Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1045/2024 07.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək pensiyasından tutulmanın dayandırılması və pensiyadan tutulmuş məbləğin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliy inin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “razılığı olmadığı halda qanunsuz olaraq əvəzləşdirmə yolu ilə pensiyasından tutulmaların dayandırılması və qanunsuz olaraq əvəzləşdirmə ilə pensiyasından tutulmuş 8331,08 manat məbləğin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3528/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsi tərəfindən iddiaçıya 30 mart 2006-cı il tarixdən sabiq hakim kimi İİ dərəcəli əlilliyə görə ə mək pensiyası təyin edilmiş, daha sonra əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 23 il 8 ay 14 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2822,61 manat) 80 faizi - 2258,09 manat məbləğində hesablanmışdır.
2. Ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar 01 yanvar 2007-ci il tarixdən əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən 23 il 8 ay 14 gün sabiq hakim kimi iş stajına uyğun olaraq orta aylıq əmək haqqının (2892,61 manat) 80 faizi - 2314,09 manat məbləğində, 01 fevral 2007-ci il tarixdən orta aylıq əmək haqqının (2962,61 manat) 80 faizi - 2370,09 manat məbləğində, hakimlərin vəzifə maaşlarının artırılmasına ilə əlaqədar 15 may 2007-ci il tarixdən orta aylıq əmək haqqının (3611,20 manat) 80 faizi - 2888,96 manat məbləğində, ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar 01 yanvar 2008-ci il tarixdən orta aylıq əmək haqqının (3681,20 manat) 80 faizi - 2944,96 manat məbləğində, 01 sentyabr 2008-ci il tarixdən orta aylıq əmək haqqının (3786,20 manat) 80 faizi - 3028,96 manat məbləğində, 01 sentyabr 2010cu il tarixdən orta aylıq əmək haqqının (3856,20 manat) 80 faizi - 3084,96 manat məbləğində, 01 dekabr 2011-ci il tarixdən orta aylıq əmək haqqının (3915,70 manat) 80 faizi - 3132,56 manat məbləğində, 01 sentyabr 2013-cü il tarixdən orta aylıq əmək haqqının (3996,20 manat) 80 faizi - 3196,96 manat məbləğind ə, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 01 dekabr 2013-cü il tarixindən orta aylıq əmək haqqının (4516,89 manat) 80 faizi - 3613,51 manat məbləğində, ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar 01 yanvar 2017-ci il tarixdən orta aylıq əmək haqqının (4593,89 manat) 80 faizi - 3675,11 manat məbləğində, 01 yanvar 2018-ci il tarixdən orta aylıq əmək haqqının (4691,89 manat) 80 faizi - 3753,51 manat məbləğində, hakimlərin vəzifə maaşlarının artırılması ilə əlaqədar 01 may 2018-ci il tarixdən orta aylıq əmək haqqının (5075,56 manat) 80 faizi - 4060,45 manat məbləğində, ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar 01 mart 2019-cu il tarixdən orta aylıq əmək haqqının (5425,56 manat) 80 faizi - 4340,45 manat məbləğində, hakimlərin vəzifə maaşlarının və ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar 01 sentyabr 2019-cu il tarixdən orta aylıq əmək haqqının (6271,83 manat) 80 faizi - 5017,46,45 manat məbləğində hesablanmışdır.
3. İddiaçının 21 may 2021-ci il tarixli müraciətinə əsasən, əmək pensiyasının növü 01 iyun 2021-ci il tarixindən dəyişdirilərək yaşa görə (5017,46 manat) müəyyən edilmiş, ölkə üzrə minimum əmək haqlarının artırılması ilə əlaqədar 01 yanvar 2022-ci il tarixindən 23 il 8 ay 14 gün sabiq hakim kimi iş stajına uyğun olaraq iddiaçının əmək pensiyası orta aylıq əmək haqqının (6621,83 manat) 80 faizi - 5297,46 manat məbləğində hesablanmışdır.
4. Cavabdeh inzibati orqan xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində iddiaçıya ümumilikdə, 691815,10 manat pensiya məbləği ödənilməli olduğu halda, 768925,88 manat ödənildiyini, nəticədə qeyd edilən dövr üzrə ümumilikdə 77110,78 manat artıq pul vəsaiti ödənildiyini bildirmiş və həmin pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim olunmasını xahiş etmiş, əks halda, qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyini bildirmişdir.
5. Cavabdeh inzibati orqan 17 mart 2023-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də artıq ödənilmiş pul vəsaitinin məbləği qanunvericiliyə uyğun məhdudlaşdırılaraq 25135,64 manat məbləğində hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən, əmək pensiyası həmin tarixdən 7555,55 manat təşkil etmişdir. Cari ilin fevral ayında (1 yanvar 2023-cü il tarixindən hesablanmaqla) əmək pensiyası 8666,22 manat məbləğində müəyyən edilmiş, həmçinin cari ilin yanvar ayı üzrə ödənilməli olan 1110,67 manat pul vəsaiti hesablanmışdır. Həmin 1110,67 manat vəsait artıq ödənilmiş 25135,64 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə ilə Bakı İnzibati Məhkəm əsinə müraciət edərək, razılığı olmadığı halda qanunsuz olaraq əvəzləşdirmə yolu ilə pensiyasından tutulmaların dayandırılması və qanunsuz olaraq əvəzləşdirmə ilə pensiyasından tutulmuş 8331,08 manat məbləğin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdən hakimlərin əmək haqları artırılmış və ona təyin olunan pensiyanın məbləği də artırılaraq 6868,68 manat olmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən pensiya məbləğinin 10%- i miqdarında olan maddi yardım 6868,68 x 10%=686,86 manat nəzərə alınmaqla pensiyasının məbləği 6868,68 + 686,86= 7555,54 manat, pensiya məbləğinin artımı əvvəl aldığı pensiya məbləği çıxıldıqdan sonra 7555,54 - 5827,21=1728,33 manat edir. Bu artımlar iyul, avqust, sentyabr ayları üçün 1728,33 x 3 = 5184,99 manat cavabdeh tərəfindən ödənilməmişdir. Oktyabr ayı üçün ödənilən pensiyanın məbləği 8026,91 manat olmuşdur ki, bu da onun pensiya məbləğindən 471,37 manat artıqdır. Belə olduqda ona ödənilməyən məbləğ 4713,62 manat təşkil edir. Noyabr ayında da həmin məbləğ ödənilməmişdir. Bunun səbəbini soruşduqda cavabdehə olan borca görə əvəzləşdirmə yolu ilə həmin məbləğin tutulduğu bildirilmişdir. Cavabdeh tərəfindən aparılan əvəzləşdirmə kobud qanun pozuntusudur və onun mülkiyyətinin məhkəmənin qərarı olmadan əlindən alınmasıdır. Bundan başqa, xx.xx.2021-ci il tarixdən başlayaraq, işlədiyi dövrdə aldığı maddi yardımlar da pensiya məbləğindən çıxılaraq ona ödənilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1697/2022 nömrəli xx.xx.2022-ci il tarixl i qərarı ilə işlədiyi dövrdə ödənilmiş 4 aylıq əmək haqqı məbləğində maddi yardımın pensiya məbləğinə əlavə edilərək ödənilməsi DSMF Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Lakin cavabdeh məhkəmənin bu qərarını icra etməyərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək olan dövr üçün həmin məbləği ödəməmiş, məhkəmə qərarı ilə təsdiqlənməyən borca görə qanunsuz əvəzləşmə adı ilə onu mülkiyyətindən məhrum etmişdir.
8. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinaya dair məktubların dəlilləri ilə eynilik təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim: S.İ.Salahova) 12 iyun 2023-cü il tarixli, 21(112)-4251/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən əmək pensiyasında n tutulmasından çəkinmək vəzifəsi və iddiaçıya ödənilməli olan pensiya məbləğindən tutulmuş (əvəzləşdirilmiş və ödənilməmiş) 8331,08 manatın iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
10. Birinci instansiya məhkəməsinin əsaslandırması: 10.1. İşin halları ilə müəyyən edilir ki, cavabdeh araşdırma apararaq iddiaçıya ümumilikdə 77110,78 manat artıq pul vəsaiti ödənilməsi nəticəsinə gəlmiş, iddiaçıya ödənilməli olan 4713,66 manat, daha sonra isə 1110,67 manat məbləğində vəsaiti artıq ödənilmiş vəsaitlə əvəzləşdirmiş, yəni iddiaçıya ödəməmişdir. Bu hal cavabdeh tərəfindən həm iddiaçıya, həm də məhkəməyə təqdim edilən məktublarla da təsdiq edilmişdir. Əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan bu barədə qərar qə bul etməklə, artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin hallarına əsasən müəyyən edilir ki, cavabdeh iddiaçıya 77110,78 manat artıq vəsait ödənildiyini müəyyən etmiş, həmin məbləğin ona ödənilməli olan əmək pensiyasından tutulması ilə bağlı onun razılığının olub-olmamasını araşdırmamış, iddiaçının razılığını almadan ona ödənilməli olan 5824,33 manat pensiya ödənişini artıq ödənilmiş məbləğin əvəzləşdirilməsinə aid edərək, bu məbləği iddiaçıya ödəməmişdir. Halbuki, cavabdeh iddiaçıya ödənilməli olan pensiyadan tutma aparması üçün birincisi, onun razılığını almalı, ikincisi, bu razılıq əsasında tutma barədə qərar qəbu l etməli idi. İşdən görünür ki, iddiaçının artıq ödənilmiş məbləğin ona ödənilməli olan pensiya ödənişindən tutulmasına razılığı yoxdur. Belə olan halda aydındır ki, qanunvericiliyə əsasən həmin vəsaitin iddiaçıdan tutulması üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmalıdır. Bu zaman məhkəmə qeyd etməyi zəruri hesab edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda, tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda, “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. 10.2. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1- ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyin i belə ifadə etmişdir ki, "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunu n 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab etmişdir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması, yaxud ona ödəniləcək məbləğlə əvəzləşdirilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, deməli, cavabdehin artıq ödənilmiş pensiya məbləğini iddiaçıya ödənilmiş vəsaitlə əvəzləşdirməsi qanuni olmamışdır. 10.3. Bundan başqa, iddia ərizəsindən görünür ki, iddiaçı həmin məbləğdən əlavə, işlədiyi dövrdə ödənilmiş 4 aylıq əmək haqqı məbləğində maddi yardım nəzərə alınmaqla onun əmək pensiyası yenidən hesablanarkən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək ödənilməli olan cəmi 2506,75 manat məbləğin də ödənilmədiyini bildirməklə, cavabdeh tərəfindən həmin məbləğin ona ödənilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən tərtib edilmiş cədvəldən və məktublardan müəyyən olunur ki, iddiaçının xx.xx.2019-cu ildən pensiyasının məbləği 5017,46 manat, xx.xx.2022-ci ildən isə 5297,46 manat olduğu halda, ona əskik ödəniş edilmiş, nəticədə, 2021-ci ilin iyun ayından etibarən 2506,75 manat az ödəniş həyata keçirilmişdir. İşdə olan Pensiya alt sistemindən çıxarış iyun 2021-aprel 2022-ci illərdə iddiaçıya edilən ödənişin məbləğinin cədvəldə göstərilən məbləğə uyğun olduğunu müəy yən edir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov /sədrlik edən və məruzəçi/, M.N.Tağızadə və İ.S.Şirinov) 30 noyabr 2023-cü il tarixli, 21(103)-3528/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
15. Cavabdehin kassasiya şikayətinin əsasını onun iddiaya qarşı etirazında və apellyasiya şikayətində qeyd olunanlar təşkil edir. Cavabdeh apelyasiya şikayətində olduğu kimi kassasiya şikayətində də bildirmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən, inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İnzibati or qan iddiaçıya artıq ödənilmiş vəsaitdən onun əsassız olaraq faydalandığını hesab etmiş və bunu Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirmişdir. Beləliklə, filial iddiaçıdan 25135,64 manat məbləğin geri qaytarılması barədə qərar qəbul etmişdir. Həmçinin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə əsasən, tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmişdir. Kassator hesab edir ki, işin qeyd edilən hallarına apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmiş, bu səbəbdən iş üzrə səhv nəticəyə gəlinmiş, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
16. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artı q ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. 39.3. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. 18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 81.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Maddə 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayəti n təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. 20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarı KASSASİYANİN MÜMKÜN LÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əs as yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılmas ı təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə təkrar olaraq qeyd edir ki, hazırki qərarın 20-ci bəndində qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun qərarında da göstərildiyi kimi, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 3 9-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasından tutulması, yaxud ona ödəniləcək məbləğlə əvəzləşdirilməsi məhkəmənin səlahiyyətinə aid edilmiş və belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, deməli, cavabdehin artıq ödənilmiş pensiya məbləğini iddiaçının razılığı olmadan ona ödənilməli vəsaitlə əvəzləşdirməsi qanuni olmamışdır.
28. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edil məsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2023-cü il tarixli, 2-1(103)-3528/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.