Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1043/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, Cavabdehin vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 23.11.1990-cı ildən 18.11.1998-ci ilədək X2 Zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cav abdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-726/2018 saylı, 18 dekabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 24 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1954-cü ildə Qəbələ rayonunun Şamlı kəndində anadan olmuşdur və həmin ünvanda qeydiyyatdadır. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi) İddiaçı 23 noyabr 1990-cı tarixdən 18 noyabr 1998-ci il tarixədək X2 zavodunda işləmişdir.(31 avqust 1978-ci il tarixli əmək kitabçası) İddiaçı yaşa görə əmək pensiyası təyi n edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra cavabdeh) müraciət etmiş, cavabdeh 16.07.2018-ci il tarixli 33/568 saylı məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, "Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması" Qaydalarının 4.2.7-ci bəndinə əsasən, iddiaçının 1990-1999-cu ilədək işlədiyi iş dövrünü yoxlamaq yoxlamaq mümkün olmadığı üçün həmin müddət onun sosial sığorta stajına daxil edilməmişdir. Beləliklə də, iddiaçının yaşa görə pensiya hüququ verən 25 il iş stajı və ya 16742,88 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməsi mümkün de yil. Bu cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, 23.11.1990-cı ildən 18.11.1998-ci ilədək X2 Zavodunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 25 ildən artıq sosial sığorta stajı var. Lakin cavabdeh əsassız olaraq onun 23.11.1990-cı ildən 18.11.1998-ci ilədək X2 zavodunda işlədiyi müddəti sosial sığorta stajına daxil etməmişdir. Halbuki, əmək kitabçası iş stajını təsdiq edən əsas sənəddir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin olunması üçün 25 il sosial sığorta stajı və 16742,88 manat pensiya kapitalı t ələb olunur. İddiaçının 1990-1999-cu ilədək işlədiyi iş dövrünü yoxlamaq mümkün olmadığı üçün həmin müddət onun sosial sığorta stajına daxil edilməmişdir. Buna görə dı iddiaçı 16 il 6 ay sosial sığorta stajına və 11574,38 manat pensiya kapitalına malikdir. Yəni iddiaçının yaşa görə pensiya hüququ verən 25 il iş stajı və ya 16742,88 manat pensiya kapitalı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1465/2018 saylı qərarı ilə (hakim: V.K.Qasımov) iddia təmin edilmiş, iddiaçının 23 noyabr 1990-cı ildən 18 noyabr 1998-ci ilədək X2 Zavodunda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçının işlədiyi müddətin onun iş stajına daxil edilməsindən imtina edilməsi iddiaçının hüquqlarını pozmuşdur. Qərardan narazı qalan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-726/2018 saylı iş üzrə 18 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: M.R.Hüseynov, hakimlər: G.Abbasov və R.R.Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 2-1(84)-1465/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Qərardan narazı qalan cavabdeh kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-726/2018 say lı iş üzrə 18 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 4.2.7-ci bəndinə əsasən, DSMF-nin yerli şöbəsinin pensiya sektorunun məsləhətçisi əmək kitabçası üzrə 01.01.2006-cı il tarixədək olan dövrdə sığortaolunanların qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin düzgünlüyünün yerində qarşılıqlı yoxlanılmasını təmin etməlidir. Hazırkı halda isə, X4 Zavodunun arxiv sənədlərinin saxla nılmaması səbəbindən bu cür yoxlamanın aparılması qeyri-mümkündür. Həmçinin əmək kitabçasında aparılmış qeydlərin qeyri-qanuni yolla əldə olunmasının mümkünlüyü ehtimalını nəzərə alaraq, iş stajı barədə əmək kitabçasında qeyd aparılması, vətəndaşın işləməsi faktının istisnasız qəbul olunması üçün əsas verə bilməz. Bu halda isə, birinci instansiya məhkəməsində iddiaçının tələbi təmin olunarkən yalnız işləməsi barədə əmək kitabçasında qeydlərin aparılmasına istinad olunmuş, işləmə faktının dəqiqləşdirilməsi üçün digər təsdiqləyici sənədlərin işə cəlb olunması və ya əlavə araşdırmanın aparılması üçün heç bir tədbir görülməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 18 dekabr 2018-ci il tarixli 2-1 (107)-726/2018 nömrəli qərarı qəbul edərkən qeyd olunan halları nəzərdən qaç ırmışdır. Daha sonra qeyd edilir ki, hər iki instansiya məhkəməsi qərar qəbul edərkən işin hallarını düzgün və dolğun araşdırmamış, qanunvericiliyin tələblərini düzgün təfsir etməmişdir. Bundan əlavə, hər iki instansiya məhkəməsinin qəbul etdiyi qərarı, pensiya təyin olunarkən iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olduğuna istinad etməklə əsaslandırmışdır. Lakin pensiya təyin olunarkən iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olduğu müddəası, əmək kitabçasının istisnasız qəbul edilməsi hökmü ilə eyniləşdirilə bilməz. Eyni zamanda, məhkəmənin istinad etdiyi - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamədən məhkəmənin özünün gətirdiyi statdan görünür ki, əmək kitabçasında iş dövrü barədə qeydlər düzgün olmadıqda əməkhaqqı cədvəlləri və digər sənədlər nəzərə alınır. Hazırkı halda isə, əmək kitabçasında iş dövrü barədə qeydlərin düzgünlüyü təsdiqlənmədiyi halda, birinci instansiya məhkəməsində əlavə araşdırmanın aparılması üçün heç bir tədbir görülməmiş, Şəki Apelyasiya Məhkəməsi isə qərar qəbul edərkən bu halı nəzərdən qaçırmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-726/2018 saylı iş üzrə 18 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri ba rədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti va xtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyi nə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsi ndə nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkila tlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. (maddə 3, 4, 21) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüq uqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. (istinad olunan Qaydalar iddiaçının işlədiyi dövrdə qüvvədə olmuşdur). “Vətəndaşların pensiya təminatı haqqında” 23 sentyabr 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin birinci hissəsinin müddəalarından görünür ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyy əti, xarakterindən və müddətindən asılı olmayaraq, ümumi iş stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69cu maddəsinə əsasən, iş stajı, müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda, mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikası Nazirlər Kabineti müəyyənləşdirir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə kollegiyası yu xarıda qeyd edilən aktlara əsasən hesab edir ki, işdə olan əmək kitabçası ilə iddiaçının 23.11.1990-cı ildən 18.11.1998-ci ilədək X2 Zavodunda işləməsi təsdiq olunduğundan iddia əsaslıdır. Qeyd olunmalıdır ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Cavabdeh iddiaçının müraciətinin tə min edilməsindən imtina edərək qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə göstərilən iş stajlarının qarşılıqlı yoxlanılması mümkün olmamışdır. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya təyinatı sektorunun məsləhətçisi zəruri hesab olunan hallarda sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Yəni, həmin normaya əsasən bütün hallarda deyil, yalnız zəruri hesab olunan hallarda qarşılıqlı yoxlama aparıla bilər. Hazırkı işdə belə zəruriyyətin olduğu, belə zəruriyyət varsa, onun nədən irəli gəldiyi cavabdeh tərəfindən əsaslandırılmamışdır. Digər tərəfdən, cavabd ehin qarşılıqlı yoxlama aparmaq üçün bu istiqamətdə hər hansı hərəkətləri yerinə yetirməsi də iş materialları ilə sübuta yetirilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-726/2018 saylı iş üzrə 18 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1043/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1043/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver