Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1043/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşına çatmış kişiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; əl ilə qaynaq aparan elektrik qaynaqçısı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN: K7pzKK) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşt li şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-1(103)-145/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək həqiqi hərbi xidmət keçmişdir. (НЗ seriyalı ******* nömrəli hərbi bilet). 2. ИТ-İ seriyalı ******* nömrəli xx.xx.1977-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək və xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Baytarlıq stansiyasında sürücü, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək X1 sürücü, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Yük Avtomobili parkında 3-cü dərəcə üzrə sürücü, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın Rayon Təsərrüfatlararası Təmir -Tikinti İdarəsində 3-cü dərəcəli elektrik qaynaqçı, xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 1 №-li Təmir-Tikinti Quraşdırma İdarəsində 4-cü, daha sonra 5-ci dərəcə elektrik qaynaqçısı vəzifəsində işləmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh 2019-cu il 28 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, təqdim edilən 1977-ci il 16 oktyabr tarixdə açılmış İTQ ******* nömrəli əmək kitabça sının 48,49-cu səhifələrində Laçın rayon "Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə 1987-ci il 01 dekabr - 1991-ci il 21 noyabr tarixləri arasındakı iddiaçının işlədiyi dövr qeyd olunan tarixdən əvvəlki dövrlərdə onun işlədiyi "Baytarlıq Stansiyası”nın möhürü ilə təsdiqlənmişdir. Eyni zamanda, əmək kitabçasının 44, 45 və 48, 49-cu səhifələrində sonradan düzəlişlər olunduğu aşkar görünür. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1980-ci il 19 avqust tarixdən 1981-ci il 26 dekabr tarixədək Laçın Rayon 1 3 saylı Yol Tikinti İdarəsində, 1987-ci il 01 dekabr tarixdən 1991-ci il 21 noyabr tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, iddiaçıya 2012-ci il 01 iyul tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona əmək şəraitinə görə güzəştli şərtlə əmək pensiyası təyin olunması üçün xx.xx.2019-cü il tarixdə cavabdehə rəsmi qaydada müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli **********5 saylı imtina məktubu göndərilmişdir. Ona görə də hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciə t etmək məcburiyyətindədir. Məhkəmənin nəzərinə çatdırır ki, əmək kitabçasından da göründüyü kimi, ümumilikdə onun 29 il 5 ay 23 gün əmək stajı mövcuddur. Həmin iş stajının 13 il 9 ay 4 günü məhkəmə qaydasında müəyyən edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, cavabdeh onun 15 il 09 ay əmək stajını mübahisələndirməmiş və qəbul etmişdir. Belə ki, həmin fakt Azərbaycan Respublikası Alı Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-511/2019 saylı qərarında öz təsdiqini tapır. Hazırda cavabdehin əmək stajı kimi qəbul etmədiyi xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın rayonu "Təsərrüfatlararası Təmir Tikinti idarəsi”ndə işlədiyi müddət cavabdehin mübahisələndirmədiyi 15 il 9 ay əmək stajına daxildir.
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir.
8. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2-1(112)-738/2020 nömrəli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilmiş, iddiaçının 1980-ci il 19 avqust tarixdən 1981-ci il 26 dekabr tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, 1987-ci il 01 dekabr tarixdən 1991-ci il 21 noyabr tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, ona 2012-ci il 01 iyul tarixdən (57 yaşdan) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
9. Məhkəmə hesab etmişdir ki, iş materiallarına əsasən, 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin arayışında iddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 qərarı ilə təsdiq edilmiş Siyahıda göstərilən 23200000— 19906 koda əsasən ona güzəştli şərtlərlə pensiya hüququ verir. İddiaçının 2006-cı il 01 yanvar tarixədək 25 ildən artıq (29 il 06 ay 08 gün) ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq (13 il 09 ay 14 gün) güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə, iddiaçı 2012-ci il 01 iyul tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci, 9.8-ci maddələ rinə müvafiq olaraq onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 fevral 2022-ci il tarixli, 21(103)-113/2021 nömrəli qərarı ilə (hakimlər: M.Tağızadə -sədrlik edən və məruzəçi, V.Baxışova və X.Sarıyev) Bakı İnzibati Məhkəməsi 2020-ci il 05 iyun tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia qismən təmin edilmiş, iddiaçının 1980-ci il 19 avqust tarixdən 1981-ci il 26 dekabr tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, 1987-ci il 01 dekabr tarixdən 1991- ci il 21 noyabr tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İdarəsi”ndə işlədiyi müddətlərin sosial stajına daxil edilərək, iddiaçıya 2016-cı il 30 avqust tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının pensiya hüququ 2012-ci il tarixdə yaransa da, o, pensiyanın təyin olunması üçün 2019-cu il 12 iyul tarixdə cavabdehə müraciət etmişdir. Bu halda, iddiaçı ödənilməmiş pensiya məbləğini hüququnun yarandığı gündən deyil, cavabdehə müraciət etdiyi vaxtdan əvvəlki üç il daxil olmaqla ödənilməsini tələb edə bilər. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi m əbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunda ötən dövr üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi barədə müddəa yoxdur. Yeni qanunvericilik pensiya fərqinin aylara bölünməklə aylıq pensiyaya əlavə şəklində ödənilməsini nəzərdə tutmuşdur. Belə olan halda da iddiaçının pensiya fərqinin birdəfəlik ödənilməsi barədə tələbi qanuni hesab edilə və təmin oluna bilməz.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09 fevral 2022-ci il tarixli, 2-1(103)-113/2021 nömrəli qərardadı ilə 5 fevral 2022-ci il tarixli, 2-1(103)-113/2021 nömrəli qərarın mətninə düzəliş edilməklə, qərarın nəticə hissəsində “iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavab dehə həvalə edilsin” ifadəsinin “iddiaçıya xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilsin” kimi oxunması qərara alınmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində birinci icraat
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli, 2-1(102)-725/2021 nömrəli, qərarı ilə (hakimlər: İ.Hüseynov - sədrlik edən və məruzəçi, N.Rəsulbəyova və R.Nəbizadə) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-113/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üç ün həmin məhkəməyə göndərilmişdir.
16. Ali Məhkəmə hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi 2 nömrəli Siyahının “XXXİİİ. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçasında isə iddiaçının vəzifəsi “elektrik qaynaqçısı” göstərilmişdir və həmin vəzifə apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi Siyahıda göstərilən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” (kod 23200000—19906) müddəasını tam təmin etmir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin yardımçı sübutetmə vasitəsi kimi istinad etdiyi 1 nömrəli Təmir Tikinti Quraşdırma İdarəsinin arayışı da vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, həmin arayış da (onun əli ilə və ya çap üsulu ilə tərt ib olunmasından asılı olmayaraq) iddiaçının əl ilə qaynaq aparan elektrik qaynaqçısı işlədiyini aşkar müəyyən və təsdiq etmir. c. apellyasiya instansiyası məhkəməsində ikinci icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-1(103)-145/2022 nömrəli qərarı ilə (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-738/20 saylı 05 iyun 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia qismən təmin edilmiş, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Laçın Rayon 13 saylı Yol Tikinti İdarəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Laçın Rayon “Təsərrüfatlararası Təmir Tikinti İd arəsi”ndə işlədiyi müddətlər sosial stajına daxil edilərək, ona xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdehin imtinası qanunsuz olmuşdur.
19. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
20. Cavabdehin kassasiya şikayətində işin halları və iddia tələbinə etirazın dəlilləri sadalanmışdır. Bundan başqa, Ali Məhkəmənin 18 noyabr 2020-ci il tarixli icmal məktubuna istinad olunmuşdur. b.kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəş tli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir; Maddə 37.7 Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
23. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsi nin “b” bəndi: əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
24. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Şikayət üzrə kassasiya mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
26. Şikayətdə apelyasiya məhkəməsinin qərarı bütövlükd ə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, aşağıdakıları qeyd etmək zəruridir.
29. Belə ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələr inin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Bununla belə, məhkəmə kollegiyası cavabdehin “iddiaçının işlədiyi sahələrin və peşələrin güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verməməsi” ilə bağlı təkrarlanan dəlilinə münasibətdə aşağıdakıları qeyd edir.
31. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını tamamlaması tələb olunur. İddiaçının ümumi iş stajının mövcudluğu tərəflər arasında mübahisələndirilməyən hal olub, iş materialları ilə də təsdiqlənir. Digər tərəfdən, işin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2005-ci il tarixədək 1 nömrəli Təmir -Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı işləmişdir və həmin peşə işəgötürən tərəfindən verilmiş arayışa əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı ilə (kod 23200000—19906) güzəştli şərtlərlə pensiya hüququ verir (13 il 9 ay 14 gün). Göründüyü kimi, iddiaçının işlədiyi peşələrin Siyahıdakı kodlara uyğunluğu barədə də iş yerindən müvafiq arayışlar təqdim olunmuşdur və həmin arayışların mötəbərliyi şübhə doğurmur. Bu baxımdan, cavabdehin “iddiaçının güzəştli stajının olmaması” ilə bağlı dəlilləri əsassızdır və məhkəmə kollegiyası kassatorun yuxarıda qeyd edilən dəlillərini apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.
32. Beləliklə, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdehin imtinası iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal, sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir.
33. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qərarın nəticə hissəsində pensiyanın ödənilməsi vaxtı ilə bağlı aşka r səhvə yol vermişdir.
34. Belə ki, işə ilk dəfə baxan Bakı Apellyasiya Məhkəməsinin 5 fevral 2021-ci il tarixli qərarının nəticə hissəsində iddiaçıya xx.xx.2016-cı il tarixdən pensiya təyin edilməsi qeyd olunmuş, sonradan xx.xx.2021-ci il tarixli qərardadla həmin tarixə düzəliş edilərək “xx.xx.2016-cı il” kimi qeyd edilmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi də qərarın əsaslandırma hissəsində iddiaçının xx.xx.2012-ci il tarixdən güzəştli pensiya hüququnun yaranması istiqamətində öz mövqeyini əsaslandırmışdır. Qərarda qeyd olunmuşdur ki, “iddiaçının pensiya hüququ 2012-ci il tarixdə yaransa da, pensiyanın təyin olunması üçün xx.xx.2019-cu ildə cavabdehə müraciət etmişdir. Bu halda, iddiaçı ödənilməmiş pensiya məbləğinin, hüququnun yarandığı gündən deyil, cavabdehə mürac iət etdiyi vaxtdan əvvəlki üç il daxil olmaqla ödənilməsini tələb edə bilər”. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi iddiaçıya xx.xx.2016-cı il tarixindən pensiya ödənilməsi barədə nəticəyə gəlmiş, qərarın nəticə hissəsində isə səhvən xx.xx.2016-cı il tarixini qeyd etmişdir.
35. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı, nəticə hissəsində “xx.xx.2016-cı il” tarixi “xx.xx.2016-cı il” kimi oxunmaqla, dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 21(103)-145/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.