vergi yoxlaması keçirilə bilər.

31. Cavabdeh kassasiya şikayətində yoxlamanın keçirilməsinə əsas kimi, Səyyar vergi yoxlamalarının təhlili və təşkili şöbəsinin xx.xx.2022-ci il tarixli **********092100 nömrəli xidməti məktubunu qeyd etmişdir.

32. Lakin cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********15522 nömrəli Qərarında yalnız Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilməklə kifayətlənilmiş və qərarda vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumat göstərilməmişdir. Bu hal aşağı instansiya məhkəmələri tərəfindən pozuntu kimi müəyyən edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Vergi Məcəlləsinin 38-ci maddəsi səyyar vergi yoxlamasının iki növünü müəyyən etmişdir: növbəti və növbədənk ənar. Vergi orqanı hər iki yoxlamanın keçirilməsi ilə bağlı qərar qəbul etsə də, sözügedən qərarlar inzibati akt hesab edilmirlər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticəl ər yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Vergi Məcəlləsinin 38, 39 və 49-cu maddələrinin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar özü-özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır. Belə ki, aparılan yoxlamanın nəticələri Vergi Məcəlləsinin 39.1-ci maddəsinə müvafiq olaraq səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilir və həmin akt əsasında vergi orqanının rəhbəri (rəhbərin müavini) Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan birini qəbul edir. Göründüyü kimi, səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar, həmin yoxlamanın nəticələrinin rəsmiləşdirildiyi akt hələ vergi ödəyicisinin vergi məsuliyyətini müəyyən etmir (başqa sözlə, hüquqi nəticə yaratmır), vergi məsuliyyətinin yaranması üçün vergi orqanının rəhbərinin məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edilməsidir (Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi).

34. Belə ki, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sa hibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağ lıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir.

35. Bu baxımdan, növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

36. Hazırkı iş üzrə isə cavabdeh növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərarında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə (mənbəyi bəlli olan əlaqəli məlumat) istinad etməklə kifayətlənmiş, növbədənkənar yoxlamanın keçirilməsinin zəruriliyini şərtləndirən halları göstərməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırmamı şdır.

37. Nəzərə alınmalıdır ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, vergi orqanı ümumiyyətlə bu və ya digər yoxlama tədbirini seçərkən həmin tədbirin həyata keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslara bağlıdır və həmin əsaslara istinad etməlidir. Bu zaman həm də xüsusilə nəzərə alınmalıdır ki, növbədənkənar vergi yoxlaması növbəti deyil, məhz növbədənkənar və bu baxımdan əlahiddə yoxlama olduğuna görə, onun başlanılması haqqında qərar, yoxlamanın zəruriliyini şərtləndirən vergi qanunvericiliyində təsbit olunmuş əsaslar və hallar, diskresion səlahiyyətlərin legitim məqsədləri və mütənasiblik prinsipinin tələbləri baxımından daha ətraflı şəkildə açıqlanmalı və daha ciddi şəkildə əsaslandırılmalıdır. Qeyd olunmalıdır ki, mübahisəyə baxılması və onun həll edilməsi zamanı məhkəmə mübahisə predmeti olan qərarın qanuna uyğunluğuna həm də cavabdeh tərəfindən istinad olunan həmin əsaslar üzərindən qiymət verir. Mübahisələndirilən qərarının qəbul edilməsinə əsas olmuş mütəxəssis rəyi barədə

38. Mübahisələndirilən qərarla vergi orqanı tərəfindən vergi ödəyicisinə əlavə hesablanmış ƏDV-nin eləcə də, mənfəət vergisinin hesablanmasına əsas səbəb vergi orqanı tərəfindən alınmış “Azərekspertiza” birliyinin 24 noyabr 2022-ci il tarixli mütəxəssis rəyi olmuşdur.

39. «Azərekspertiza» birliyinin mütəxəssisi vergi orqanı tərəfindən ona təqdim edilmiş Forma-2 aktlarına əsasən iddiaçının görülmüş işlərinin həcmi ilə bağlı görülmüş işlərdə əmək tutumunun və istifadə olunan mal-materialların real dəyəri müəyyənləşdirmişdir.

40. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aid olduğundan, mübahisələndirilən qərarla hesablanmış məbləğlərin əsaslığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Başqa sözlə, cavabdeh mötəbər ekspert rəyi əsasında vergilərin hesablandığını sübuta yetirməlidir.

41. İş materiallarına əlavə edilmiş mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, mütəxəssis tikinti işlərində istifadə olunan mal-materialların adı və həcmini əks etdirən cədvəl təqdim etmişdir. Lakin, tikinti işlərində istifadə olunan mal-materialların növü, markası, iste hsal yeri və həmin malların xüsusiyyətlərini və keyfiyyətini göstərən digər amillər öz əksini tapmamışdır.

42. Bununla yanaşı qeyd olunmalıdır ki, cavabdehin ekspert rəyinə istinadən əsas dəlili ondan ibarətdir olmuşdur ki, iddiaçının təqdim etdiyi Forma 2 cədvəllərində qeyd olunan tikinti materiallarının həcmi şişirdilmiş, yəni tikinti obyektində istifadə edilməmişdir.

43. Bu dəlilə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ekspert tərəfindən göstərilən nəticəyə gəlmək üçün yerində baxış keçirilməklə, ölçü işləri aparmaqla müvafiq normativlərə istinad etməklə nəticəyə gələ bilər. Lakin işdən görünən odur ki, ekspert göstərilənləri etmədən Forma 2 sənədlərə baxış keçirməklə nəticəyə gəlmişdir.

44. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, istinad olunan rəy vergilərin hesabla nmasının qanuniliyinə dəlalət edən mötəbər sübut kimi qəbul edilə bilməz.

45. Eyni zamanda qeyd edilməlidir ki, iş materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib olunmuş 30 dekabr 2023-cü il tarixli, 3-1616/2-9/51xx-xx/5038 nömrəli ekspert rəyindən qeyd edilmişdir ki, səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə az hesablanmış ƏDV-nin məbləği 26.597,07 manat (26.596,90 (2022-ci ilin yanvar ayı üzrə) + 0,17 (2019 2021-ci illər üzrə) manat müəyyən olunmuşdur.

46. Göründüyü kimi, iş üzrə məhkəmə tərəfindən təyin olunmuş ekspert rəyi ilə, cavabdeh tərəfindən təyin edilmiş «Azərekspertiza» birliyinin mütəxəssisin və ekspertin rəyinin düzgünlüyü təkzib olunur, həmçinin cavabdeh tərəfi ndən Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinin mötəbərliyini şübhə altına salan sübutlar da təqdim edilməmişdir. Mübahisələndirilən qərarla hesablanmış mənfəət vergisi barədə

47. Hazırkı iş üzrə mübahisələndirilən qərarla iddiaçı cəmiyyətə 374.277,23 manat mənfəət vergisinin və həmin məbləğin 50 faizi məbləğində - 187.138,62 manat maliyyə sanksiyası hesablanmışdır. Mənfəət vergisinin hesablanmasının əsası mütəxəssis rəyi olmuşdur.

48. Belə ki, cavabdeh qəbul etdiyi qərarı mütəxəssis rəyi ilə müəyyən edilən sərf olunmuş mal-materialların dəyəri ilə iddiaçının özü tərəfindən təqdim edilən məlumatlar arasında uyğunsuzluq olduğundan müvafiq xərc sənədlərinin nəzərə alınmaması və mənfəət vergisinin şərti rentabellik norması əsasında hesablanması ilə əsaslandırmışdır.

49. Göründüyü kimi, cav abdeh tərəfindən iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirilmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq edilmişdir.

50. Vergi Məcəlləsinin 67-ci maddəsi vergi orqanına səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ verir ki, həmin müddəada bu qaydada hesablamanın bir neçə üsulu təsbit edilmişdir (müxtəlif əlaqəli məlumatlardan istifadə (VM-nin 67.1.1-67.1.9-cü maddələri; analoji vergi ödəyicisinin məlumatlarından istifadə). Eyni zamanda, Məcəllənin 67.14-cü maddəsin ə əsasən bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.

51. Hazırkı iş üzrə cavabdeh iddiaçının dövriyyəsi üzrə xərc sənədlərinin olmaması səbəbindən Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik norması tətbiq etməklə mənfəət müəyyənləşdirmiş və bunların məcmusunda əlavə vergi məbləğləri hesablamış, eləcə də müvafiq maliyyə sanksiyası tətbiq etsə də, iddiaçının vergisini müəyyən edərkən Vergi Məcəlləsinin 67-ci maddəsinin ona verdiyi imkanlardan istifadə etməsinə dair hər hansı sübut təqdim etməmiş, əlaqəli məlumatları əldə etməyin mümkün olmamasına dair hər hansı əsaslandırma verməmişdir. Formalaşmış məhkəmə təcrübəs inə istinad etməklə (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2486/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-1239/2022 nömrəli qərarları) məhkəmə kollegiyası bir daha xatırladır ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiq etməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Mübahisələndirilən qərarla hesablanmış ƏDV barədə

52. İşdən görünür ki, müəssisənin mal-material, texnika və digər avadanlıqların saxlanılması üçün nəzərdə tutulmuş qeyd olunan ünvanda vergi nəzarət tədbiri və icra olunm uş layihələrə baxış və malların inventarizasiyasi keçirilmədən mütəxəssis rəyi ilə əskik gəlmə kimi qiymətləndirilmiş mallar satış kimi qiymətləndirilərək VM-nin 67.15-ci maddəsinə əsasən ƏDV hesablanılmışdır.

53. VM-nin 67.15-ci maddəsində qeyd edilmişdir ki, vergi orqanı tərəfindən keçirilən vergi nəzarəti zamanı vergi ödəyicisinin uçot məlumatlarında (mühasibat uçotu və ilkin uçot sənədlərində) göstərilən malların faktiki olaraq onun sahibliyində olmadığı aşkar edildikdə vergilər həmin halın aşkar edildiyi hesabat dövrü üzrə, səyyar vergi yoxlaması zamanı isə yoxlama ilə əhatə edilən sonuncu hesabat dövrü üzrə hesablanır. Bu maddənin məqsədləri üçün təqdim edilən mallar bir əqd və ya müqavilə üzrə təqdim edilmiş hesab edilir.

54. Bu maddənin tətbiq edilməsi üçün malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olmadığı vergi orqanı tərəfindən aşkar edilməlidir. Səyyar vergi yoxlaması zamanı malların faktiki olaraq vergi ödəyicisinin sahibliyində olub-olmaması vergi orqanı tərəfindən keçirilən inventarizasiya ilə müəyyən edilməlidir. Lakin səyyar vergi yoxlaması aktının 1.9.2-ci və 1.9.3-cü bəndlərində vergi ödəyicisinin əmlakının inventarizasiyasının keçirilmədiyi və vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmədiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, əmlakın inventarizasiyası keçirilmədən təkcə mütəxəssis rəyinə istinad edilməklə Vergi Məcəlləsinin 67.15-ci maddəsinə əsasən vergilərin hesablanması həyata keçirilə bilməz.

55. Qeyd edilənlər ilə bağlı formalaşmış məhkəmə təcrübəsi də ondan ibarətdir ki, cavabdeh tərəfindən inventarizasiyan ın həyata keçirilməsi mütləqdir, nəzərə alınmalıdır ki, vergilərin düzgün müəyyən edilməsi vergi orqanlarının vəzifəsidi və iddiaçının yoxlama dövründə hansı həcmdə vergiləri dövlət büdcəsinə ödəməli olması yalnız inventarizasiya aparmaqla həyata keçirilməli idi. (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-1174/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-1201/2024 nömrəli qərarları).

56. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

57. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb ol unan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladıqdan sonra, məhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb edə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.

58. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmasın. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 31 oktyabr 2024-cü il tarixli, 2-1(105)-811/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar