Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1045/2019 10.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi x2, İddiaçının vəkili Rəcəbov Səbuhi Tapdıq oğlunun iştirakları ilə, İddiaçı x1 cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “diplomun tanınması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 5 dekabr tarixli 2-1(103)-2629/2018 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qər arı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1994-cü ildə ünvan 1 qəbul olmuş, 1999-cu ildə Rusiya Federasiyası Beynəlxalq Şərq Universitetində təhsilini başa vurmuş, ona ərəb, türk dili müəllimi-linqvist ixtisası üzrə 1999-cu il 20 iyul tarixli, AVD 004760 nömrəli diplom verilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Rusiya Federasiyasının Beynəlxalq Şərq Universiteti tərəfindən verilmiş 1999-cu il 10 iyul tarixli, AVD 004760 nömrəli diplomun tanınmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 30 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, Rusiya Federasiyasının Beynəlxalq Şərq Universiteti tərəfindən iddiaçıya verilmiş 1999-cu il 10 iyul tarixli, AVD 004760 nömrəli diplom apostil möhürü ilə leqallaşdırılmadığından, ərizənin icrası mümkün olmamışdır. İddiaçı 2018-ci il 13 iyun tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Rusiya Federasiyası Təhsil Nazirliyinin 1 nömrəli əlavəsi olan, 22 yanvar 1994-1999-cu il tarixli 16-366 nömrəli lisenziyası əsasında Dərbənd şəhərində fəaliyyət göstərmiş, əyani forma üzrə normativ təhsil müddəti 5 il, tədris türk dilində olan Beynəlxalq Şərq Universitetini bitirməyi haqqında, attestasiya komissiyasının 1999-cu il 10 iyul tarixli qərarına əsasən ona 1999-cu il 20 iyul tarixdə verilmiş, qeydiyyat nömrəsi 0055 olan, AVD 004760 nömrəli ali təhsil haqqındakı sənədi (diplomu) üzrə aldığı ərəb, türk dili müəllimi-linqivist (dilşünas) ixtisasının tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulm asını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, o, Qafqaz Universitetinin 1994-1995-ci il üçün tələbə qəbulu qaydalarına uyğun olaraq test üsulu ilə keçirilən imtahanda iştirak etmiş və ünvan 1 qəbul olmuşdur. Bu ali təhsil müəssisəsi 1994-1997-ci illərdə ünvan 1 adlandırılıb. Rusiya Federasiyası Təhsil Nazirliyinin 1998-ci il 22 yanvar tarixli 16-366 nömrəli lisenziyası ilə ona universitet statusu verilərək Beynəlxalq Şərq Universiteti adlanmışdır. O, həmin təhsil müəssisəsində 1999-cu ildə təhsilini başa vurmuş, ona ərəb, türk dili müəllimi-linqvist ixtisası üzrə 1999-cu il 20 iyul tarixli, AVD 004760 nömrəli diplom verilmişdir. İddiaçı universiteti bitirən ili Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şəki şəhər təhsil şöbə sinin 1999-cu il 3 sentyabr tarixli, 247 nömrəli əmri ilə Şəki şəhərindəki Fizika-Riyaziyyat və Humanitar Təmayüllü liseydə müəllim vəzifəsinə təyin olunmuşdur. 19 ildir ki, fasiləsiz olaraq müəllim işləyir. 2016-cı ilin əvvəlində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə dair 2016-cı il 11-15 may tarixlərində Qax şəhərində keçirilən imtahanda iştirak etmək üçün sənədlərini elektron poçt vasitəsi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etmişdir. Kompüterdə ona aid olan şəxsi səhifədən məlum olub ki, onun xaricdə aldığı ali təhsil haqqındakı AVD 004760 nömrəli diplom Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfındən tanınmadığından, bu imtahanda iştirak etməyi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmamışdır. Bu vaxta kimi iddiaçı diplomun cavabdeh tərəfindən tanınmasının zəruriliyi barədə heç bir şifahi və yazılı bildiriş almamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 20 avqust tarixli 2-1(82)3076/2018 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ali təhsil haqqında sənədin qanunvericiliklə müəyyən edilmiş qaydada leqallaşdırılması məcburi şərt kimi nəzərdə tutulduğu halda, iddiaçı tərəfindən bu şərtə əməl olunmamışdır. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 5 d ekabr tarixli 2-1(103)-2629/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2018-ci il 23 dekabr tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 23 yanvar tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini təmin etməməklə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında v ə “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş hüquqlarını pozmuşdur. İddiaçının Beynəlxalq Şərq Universitetində aldığı təhsilin müddəti 5 il olub ki, bu da hazırda qüvvədə olan “Təhsil haqqında” Qanunda göstərilən ali təhsil standartlarına tam uyğundur. Qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarları qanuni olmalıdır. Qərarın qanuniliyi və əsaslılığı qərar mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına qəbul edilməsi və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun çıxarılmasını özündə əks etdirir. Eyni zamanda, qərarın əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və m əhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, məhkəmənin qərar qəbul edərkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (68.2). Göstərilən normaların tələbləri apellyasiya instansi yası məhkəməsi tərəfindən pozulmuşdur. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), for mal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 saylı Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın (bundan sonra mətndə Qaydalar) 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə o lmasının təsdiqi başa düşülür. Qaydaların 1.6-cı bəndinə görə, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Qaydaların 1.6-cı bəndinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Qaydaların 2.3-cü bəndinə ə sasən, ali təhsil sahəsində ixtisasların tanınması üçün aşağıdakıların olması zəruridir: ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması; təhsil sahəsində ixtisasların tanınmasının Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulması. Qaydaların 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Qaydaların 3.7-ci bəndinə əsasən, 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haq qında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Azərbaycan Respublikasının 2003-cü il 13 may tarixli 455-İİQ №-li, Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” Sazişin 1-ci maddəsinə əsasən, bu Saziş Tərəflərin dövlət akkreditasiyası olan təhsil müəssisələri və Azərbaycan Respublikası və Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq bu məqsədlə səlahiyyətləndirilmiş digər dövlət müəssisələri tərəfindən verilmiş təhsil, elmi adlar və elmi dərəcələr haqqında Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət nümunəli sənədlərinə şamil olunur (maddənin 1-ci bəndi). Bu Sazişin müddəaları onun qüvvəyə minməsindən əvvəl Azərbaycan Respublikası və Rusiya Federasiyası ərazisində verilmiş, bu maddənin 1-ci bəndində göstərilən sənədlərə münasibətdə də tətbiq olunur (maddənin 2-ci bəndi). Yuxarıda qeyd edilən qanunvericilik aktlarının tələblərindən göründüyü kimi, ali təhsil haqqında sənədin onun verildiyi ölkədə tanınması, təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəyin olması, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu təhsil sahəsində ixtisasın tanınmasının zəruri şərtləri kimi təsbit olunmuşdur. İddiaçının təqdim etdiyi təhsil sənədi yuxarıda qeyd edilən şərtləri ödəmədiyindən cavabdehin imtinası, iddianın təmin olu nmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mahiyyətcə düzgün olmuşdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 5 dekabr tarixli 2-1(103)-2629/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1045/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1045/2019
10.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver