Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1043/2020 12.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iş üzrə Açar söz: torpaq sahəsinə dair plan ölçünün tərtib edilməsi; çıxarışın verilməsi GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili, cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair plan və ölçünün tərtib edilərək çıxarışın verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-343/2019 nömrəli, 05.11.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 12.06.2020-ci il tarixində açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: 17.12.1990-cı il tarixində iddiaçının əri X1 X qəsəbəsində 334 nömrəli bağ sahəsi icarəyə verilmiş və həmin bağ sahəsində bağ evi, hasar və digər tikinti işləri aparmağa icazə verilmişdir. İddiaçının əri X1 vəfat etdikdən sonra onun adına olan X ərazisində 334 saylı bağı sahəsi Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə bağlanmış 03.05.2006-cı il tarixli, *** saylı müqaviləyə əsasən iddiaçının istifadəsindədir. İddiaçı, sözügedən bağ sahəsinin plan və ölçüsünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 09.12.2015-ci il tarixində cavabdehə müraciət etmiş, 26.12.2015-ci il tarixli məktubla cavabdeh əlavə 404 kv.m. torpaq sahəsinin istifadə edildiyinə və bağ sahəsinin 482 kv.m. hissəsinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağının altına olan sahələrinə aid olduğuna istinad etməklə müraciətin təmin edilməsindən imtina etmişdir. Bununla razılaşmayan iddiaçı cavabdeh orqana qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə 03.05.2006-cı il tarixli, *** saylı müqa viləyə əsasən X ərazisində ayrılmış, 334 saylı bağ sahəsi və 34,4 kv.m. bağ evi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.08.2017-ci il tarixli, 2-1(82)-90/2017 nömrəli qərarına əsasən iddia təmin edilmiş, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə 03 may 2006-cı il tarixli *** saylı müqaviləyə əsasən X ərazisində ayrılmış 334 nömrəli bağ sahəsi və 34,4 kv.m. bağ evi üzərində mülkiyyət hüquqlarının iddiaçının adın a daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin tərtib edilərək verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, Ünvan, X qəsəbəsində 0,12 ha. torpaq sahəsi olan 334 nömrəli bağ sahəsi və fərdi yaşayış evi 34,4 kv.m. olmaqla Iddiaçı istifadəsinə verilmişdir. Həmçinin, iddiaçı cavabdehin etirazında qeyd etdiyi 404 kv.m. torpaq sahəsinə iddialı deyil və mübahisəli bağ sahəsi Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu mühafizə zolağının torpaq sahələrinə düşmür. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.08.2017-ci il tarixli, 2-1(82)-90/2017 nömrəli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-27 76/2017 nömrəli, 22.12.2017-ci il tarixli qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 24.08.2017-ci il tarixli, 2-1(82)-90/2017 nömrəli qərarının qismən – Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə 03.05.2006-cı il tarixli *** saylı müqaviləyə əsasən X ərazisində ayrılmış 34,4 kv.m. bağ evi üzərində mülkiyyət hüquqlarının iddiaçı Iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində ləğv edilməsi, iş üzrə həmin hissədə yeni qərar çıxarılmaqla iddia tələbinin həmin hissədə rədd edilməsi, qərarın qalan hi ssədə dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, iddia tələbini Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə 03.05.2006-cı il tarixli *** saylı müqaviləyə əsasən X ərazisində ayrılmış, 34,4 kv.m. bağ evi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edərək birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən tikililər üçün müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə də tələb edildiyindən həmin sənəd olmadan iddiaçının inşa etdiyi fərdi yaşayış evinə dair mülkiyyət hüquqlarının qeydə alınması üçün qanuni əsas mövcud deyil. Belə olan halda (layihə təqdim edilmədiyi halda) sözügedən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və texniki sənədlərin tətib edilərək verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2776/2017 nömrəli, 22.12.2017-ci il tarixli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.04.2018-ci il tarixli, 2-1(102)-788/2018 nömrəli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiya sının 2-1(103)-2776/2017 nömrəli, 22.12.2017-ci il tarixli qərarı qismən, torpaq sahəsinə münasibətdə iddianın təmin edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, 26.05.2017-ci il tarixli mütəxəssis rəyində torpaq sahəsinin Xəzər dənizinin mühafizə zolağının altında olan torpaq sahələrinə aid olubolmadığı barədə hər hansı tədqiqat və yaxud ölçmə işləri aparılmadığı halda, 29.06.2017ci il tarixli ekspert rəyində mübahisələndirilən torpaq sahəsinin Xəzər dənizinin mühafizə zolağının altında olan torpaq sahələrinə aid olmadığı barədə əsaslandırılmamış rəy verilmişdir ki, bu rəyin həqiqiliyi isə işdəki hər hansı digər mötəbər sənədlə təsdiq edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.11.2019-cu il tarixli, 2-1(103)-343/2019 nömrəli qərarına əsasən, cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-90/2017 saylı, 24.08.2017-ci il tarixli qərarı yoxlanılan hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək, iddiaçının torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması tələbi təmin edilmiş, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 03.05.2006-cı il tarixli, *** saylı müqaviləyə əsasən, Xəzər dənizinin mühafizə zolağında yerləşməyən ərazidə iddiaçının istifadəsinə verilmiş Ünvan, X bağ massivində, sahəsi 1200 kv.m. olan, 334 saylı bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüquqularının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin tərtib edilərək verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.11.2019-cu il tarixli, 2-1(103)-343/2019 nömrəli qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə Bakı şəhər Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən müvafiq bağ sahəsinin ölçüsü 1200 kv.m. təşkil edir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, əlavə 404 kv.m. torpaq sahəsi istifadə edilməkdədir. Eyni zamanda, İdarənin elektron baza məlumatlarına əsasən bağ sahəsinin 482 kv.m. hissəsinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilb oyu mühafizə zolağının altında olan torpaq sahələrinə aid olması müəyyən edilmişdir. Bu səbəbdən də ərizənin icrası cavabdeh tərəfindən mümkün olmamış və müvafiq imtina məktubu iddiaçıya göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi isə göstərilən halları nəzərə almamış, qanunvericiliyin tətbiqində səhvə yol vermiş, işə aid olan qanunvericilik normalarını tətbiq etməmiş, tətbiq edilən qanunvericilik normaları düzgün təfsir edilməmiş, iş materialları və İdarənin imtina məktubunda qeyd olunan faktlar məhkəmə tərəfindən düzgün və ətraflı araşdırılmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Kassator, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 55, 67, 68, 111-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci, İnzibati Prosessual Məcəllənin 90-96-cı maddələri nə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 05.11.2019-cu il tarixli, 2-1(103)-343/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının vəkili kassasiya şikayətinin rədd olunması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.11.2019cu il tarixli, 2-1(103)-343/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati P rosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.11.2019-cu il tarixli, 2-1(103)-343/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində müəyyən edilən mübahisəsiz hallarından görünür ki, Bakı şəhəri, X qəsəbəsində 0,12 hektar torpaq sahəsi olan 334 saylı bağ sahəsi 17.12.1990-cı il tarixli, *** saylı bağ sahəsinin icarəsi haqqında müqaviləyə müvafiq olaraq icarəçi X1 nun, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatı İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 03.05.2006-cı il tarixli, *** saylı müqaviləyə əsasən Iddiaçı istifadəsinə verilmiş, müqavilədə fərdi yaşayış evi 34,4 kv.m. qeyd olunmuş, iddiaçı bağ sahəsinin plan və ölçüsünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 09.12.2015-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən 26.12.2015-ci il tarixli məktubla cavab verilərək, əlavə 404 kv.m. torpaq sahəsinin istifadə edildiyinə, bağ sahəsinin 482 kv.m. hissəsinin Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu mühafizə zolağının altına olan sahəl ərinə aid olduğuna istinad etməklə, müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işə kassasiya qaydasında baxılarkən apellyasiya instansiya məhkəməsinin qərarı iddianın təmin edilməməsi hissəsində (iddia tələbinin Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə 03.05.2006-cı il tarixli *** saylı müqaviləyə əsasən X ərazisində ayrılmış 34,4 kv.m. bağ evi üzərində mülkiyyət hüquqlarının iddiaçı Iddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almaqla, bu barədə dövlət reyestrindən çıxarışın və texniki sənədlərin tərtib edilərək verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində) dəyişdirilmədən saxlanılmış, torpaq sahəsinə münasibətdə iddianın təmin edilməsi hissə sində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Odur ki, apellyasiya instansiya məhkəməsinin qərarı iddianın təmin olunmaması hissəsində qüvvəyə mindiyindən hazırda mübahisələndirilən hal iddianın qalan hissəsi, yəni 334 nömrəli bağ sahəsinə çıxarış və texniki sənədlərin tərtib edilməsidir. İddianın həmin hissəsi ilə bağlı apellyasiya instansiya məhkəməsi Ali Məhkəmə Kollegiyasının göstərişlərini yerinə yetirərək ekspertiza təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş **** saylı, 05.08.2019-cu il tarixli ekspert rəyində göstərilmişdir ki, naturada koordinatları müəyyən edilmiş mübahisələndirilən torpaq sahəsi Xəzər dənizinin sahilindən 24,12 metr məsafədə yerləşir, həmin torpaq sahəsinin 369,73 kv.m. hissəsi Xəzər dənizinin (20-50 metr mühafizə zolağı) mühafizə zolağında yerləşir, həmin torpaq sahəsi 1655 kv.m. təşkil edir və sözügedən torpaq sahəsinin hansı hissəsinin zəbt edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş **** saylı, 05.08.2019-cu il tarixli ekspert rəyində Xx Ekspertiza və Hüquq Şirkətinin rəyinə istinadla göstərilmişdir ki, Ünvan, X qəsəbəsində 0,12 hektar torpaq sahəsi olan 334 saylı bağ sahəsinin Xəzər dənizinin sahilindən 59 metrlik məsafədə yerləşir, həmin torpaq sahəsi Xəzər dənizinin mühafizə zolağına düşmür, Ünvan, X qəsəbəsində 0,12 hektar torpaq sahəsi olan 334 saylı bağı sahəsindən əlavə, həmin ərazidə iddiaçı tərəfindən 45 5 kv.m torpaq sahəsi tutulmuşdur. Göründüyü kimi, birinci ekspert rəyində torpaq sahəsinin bir hissəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşməsi, digər rəydə isə iddiaçının istifadəsində olan bağ sahəsinin Xəzər dənizinin mühafizə zolağında yerləşmədiyi göstərilmişdir. Bununla bağlı olaraq apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu MMC-nin Yerquruluşu və ünvan şöbəsinin mühəndisi X5 izahatını, iş üzrə verilmiş hər iki mütəxəssis rəyi ilə birlikdə qiymətləndirmiş və haqlı olaraq **** saylı, 05.08.2019-cu il tarixli ekspert rəyini mötəbər hesab etmişdir. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası M ülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən, Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, to rpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə əsasən, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““X” ASC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kolelgiyasının 09.02.2016-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tar ixli qərarında göstərilmişdir ki, “Bundan başqa, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydad a etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.” Göstərilənləri maddi hüquq normalarının tələbləri baxımından məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə iddiaçı arasında bağlanmış 6078 saylı, 03.05.2006-cı il tarixli müqavilə, həmin müqavilə ilə iddiaçının istifadəsinə verilmiş, Ünvan, X ərazisində yerləşən, 334 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. İşə apell yasiya instansiya məhkəməsində baxılarkən müəyyən edilmişdir ki, iddiaçı Xəzər dənizinin mühafizə zonasına düşən və istifadəsində olan 455 kv.m. torpaq sahəsini qanuni əsaslarla istifadəsinə verilmiş 1200 kv.m. torpaq sahəsindən hasarla ayırmışdır və həmin 455 kv.m. sahəyə hər hansı iddiası yoxdur. Cavabdehin kassasiya şikayətinin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istifadəsində olan əlavə 455 kv.m. torpaq sahəsinə dair hər hansı hüququ olmasa da, onun həmin sahəyə dair heç bir iddiası olmadığından bu hal iddiaçının qanuni istifadəsində olan 1200 kv.m. torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina üçün əsas ola bilməz. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraat ında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Ali Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi hazırkı mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və ədalətli qərar qəbul etmişdir. İnzibati-Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə d üşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-662/2019 saylı, 04.12.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2-1(102)-1043/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1043/2020
12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver