Məhkəmə qərarları › İş №2-1(102)-1045/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1045/2022

29.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1045/2022 29.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyəti ndə olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-15/2022 nömrəli, 21 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №li xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ qeydə alınmış, iddiaçının adına həmin torpaq sahəsinə dair A 163252 №-li “torpaq sahəsinin planı və öl çüsü” sənədi verilmişdir.

2. İddiaçı Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 torpaq sahəsinin plan-ölçü sənədinə cari dəyişiklik edilməsi ilə bağlı cavabdehə xx.xx.2020-ci il tarixdə müraciət etmişdir.

3. Cavabdeh xx.xx.2020-ci il tarixli cavab məktubla müraciətin təmin olunmasından imtina edərək qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, RX seriyalı, ******* №-li çıxarışa əsasən onun mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 torpaq sahəsinin hal-hazırda naturada yerləşən plan-ölçü sxeminin verilm əsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

5. Daha sonra, iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, RX ******* seriyalı çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. iddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan və ölçü sənədi verilmişdir. Lakin son vaxtlarda iddiaçıya məlum olmuşdur ki, plan və öl çü sənədində göstərilən koordinatlar torpaq sahəsinin naturada yerləşdiyi yerin koordinatları ilə fərqlidir. Bununla bağlı o, cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, ona məxsus torpaq sahəsinə dair plan ölçü sənədində dəyişiklik edilməsini, yəni koordinatların naturadakı vəziyyətə uyğunlaşdırılmasını xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli cavab məktubu verilərək, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcud olduğu göstərilmişdir. cavabdehin etirazları:

7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda bildirilmişdir ki, araşdırma zamanı iddiaçıya məxsus torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq m övcud olduğundan plan və ölçü sənədində cari dəyişiklik edilməsindən imtina edilmişdir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 2 mart 2021-ci il tarixli, 2-1(118)-285/2021 nömrəli (sədrlik edən hakim V.E.Əzizova) qərarı ilə iddia təmin edilərək, iddiaçıya məxsus olan və Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən RX ******* seriyalı çıxarış əsasında iddiaçının mülkiyyətində olan 0.10 ha torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, göstərilən torpaq sahəsinin yerində koordinatlarının düzgün və dəqiq müəyyən edilməməsi iddiaçının həmin torpaqdan sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırır və nəticədə onun mü lkiyyət hüququnun pozulmasına gətirib çıxardığından qanuna ziddir.

10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 fevral 2022-ci il tarixli, 2-1(105)-15/2022 nömrəli (hakimlər F.Ə.Məmmədov- sədrlik edən və məruzəçi, R.Ə.Ağayev və Z.İ.Məmmədov) qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin ed ilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, imtinaya səbəb olan hal torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərqin mövcud olmasıdır. Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində X2 mülkiyyət hüququ bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışa uyğun olaraq bələdiyyənin qərarına əsasən qeydiyyata alınmış, bundan sonra X4 tərəfindən iddiaçıya özgəninkiləşdirilmiş və torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixində plan ölçü sənədi tərtib edilmişdir.

15. Məhkəmə kollegiyası maddi hüquq normasının pozulmasına yol verərək nəzərə almamışdır ki, torp aq sahəsinin yeri iddiaçı tərəfindən dəyişdirilmiş və torpaq sahəsinə dair tərtib edilmiş plan ölçü sənədində qeyd edilən koordinatlara uyğun olaraq istifadə edilməmişdir.

16. İddiaçı hansı səbəbdən ona verilmiş plan ölçü sənədində göstərilmiş torpaq sahəsindən istifadə etmir. Digər tərəfdən isə xx.xx.2017-ci il tarixli, 4Ə-2166 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X4 tərəfindən İddiaçı adına özgəninkiləşdirilmişdir və İddiaçı mülkiyyət hüququ xx.xx.2017-ci il tarixində qeydə alınmış və torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixində plan ölçü sənədi tərtib edilmişdir. Məhkəmə kollegiyası tərəfindən araşdırma aparılmamışdır ki, iddiaçı torpaq sahəsinə dair çıxarış və plan ölçü sənədini xx.xx.2017-ci il tarixində əldə etməsinə baxmayaraq 3 il sonra yəni xx.xx.2020-ci il tarixində plan ölçü sənədində dəyişiklik edilməsi barədə müraciət etmiş, hansı səbəbdən ona aid olan torpaq sahəsindən 641 metr aralığında olan torpaq sahəsindən istifadə etmək istəyir. Bundan başqa, məhkəmə kollegiyası mütəxəssis rəyi alarkən iddiaçının adına tərtib olunmuş plan ölçü sənədinə əsasən torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsə məxsus olub-olmamasını araşdırmamışdır. Ancaq faktiki olaraq (qanunsuz) istifadə olunan torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsə məxsus olub-olmamasını araşdırmış, həmin torpaq sahəsinin başqa şəxslərə məxsus olmaması səbəbindən iddiaçının hüququnu həmin torpaq sahəsinə tanımışdır. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək qeyd etmişdir ki, Abşeron rayonu, Aşağı Güzd ək qəsəbəsi ərazisində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsi Abşeron rayon, Aşağı Güzdək bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 02 saylı qərarına və Aşağı Güzdək bələdiyyəsinin yerquruluşu planından çıxarışda qeyd edilən koordinatlara əsasən xx.xx.2017-ci il tarixdə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonradan həmin torpaq sahəsi xx.xx.2017-ci il tarixli, 4Ə-2166 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən torpaq sahəsi İddiaçı adına özgəninkiləşdirilmiş və torpaq sahəsinə dair xx.xx.2017-ci il tarixində cavabdeh tərəfindən verilmiş A seriyalı 139823 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Sözügedən torpaq sahəsinin İddiaçı mülkiyyətində olması barədə xx.xx.2017-ci il tarixli, **********82 reyestr nömrəsi ilə dövlət qeydiyyatı apa rılmışdır.

18. Həmin plan ölçü sənədi, eləcə də torpaq sahəsinin hüdudlarını müəyyən edən koordinat nöqtələri iddiaçı tərəfindən deyil, bunun üçün müvafiq səlahiyyətə malik dövlət orqanı olan cavabdeh tərəfindən tərtib edilərək müəyyən olunmuşdur. Başqa sözlə, mübahisə predmeti olan uyğunsuzluq cavabdehin təqsirindən baş vermişdir.

19. İddiaçı başqası tərəfindən mübahisələndirilməyən, mülkiyyət hüququ əsasında özünə məxsus torpaq sahəsindən kənarda hər hansı bir torpaq sahəsini zəbt və ya qanunsuz olaraq istifadə etməmiş, özünün faktiki istifadəsində olan torpağın texniki göstəricilərinin dəqiqləşdirilərək uyğunlaşdırılmasını və cavabdeh tərəfindən yol verilmiş texniki xətanın aradan qaldırılmasını xahiş etmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi tərəfindən elektron kadastr məlumat b azasında iş araşdırılarkən iddiaçının faktiki istifadə etdiyi 0,1012 ha torpaq sahəsi başqa fiziki və hüquqi şəxslərin adına qeydiyyatdan keçmədiyi, rəydən və rəyə əlavə edilmiş torpaq sahəsinin yerləşmə vəziyyətinə dair sxemdən iddiaçının faktiki olaraq başqa fiziki və hüquqi şəxslərin adına qeydiyyatdan keçməyən torpaq sahəsindən istifadə etdiyi müəyyən olunmuşdur. Ona görə də, cavabdehin kassasiya şikayətində qeyd etdiyi plan ölçü sənədinə əsasən torpaq sahəsinin hər hansı fiziki və ya hüquqi şəxsə məxsus olubolmamasının apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaması barədə qənaəti də tam əsassız və qanunsuzdur. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Mülki Məcəllə: Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar... Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.7. Başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır...

22. Torpaq Məcəlləsi: Maddə

4. Torpaq sahəsi

1. Torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri ək s etdirilmiş yer səthinin bir hissəsidir.

2. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. (...)

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

23. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıld ıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə

91. Ali Mə hkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkə mə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, torpaq sahəsinin koordinatlarında uyğunsuzluq olduğundan, iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olmadığından torpaq sahəsinin koordinatlarının naturada olan vəziyyətinə uyğunlaşdırılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

28. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni və bu nəticənin əsası kimi istinad etdiyi hallarla bağlı əsaslandırmalarını İPM-in 12.1, 58.7, 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

29. Əvvəla, apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçının faktiki olaraq istifadə etdiyi torpaq sahəsinin başqa şəxslərin mülkiyyətində olmaması faktı özüözlüyündə hazırkı məzmunda iddianın təmin olunmasının əsası kimi çıxış edə bilməz.

30. Apellyasiya instansiyası məhkəməsi işin materiallarını, o cümlədən işdə iştirak edən şəxslərin dəlillərini (o cümlədən, apellyasiya şikayətinin dəlillərini) işin digər halları ilə yanaşı Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələbləri nəzərə alınmaqla araşdırılmalı və qiymətləndirməli idi.

31. Mülki Məcəllənin və Torpaq Məcəlləsinin yuxarıda istinad edilən normalarının tələblərinə görə, fiziki obyekt, daşınmaz fərdi-müəyyən əşya olan torpaq sahəsi dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Torpaq sahəsinin sərhədləri topoqrafik planlarda əks etdirilir və yerə (naturaya) keçirilir. Torpaq sahəsinin sərhədi yerə (naturaya) keçirildikdən sonra onun ölçüsü müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq torpaq sahəsinə xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir.

32. İşin materiallarına görə, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ərazisində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində X2 mülkiyyət hüququ bələdiyyə tərəfindən təsdiq edilmiş yerquruluşu planından çıxarışa uyğun olaraq bələdiyyən in qərarına əsasən qeydiyyata alınmış, bundan sonra həmin torpaq sahəsi X4 tərəfindən iddiaçıya satılmışdır. Hər iki halda mülkiyyətçilərin adına torpaq sahəsinə dair plan ölçü sənədi tərtib edilmişdir.

33. Cavabdeh apellyasiya şikayətində təsdiq edir ki, hər iki halda torpaq sahəsi yerində müayinə olunduqdan sonra plan ölçü sənədi tərtib edilmişdir. Təkrar müayinə zamanı iddiaçı tərəfindən naturada göstərilən sahə ilə sənəd üzrə koordinatlar arasında uyğunsuzluq olmamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlilinə hər hansı münasibət bildirməmiş, həmin dəlillə bağlı işin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh tərəfindən təqdim olunmuş arxiv materiallarını tam və hərtərəfli araşdırmamış, onlara qiymət verməmişdir. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş materiallarda torpaq sahəsinin bələdiyyə tərəfindən X1 ilə bağlı sənədlər, həmçinin Aşağı Güzdək bələdiyyəsinin yerquruluşu planından çıxarış da vardır (iş v. 169). Həmin çıxarışın arxa səhifəsində isə ayrılan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları göstərilmişdir. Həmin sənəddə göstərilən koordinatlar (rəqəmlər) ilə cavabdeh tərəfindən tərtib olunmuş hər iki plan ölçü sənədində göstərilən koordinatlar (rəqəmlər) arasında uyğunluq olduğu aşkar olaraq görünür.

35. Beləliklə, mübahisənin düzgün həlli üçün həmin sənədlərdə göstərilən torpaq sahəsinin yerləşmə vəziyyətinə dair məlumatlar məhkəmə tərəfindən araşdırılmalı və qiymətləndirilməlidir

36. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82, 87.8-ci maddələrinin tələblər inin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-15/2022 saylı, 21 fevral 2022-ci il tarixli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə rədd edilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar