Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1042/2020 15.09.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD (Açar söz: müddətin buraxılmasına görə kassasiya şikayətinin mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), X3, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “döyüş bölgəsində və müalicədə olduğu müddətlərin güzəştli xidmət illərinə daxil edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2763/2019 nömrəli qərarından cavabdeh tərəfində n kassasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinə qədər döyüş bölgəsində olduğu və yaralandığı, iki aydan artıq xx.xx.1993-cü il tarixindən xx.xx.1993-cü il tarixinədək X1 stasionar şəraitdə müalicədə olduğu müddətlərin onun güzəştli xidmət illərinə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)2130/2019 nömrəli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçının xx.xx.1993cü il tarixindən xx.xx.1993-cü il tarixinə qədər döyüş bölgəsində olduğu dövrün onun güzəştli xidmət illərinə daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2763/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-2130/2019 nömrəli qərarının qismən – iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Məhkəmə qərarını iddiaçı xx.xx.2020-ci il tarixində, cavabdeh xx.xx.2020-ci il tarixində rəsmi qaydada əldə etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2763/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından cavabde h xx.xx.2020-ci il tarixində kassasiya şikayəti vermiş, eyni zamanda, ərizə verərək kassasiya şikayəti verilməsi üçün ötürülmüş müddətin bərpasını xahiş etmişdir. Ərizəsini belə əsaslandırmışdır ki, mübahisələndirilən qərar cavabdeh orqana xx.xx.2020-ci il tarixində daxil olmuş, cavabdeh də xx.xx.2020-ci il tarixində kassasiya şikayəti vermişdir. Göründüyü kimi, qanunla müəyyən edilmiş müddət cavabdehdən asılı olmayan səbəblərdən ötürülmüşdür. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X4 ərizəsi ilə eyni məzmunlu izahat verərək ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.2-ci m addəsinə əsasən Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.3-cü maddəsinə əsasən kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh müddətin ötürülmə səbəbini məhkəmə qərarını gec əldə etməsi ilə əlaqələndirsə də, məhkəmə kollegiyası bu dəlili əsassız hesab edir. Belə ki, cavabdeh mübahisələndirilən qərarı xx.xx.2020-ci il tar ixində əldə etdiyini bildirsə də, iş materiallarında olan xəbərnamədən görünür ki, cavabehin nümayəndəsi həmin qərarı xx.xx.2020-ci il tarixində almış və bunu öz imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, cavabdeh üzrlü səbəb olmadan kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürmüşdür. Azərbaycan Respublikası İPM-nin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən həmin Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan so nra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti vermə müddəti cavabdeh tərəfindən üzrlü səbəb olmadan ötürüldüyü üçün kassasiya şikayəti mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 94.1, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2763/2019 nömrəli qərarından cavabd eh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın. Şikayətin qəbulundan imtina edilsin.
Məhkəmə qərarları › İş №2-1(102)-1042/2020
Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1042/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver