Məhkəmə qərarları › İş №2-1(102)-1045/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1045/2021

23.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1045/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı QSC-nin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbiri giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı QSC-nin vəkili Vəkil1, cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı QS C-nin (bundan sonra mətndə iddiaçı) cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı “30.10.2020-ci il tarixli qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1141/2021 saylı, 3 mart 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin 23.08.2019-cu il tarixli qərarı ilə iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir.

2. Yoxlamanın nəticəsi 16.09.2020-ci il tarixli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş, həmin akt əsasında 30 oktyabr 2020-ci il tarixli vergi ödəyicisi nin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərar əsasında iddiaçıya 2017-2018-ci illərin mənfəət vergisi üzrə, 20162019-cu illərin ƏDV üzrə, 2018-ci ilin ÖMV üzrə ümumilikdə 1 975 423.29 manat əlavə vergi və 846 838.11 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı 04.11.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 oktyabr 2020-ci il tarixli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı sonradan müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edər ək, inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh orqanın 30.10.2020-ci il tarixli qərarının icrasının dayandırılmasını xahiş etmişdir.

5. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini onunla əsaslandırmışdır ki, hazırda vergi orqanı tərəfindən həmin qərarın icrası istiqamətində gördüyü tədbirlər hüquqi şəxsin fəaliyyətini iflic vəziyyətinə salır, belə ki, qərarın icrası ilə bağlı bank hesablarına qoyulmuş sərəncamlar və digər məcburiyyət tədbirləri məhkəmə mübahisəsi bitməmiş qanunsuz hesablanmış vergi məbləğlərinin tutulmasına xidmət edir. Odur ki, inzibati aktın icrasının dayandırılması zərurəti vardır.

6. Cavabdeh ərizəyə qarşı məhkəməyə təqdim olunmuş etirazını onunla əsaslandırmışdır ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsind ən əvvəl məhkəmənin vəzifəsi ilk öncə iddianın uğurluluq ehtimalının müəyyən edilməsidir. İddianın gələcəkdə uğurlu olmayacağı təqdirdə iddiaçının dövlət büdcəsinə olan borclarının alınması ilə bağlı mühüm çətinliklər yaranacaqdır.

7. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-2498/2021 saylı iş) 14 yanvar 2021-ci il tarixli qərardadı ilə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi qismən təmin edilərək, iddiaçıya vergi orqanının 30.10.2020-ci il tarixli qərarı ilə hesablanmış vergi borcunun 105 faiz həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, mübahisələndirilən 30.10.2020-ci il tarixli qərarın icrasının dayandırılması, ərizənin qalan hissədə təmin olunmaması qərara alınmış dır.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mövcud vəziyyətin dəyişəcəyi təqdirdə iddiaçının hüquqlarının qorunmasının mümkün olmayacağı və ya əhəmiyyətli ziyan hesabına nəticələrin qarşısını almaq mümkün ehtimalının olduğu hallarda, məhkəmə müvəqqəti xarakterli müdafiə barədə qərardad qəbul etmək səlahiyyətinə malikdir.

9. Cavabdeh həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın təmin edilmiş hissədə ləğv edilməsini və ərizənin həmin hissədə rədd edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X4-məruzəçi, X5 və X2, 2-1(103)-1141/2021 saylı iş) 3 mart 2021-ci il tarixli qərarla cavabdehin apelyasiya şikayətini təmin etməmiş, biri nci instansiya məhkəməsinin 14 yanvar 2020-ci il tarixli qərardadını mübahisələndirilən hissədə dəyişdirmədən saxlamışdır.

11. Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, səyyar vergi yoxlamasının özünün Vergi Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı, həm də həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya hesablanmış vergi borcu mübahisəlidir. Belə ki, iddiaçının əsas iddia tələbi üzrə göstərdiyi inzibati aktın ləğvi üçün şərtlərin artıq icraatla bağlı normaların (ekspert rəyinin alınması, analogiyaların düzgün götürülməməsi, hesablanmış vergi məbləğlərinin müəssisənin dövriyyəsinə uyğun gəlməməsi, vergi yoxlamasının qanunla müəyyən edilmiş müddətdən artıq əsassız olaraq davam etməsinin) pozulmasına görə mövcud olduğu halda, maddi hüquq normaları ilə bağlı məsələlərin yoxlanılmasından asılı olmayaraq, qəbul edilmiş qərar inzibati icraat qaydalarının tələblərinə əsasən artıq formal-hüquqi baxımdan qüsurlu hesab edilməlidir. Bununla yanaşı, hazırkı işdə vergi yoxlamasının müddətinin, müvafiq olaraq uzadılması və ya dayandırılması üçün Vergi Məcəlləsinin 38.2-ci və 38.7-ci maddələrində imperativ olaraq təsbit olunmuş əsaslardan hər hansı birinin mövcudluğuna dair də məlumat işdə yoxdur. Buradan, iddiaçının inzibati aktın icrasının dayandırılmasına dair hazırkı məzmunda ərizəsi əsas iddianın uğurluluq ehtimalına əsaslana bilər.

12. Cavabdeh 27 aprel 2021-ci il tarixdə kasasiya şikayəti verərək qərardadın ərizənin təmin edilmiş hissəsində ləğv edilməsi və ərizənin həmin hissədə rədd edilməsini xahiş edilmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri

13. Apelyasiya məhkəməsi öz qərarını onunla əsaslandırmışdır ki, vergi orqanı tərəfindən ərizəçinin bank hesabları üzərinə tam olaraq sərəncam qoyulması, onun tərəfindən iddiaçı üçün əlverişsiz olan vergi məsuliyyətinə cəlbetmə qərarının icra edilməsi, yəni həmin qərara əsasən iddiaçıya hesablanmış əlavə vergilərin məhkəmə mübahisəsi qurtarmamış ondan tutulması, məhkəmə qərarının iddiaçının xeyrinə çıxarılacağı təqdirdə, ərizəçinin hüquqlarının pozulmasına gətirib çıxara bilər.

14. Halbuki, ərizəyə baxılması üzrə məhkəmənin gəldiyi nəticə işin hüquqi və faktiki hallarına uyğun olmadığından, eləcə də vergi qanunvericiliyinin, inzibati-prosessual hüquq normalarının tələblərinə zidd olduğun dan qanunsuz və əsassız sayılmaqla ləğv olunmalıdır.

15. Belə ki, müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin təmin edilməsindən əvvəl məhkəmənin vəzifəsi ilk öncə iddianın uğurluluq ehtimalının müəyyən edilməsi olmalı idi. Lakin məhkəmə qərardadında iddianın uğurlu olmasına dəlalət edən hər hansı sübuta, formalaşmış məhkəmə təcrübəsinə istinad etməmişdir.

16. Bundan başqa məhkəmə qərardadında qeyd olunmuş iddiaçının əmlaklarının siyahıya alınması ilə bağlı məhkəmə vergi qanunvericiliyinin tələblərinə zidd nəticəyə gəlmişdir.

17. Belə ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesabl anmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı tərəfindən onun əmlakı siyahıya alına bilər və vergi borclarının alınmasını təmin etmək məqsədilə siyahıya alınmış əmlak barəsində qanunvericiliklə yol verilmiş hərəkətləri yerinə yetirilə bilər.

18. Göründüyü kimi qəbul edilmiş qərardadla vergi orqanlarının qanunvericiliklə nəzərdə tutulmuş birbaşa səlahiyyətlərinə müdaxilə edilmişdir. Həmin qərardad iddiaçının vergi öhdəliklərinin alınmasına maneə yaratmışdır. Belə ki, vergi borcunun dövlət büdcəsinə məcburi qaydada alınmasının cavabdehə qadağan edilməsindən sonra vergi orqanının borc məbləğini vergi ödəyicisinin əmlakından tutmaq imkanı məhdudlaşdırılmış və iddiaçının vergi borcu olmasına baxmayaraq mülkiyyətində olan siyahıya alın mış əmlak barəsində hərəkətlər edilməsi qadağan edilmişdir.

19. Beləliklə, həm birinci instansiya məhkəməsi həm də apelyasiya məhkəməsi işin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalının mövcud olmadığını nəzərə almadan, ilkin məhkəmə araşdırması aparmaqla ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etmədən yalnız özünün və iddiaçının subyektiv mülahizələri əsasında müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəbul etmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

22. İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq

23. Vergi Məcəlləsi: Maddə

16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: (-); 16.1.11-2. vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə don durulmasını təmin etmək; (-). Maddə

63. Vergi orqanında şikayətə baxılma (-). 63.2. Vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Maddə

65. Vergilər üzrə borcların alınması qaydası (-). 65.2. Bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatı na və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. (-). 65.2.1. Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1 vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; (-); 65.2.1.4. vergi ödəyicisinin yazılı razılığı olduqda. (-). 65.2.3-1. Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. (-).

24. İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə

40. Müvəqqəti xarakterli müdafiə 40.1. Maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi (bundan sonra - müvəqqəti xarakterli müdafiə) barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Maddə 40.2. Ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. Maddə 40.3. Məhkəmə mü vəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. (-). Maddə

41. İnzibati aktın icrasının dayandırılması (-). Maddə 41.2. İşin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəf li qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. Məhkəmə həmçinin inzibati aktın icrasının müəyyən şərtlərlə dayandırılması barədə də qərardad qəbul edə bilər. 41.3. Məhkəmə, inzibati aktın icrasının dayandırılması barədə ərizə ilə bağlı qərar qəbul edilənədək, cavabdehin üzərinə inzibati aktın icrasına yönəlmiş hərəkətləri etməkdən çəkinməyə dair öhdəlik qoya bilər. 41.4. İnzibati aktın icrası, müvəqqəti xarakterli müdafiə barədə müvafiq qərardad qəbul edildiyi hallarda, iddia ilə bağlı işə mahiyyəti üzrə baxılıb qurtaranadək dayandırılır. 41.5. İnzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Maddə

58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araş dırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddəti ndə müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzr ə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

25. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

26. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq n ormalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 30.10.2020-ci il tarixli qərarı ilə iddiaçıya 1.971.549,88 manat məbləğində əlavə vergi hesablanmış və 846.838,11 manat məbləğində maliyyə sanksiyası tətbiq olunmuşdur.

29. İddiaçı cavabdehin 30.10.2020-ci il tarixli qərarının qəbul edilməsi üçün qanuni əsasların mövcud olmadığını iddia edərək həmin qərarın ləğv olunması iddiası ilə məhkəməyə müraciət etmişdir.

30. Bu icraat zamanı iddiaçı inzibati işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavab deh orqanın 30.10.2020-ci il tarixli qərarının icrasının dayandırılması barədə müvəqqəti xarakterli müdafiə tədbiri barədə vəsatətlə məhkəməyə müraciət etmiş, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir.

31. Apelyasiya instansiyası məhkəməsi iddiaçının hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına əsaslanaraq müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizənin qismən təmin edilməsi qənaətinə gəlmişdir.

32. Cavabdehin şikayətinin dəlillərinə görə apelyasiya məhkəməsi İPM-in 41.2-ci maddəsinin tələbinə əməl etməyərək iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlməsini əsaslandırmamışdır.

33. İnzibati aktın icrasının dayandırılmasının m ümkünlüyü İPM-in 41.2-ci maddəsində təsbit edilmişdir.

34. Həmin normaya görə işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir.

35. Normanın tələbinə görə məhkəmə birinci halda işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda inzibati aktın icrasının dayandırılması barədə, ilkin araşdırılma nəticəsində iddianın böyük ehtimalla uğurlu olmayacağı qənaətinə gəldiyi hall arda isə inzibati aktın icrasının dayandırılmasından imtina barədə qərardad qəbul edə bilər.

36. Paralel olaraq məhkəmə kollegiyası xatırladır ki, Vergi Məcəlləsinin 16.1.112-ci maddəsinə görə vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir.

37. Həmçinin Vergi Məcəlləs inin 65.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.

38. Vergi Məcə lləsinin 16.1.11-2-ci, 65.2-ci və 65.2.3-1-ci maddələrinin təhlili onu deməyə əsas verir ki, əvvəla, vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə əlavə hesablanmış vergi məbləğinin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək iddiaçının vəzifəsidir və hesablanmış əlavə vergi məbləğinin 105 faizi həcmində iddiaçının məxaric əməliyyatları aparması istisna edilir. Digər tərəfdən, vergi orqanının hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində p ul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam vermək səlahiyyəti vardır və bu mübahisə oluna bilməz.

39. Bununla yanaşı, Vergi Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə görə vergi orqanı 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verdikdən sonra kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Bu norma onu ehtiva edir ki, kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəf indən vergi orqanının hesabladığı məbləğin 105 faizi həcmində pul vəsaiti istisna olmaqla bank hesablarında artıq olan pul vəsaitinə dair vergi ödəyicisinin hesabdan məxaric edilməsini nəzərdə tutan ödəmə tapşırıqları icra edilə bilər.

40. Apelyasiya instansiyası məhkəməsi də vergi orqanı tərəfindən iddiaçıya hesablanmış əlavə vergi məbləğinin 105 faiz həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulması istisna olmaqla, mübahisələndirilən 30.10.2020-ci il tarixli qərarın icrasının dayandırılması, ərizənin qalan hissədə təmin olunmaması nəticəsinə gəlmişdir.

41. Müvəqqəti xarakterli ərizənin təmin edilməyən hissəsindən iddiaçı apelyasiya və kasasiya şikayəti verməmişdir.

42. Cavabdeh ərizənin təmin edilən hissəsi ilə bağlı məhkəmə mübahisəsi açmışdır.

43. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılan zaman Vergi Məcəlləsinin yuxarıda sadalanan normalarını nəzərə aldığından və həmin normaların tələbinə görə işin hazırkı halında iddianın uğurluluq ehtimalını yoxlamağa zərurət yaranmadığından kasasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

44. Odur ki, kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

45. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1141/2021 saylı, 3 mart 2021-ci il tarixli qərardadı dəyişdirilm

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar