Məhkəmə qərarları › İş №2-1(102)-1043/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1043/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1043/2021 08.06.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması; pensiyanın ödənilmə qaydasının düzgün müəyyən edilməməsi; “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının vək ili Vəkil1, cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.02.2021-ci il tarixli, 21(103)-119/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1967-ci il tarixində anadan olmuş, 07.11.1985-ci ildən 11.11.1988-ci ilə qədər hərbi xidmətdə olmuş, 01.09.1982-ci il tarixindən 18.07.1985-ci il tarixədək Bakı şəhəri 79 saylı Texniki peşə məktəbində təhsil almış, 02.09.1985-ci il tarixdən 17.10.1985ci il tarixədək Bakı zərgərlik zavodunda dəzgahçı-çilingər vəzifəsində, 10.10.1989-cu il tarixdən 12.03.1989-cu il tarixinədək “X” İB-nin “X3” üzən qazma qurğusunda takelajçı, 12.03.1989-cu il tarixdən, 08.05.1991-ci il tarixdən 01.07.1997-ci il tarixinədək həmin buruqlara xidmət üzrə çilingər, 08.05.1991-ci il tarixdən 01.07.1997-ci il tarixinədək həmin qurğuda və “X5" qurğusunda radioelektron çihazçısı, 01.07.1997-ci il tarixdən 28.08.2007ci il tarixinədək həmin qurğuda həmçinin “X4” və “X5” qurğularında buruqlara xidmət üzrə elektrik montyoru peşəsində, 29.08.2007-ci il tarixdən bu günə kimi “xxxx” MMC-də qazma şlamının yığılması avadanlığı üzrə operator və baş operator vəzifələrində işləyir.

2. İddiaçı 20.08.2019-cu il tarixində ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmiş, cavabdeh isə 26.08.2019-cu il tarixli **********1 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

3. Cavabdeh imtinanı belə əsaslandırmışdır ki, qanunvericiliyə əsasən əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra b axıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu 12 mart 2019-cu il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, 01 yanvar 2006-ci il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 23 il 25 gün təşkil etmi ş və həmin staj illərinin 10 il 7 ay 26 gün müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Odur ki, 52 yaşı tamam olduğu 12.03.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh orqan isə əsassız olaraq iddiaçının ərizəsini təmin etməkdən imtina etmişdir.

6. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazı belə əsaslandırmışdır ki, iddiaçının iş stajına dair 29.04.2019-cu il tarixli SOCAR **********80020115X00112 nömrəli arxiv arayışından görünür ki, onun fəaliyyət göstərdiyi sahələr dənizdə üzən qurğulara xidmətlə bağl ı olmuşdur. Bu da Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 nömrəli Siyahının 1100000a-11294 şifrinə (dənizdə üzən buruq aqreqatlarının qazmaçıları) uyğun gəlir ki, burada buruqlara xidmət üzrə çilingər və buruqlara xidmət üzrə elektrik montyoru vəzifələri qeyd olunmamışdır. Bundan başqa, hazırkı qanunvericiliyə əsasən təhsil müddəti ümumi iş stajına daxil edilmir.

7. Bakı İnzibati Məhkəməsinin 01.06.2020-ci il tarixli, 2-1(112)-844/2020 nömrəli qərarına əsasən (hakim – Miminat Hacıbəyova) iddia tələbinin təmin edilməsi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu 12.03.2019-cu il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır.

8. Məhkəmə hesab etmişdir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən onun təhsil müddəti iş stajına əlavə edilməlidir. İddiaçının 01.01.2006-cı ilə qədər ümumi iş stajı 23 il (3 il hərbi xidmətdə olduğu müddət və texniki peşə təhsili müddəti nəzərə alınmaqla), güzəştli iş stajı 10 ildən çox olduğundan 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır.

9. Cavabdeh məhkəmə qərarından apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.02.2021-ci il tarixli, 21(103)-119/2021 nömrəli qərarına əsasən (sədrlik edən və məruzəçi – Aida Hüseyn, hakimlər – Valeh Ağayev və Afaq Nuriyeva) apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 01. 06.2020-ci il tarixli, 2-1(112)-844/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Məhkəmə qərarı cavabdehə 05.04.2021-ci il tarixində təqdim edilmişdir.

13. Cavabdeh 19.04.2021-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.02.2021-ci il tarixli, 2-1(103)-119/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərar da maddi və prosessual normaların tələblərini pozduğundan qərar qanunsuz və əsassızdır.

15. Belə ki, qanunvericiliyin tələbinə görə iddiaçı tərəfindən məcburetmə haqqında iddia barədə məhkəməyə müraciət edilməsi üçün iki hal nəzərdə tutulmuşdur. Birincisi, cavabdeh tərəfindən yalnız arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edilməsi. İkincisi, cavabdehin hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsi.

16. Cavabdehin iddiaçıya ünvanlandığı, cavabdehin vəkilinə ünvanlandığı məktubun məzmunundan göründüyü kimi, qeyd edilən məktubla cavabdeh iddiaçının tələbindən imtina etməmiş, ona sadəcə qanunvericiliklə müəyyən edilmiş sənədlərin əsillərinin veriləcəyi təqdirdə onun müraciətinə baxılacağını bildirmişdir. Cavabdeh inzibati orqan həmin cavabı ilə iddiaçının he ç bir hüququnu və qanunla qorunan hər-hansı bir maraqlarını pozmamışdır.

17. Lakin cavabdehin qanunla ona verilmiş hüququna əsasən iddiaçıdan sənədlərin əsillərini istəməsi barədə məktubunu məhkəmələr əsassız və qanunsuz olaraq imtina məktubu kimi qiymətləndirmişdir. Göründüyü kimi, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində araşdırma səthi aparılmış, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar, o cümlədən iddianın mümkünlüyü araşdırılmamışdır.

18. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən İnzibati Prosessual Məcəllənin 12.1, 33.1, 33.2, 35.1-ci maddələrinin tələblərini pozmuş, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmə Plenumunun 10.04.2015-ci il tarixli Qərarında qeyd olunan hüquqi mövqeyə zidd qərar q əbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

23. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəl lər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 24. 01.01.2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını hə min işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Qeyd. 13.06.1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

25. İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

27. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhk əmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

28. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

32. Cavabdehin kassasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh iddiaçıya ünvanlandığı məktubda zəruri sənədlərin təqdim olunmasını iddiaçıya bildirdiyini, iddiaçının müraciətini təmin etməkdən imtina etmədiyini bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin 26.0 8.2019cu il tarixli məktubu mahiyyətcə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtinaya bərabərdir. Odur ki, hazırkı iddianın mümkünlük şərtləri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslıdır.

33. Lakin Ali Məhkəmə Kollegiyası pensiyanın ödənilmə qaydası barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir.

34. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, ““Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olu nan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur”.

35. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsini pensiyanın hesablanma qaydasına da şamil etmişdir. Halbuki, həmin maddənin mətnindən görünür ki, Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qa nunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

36. Göründüyü kimi, normanın məzmununda pensiyanın əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq qaydada hesablanması nəzərdə tutulmamış, əvvəllər qüvvədə olmuş qanunvericiliyin məhz yaşa və staja görə müəyyən edilmiş normalarının tətbiqi nəzərdə tutulmuşdur.

37. Belə olan halda, iddiaçıya münasibətdə əvvəllər qüvvədə olmuş pensiya hesablanma qaydasını tətbiq etməklə apellyasiya instansiyası məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

38. Hazırkı qərarın 37-38-ci bəndlərində qeyd olunan normanın məzmunundan da göründüyü kimi, qərar mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaların uyğun olaraq çıxarılmalıdır.

39. Beləliklə, pensiyanın hesa blanma qaydası barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.02.2021-ci il tarixli, 2-1(103)119/2021 nömrəli qərarı qismən – “iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23.09.1992-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq” pensiya təyin olunması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.02.2021-ci il tarixli, 21(103)-119/2021 nömrəli qərarı qismən – “iddiaçıya “Vətəndaşların pensiya təm inatı haqqında” Azərbaycan Respublikasının 23.09.1992-ci il tarixli Qanunun tələblərinə uyğun olaraq” pensiya təyin olunması hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11.02.2021-ci il tarixli, 21(103)-119/2021 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar