Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1043/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinə hüququn vəfat etmiş şəxsə məxsus olması barədə arayış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1954-cü il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinin mərhuma məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 21(103)-370/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər X3 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 11/546 saylı qərarına əsasən “26 Bakı komissarı” adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alınaraq Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində kollektiv bağçılıqbostançılıq üçün həmin idar əyə torpaq sahəsinin ayrılması qərara alınmışdır.
2. Bağçının üzvlük kitabçasına, “26 Bakı komissarı” adına NQÇİ-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 saylı protokolundan çıxarışa əsasən X4 1991-ci ildən “Şabandağ” bağçılıq-bostançılıq kollektivinə üzv qəbul edilmiş, ona Bakı Hacıhəsən şossesində bağçılıq cəmiyyəti bağının sahəsindən xx.xx.1991-ci il tarixli qərarla sahəsi 800 kv.m olan 53 nömrəli bağ sahəsi ayrılmışdır.
3. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli Sərəncamı ilə Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocahəsən gölünün ətrafındakı torpaq sahəsinin universitet kampusunun tikintisinin layihələşdirilməsi üçün X5 daimi istifadəsinə verilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən qeyd olunan torpaq sahəsi ilə bağlı X5 adına X6 kitabında 12 yanvar 2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuşdur.
5. Mərhum X4 Bakı şəhəri Qaradağ rayonu, Şabandağ qəsəbəsi, Bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 800 kv.m olan 53 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir.
6. Cavabdehin xx.xx.2020-ci il tarixli, **********83 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planı verilmişdir. Həmçinin, “Şabandağ’ bağçılıq-bostançılıq kollektivinin bağ sahələrinin bölgü sxemi İdarənin arxivinə təhvil verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı X4 xx.xx.2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu, Şabandağ qəsəbəsi, Bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 800 kv.m olan 53 saylı bağ sahəsi üzərində onun mülkiyyət hüquqlarının qeydə alınaraq, daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. X4 27 yanvar 2021-ci ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02 ayının 11 günündə 156 nömrə ilə qeyd olunmuş və Bakı şəhəri Qaradağ rayon Qeydiy yat şöbəsi tərəfindən AZ-İİ seriyalı 168474 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir.
9. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-2131/2021 nömrəli qərardadı ilə İddiaçı qismində (X1 hüquqi varisi kimi) hazırki işə cəlb olunmuşdur.
10. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Bakı şəhəri Qaradağ rayonu, Şabandağ qəsəbəsi, Bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahəsi 800 (səkkiz yüz) kv.m olan 53 saylı bağ sahəsi üzərində iddiaçının mərhum atası X1 adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyatın aparılması və daşınmaz əmlakın dövlət reyestrindən arayışın (çıxarış) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum atası “Şabandağ" bağçılıq- bostançılıq kollektivinin üzvü olmuşdur və ona Şabandağ sahəsində sahəsi 8 sot olan 53 saylı bağ ayrılmışdır. X9 həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun təmin edilməsi üçün cavabdehə müraciət etsə də onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Belə ki “Bağçının üzvlük kitabçası”na əsasən o, 1991-ci ildə “Şabandağ” bağçılıq bostançılıq yoldaşlığına qəbul edilmişdir, bağçılıq cəmiyyətinin xx.xx.1991-cı il tarixli, 11/546 nömrəli protokoluna əsasən onun istifadəsinə sahəsi 800 kv.mr olan 53 nömrəli bağ sahəsi verilmişdir. Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi ni nəzərə alaraq Qaradağ rayonu Lökbatan-Hacı Həsən yolunun qərb hissəsində kollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmışdır. “26 Bakı Komissarı” adına Neft-Qazçıxarma idarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokolundan çıxarışa əsasən X9 “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin üzvü olmuşdur və “26 Bakı Komissarı” adına Həmkarlar Təşkilatının xx.xx.1990-cı ildə keçirdiyi ümumi iclasın 10 saylı protokoluna əsasən iddiaçıya Şabandağ sahəsində “Şabandağ” bağçılıq-bostançılıq kollektivinin ümumi sahəsindən sahəsi 800 kv.m olmaqla 53 saylı sahə ayrılmışdır. Cavabdeh inzibati orqan imtinasının əsası kimi elektron kadastr baza məlumatlarında əsasən göstərilən əraziyə digər şəxsin adına kadastr planının ver ilməsi və həmçinin “Şabandağ” bağçılıqbostançılıq kollektivinin bağ sahələrinin bölgü sxeminin İdarənin arxivinə təhvil verilməməsi ilə əlaqələndirir. Hazırkı bağ sahəsi ilə bağlı artıq şəxslər məhkəməyə müraciət etmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə bağ sahələrini rəsmiləşdirilərək qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Belə ki, həmin qərarlarla müəyyən edilmişdir ki, cavabdehin imtinasında qeyd edilən torpaq sahəsinin başqa hüquqi şəxsə (o cümlədən, universitet kompleksi) aid olması qeyd edilsə də, mübahisələndirilən hal öz təsdiqini tapmamış, həmin universitet kompleksi mübahisəli bağ massivindən 20 Yanvar metrosuna istiqamətdə, 5 km-dən də uzaq olan məsafədədir, həmçinin Bakı şəhər XDS İK-nin 07 avqust 1991-ci il tarixli, 11/546 saylı qərarında mübahisəli “Şabandağ” bağçılıq-bostançılıq üçün ayrılmış torpaq sahəsinin Qaradağ rayonu, Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində yerləşdiyi göstərildiyi halda, Bakı şəhər İcra Hakimiyyətinin 330 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamına əsasən cavabdehin mübahisələndirdiyi həmin universitet kompleksinin tikintisi üçün ayrılmış ərazi Xocahəsən kəndinin şərqində yerləşən Xocahəsən gölünün şimalında yerləşir. Hazırda ən azı 2 şəxs öz bağ sahələrini dövlət qeydiyyatından keçirmişdir.
12. Cavabdeh tərəfindən iddia tələbinə verilən yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, elektron kadastr baza məlumatlarına əsasən göstərilən əraziyə dair X7 kadastr planı verilmişdir (Universitet Kampus üçün ayr ılmış ərazidir).
13. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2021-ci il tarixli, **********27 nömrəli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsində 53 saylı bağ sahəsinin ərazisinə dair X5 adına verilmiş ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş xx.xx.2008-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədi İdarənin arxivində mövcuddur.
14. Həmin məktuba əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli 330 nömrəli sərəncamına əsasən X5 xx.xx.2005-ci il tarixli, 01/0026 saylı məktubu nəzərə alınaraq, Binəqədi və Qaradağ rayonlarının ərazilərində Xocasən kəndinin şərqində yerləşən Xocasən gölünün ətrafındakı torpaq sahəsi, universitet kampusunun tikintisinin la yihələşdirilməsi üçün həmin fondun daimi istifadəsinə verilmişdir.
15. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 319656 nömrəli (xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə qeydə alınmış) “Torpaq sahəsinin plan və ölçüsü”nə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 saylı sərəncamı ilə X7 Binəqədi rayonu Xocasən kəndinin şərq hissəsində yerləşən Xocasən gölünün ətrafında 17276776 kv.m torpaq sahəsi Universitet Kampusunun tikintisi üçün daimi istifadəyə ayrılmışdır.
16. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/902 saylı ekspert rəyində qeyd edilmişdir ki, Bağçılığın üzvlük kitabçasına və “26 Bakı komissarı” adına neft və qaz çıxarma idarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 saylı protokoluna əsasən xx.xx.1991-ci il tarixli qərarla X2 (mərhum) ayrılmış Bakı şəhəri, Hacı Həsən şossesində (Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi, Bağ massivində “Şabandağ” bağçılıqbostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahə) yerləşən 800 kv.m sahəsi olan 53 nömrəli bağ torpaq sahəsi ilə, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 nömrəli sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikasının D övlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X6 kitabında xx.xx.2011 -ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuş X7 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilir.
17. Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-408/2022 nömrəli qərarı (hakim N.İ.Abıyev) ilə iddia rədd edilmişdir.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, X2 (mərhum) ayrılmış Bakı şəhəri, Hacı Həsən şossesində (Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi, Bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahə) yerləşən bağ torpaq sahəsi ilə, Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 330 nömrəli sərəncamı ilə ayrılmış və Azərbaycan Respubl ikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X6 kitabında xx.xx.2011 -ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuş X7 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsinin üst-üstə düşdüyü müəyyən edilmişdir. İnzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçını n hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
19. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
20. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-370/2023 nömrəli qərarı (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və R.Ə.Səmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2-1(112)-408/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, mübahisəli torpaq sahəsinin “Heydər Əliyev” Fondunun daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 330 nömrəli sərəncamı da hər hansı qaydada mübahisələndirilməmiş, hazırda qüvvədədir. Təkcə iddiaçının təqdim etdiyi sənədlərin (protokoldan çıxarış) bağ sahələrinin arxiv daşıyıcısı olan cavabdeh inzibati orqanda və ya arxivdə aşkar edilməməsi, həmin sənədlərin təsdiqi ilə bağlı heç bir məlumatın müəyyən edilməməsi, eyni zamanda məhkəmə sorğusuna əsasən təqdim edilən bağ sahələrinin ayrılmasına aid digər sənədlər də iddiaçının bağ sahəsinə dair məhkəməyə təqdim etdiyi sənədlərin (protokoldan çıxa rışın) mötəbərliyinə şübhə yaradır.
22. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
23. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı əlavə olaraq qeyd edir ki, nə birinci instansiya, nə də apellyasiya məhkəməsi kassatorun mərhum atasının qanuni istifadəsində olan torpaq sahəsinin X7 verilməsinin qanuni olub-olmaması və yaxud onun adına torpaq sahəsinin ayrılmasına dair bağçılıq cəmiyyətinin xx.xx.1990-cı il tarixli, 10 nömrəli protokolunun və 26 Bakı Komissarı adına Neft-Qazçıxarma İdarəsinin xahişi nəzərə alaraq Qaradağ rayonu Lökbatan-Hacıhəsən yolunun qərb hissəsində k ollektiv bağçılıq-bostançılıq üçün həmin idarəyə torpaq sahəsi ayrılmasına dair Bakı şəhər X3 İcraiyyə Komitəsinin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarının ləğv edilib-edilməməsini ümumiyyətlə araşdırmamışdır. Həmçinin Bakı şəhər XDS İK-nin 7 avqust 1991-ci il tarixli, 11/546 saylı qərarında “Şabandağ” bağçılıqbostançılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsinin Qaradağ rayonu, LökbatanHacıhəsən yolunun qərb hissəsində yerləşdiyi göstərildiyi halda BŞİH-nin 330 nömrəli, xx.xx.2005-cİ il tarixli sərəncamına əsasən cavabdehin mübahisələndirdiyi həmin universitet kompleksinin tikintisi üçün ayrılmış ərazi Xocahəsən kəndinin şərqindəki Xocahəsən gölünün şimalında yerləşməsinə dair dəlillər də araşdırılmamışdır.
24. İddiaçı onu da qeyd edir ki, bağ sahələrinin bölgü sxeminin idarənin arxivinə verilməməsinin məsuliyyəti kassatorun üzərinə qoyula bilməz. İddiaçının mərhum atası bağ sahəsinin ayrıldığı 1991-ci ildən vəfat etdiyi tarixə kimi həmin torpaq sahəsindən istifadə etmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamından 14 il əvvəl XDS İK-nin 11/546 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı və bağçılıq cəmiyyətinin xx.xx.1991-ci il tarixli protokolu ilə iddiaçının mərhum atası da daxil olmaqla onlarla bağçıya torpaq sahəsi ayrılmışdır. Həmin qərar və protokol hazırda qüvvədədir. Həmin qərar və protokolu ləğv etmədən Bakı Şəhər İcra Hakimiyyəti həmin torpaq sahəsini X7 verə bilməzdi. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində sadalanan hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri kassatora münasibətdə tətbi q oluna bilməz.
26. Kassatorun legitim gözləntiləri çərçivəsində sözügedən 53 saylı bağ sahəsi onun mülkiyyət hüququnu təşkil edir. Kassatorun mülkiyyətinə müdaxilə şübhə doğurmur. Bu müdaxilə 1 saylı Protokolun 1-ci maddəsinin ikinci cümləsinin məzmunu baxımından “mülkiyyətdən məhrum etməyə” bərabərdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.7. 2007-c i il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərin in müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə əri zəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Mə hkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam f ormada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirild iyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Belə ki, hazırkı iş üzrə aşağı instansiya məhkəmələrində aparılmış icraat zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/902 saylı ekspert rəyi əsasında müəyyən olunmuşdur ki, Bağçılığın üzvlük kitabçasına və “26 Bakı komissarı” adına neft və qaz çıxarma idarəsinin və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1990-cı il tarixli ümumi iclasının 10 saylı protokoluna əsasən xx.xx.1991-ci il tarixli qərarla X2 (mərhum) ayrılmış Bakı şəhəri, Hacı Həsən şossesində (Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi, Bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən ayrılmış sahə) yerləşən 800 kv.m sahəsi olan 53 nömrəli bağ torpaq sahəsi ilə, Bakı şəhər İcra hakimiyyəti başçısının xx.xx.2005-ci i l tarixli 330 nömrəli sərəncamı ilə ayrılmış və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına X6 kitabında xx.xx.2011-ci il tarixdə 23519 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” tərtib olunmuş X7 məxsus (universitet kampusu tikintisi üçün) torpaq sahəsi üst-üstə düşür.
35. Həmçinin mübahisəli torpaq sahəsinin X5 daimi istifadəsinə verilməsinə dair Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamı, eləcə də də onun əsasında verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədi də iddiaçı tərəfindən mübahisələndirilməmişdir. İddiaçının iddia etdiyi sahənin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında X7 ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə verilmiş ekspert rəyi ilə təsdiq olunduğundan, X7 torpaq s ahəsinin ayrılmasına dair hüquq müəyyənedici sənədlər isə öz qüvvəsini saxladığından, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. Torpaq sahəsinin X7 verilməsinin qanuni olub-olmaması ilə bağlı araşdırmanın aparılmadığına dair kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd olunmalıdır ki, hazırkı mübahisənin predmetini təşkil etmədiyi üçün belə bir araşdırma və qiymətləndirmə aparıla bilməz. Sözügedən araşdırma və qiymətləndirmə yalnız Bakı şəhər İcra Hakimiyyəti Başçısının 16 dekabr 2005-ci il tarixli 330 nömrəli sərəncamının mübahisələndirilməsi halında həmin işə mahiyyəti üzrə baxılarkən aparıla bilər.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnziba ti Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(103)-370/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.