Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1042/2021 08.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki X-ə qarşı iş üzrə (Açar sözlər: iddia tələbinin mümkünsüzlüyü; cavabdeh inzibati orqan, mübahisələndirilən akt isə inzibati akt deyil) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki X-ə qarşı “barəsində tətbiq edilmiş “qaçmağa mey illi məhkumdur” aktının mübahisələndirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(103)-574/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Xəbsxanasının rəisi ədliyyə polkovniki X-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəhbərliyi tərəfindən tərtib edilmiş 01.05.2019-cu il tarixli “qaçmağa meyilli” qərarının tələb edilməsi, həmin qərarın məhkəmə qaydasında mübahisələndirilməsi və həmin qərarın ləğv edilməsi, cav abdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun sübut edilməsi, cavabdehin həmin qərarı onunla tanış etmədiyi üçün onun xeyrinə 5000 min manat maddi təzminatın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
2. Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(112)-7223/2020 saylı qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır (hakim A.Oruczadə).
3. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində göstərilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki X inzibati orqan, mübahisələndirilən 05.01.2019-cu il tarixli akt isə inzibati akt deyildir.
4. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermişdir b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 21(103)-574/2021 nömrəli qərardadına görə (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Valeh Ağayev və Aida Hüseyn) Bakı İnzibati Məhkəməsinin 13.11.2020-ci il tarixli, 2-1(112)-7223/2020 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
7. Məhkəmə qərardadı iddiaçıya 31.03.2021-ci il tarixində təqdim edilmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək dövlət büdcəsi hesabına vəkillə təmin olunmasını xahiş etmiş, məhkəmənin 19.03.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, 09.04.2021-ci il tarixində i ddiaçı dövlət büdcəsi hesabına vəkillə təmin edilmişdir.
8. İddiaçı 19.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(103)-574/2021 nömrəli qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayətinin dəlillərinə görə mübahisələndirilən akt iddiaçı üçün müəyyən hüquqi nəticələr yaratmışdır. Belə ki, məhz həmin akta görə iddiaçı qısamüddətli görüşə çıxarkən penitensiar xidmətin əməkdaşları tərəfindən əlləri qandallanır. Bu hal da “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində nəzərdə t utulmuş hüquqi nəticələrə aiddir. Belə ki, Cəzaların İcra Məcəlləsinin 81-ci maddəsində qısamüddətli görüşlərdə məhkumun əllərinin qandallanması barədə bir müddəa yoxdur və burdan aydın olur ki, iddiaçının qısamüddətli görüşə çıxarkən əllərinin qandallanması məhz mübahisələndirilən aktın hüquqi nəticəsidir.
10. Bundan başqa, Qobustan Həbsxanasının rəisi Ədliyyə polkovniki X inzibati orqanda təşkilati-sərəncamverici vəzifə tutduğundan, onun tərəfindən qəbul edilmiş aktlar “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində göstərilən şərtlər mövcud olduqda inzibati akt kimi qiymətləndirilməlidir.
11. Məhkəmələr iddiaçının məhkəmə proseslərində iştirakını təmin etməmişlər. Belə ki, iddiaçı Qobustan Həbsxanasında cəza çəkən məhkumdur və sərbəst hərəkət edə bilmədiyindən, yuxarıda qeyd edil ən məhkəmələr onun proseslərdə iştirakını təmin etmək üçün müvafiq tədbirlər görməli olduğu halda bunu etməmiş və bununla da həm məhkumun hüquqlarını, həm də prosessual hüquq normalarını kobud şəkildə pozmuşlar. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İşə baxılmasının vaxtı və yeri haqda lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
15. İnzibati-Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.
16. Az ərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.4. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünl üyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı o laraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli nömrəli Qərarı: 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati o rqan olmalıdır. 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10.04.2015-ci il tarixli nömrəli Qərarı: 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. 19. “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyə n (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman pros essual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, hazırkı qərarın 16-cı bəndində göstərilən Ali Məhkəmə Plenumunun hüquqi mövqeyindən görünür ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır və bu zaman məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi ni, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
24. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inziba ti orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.
25. Apellyasiya instansiyası məhkəməsi də göstərilən tələblərə uyğun olaraq iddianın mümkünlük şərtlərini araşdırmış və haqlı olaraq qeyd etmişdir ki, mübahisələndirilən akt iddiaçı üçün hüquqi nəticələr yaratmadığından inzibati akt hesab edilə bilməz. Bununla bağlı iddiaçı öz kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının qısamüddətli görüşə gedərkən əllərinin qandallanması mübahisələndirilən aktın yaratdığı hüquqi nəticə olduğundan məhkəmənin mövqeyi əsassızdır.
26. İddiaçının bu dəlilini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın əsas xü susiyyətlərindən biri də ünvanlandığı hüquqi və ya fiziki şəxs (maraqlı şəxs) üçün müəyyən hüquqi nəticələr yaratmaq məqsədi güdməsidir. İnzibati akt maraqlı şəxs üçün hüquq və vəzifələr müəyyən edir, yaradır, dəyişir və ya ləğv edir.
27. İş materiallarında əlavə edilmiş 05.01.2019-cu il tarixli aktın (iş v.11) məzmunundan da görünür ki, həmin akt istiqamətləndirmə xarakteri daşıyır. Həmin aktda qeyd edilmişdir ki, İddiaçı “qaçmağa meyilli məhkumdur”, odur ki, məhkum İddiaçı qanunazidd hərəkətlərinin vaxtında müəyyən olunması və qarşısının alınması məqsədi ilə davranışlarının nəzarət altında saxlanılması məqsədə müvafiqdir.
28. Göründüyü kimi, mübahisələndirilən akt özü birbaşa olaraq hər hansı bir hüquq və vəzifə yaratmamışdır. Odur ki, həmin aktın inzibati akt olmaması barədə apellyasi ya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.
29. Kassasiya şikayətinin hazırkı qərarın 10-cu bəndində göstərilən dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 19-cu bəndində göstərilən normanın məzmunundan da göründüyü kimi, qanunverici inzibati orqanda təşkilati-sərəncamverici vəzifə tutan şəxs tərəfindən qəbul edilən bütün aktları inzibati akt kimi qiymətləndirmir. İnzibati orqan tərəfindən qəbul olunmuş və heç bir hüquqi nəticəsi olmayan qərar inzibati akt deyil. Belə ki, inzibati orqan tərəfindən müəyyən məlumatlar verilir, xəbərdarlıq edilir, inzibati aktın qəbulu üçün müəyyən hazırlıqla bağlı qərarlar da qəbul edilir. Yuxarıda göstərilən aktın məzmunundan da göründüyü kimi, mübahisələndirilən akt yalnız istiqamətləndirmə xarakteri daşıyır.
30. Bundan b aşqa, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq qeyd etmişdir ki, ““İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qobustan Həbsxanasının rəisi ədliyyə polkovniki X inzibati orqan kimi müəyyən olunmamışdır”.
31. Odur ki, qeyd olunanlara əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edir.
32. Kassasiya şikayətinin hazırkı qərarın 11-ci bəndində göstərilən dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçının məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edildiyi müəyyən edilir. Belə ki, iş materiallarına əlavə edilmiş bildirişdən (iş v.26) görünür ki, iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş təqdim edilmişdir və iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan məlumatlı olmuşdur.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Odur ki, iddiaçının kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 2-1(103)574/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.03.2021-ci il tarixli, 21(103)-574/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın.