Məhkəmə qərarları › İş №2-1(102)-1042/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1042/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1042/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə qarşı “tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursuna buraxılması və sertifikasiyaya cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzib ati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(104)-841/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələri üçün təsdiq olunmuş tədris planına uyğun olaraq “Mülki müdafiə üzrə Tibbi biliklərin əsasları” proqramını yerinə yetirdiyindən, buraxılış komissiyasının 3/98a nömrəli, xx.xx.1983-cü il tarixli qərarı ilə ona “tibb bacısı” ixtisas dərəcəsi verilmişdir.

2. İddiaçı tibb işçiləri üçün nəzərdə tutulmuş təkmilləşdirmə kursuna buraxılması və sertifikasiyaya cəlb edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildir mişdir ki, Gəncə Dövlət Universitetində keçirilən “Mülki müdafiə üzrə Tibbi biliklərin əsasları” proqramı orta ixtisas tibb təhsili hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursuna buraxılması və sertifikasiyaya cəlb edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona H.Zərdabi adına X2 İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) xx.xx.1983-cü il tarixli 3/98a nömrəli əmri ilə “tibb bacısı” ixtisası üzrə şəhadətnamə verilmişdir. Belə ki, o, 1981-1985-ci illərdə həmin institutda riyaziyyat ixtisası üzrə аli təhsil alaraq diplom almışdır. Bundan başqa o, həmin dövrdə tibb bacısı ixtisası üzrə natamam ali təhsil ixtisasının alınmasına dair qüvvədə olan qanunvericilik əsasında həmin dövrdə, yəni 1981-1983-cü illərdə (3 il) həmin institutda həm də tibb bacısı ixtisası üzrə natamam ali təhsil fənlərini keçmiş və 1983-cü ildə buraxılış imtahanını da müvəffəqiyyətlə verərək, xx.xx.1983-cü il tarixli 3/98a nömrəli əmrlə “tibb bacısı” ixtisası üzrə şəhadətnamə almışdır. Yəni, mövcud qanunvericiliyə əsasən tibb bacısıdır.

5. Gəncə İnzibati Məhkəməsinin (hakim: E.T.Axundov) 15 avqust 2023-cü il tarixli 21(114)-1936/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır.

6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tibbi bacısı üçün qanunvericiliklə tələb olunan ixtisas tələbi səhiyyə ixtisas qrupuna daxil olan tibb bacısı işi, müalicə işi, tibbi profilaktika ixtisaslarından biri üzrə orta ixtisas təhsilidir. Lakin iddiaçı qeyd etdiyi bakalavr ali təhsili pilləsi üzrə “riyaziyyat” ixtisası üzrə təhsil alarkən, “Mülki müdafiə üzrə tibbi biliklərin əsasları” proqramını yerinə yetirmiş, yəni mülki müdafiə sahəsində ilkin tibbi biliklərə yiyələnmişdir ki, həmin şəhadətnamə də məhz bu faktı təsdiq edir. Halbuki, tibb bacısının (qardaşının) əmək funksiyası və bilməli olduğu tələblər qanunvericilikdə kifayət qədər genişdir. Odur ki, iddiaçı səhiyyə ixtisas qrupuna daxil olan tibb bacısı işi, müalicə işi, tibbi profilaktika ixtisaslarından biri üzrə orta ixtisas təhsilini təsdiq edən deyil, sadəcə, başqa ixtisas üzrə ali təhsil müddətində “Mülki müdafiə üzrə tibbi biliklərin əsasları” proqr amını yerinə yetirmiş və bununla bağlı şəhadətnamə almışdır. Beləliklə qeyd olunmalıdır ki, iddiaçı “tibbi bacısı” orta ixtisas təhsilini almasını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, hazırkı iddia ilə bağlı iddiaçının subyektiv hüququ istisna olunur.

7. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 21 noyabr 2023-cü il tarixli, 2-1(104)-841/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddianın mümkün sayılaraq icraata qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

11. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, 1981-1983-cü illərdə Azərbaycan SSR-də qüvvədə olan qanunvericiliyə uyğun bütün imtahanlarını müvəffəqiyyətlə verərək, tibb bacısı ixtisası üzrə natamam ali təhsil (orta ixtisas təhsili) şəhadətnaməsini almışdır. Həmin dövrdə o, da digər tibb bacısı ixtisası üzrə natamam ali təhsil (orta ixtisas təhsili) şəhadətnaməsini almış şəxslərlə eyni hüquq və vəzifələrə sahib olmuşdur. Hal-hazırda tibb bacısı ixtisası üzrə natamam ali təhsil (orta ixtisas təhsili) şəhadətnaməsini almış digər şəxslərin cavabdeh tərəfindən tibb işçiləri üçün nəzərdə tutulan təkmilləşdirmə kursuna daxil olmasına və sertifikasiyadan keçməsinə icazə verildiyi halda, bu ona qadağan edilmişdir. Hesab edir ki, bu hal bərabərlik hüququnun pozulmasıdır. Bundan başqa, hal-hazırda mövcud qanunvericilikdə ali təhsil alan şəxslərin tibb bacısı ixtisası üzrə natamam ali təhsil (orta ixtisas təhsili) almaq hüququnun olmaması, iddiaçının 1981-1983-cü illərdə bütün imtahanları verərək əldə etdiyi tibb bacısı ixtisasının əlindən alınmasına əsas təşkil edə bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim e dilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən im tina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 1 31.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkü n hesab edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

18. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüqu qları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

19. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir.

20. Məhkəmə kollegiyası iddianın mümkün iddia olmaması ilə bağlı apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında da qeyd olunduğu kimi, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Müm künlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imk an verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

21. Hazırkı mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 1.1-ci bəndinə əsasən, bu Qayda “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) (bundan sonra - tibb mütəxəssisləri) sertifikasiyası prosesini tənzimləyir. Həmin Qaydanın 1.2-bəndinə əsasən, Az ərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik, müvafiq qaydada dövri ixtisasartırma kurslarını keçmiş tibb mütəxəssislərinin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq onlar beş ildə bir dəfə sertifikasiyaya cəlb edilirlər.

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 2017-ci il tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmiş “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid X1”nın giriş hissəsinin dördüncü bəndinə əsasən, kitabçada hər bir vəzifənin (peşənin) tarif-ixtisas xüsusiyyətləri 3 bölmədən ibarətdir: - “Əmək funksi yası” bölməsində bu vəzifəni (peşəni) tutan işçinin yerinə yetirməli olduğu işlərin məzmunu; - “Bilməlidir” bölməsində işçinin səhiyyə sahəsinə aid qanunvericilik aktlarını, o cümlədən ixtisaslaşdırılmış tibbi yardımın növləri, həcmi, keyfiyyət standartları və göstərilməsi qaydasını bilməsi kimi tələblər; - “Ödəniş dərəcələrinə ixtisas tələbləri” bölməsində işçinin təhsilinə, ixtisasına və əlavə təhsilinə (peşə hazırlığına) olan tələblər öz əksini tapmışdır.

23. Həmin kitabçanın İİ hissəsində Tibb Bacısının (Qardaşının) əmək funksiyası, bilməli olduğu tələblər və ödəniş dərəcələrinə ixtisas tələbləri müvafiq olaraq aşağıdakı kimi qeyd edilmişdir: Əmək funksiyası - Xəstələrə müalicə-profilaktika müəssisələrində və evdə tibbi qulluq göstərir. Xəstəyə həkiməqədər tibbi yardım göstərir. Sanita riya maarifi işini aparır. Laboratoriya tədqiqatları üçün materialları götürür və ən sadə analizləri aparır. Tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiya edir. Şöbədə dərmanların məqsədli işlədilməsinə məsuliyyət daşıyır, həkim təyinatlarının düzgün yerinə yetirilməsini, dərman maddələrinin və etil spirtinin müvafiq qaydada uçotunun aparılmasını, işlədilməsini və saxlanılmasını təmin edir. Bilməlidir - müalicədiaqnostika, xəstəliklərin profilaktikası prosesində, sağlam həyat tərzinin təbliğində tibb bacısının (qardaşının) rolunu və vəzifələrini; tibb müəssisələrinin təşkilati strukturunu; tibb alətləri və avadanlıqları ilə iş zamanı təhlükəsizlik texnikası qaydalarını; müəssisədaxili intizam qaydalarını; əməyin mühafizəsi, istehsalat sanitariya sı və yanğından mühafizə norma və qaydalarını. Ödəniş dərəcələrinə ixtisas tələbləri - səhiyyə ixtisas qrupuna daxil olan tibb bacısı işi, müalicə işi, tibbi profilaktika ixtisaslarından biri üzrə orta ixtisas təhsili.

24. Sadalanan qanunvericilik normalarının tələbindən göründüyü kimi, tibbi bacısı üçün qanunvericiliklə tələb olunan ixtisas tələbi səhiyyə ixtisas qrupuna daxil olan tibb bacısı işi, müalicə işi, tibbi profilaktika ixtisaslarından biri üzrə orta ixtisas təhsilidir. Belə olan halda, iddiaçı səhiyyə ixtisas qrupuna daxil olan tibb bacısı işi, müalicə işi, tibbi profilaktika ixtisaslarından biri üzrə orta ixtisas təhsilli olduğu halda, tibb işçiləri üçün nəzərdə tutulmuş sertifikasiyaya cəlb olunmalı, cəlb olunmadığı təqdirdə isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etm ək üçün subyektiv hüquqa malik ola bilərdi.

25. İş materiallarından görünür ki, iddiaçı qeyd etdiyi bakalavr ali təhsili pilləsi“riyaziyyat” ixtisası üzrə təhsil alarkən, “Mülki müdafiə üzrə tibbi biliklərin əsasları” proqramını yerinə yetirmiş, yəni mülki müdafiə sahəsində ilkin tibbi biliklərə yiyələnmişdir. Halbuki, tibb bacısının (qardaşının) əmək funksiyası və bilməli olduğu tələblər qanunvericilikdə kifayət qədər genişdir, bunlar da yuxarıda sadalanmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının təhsili sertifikasiyaya cəlb edilməli olan tibb işçilərinin aldığı təhsilə uyğun olmadığından, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik deyildir.

26. Məhkəmə kollegiyası hesab edir ki, hazırki qərarın 13-14-cü bəndlərində istinad olunan qanunvericilik normaları baxımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır.

27. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2023-cü il tarixli, 2-1(104)-841/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar