Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1043/2024 04.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind ə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3685/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus hərbi biletin surətinə əsasən, o, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 2. ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətinə görə, iddiaçı xx.xx.1984-cü il tarixdə “Siyəzənneft” NQÇİ-nin Tikinti-Quraşdırma İdarəsinə texniki avadanlıqların təmiri üzrə çilingər şagirdi vəzifəsinə təy in edilmiş, xx.xx.1985xx.xx.1985-ci il tarixədək həmin müəssisədə avadanlıq üzrə çilingər, xx.xx.1988xx.xx.1988-ci il tarixlərdə “Azneft” İB-nin “Siyəzənneft” NQÇİ-də qazmaçı köməkçisi, xx.xx.1988-xx.xx.1989-cu il tarixlərdə Ukrayna SSR Berşad Avtonəqliyyat İdarəsində avtomobil təmiri üzrə çilingər, xx.xx.1989-xx.xx.1992-ci il tarixlərdə “Polimer” kooperativində yaymaçı və sürücü, xx.xx.1992-xx.xx.2000-ci il tarixlərdə “Xəzərdənizneftqaz” İB “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə X10 İdarəsi “Şelf-5” və “Xəzər-6” X11 4-cü dərəcəli qazma qurğusunun motorçusu vəzifələrində işləmişdir. xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə “X1” kompaniyasında krançı köməkçisi, usta, krançı, xx.xx.2004-xx.xx.2008-ci il tarixlərdə “Karasu” əməliyyat şirkətində materiallar üzrə koordinator vəzifələrində işləmiş dir. xx.xx.2010-cu il tarixdən bugünədək X5 LTD şirkətində müxtəlif vəzifələr icra edərək əmək kitabçasındakı sonuncu qeydə əsasən “Heydər Əliyev” qazma qurğusunda göyərtədə nəzarətçi vəzifəsində işləyir.
3. İddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi barədə cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik old uqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "a” bəndinə uyğun olaraq, Azərba ycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim edilən sənədlərdən göründüyü kimi, iddiaçının 1 yanvar 2006- cı il tarixinədək güzəştli iş stajı 10 ildən az (7 il 9 ay 21 gün (xx.xx.1992-xx.xx.2000-ci il tarixləri arasındakı dövr) təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun təl əblərinə müvafiq olaraq 52 yaşının tamam olduğu 30 avqust 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30 avqust 1967-ci il tarixdə doğulmuşdur. Hərbi bilet və əmək kitabçasının surətlərinə əsasən onun 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı, həqiqi hərbi xidmət illəri də daxil olmaqla 20 il 2 ay 2 gün təşkil etmiş və həmin staj illərinin 11 il 5 ay 23 gün müddətini güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işlərdə çalışmışdır. Beləliklə, 52 yaşının tamam olduğu 30 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. “X2” kompaniyası hazırda fəaliyyət göstərmədiyindən və bu şirkətin arxiv sənədlərini əldə etmək mümkün olmadığından həmin təşkilatın güzəştli arayışını əldə edə bilməmişdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh onun güzəştli iş stajının qanunla müəyyən edilmiş müddətdən az olduğunu əsas gətirərək tələbini təmin etməkdən imtina etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-591/2023 nömrəli, 5 iyun 2023-cü il tarixli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filial ının üzərinə qoyulması qərara alınmışdır.
7. Məhkəmə hesab etmişdir ki, X6 Ltd şirkətinə ünvanlanmış sorğuya cavab olaraq isə şirkətin məhkəməyə təqdim etdiyi 05 oktyabr 2022-ci il tarixli HA023/2022 nömrəli məktubda göstərilmişdir ki, “X8 İnc.” Şirkətində olan krançı köməkçisi, krançı və usta vəzifələrinin iş təlimatları şirkətdə olan kran operatorunun köməkçisi, kran operatoru və göyərtədə nəzarətçi vəzifələrinin iş təlimatları ilə eynidir və həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şətrlərlə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda qeyd olunan 1100000a-13590 (qazma qurğularının maşinistləri) və 1100000b-23362 (avadanlığın təmiri üzrə ustalar) koduna uyğundur.
8. Məhkəmə qeyd edir ki, “X8 İnc.” Şirkəti beynəlxalq şirkət olmaqla, əsas fəaliyyəti dənizdə qazma (drilling) işlərinin həyata keçirilməsi, neft və qaz yataqlarının qazılması yolu ilə çıxarılması olduğundan (www.bloomberg.com/profile/, www.ogj.com/article/westernbuilt-jack-up-to-begin-caspian-sea-work), həmin şirkətin fəaliyyət istiqaməti X6 Ltd şirkətinin fəaliyyət istiqamətinə uyğundur.
9. Buna görə də məhkəmə X6 Ltd şirkətinin verdiyi arayışı mötəbər sübut kimi qəbul edərək hesab edir ki, iddiaçının dənizdə qazma qurğularının maşinisti, yəni krançı və həmin avadanlıqların təmiri üzrə usta işlədiyi müddət də 1 nömrəli siyahı üzrə onun güz əştli iş stajına daxil edilməlidir.
10. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi iş stajı mövcud olduğundan onun 52 yaşdan güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış, cavabdeh isə iddiaçının bu tələbini təmin etməməklə onun hüquqlarının pozulmasına yol vermişdir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3685/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov - sədrlik edən və məruzəçi, M.Tağızadə və İ.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin q ərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrin in, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqı nda” Qanunu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.. Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsə rrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güz əştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”: 1100000a-13590 (qazma qurğularının maşinistləri) 1100000b-23362 (avadanlığın təmiri üzrə ustalar)
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunma sı və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. X14 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gəl ən işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə xüsusi olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Hazırkı işdə iddiaçının hüquqi marağı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır.
28. İşin aşağı məhkəmələr tərəfindən araşdırılmış hallarına əsasən qeyd edilməlidir ki, SOCAR “Kompleks qazma işləri” trestinin təqdim etdiyi arxiv arayışına görə, xx.xx.1967-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992-ci ildən (Əmr №124/k, xx.xx.1992-ci il) xx.xx.2000-ci ilə kimi (Əmr №51/k, xx.xx.2000-ci il) “Xəzərdənizneftqazsənaye” X3 X4 İdarəsində işləmişdi r.
29. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilmiş arayışa əsasən cavabdeh iddiaçının güzəştli iş stajının 10 ildən az olmasına istinad edərək ona pensiya təyin edilməsindən imtina etmişdir.
30. Lakin iddiaçı isə xx.xx.2000-xx.xx.2004-cü il tarixlərdə “X7 İnk" şirkətində işlədiyi krançı köməkçisi, usta, krançı vəzifələri üzrə dənizdə işləməsi səbəbindən əmək şəraitinin xüsusilə zərərli iş kimi güzəştli sığorta stajına daxil edilməsini xahiş edir.
31. Bununla bağlı apellyasiya instansiyası məhkəməsində icraat zamanı X6 Ltd şirkətinə ünvanlanmış sorğuya cavab olaraq şirkətin məhkəməyə təqdim etdiyi 05 oktyabr 2022-ci il tarixli məktubda göstərilmişdir ki, “X9 İnc.” Şirkətində olan krançı köməkçisi, krançı və usta vəzifələrinin iş təlimatları şirkətdə olan kran operatorunun köməkç isi, kran operatoru və göyərtədə nəzarətçi vəzifələrinin iş təlimatları ilə eynidir və həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda qeyd olunan 1100000a-13590 (qazma qurğularının maşinistləri) və 1100000b-23362 (avadanlığın təmiri üzrə ustalar) koduna uyğundur.
32. Beləliklə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun he sab edir. Hazırkı mübahisə üzrə iddiaçıya pensiya təyin olunması üçün müvafiq norma ilə nəzərdə tutulmuş dispozisiya şərtləri ödənilmişdir.
33. İşə baxılarkən sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
34. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3685/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.