Məhkəmə qərarları › İş №2-1(102)-1045/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1045/2020

09.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1045/2020 09.06.2020 ALİ MƏHKƏMƏ Iddiaçı X rayon Mənzi-Kommunal Təsərrüfat Birliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər: XRayon İcra Hakimiyyəti və Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti) iş üzrə (Açar söz: sosial sığorta haqqı üzrə ümidsiz borcun silinməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiаçı X rayon Mənzi-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi, iddiaçının və üçüncü şəxs X Rayon İcra Hakimiyyətinin vəkili, cavabdehin nümayəndəsi və vəkili iştirakı ilə İddiаçı X rayon Mənzi-Kommunal Təsərrüfat Birliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxslər: X Rayon İcra Hakimiyyəti və Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti) ümidsiz borcun silinməsi və hesablanmış peniyanın ləğv edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2-1(103)-199/2019 nömrəli qərarından iddiaçı və üçüncü şəxs X Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 09.06.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Cavabdeh tərəfindən hesablanan və köçürülən vəsaitlər üzrə məlu matlara əsasən iddiaçının 01 aprel 2016-cı il tarixə 1.220.932,73 manat sosial sığorta haqları üzrə borcu vardır. İddiaçı həmin borcun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun ərizəsi təmin olunmamışdır. İddiаçı X rayon Mənzi-Kommunal Təsərrüfat Birliyi cavabdeh Dövlət Sığorta Fondunun İri Sığorta Etdirənlərlə İş Departamentinə (üçüncü şəxslər: X Rayon İcra Hakimiyyəti və Bakı şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 01.04.2016-cı il tarixinə olan 1220932.73 manat sosial sığorta haqqı üzrə borcun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi, həmin məbləğə hesablanmış peniyanın ləğv edilməsi, həmin borcun X rayon MənziKommunal Təsərrüfat Birliyinin şəxsi hesab vərəqəsindən azaldılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2813/2016 saylı 24.11.2016-cı il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, X rayon Mənzi-Kommunal Təsərrüfat Birliyinin 01.04.2016-cı il tarixə olan 1220932.73 manat sosial sığorta haqqı üzrə borcun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi, həmin məbləğə hesablanmış peniyanın ləğv edilməsi, həmin borcun X rayon Mənzi-Kommunal Təsərrüfat Birliyinin şəxsi hesab vərəqəsindən azaldılması cavabdehə həvalə edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı zərərlə işləyən təşkilat olmaqla gəlir əldə etmir. Iddiaçının məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsa da, bu borcun ödənilməsi imkanlarının olmaması nəticəsində həmin bor c həqiqətən ümidsiz borcdan ibarətdir. Beləliklə, iddiaçının borcu ödəməməsi onun ödəmə qabiliyyəti ilə bağlı olduğundan, həmçinin Birliyin Əsasnaməsinə əsasən Birliyin ilin maliyyə nəticələrinə görə yaranmış zərəri büdcədən ayrılan təxsisatlar hesabına bağlanmalı olduğundan, büdcədən ayrılan ayırmaların isə borcun ödənilməsi üçün yetərli olmaması nəticəsində iddia tələbi əsaslıdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2813/2016 saylı 24.11.2016-cı il tarixli qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2017-ci il tarixli 2-1(103)-684/2017 nömrəli qərardadı ilə cavabdhein apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2813/2016 saylı 24.11.2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, məcburi dövlət sosial sığorta haqları üzrə borcların sığortaçılar tərəfindən silinməsi yaxud məhkəmə qaydasında ləğv edilməsi imkanı qanunvericiliklə, ümumiyyətlə, nəzərdə tutulmadığı üçün, iş üzrə cavabdehin belə bir vəzifəsi (öhdəliyi) müəyyən edilmir, iddiaçı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil, bu səbəbdən iddia mümkün sayılmamalıdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-1544/2017 saylı 11 oktyabr 2017-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2017-ci il tarixli 2-1(103)-684/2017 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab etmişdir ki, tələb etmə hüququ keçdiyinə görə məcburi dövlət sığorta haqları üzrə hesablanmış borcun tutulması məhkəmə təcrübəsinə görə təmin edilməli olan tələb olmadığı üçün iddiaçının tələbinə əsasən də həmin borc silinə bilər. Bu halda, sözügedən borc ümidsiz borca çevriləcəkdir. Bundan əlavə, Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etmişdir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmu ş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququ nu yaradır. İddiaçı da belə hüquqa malik olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 noyabr 2019-cu il tarixli 2-1(103)-199/2019 nömrəli qərardadı ilə cavabdeh DSMF-nun İri Sığortaedənlərlə İş üzrə Departament cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamenti ilə əvəz edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2-1(103)-199/2019 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2813/2016 saylı 24.11.2016-cı il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya qarşı məcburi sosial sığorta haqlarının ödənilməsi tələbi ilə bağlı qanuni qüvvəsini alm ış məhkəmə qərarları mövcuddur və həmin məhkəmə qərarları icraya yönəlmişdir. 01.01.2006-cı il tarixdən başlayaraq sosial sığorta ilə bağlı məlumatlar vətəndaşların fərdi uçot sisteminə işləndiyindən, eyni zamanda hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları sığorta hadisəsi baş verən zaman sığortaolunanların sığortaçı təşkilatdan sığorta ödəməsi almaq hüququ yarandığından məcburi sosial sığorta haqları üzrə yaranmış borcların və onlara hesablanmış peniyanın silinməsi qanunda nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2-1(103)-199/2019 nömrəli qərarından iddiaçı və üçüncü şəxs X Rayon İcra Hakimiyyəti kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçının və üçüncü şəxs X Rayon İcra H akimiyyətinin kassasiya şikayətinin dəlillərinə görə iddiaçı tərəfindən cari illər üçün ödənilmiş sosial sığorta haqlarının cavabdeh təşkilat tərəfindən məhkəmə aktları ilə müəəyn edilmiş köhnə borc məbləğinə silinməsini və həmin məbləğə peniyaların hesablanması əsassızdır. Bundan əlavə, iddiaçının hazırkı durumu ilə, yəni aylıq 20000 manatlıq yığımla cavabdeh tərəfindən hesablanmış 1220932.73 manat borc məlbəğinin peniyaların hesablanması ilə nə vaxtsa ödənilməsi mümkünsüzdür. Digər tərəfdən öz xarakterinə görə yaranmış olan ümidsiz borc məbləğinin məhkəmələr tərəfindən silinə bilməməsi də qanunvericilikdə nəzərdə tutulmamışdır. Kassatorlar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2-1(103)-199/2019 nömrəli qərarının ləğv edilməsini və işi n baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiаçı X rayon Mənzi-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi, iddiaçı və üçüncü şəxs X Rayon İcra Hakimiyyətinin vəkilləri Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 21(103)-199/2019 nömrəli qərarının ləğv edilməsini və işin baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətlərinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2-1(103)-199/2019 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali Məhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2-1(103)-199/2019 nömrəli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılmış halları ilə müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçının məcburi sosial sığorta haqları üzrə borcl arının olması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Bundan başqa iddiaçıya qarşı məcburi sosial sığorta haqlarının ödənilməsi tələbi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qərarları mövcuddur və həmin məhkəmə qərarları icraya yönəlmişdir. İddiaçı 01.04.2016-cı il tarixə olan 1220932.73 manat sosial sığorta haqqı üzrə borcun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi, həmin məbləğə hesablanmış peniyanın ləğv edilməsini tələb edərkən iddiaçının tələb olunan borcu ödəmə iqtidarında olmamasına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası hesab edir ki, 01.01.2006-cı il tarixdən başlayaraq sosial sığorta ilə bağlı məlumatlar vətəndaşların fərdi uçot sisteminə işləndiyindən, eyni zamanda hesablanıb ödənilmiş məcburi dövlət sosial sığorta haqları sığorta hadisə si baş verən zaman sığortaolunanların sığortaçı təşkilatdan sığorta ödəməsi almaq hüququ yarandığından məcburi sosial sığorta haqları üzrə yaranmış borcların və onlara hesablanmış peniyanın sığorta edənin borcunu ödəmə iqtidarında olmamasına görə silinməsi qanunda nəzərdə tutulmamışdır. Belə ki, “Sosial sığorta haqqında” Qanunun 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmin Qanunun 21-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanları sığortaedənlər barəsində maliyyə sanksiyaları tətbiq etmək hüququna malikdirlər. Məcburi ödənişlərin alınması da daxil olmaqla dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətl ərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Sözügedən dəyərlərin müdafiəsinə yönəlmiş təməl prinsiplərdən biri kimi hüquqi müəyyənlik prinsipi isə Azərbaycan Respublikasının Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edir. Bu prinsip digər tələblərlə yanaşı, ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarında da oxşar hüquqi mövqe ifadə olunaraq göstərilmişdir ki, Vergi Məcəlləsinin 93-cü maddəsində vergi borcunun ümidsiz hesab olunması üçün vergitutma müddətinin bitməsi əsas kimi nəzərdə tutulmasa da, vergi orqanlarında yuxarıda göstərilən hallarda qanunla müəyyən olunmuş qaydada vergi qalıqlarının tutulması üçün real imkan olmadığına görə borc silinməyə məruz qalır. Eyni ilə, VM-in 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlərin məcburi dövlət sosial sığorta haqqına münasibətdə tətbiq edilməməsi VM-in 93.1-ci maddəsinin müddəalarının (93.1.1 və 93.1.2-ci maddələr) tətbiqi imkanına təsir etsə belə, bu, həmin Məcəllənin 93.2-ci maddəsinin tətbiqi üçün maneə deyil. Həmin normanın tələbinə görə, digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə san ksiyalarının tutulmasının VM-in 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Göründüyü kimi qanunvericilikdə yalnız müddətin keçməsinə görə borcların ümidsiz borc kimi silinməsi nəzərdə tutulmuşdur ki, iddiaçı hazırkı tələbində 01.04.2016-cı il tarixə olan 1220932.73 manat sosial sığorta haqqı üzrə borcun müddəti keçmiş (ümidsiz) borc kimi silinməsi, həmin məbləğə hesablanmış peniyanın ləğv edilməsini tələb etsə də, iddianın əsaslandırmasında tələb olunan borcu ödəmə iqtidarında olmamasına istinad etmişdir ki, qanunvericilik borcu ödəmə iqtidarında olmamaya görə borcun silinməsini nəzərdə tutmamışdır. Müddətlə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə iddiaçının mütəmədi olaraq məcburi sosial sığorta haqları ödədiyi müəyyən olunur. İddiaçı özü də izahatlarında etiraf edir ki, cari ödəmələri köhnə borcların silinməsinə yönəldilmişdir. Belə olan halda, iddiaçı hər il məcburi sosial sığorta haqları üzrə ödənişlər həyata keçirdiyindən, onun müddəti keçmiş hər hansı borcunun olması iş materialları ilə öz təsdiqini tapmır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı və üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 dekabr 2019-cu il tarixli 2-1(103)-199/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar