Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1044/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-1044/19 Bakı şəhəri 10 aprel 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı vəkili Eynulla Şəhverənovun, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında D övlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin vəkili Vəkil1 iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin nümayəndəsi XXX tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2-1(103)-2461/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidmətində 20 tə qdim ilindən artıq xidmət etməsi nəzərə alınaraq pensiyasının yenidən – 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi məbləğində hər sonrakı il üçün 3 faiz miqdarında əlavə məbləğin hesablanmasının cavabdehə həvalə edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin müəyyən edilməsini və 20 təqvim ilindən yuxarı xidmət etdiyini nəzərə alaraq, ona aid pensiyasının yenidən, yəni 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi məbləğinə hər sonrakı il üçün 3 faiz miqdarında əlavə məbləğ hesablanması nın cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 20 ildən artıq müddət ərzində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətində xidmət etmiş və 26 may 2017-ci il tarixli əmrlə silahlı qüvvələrin ehtiyatına buraxılmışdır. Cavabdeh qanunvericiliyə hüququnun yarandığı tarixdən sonra edilmiş dəyişikliklərə istinad etməklə, onun pensiyasını əsassız olaraq 20 ildən artıq xidmətinin hər ili üçün müvafiq təminat xərcliyinin 2 faizi miqdarında hesablamışdır. Halbuki, qanunvericiliyin hüququnun yarandığı tarixdə qüvvədə olmuş tələblərinə əsasən, onun əmək pensiyası 20 təqvim ilindən yuxarı xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında hesablanmalı idi. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, iddiaçının ərizə ilə müraciət etdiyi 14 avqust 2017-ci il tarixdə və tərxis edildiyi 09 avqust 2017-ci il tarixdə qanunvericiliyin qüvvədə olan tələblərinə əsasən, sonuncu tarixdən müvafiq təminat xərcliyinin 66,84 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 may 2018-ci il tarixli, 2-1(81)2244/2018 saylı qərardadı ilə (hakim Aygün Abdullayeva) iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun un Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi ilə əvəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli, 2-1(81)2244/2018 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia tələbi qismən təmin edilmiş, iddiaçının əmək pensiyasına əlavə kimi təminat xərcliyinin 01 iyul 2017-ci il tarixinə qədər olan dövr üçün olan müddətə 3 faiz, 01 iyul 2017-ci il tarixdən sonrakı müddətə 2 faiz olmaqla pensiyasının yenidən hesablanması vəzifəsi cavabdehə həvalə olunmuşdur. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının tərxis olunduğu 09 avqust 2017-ci il tarixə 25 ildən çox xidmət ili mövcud olduğundan onun əmək pensiyasına müvafiq təminat xərcliyi ilə bağlı əlavə 01 iyul 2017-ci il tarixədək qanunvericiliyin həmin dövrədək qüvvədə olmuş tələblərinə uyğun olaraq müvafiq təminat xərcliyinin 3 faizi həcmində, 01 iyul 2017ci il tarixdən isə, həmin tarixdə edilmiş dəyişikliyə uyğun olaraq, müvafiq təminat xərcliyinin 2 faizi həcmində olmaqla yenidən hesablanmalıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2-1(103)-2461/2018 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları təkrarlamış və bildirmişdir ki, iddi açının ona pensiyanın təyin olunduğu 09 avqust 2017-ci il tarixədək 25 ildən çox xidmət ili olduğundan, onun pensiya hüququ qanunvericiliyə cavabdehin pensiyanın hesablanması zamanı istinad etdiyi dəyişikliyin edildiyi tarixədək artıq yaranmışdı. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5, 20.1, 20.1.11, 9, 9.5, 20.14.1, Azərbaycan Respublikası İPM-nin 1.2, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddələri və “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndi ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, vətəndaşın pensiya hüququ onun qulluq etdiyi orqandan tərxis edildiyi tarixdən yaranır. “Məlumat vərəqi”nə əsasən, iddiaçı qulluq etdiyi Dövlət Sərhəd Xidmətindən 09 avqust 2017-ci il tarixdə tərxis edilmiş, iddiaçı həmin tarixdən ehtiyata buraxılmış və qulluq etdiyi orqan tərəfindən son haqq-hesab edilmişdir. Bu səbəbdən, qanunvericiliyin həmin tarixdə qüvvədə olmuş tələblərinə uyğun olaraq iddiaçıya 09 avqust 2017-ci il tarixdən müvafiq təminat xərcliyinin 66,84 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müv afiq qurumları tərəfindən hazırlanır və əmək pensiyasının təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Kassasiya şikayətində göstərilən dəlilinin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5, 20.14.1-ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 saylı qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası nın iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı 09 avqust 2017-ci il tarixdən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Onun ehtiyata buraxıldığı tarixə, yəni 09 avqust 2017-ci il tarixə xidməti illəri cəmi 25 il, 11 ay, 14 gün təşkil etmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin məlumat vərəqəsinə əsasən ona pensiya təyin edilmiş, pensiya təyin edilərkən hərbi xidmət ilinin hər ili üçün müvafiq təminat xərcliyinin 2%- i məbləğində əlavə müəyyən edilmişdir. İddiaçı hərbi xidmət ilinin hər ili üçün müvafiq təminat xərcliyinin 3 %-i məbləğində əlavə hesablanmaqla əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən 03/89/02-155 saylı, 18 fevral 2018-ci il tarixli məktubla cavab verilərək göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən 01 iyun 2017-ci il tarixdən sonra tərxis olunan hərbi qulluqçulara “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin- 50 faizi, yaşına və xəstəliyinə görə təxris olunanlara- 55 faiz i, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hasablanmaqla) üçün isə 2 faiz miqdarında əlavə olunmaqla ödənilir. X1 Xidməti tərəfindən verilmiş məlumat vərəqində 09 avqust 2017-ci il tarixdən ehtiyata buraxıldığından və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin pensiya təyin olunması üçün ərizəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.14.1-ci maddəsinə müvafiq olaraq pensiya təyin edilmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-c i maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellaysiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellaysiya məhkəməsi hesab etmişdir ki, iddiaçının güzəştli şərtlə rlə pensiya hüququ qanuna dəyişiklik edilənə qədər yarandığı üçün, ona münasibətdə zamana görə qüvvədə olmuş qanunvericiliyin tələbləri tətbiq olunmalıdır. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, iddiaçının hərbi xidmətdən tərxis edildiyi və müraciət edildiyi vaxt qanunvericiliyin müddəaları tətbiq olunmalı idi. Məhkəmə kollegiyası dəlili əsaslı hesab etmir və aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İddiaçının iddia edilən güzəştli şərtlərlə əmək pensiya hüququnun yarandığı 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) müddəalarına görə: - 9.5-ci maddəsinə əsasən, aşağıdakı hərbi qulluqçuların (...) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; - 9.6-ci maddəsinə əsasən, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur; - 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.11. bu qanunun 9.5-ci maddəsində göstərilən hərbi qulluqçular; - 20.14-ci maddəsinə əsasən, bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faiz i, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə olunmaqla. Maddələrin tələbləri belə izah olunur ki, 20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçular güzəştli şərtlərlə pensiya hüququnu əldə edirlər. Bu hüquqa malik olan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavə hesablanmalı, onun məbləği təminat xərcliyinin məbləğindən və qulluq stajından asılıdır. 20 il xidmət etmiş şəxslərin əmək pensiyasına əlavənin məbləği təminat xərcliyinin 50 və ya 55 faizini və 20 ildən sonrakı hər il üçün 3 faiz hesablanmaqla müəyyən edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunund a dəyişikliklər edilməsi barədəAzərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli Qanununun 1.71-ci bəndi ilə 20.14-cü maddəyə dəyişiklik edilərək mətni aşağıdakı redaksiyada olmuşdur. - bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi,yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli Qanununun 2-ci maddəsinə əsasən, bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir. İstinad edilmiş maddənin yeni redaksiyasına görə, əvvəlki mətndən fərqli olaraq 20 il xidmət etmiş şəxslərin əmək pensiyasına əlavənin məbləği təminat xərcliyinin 50 və ya 55 faizini və 20 ildən sonrakı hər il üçün 2 faiz hesablanmaqla müəyyən edilmişdir. Bu qayda 01 iyul 2017-ci il tarixindən sonra yaranan hüquq münasibətdlərinə tətbiq edilməlidir. Cavabdeh hesab etmişdir ki, iddiaçı 09 avqust 2017-ci il tarxindən sonra tərxis olunduğundan onun pensiya təminatı hüququ bu tarixdə yaranmış və müvafiq ol araq həmin vaxt qüvvədə olan istinad edilən Qanunun 20.14.1-ci maddəsinin tələbləri tətbiq olunmalıdır. Lakin məhkəmə kollegiyası apellaysiya məhkəməsinin apardığı qiymətləndirmə ilə razılaşaraq hesab edir ki, cavabdeh tərəfindən qanunverciliyin zamana görə qüvvəsi ilə bağlı qaydalar düzgün təfsir edilməmişdir. Belə ki, yuxarıda verilmiş maddələrin izahından göründüyü kimi, hərbi qulluqçuların pensiya təminatı hüququ 20 il xidmət illərinin toplanması ilə yaranır. Xidmət illərinə görə əlavənin alınmasını nəzərdə tutan Qanunun 20.14.1-ci maddəsinin tətbiqi üçün ilk olaraq həmin Qanunun 9.5-cı maddəsinin tələblərinin yerinə yetirilməsi zəruridir. Həmin tələblər ödənildikdə, yəni hərbi qulluqçu zəruri xidmət illərini topladıqda, onun artıq pensiya təminatı hüququ yaranmış hesab edilməlidir. Bu hüquqdan istifadə edilməməsi hərbi qulluqçunu qanunla ona verilmiş imkandan məhrum edilməsi ilə nəticələ bilməz. Daha sonrakı illərdə hərbi qulluqçu hərbi xidmətini davam etdirdikdə, qulluq illərinin toplandığı vaxt qüvvədə olan qanunveriliyin müddəalarına əsasən əlavənin məbləği müəyyən edilməlidir. Bu halda iddiaçının 01 iyul 2017-ci il tarixinə qədər topladığı xidmət illərinə görə əlavə hər il üçün təminat xərcliyinin 3 fazi məbləğində, həmin tarixdən sonra toplanmış xidmət illərinə görə əlavə isə - təminat xərcliyinin 2 faizi məbləğində hesablanmalıdır. Qanunvericiliyin zamana görə qüvvəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci və Azərbaycan Respublikası MPM-nin 217-ci maddələrinin mənasına görə, inzibati prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında mülki prosessual qanunvericiliyin tələbləri tətbiq olunur ki, onlara əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsi müəyyən edilmişdir. Eyni mahiyyətli müddəada həmçinin zamana görə qüvvəyə minən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndində aşağıdakı kimi müəyyən edilmişdir: 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçü n 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Habelə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, artıq formalaşmış məhkəmə təcrübəsində də analoji mübahisələr üzrə aparılmış bu qiymətləndirməyə uyğun olaraq nəticə əldə edilir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdı rsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin nümayəndəsi XXX tərəfindən verilmiş kassasiya şikayəti təmin ediməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 noyabr 2018-ci il tarixli, 2-1(103)-2461/2018 saylı qərarı dəyişdiri lmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-1044/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1044/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver