Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1042/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiyanın pensiyanın yenidən hesablanmasında nəzərə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1958-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlə rlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 21(103)-70/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1.İddiaçıya xx.xx.2014-cü il tarixdən xidmət illəri ilə əlaqədar əmək pensiyası təyin edilmişdir.
2. Azərbaycan Respublikası Baş Prokurorunun xx.xx.2015-ci il tarixli, 11/271-k nömrəli əmri ilə iddiaçı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununun 29.2.5-ci və 32.4-cü maddələrinə müvafiq olaraq öz arzusu ilə xidmət illərinə görə xx.xx.2015-ci il tarixdə tutduğu vəzifədən azad ol unmuş və prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir.
3. İddiaçının prokurorluq orqanlarından azad olunması ilə əlaqədar Mərkəzi Filial tərəfindən prokurorluq orqanlarının sabiq əməkdaşı kim əmək pensiyası yenidən hesablanmışdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək istifadə edilməmiş məzuniyyətə görə ödənilmiş kompensasiyanın orta əmək haqqının hesablanması zamanı nəzərə alınmasını xahiş etmişdir.
5. Cavabdeh 24 iyul 2020-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta əmək haqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci abzasına əsasən “istifadə edilməmiş əmək məzuniyyətlə rinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödəncdir. Ərizədə qeyd edilən pul təminatının əmək pensiyası hesablanarkən nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 9.035,79 manat vəsait nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması, 2014-cü ilin fevral ayından bu günədək ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2014-cü ilin fevral ayından xidmət illəri ilə əlaqədar prokurorluq orqanlarında işlədiyinə g örə əmək pensiyası alır. DSMF Gəncə şəhəri Kəpəz rayon şöbəsinə AR Baş Prokurorluğundan təqdim edilmiş 13 avqust 2014-cü il tarixli arayışda 2012 – 2014-cü illər ərzində onun gəlirləri tam şəkildə öz əksini tapmamışdır. Belə ki, ona əmək pensiyası təyin edilənədək əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə hesablanmış və sosial sığorta ödənişləri edilmiş 9.035,79 manat məbləğində pul nəzərə alınmamışdır. Müraciəti əsasında AR Baş Prokurorluğundan verilmiş 19 iyun 2019-cu il tarixli 17-453 saylı arayışda həmin qeyd olunanlar öz əksini tapmışdır. O, AR Baş Prokurorluğundan təqdim edilmiş 19 iyun 2019-cu il tarixli həmin arayışa əsasən ona əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş 9.035,79 manat ödəniş nəzərə alınmaqla pensiya məbləğinin yenidən hesablanması və 2014-cü ilin fevral ayından bu günədək yaranmış fərq məbləğinin ödənilməsi ilə bağlı iyul 2020-ci il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsindən daxil olmuş 24 iyul 2020-ci il tarixli cavab məktubunda görünür ki, onun qanuni tələbindən əsassız olaraq imtina edilmişdir. Sabiq prokurorluq əməkdaşı X1 DSMF Gəncə şəhəri Kəpəz rayon şöbəsinə qarşı vermiş olduğu analoji iddia ərizəsi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 avqust 2017-ci il tarixli 21(102)-1032/17 saylı qərarında da qeyd edildiyi kimi, istifadə edilməyən məzuniyyətlərə görə kompensasiyanın məcburi dövlət sosial sığortasına cəlb edilməsi həmin kompensasiyanın iddiaçının əmək pensiyasına hesablanmasını da zəruri edir. AR Baş Prokurorluğundan təqdim edilmiş 19 iyun 2019 -cu il tarixli arayışa əsasən ona əvvəllər istifadə etmədiyi məzuniyyətlərə görə verilmiş 9.035,79 manat ödənişdən dövlət sosial sığortası hesablanaraq çıxılması əmək pensiyasına hesablanması zamanı həmin məbləğin də nəzərə alınmasını zəruri edir. Cavabdehin etirazları:
8. Cavabdeh iddiaya dair imtina məktubunun məzmununa uyğun etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
9. Bakı İnzibati Məhkəməsinin (hakim R.Kərimli) 11 fevral 2021-ci il tarixli, 21(112)-1445/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarı ilə təsdiq olunmuş “Orta əmək haqqı hesab lanarkən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”nın 31-ci bəndinə istinad etməklə hesab etmişdir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur. Bu səbəbdən cavabdehin imtinası qanuna uyğun olmuş və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməməlidir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instans iyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 sentyabr 2022-ci il tarixli, 2-1(103)-1784/2021 nömrəli qərarı ilə (hakimlər E.Nağıyeva /sədrlik edən və məruzəçi/ H.Həmidov və C.Yusifov) birinci instansiya məhkəməsinin 11 fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2022-ci il tarixli, 2-1(102)-249/2022 nömrəli qərarı ilə (hakimlər: Z.Quliyev - məruzəçi, R.Nəbiza də və S.Kərimov) apellyasiya instansiyası məhkəməsinin 14 sentyabr 2022ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi İPMin 12-ci maddəsində təsbit edilmiş işin hallarının araşdırılması prinsipi pozulmuşdur. Belə ki, apellyasiya məhkəməsi tərəfindən iddiaçının pensiya işi tələb edilərək, pensiyanın hansı qaydada, yəni ümumiyyətlə hansı maddi hüquq normalara, hansı əlavələrin və artımların, hansı şərtlərin nəzərə alınıb-alınmaması müəyyən edilməmişdir. Həmçinin iddiaçının iddiasında göstərdiyi istifadə edilməmiş məzuniyyətlərə görə ödənilmiş 9.035,79 manat vəsaitin hansı illərə aid edilməsi, həmçinin iddiaçıya pensiyanın “ardıcıl 60 ay və ya son 2 il” nəzərə alınmaqla tə yin edilmiş olması və bunun pensiya təyin edilərkən nəzərə alınıb-alınmaması müəyyən edilməmiş. Eyni zamanda - iddiaçıya əmək pensiyası təyin edilərkən “Əmək pensiyaları haqqında” Qanunun “yaşa görə əmək pensiyası” adlanan 2-ci fəslin və “Əmək pensiyasına əlavələr” adlanan 5-ci fəslin müddəalarının tələblərinin tətbiq edilib-edilməməsi araşdırmamışdır. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçıya işdən azad edilərkən ödənilmiş 9035,79 manat vəsait 1999/2000-30 gün, 2000/2001-30 gün, 2001/2002-30 gün, 2002/2003-30 gün, 2013/2014-6 gün, 2014/2015-18 gün, 2015-7 gün üçün ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiyadır.
18. Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 yanvar 2023-cü il tarixli, 2-1(103)-70/2023 nömrəli qərarı ilə (hakimlər A.Oruczadə /sədrlik edən və məruzəçi/ M.Tağızadə və R.Səmədov) birinci instansiya məhkəməsinin 11 fevral 2021ci il tarixli qərarı ləğv edilmiş, iddia qismən yəni 2013-2014-cü illərdə istifadə etmədiyi 6 gün məzuniyyət üçün ödənilmiş 260,34 manat kompensasiya nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və xx.xx.2017-ci ildən pensiya məbləğindəki fərq hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilmişdir. Qalan hissədə iddia rədd edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya qulluqdakı son 24 ay xx.xx.2012-xx.xx.2014-cü illərdəki dövrdə orta aylıq əmək haqqı nəzərə alınmaqla pensiya təyin ed ildiyindən, həmin dövrə aid bütün ödənişlər, məbləğlər əgər məcburi dövlət sosial sığortasına cəlb edilmişdirsə pensiya hesablanmasında nəzərə alınmalıdır. İddiaçının pensiyanın yenidən hesablanmasında tələb etdiyi kompensasiya məbləğinin bir hissəsi məhz pensiya təyini zamanı nəzərə alınan dövrə aid 2013-2014-cü ildə istifadə etmədiyi 6 gün məzuniyyət görə 260,34 manat hissəsi pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmalıdır.
20. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. iddiaçının kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya məhkəməsi öz mövqeyini son dövrlərdə qəbul edilmiş qərarlardakı hüquqi mövqeyə uyğun olması ilə izah etmişdir. Lakin bu qəbildən olan iddialar üzrə məhkəmə yalnız özünün hüquq düşüncəsini və qanunu əsas götürüb ayrı-ayrı dövrlər üçün fərqli qərarlar yox, vahid qərar qəbul etməlidir. Məhkəmənin belə yanaşmasına qalsa, həmin qərarlardan əvvəl prokurorluq işçisi olmuş Eyvaz Əhmədovun eyni analoji iddiası üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 iyun 2017-ci il tarixli 2-1(102)-1032/17 saylı qərarı da var. Həmin qərarda məhkəmə tamamilə fərqli mövqedən yanaşaraq, iddianı təmin etmişdir. Bəs onda necə olur ki, məhkəmə qərarı qəbul edərkən həmin qərarda öz əksini tapmış hüquqi mövqeyə yox, 2022-ci ildə qəbul edilmiş qərarlardakı hüquqi mövqeyə əsaslanaraq qərar qəbul etmişdir. b. cavabdehin kassasiya şikayətinin dəlilləri
23. Cavabdehin kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda, eləcə də iddiaya dair etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olu nduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş ha llara şamil olunmur. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər mümkün he sab edilmişdir.
26. Apellyasiya məhkəməsinin qərarının qanuniliyi iddiaçının şikayətinə münasibətdə iddianın rədd edilməsi hissəsində, cavabdehin şikayətinə münasibətdə isə iddianın təmin edilən hissəsində yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. İddiaçının şikayəti aşağıdakı səbəblərə görə təmin edilə bilməz. 28. “Əmək pensiyaları haqqında” Qanunun 20.8-ci maddəsinin tələbinə əsasən, bu Qanunun 20.1.5-ci və 20.1.5-1-ci maddələrində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr prokurorluq orqanlarında qulluğun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, müəyyən edilir.
29. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı Azərbaycan Respublikası Baş P rokurorluğu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçıya işdən azad edilərkən ödənilmiş 9035,79 manat vəsait 1999/2000-30 gün (1301.70 manat), 2000/2001-30 gün (1301.70 manat), 2001/2002-30 gün (1301.70 manat), 2002/2003-30 gün (1301.70 manat), 2013/2014-6 gün (260,34 manat), 2014/2015-18 gün (781.02 manat), 2015-7 gün (303.45 manat) üçün ödənilməmiş əmək məzuniyyətinə görə kompensasiyadır.
30. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı, həmçinin cavabdehə verilmiş sorğu nəticəsində iddiaçının əmək pensiyasının xx.xx.2012-xx.xx.2014-cü illərdəki dövrdə aldığı dövlət məvacibi əsasında hesablandığı müəyyən edilmişdir.
31. Belə olan halda, iddiaçıya yalnız pensiya təyini zamanı nəzərə alınan dövrə aid olan 2013-2014-cü ildə istifa də etmədiyi 6 gün məzuniyyət görə 260,34 manat ödənc pensiyanın yenidən hesablanması zamanı nəzərə alınmalıdır. İddiaçının istinad etdiyi 2014/2015-ci illər üzrə 18 gün üçün ödənilən 781.02 manata gəldikdə, həmin ödənc 2015-ci ildə istifadə edilməli olan (deməli, həm də məzuniyyətə görə əmək haqqı həmin ildə ödənilməli olan) növbəti əmək məzuniyyətinə aid olduğundan 2014cü ildə əldə edilmiş ödənc/gəlir hesab edilmir. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının pensiyası xx.xx.2012-xx.xx.2014-cü il tarixləri arasındakı dövrdə aldığı dövlət məvacibi əsasında hesablanmışdır.
32. Cavabdehin kassasiya şikayəti aşağıdakı səbəblərə görə təmin edilə bilməz.
33. Məhkəmə kollegiyası nəzərə alır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 15 iyul 2000-ci il tarixli 126 nömrəli Qərarının preamb ulasına görə, həmin qərar Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1999-cu il 15 aprel tarixli, 122 nömrəli və "Azərbaycan Respublikasının Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi və onlara dəyişiklik edilməsi barədə" 2000-ci il 6 mart tarixli, 292 nömrəli fərmanlarının icrasını təmin etmək məqsədi ilə qəbul edilmişdir.
34. Həmin Qərarla təsdiq edilmiş “Orta əmək haqqı hesablanar kən nəzərə alınan və alınmayan ödənclərin Siyahısı”na əsasən, “istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya” orta əmək haqqı hesablanarkən nəzərə alınmayan ödənclərə aid edilmişdir.
35. Bununla yanaşı, həmin müddəa hazırkı işdə iddiaçıya münasibətdə tətbiq oluna, onun “Əmək pensiyaları haqqında” Qanundan irəli gələn hüquqlarını məhdudlaşdıra bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə görə, əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.
36. İşin materiallarına görə, iddiaçıya (sığortaolunana) istifadə etmədiyi əmək məzuniyyətinə görə ödənilmiş kompensasiyanın məbləği məcburi dövlət sosial sığortasına cəlb edilmişdir. Belə olan halda, iddiaçı 2013-2014-cü ildə istifadə etmədiyi 6 gün məzuniyyətə görə ona ödənilmiş 260,34 manat məbləğin pensiyanın hesablanması zamanı nəzərə alınmasını tələb etməkdə haqlıdır.
37. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətlərin təmin olunması üçün əsaslar yoxdur.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12 yanvar 2023-cü il tarixli, 2-1(103)-70/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.